Üzüyümün qaşı...

 

A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının Sehirli üzük tamaşası haqqında

 

Biri varıymış, biri yoxuymuş, Allah varıymış, şəriki yoxuymuş, bir qarının bir keçəl nəvəsi varıymış. Bunlar çox kasıblıxnan dolanırlarmış. Qarı hər gün bir kələf ip əyirib verirmiş nəvəsinə ki, aparıb bazarda satıb soğannan çörək alsın. Yenə bir gün qarı bir kələf ip əyirib verdi keçələ ki, satıb çörək alsın. Keçəl kələfi götürüb gəldi bazara. Gördü yolun ortasında bir hay-küy var ki, gəl görəsən, adamlar bir-birinə qarışıb, hərənin əlində bir yekə dəyənək bir iti döyürlər. Yazıx it gah ora qaçır, gah bura, heç kim ona qahmar çıxmır. Elə qalıb zingildəyə-zingildəyə.

 

Keçəl qəhrəman ola bilərmi? Uzun illərdir ki, Keçəl bizim əsas kuklamızdır. Çox istərdim ki, özüm özlüyümdə bu suala cavab tapam. Nədir bizim kökümüzü keçəl ilə bu qədər yaxınlaşdıran gizli kod? Keçəl prototip olaraq bu qədərmi gülməldir? Görəsən bu günün uşaqları Keçələ gülə bilirmi? Əminəm ki, xeyr.

Kukla tamaşasının qəhrəmanı olmur... Xüsusilədə Azərbaycan kukla teatr mədəniyyəti neçə illərdir ki, qəhrəman üzünə həsrətdir. Premyerası keçirilən Azərbaycan xalq nağılı Sehirli üzükün motivləri əsasında teatrın gənc rejissorlarından Anar Məmmədovun səhnələşdirdiyi eyniadlı tamaşa da qəhrəmansız idi. Zatən biz Kukla teatrını qəhrəman yarada bilməməklə suçlamırıq. Çünki bu gün bütöv Azərbaycan teatrı qəhrəmana çevrilə bilmir. Bu qədər sərf olunan zəhmətin qarşılığında hadisə yaradacaq qəhrəman tapılmır ki, tapılmır...

Bizim kuklalarımızda özümüz kimi xəyalpərəstdir. İnandıqları bir həqiqət var: xeyirin şər üzərində qələbəsi ki, artıq bu mövzu öz aktuallığını çoxdandır itirib. Lakin biz öz ənənəmizin hələ itirə bilmədiyimiz həqiqətlərindən yan ötə bilmirik. Seyr etdiyimiz tamaşanın əsas motivləri ənənəvi postulatların üzərində qurulmuşdu: uşaqlara dostluq, sədaqət, dürüstlük, ədalət, insanlara inam kimi müsbət keyfiyyətlər aşılamaq. Tamaşada çıxış edən aktyorlar da - İqbal Əliyev, Cəmilə Allahverdiyeva, Elnur Xəlilov, Elmira Rəhimova, Cavid Telman - bu missiyanı bacardıqları qədərincə yerinə yetirməyə çalışırlar. Kuklaları ifa edən hörmətli aktyorlarımız onların ümumi fonunda oynayır, oynadır, onların içərisində əriyib, yox olurdular. Burada rejissorun yozumundan gələn əlvanlıq, rəngarənlik, ritmlik öz əksini rəngli boyalarla tapır ki, uşaqlar ən azından darıxmaq sindromundan yan keçə bilirlər.

 

Söz tamam olan kimi xalça qalxdı ərşə, o qədər yol getdi, o qədər yol getdi ki, gedib dünyanın axırına çıxdı, orda bir meşənin içinə endi. Keçəl gördü yanında bir qəşəng bulax var ki, suyu dumduru göz yaşı kimi. Suyun içindəki daşlar elə gözəl, elə qəşəngdi ki, elə bil ləl-cavahiratdı. Hava çox istiydi, keçəl neçə gün idi yol gəlirdi deyin toztorpağın içindəydi. Odu ki, paltarını soyunub özünü verdi bulağın suyuna, bir çala düzəldib doyunca çimdi. Sonra çıxıb qıraxda başladı suyunu dərməyə, əlini atdı ki, başını qurulasın, gördü əyə, başı teyzən tükdü. Özünə inanmadı, bir əlini apardı saçına, gördü doğrudan da başına tük gəlib. Əyilib suda öz şəklinə baxdı, gördü nişanadan ötəri başında bir tük tapılmayan keçəlin başı tüknən doludu. Keçəl sevindiyindən bilmədi neyləsin. Oturdu xalçanın üstündə düz gəldi evlərinə.

Qəribəsi budur ki, bizim xalq nağıllarını bu gün oxuyanda onların süjet bəsitliyindən, sadəliyindən çirkinmirik. Bu nağılların əsasında elə bir uşaqlara məxsus saflıq var ki, bunu qədər axtarsaq da teatr tamaşalarımızda tapmırıq ki, tapmırıq. Teatrlarımızda keçəl ağılllıdır, təlxək ; şah da ağıllıdır, rəiyyət . Sanki hər bir kukla ağıllı görsənməyə, ağıllı olmağa çalışır. Lazım olmayan bu ağıllı görsənmək sindromu bütün teatrlarımızı o qədər ağırlaşdırıb ki, teatrlar üzə çıxmaqda çətinlik çəkirlər. Elə ölkəmizin özündə keçirilən kukla festivallarında nümayiş olunan tamaşalar bu qədər sözlərlə, fikirlərlə, tərbiyəvi əhəmiyyətli nəsihətlərlə ağır yüklənib, təqdim olunur ki? Əsla.

Onların kuklaları da özləri kimi reallığı rahat, yüngül qəbul edib, təqdim edirlər. Kimdir onların qəhrəmanları-danışmaq istəyən marionetkalar, yuxu görən qızcığaz, dostları ilə vaxt keçirən oğlanya bir ayını əlində ayıcığa çevirən MAŞA. Bizim qəhrəmanlarımız isə hələ də itdir, zınqırovlu pişikdirya nənədən qaçan qoğaldır...

 

Arvadı keçəli görəndə az qaldı tanımasın. Keçəl elə qəşəng oğlan olmuşdu ki, üzünə baxan deyirdi bir də baxım. Bayax qızın məhəbbəti bir idisə, indi artıb oldu min. Ər-arvad yeyib-içib keyf çəkdilər, sizyeyin, için, muradınıza çatın. Göydən üç alma düşdü, biri mənim, biri itnən pişiyin, biriqulaq asanların.

Üzüyümüzün qaşı düşmüş demək, biz fərqinə varmamışıq...

 

Aygün Süleymanova

Teatrşünas

Kaspi.-2015.-23 yanvar.-S.10.