“Qadın aşıqlar kişilərdən daha çox pul qazanır” – Şou-biznes

Tarix: 26.01.2015 | Saat: 11:55:00 | E-mail | Çapa göndər

 

 

 

 

 

Aşıq Əli: “Efirə çıxmaq üçün məndən pul tələb etsələr, bu sənətdən imtina edərəm”

 

“Gənclik qəzeti”nin bu həftəki qonağı sözlərini sevimli aləti-sazı ilə deyən Aşıq Əlidir. Əli bizimlə söhbətində gənclərin aşıq sənətinə olan marağından və Şirvan aşıqlarının özəlliklərindən danışdı.

 

- Maraqlıdır, sizdə aşıq sənətinə olan maraq necə yarandı?

- Adını daşıdığım Əli babam aşıq sənəti ilə məşğul olub. O, bir müddət xanəndəlik etsə də, ancaq bu sənətdə uzun müddət fəaliyyət göstərməyib. Bəlkə də aşıq sənətinə olan maraq mənə ondan keçib.

 

- Bu gün aşıq sənəti gənclər arasında öz yerini tapa bilibmi?

- 7-8 il bundan öncə gənclərin bu sahəyə olan marağı çox az idi. Hazırda isə saz həm qədim, həm də müasir bir alətə çevrilib. El şənliklərində gənclərimiz daha çox saz havalarına üstünlük verirbu alətin sirlərini öyrənməyə can atırlar. Bu gün hər bir Azərbaycan vətəndaşı istəyir ki, xeyir işlərində ən azı bir dənə də olsun aşıq havası səslənsin və onların toyunda sazın səsi eşidilsin.

 

- Danılmaz faktdır ki, bu gün not öyrənən hər bir gənc gitaraya daha çox üstünlük verir. Belə olan halda saz öz təsir gücünü qoruyub saxlaya bilirmi?

- Aşıq sənəti çox çətin bir sahədir. Onun məsuliyyətini hiss edib, yükünü öz çiynimizdə daşımaq heçasan məsələ deyil. Müasir gənclər bu öhdəliyi üzərilərinə götürməkdən çəkinirlər. Öz gücünə bələd olmayan gənclər sazın onlarda uğurlu alınmayacağını güman edərək çıxış yolunu gitaraya meyl göstərməkdə tapırlar.

 

- Ümumiyyətlə, bu sənət pul gətirən sahədirmi?

- Təbii ki, hər bir sənətdən pul qazanmaq olar. İnsan pul qazanmaq üçün işləyir. İşləyirsən ki, bəhrəsini görəsən. Ancaq indiki dövrdə pul qazanmaq heçasan məsələ deyil. Hər şey insanın özündən asılıdır. Əgər mən daim öz üzərimdə işləsəm, təbii ki, istənilən bir sahədə gəlir əldə edə bilərəm. Yox, əgər çalışmasam, təbii ki, pul da qazana bilməyəcəm. Şükürlər olsun ki, bu gün seçdiyim sənət vasitəsilə özümü dolandıra bilirəm. Hər bir peşənin öz ruzi-bərəkəti var, heç bir sənətə yuxarıdan aşağı baxmaq düzgün deyil.

 

- Nədənsə bu sahədə gənc xanım aşıqlarla çox az hallarda rastlaşırıq...

- Hazırda bizim kifayət qədər gənc xanım aşıqlarımız var. Mənimlə bərabər onlar da bu sənətdə addımlayırlar. Həmin şəxslər də tanınmaq üçün çalışırlar. Bu gün qadın aşıqlar kişilərdən daha çox pul qazanırlar. Bu, həqiqətən də belədir. İstedadlı və işini bilən qadın aşıqlarımız kifayət qədərdir. Təəssüflər olsun ki, onlar elə də çox tanınmırlar və efirlərdə elə də görünmürlər.

 

- Efirə çıxmaq üçün aşıqlardan pul tələb olunurmu?

- İndiyədək belə bir halla rastlaşmamışam. Əgər hər hansı sənət əhlindən efirə çıxmaq üçün pul tələb edirlərsə mənim ondan xəbərim yoxdur. Mən özümə qarşı elə bir rəftar görərəmsə, bu sənətdən imtina edərəm.

 

- Əli, gənc aşıqlar gündəmə gəlmək üçün hansı çətinliklərlə üzləşirlər?

- Əslində müasir dövrdə efirə çıxmaq gündəmdə qalmaq çox çətindir. Gənclər daha çox zamanın nəbzini tutmağa çalışırlar. Ancaq bu, onlarda dərəcədə alınır, bunu deyə bilmərəm. Misal üçün, mən türk aşıq havasına müraciət etmişəm. Bu yaxında yeni albomum işıq üzü görəcək orada Türk, Qərb Şirvan havaları yer alacaq. Bundan başqa, 13-ə qədər qədim aşıq havasını müasir tərzdə ifa etmişəm onların bir neçəsinə klip çəkdirməyi düşünürəm.

 

- Şirvan havalarından söhbət düşmüşkən, biz sizi daha çox Şirvan aşıq məktəbinin nümayəndəsi kimi tanıyırıq. Şirvan aşıq məktəbinin başqalarından fərqi nədir?

- Hər bir məktəbin öz gözəlliyi, öz tamaşaçısı var. Şirvan aşıq sənətinin başqa məktəblərdən bir üstünlüyü ondadır ki, ritmik melodiyasına köklənib. Bundan başqa, onun içərisində ağır havalar da var. Məsələn, “Şivran gəraylısı”, “Döymə Kərəmi şikəstəsi”, “Peşrovlar”, “Güllü qafiyə”, “Qara qafiyə”. Düzdür, bu havalar tez-tez istifadə olunmur, onların sayı çoxdur. Bunları yaddan çıxarmaq olmaz. Şirvan aşıq məktəbini başqalarından fərqləndirən daha bir amili isə rəqsidir. Aşıq gərək rəqs etməyi, aktyorluğu da bacarsın. Hətta yeri gələndə muğam da oxumalıdır. Bunlar hamısı iç-içə oturmalıdır. Bu əlamətlər az da olsa Qərb aşıqlarında var. Amma onları konkret olaraq, hansısa bir ritm müşahidə etmir. Əvvəllər Şirvan aşıq məktəbinin nümayəndələrini qəbul etmirdilər. Amma bu gün elə bir aşıq tapmazsan ki, bizi qəbul etməsin. Əvvəllər insanların düşüncə tərzi başqa idi. Bu gün o yaşlı düşüncə dəyişilib. Artıq Azərbaycan gəncləşib. Musiqimiz isə daha da müasirləşib. Əvvəl aşıq sənətində aranjeman qəbul edirdilər? Yox, amma bu gün qəbul edirlər.

 

- Aşıq sənəti bizə babalarımızdan yadigar qalan ən müqəddəs sənətdir. Ancaq bəzən kafe əyləncə mərkəzlərində dırnaqarası aşıqlar sənəti ucuzlaşdırırlar. Bu tip aşıqlara münasibətiniz necədir?

- Təəssüflər olsun ki, bu gün o tip dırnaqarası aşıqlarımız az deyil. Sizin vasitənizlə insanlara müraciət etmək istəyirəm ki, belə aşıqları gördükdə, onlardan heç bir mahnı tələb etməsinlər. Əgər imkanınız varsa, onlara pul verib oxutduracaqsınızsa, o pulu verib həminaşıqlarıyola salmaq daha yaxşı olar, nəinki onlara qulaq asmaq... Hesab edirəm ki, oxucularımızın bu hərəkətiniz dırnaqarası aşıqlara bir dərs olar.

 

- Bildiyimiz kimi aşıq sənəti çox qədim sənətdir. Bu sənət yenilikləri qəbul edirmi?

- Əgər aşıq sənətində yenilik yoxdursa, o zaman inkişafdan danışmağa dəyməz. Yenilik olmasa aşıq sənəti itib-batar. Çünki bu gün sənətsevərlər yenilik tələb edirlər. Biz onların istəyini nəzərə almalıyıq. Sənəti gələn nəslə sevdirmək üçün bu ideologiyaya xidmət etmək lazımdır. Aşığa aşıq kimi yanan lazımdır.

 

- Adət etmişik ki, Azərbaycan aşıqları enlikürək şişman olublar. Siz o qədər «incə» deyilsiniz...

- (gülür) Həqiqətən aşıqlarımız boylu-buxunlu, qüssəli olublar. Misal üçün aşıq Şakir Şirvanın ən nəhəng aşıqlarından olub. O, çox hündür qarınlı olub. Ancaq bu o demək deyil ki, aşıqların hamısı kök olmalıdır. Mən başa düşürəm siz nəyi deməyə çalışırsınız (gülür). Çalışıram bir az arıqlayım. Ümumiyyətlə hansı sahədə çalışırsan-çalış, gərək öz sağlamlığına da düzgün əməl edəsən. Mən də buna çalışıram, ancaq nəticə göz qabağındadır.

 

Xəyalə Rəis

Kaspi.-2015.-23 yanvar.-S.17.