Bakıdan Klivlendə uzanan ömür yolu

 

Bakıdan Klivlendə uzanan ömür yolu

Abbas bəy Atamalıbəyov qürbətdə Azərbaycan amalı üçün çalışıb

 

Uzun illər çar ordusunda qulluq edən Seyfulla bəy Atamalıbəyov general rütbəsinə qədər ucalmışdı. O, Ərdəhanda qulluq edərkən (Seyfulla bəy o zaman Ərdəhanda Hərbi Dairənin rəisi idi. Sonralar Qarsda Zaqatalada da Hərbi Dairənin rəisi işləmişdi-müəl.) 2 fevral 1895-ci ildə oğlu Abbas dünyaya gəldi. Abbasın anası Mələk xanım  Şamaxı əsilzadələrindən olan Mahmud bəy İbrahimbəyovun qızı idi.

 

 Abbas atasının işi ilə əlaqədar ilk təhsilini həm Tiflisdə, həm   Şamaxıda alır. Hərbçi ailəsində böyüyən Abbas atası kimi hərbçi olmaq istəsə , bu arzusuna  nail ola bilmir. Görmə qabiliyyəti zəif olduğu üçün onun sənədlərini hərbi məktəbə götürmürlər.

 

1914-cü ildə Abbas Peterburq Politexnik İnstitutunun dəniz mühəndizliyi fakültəsinə qəbul olur. Elə həmin ildən siyasi fəaliyyətə başlayan Abbas sağ eserlərə qoşulur qısa müddətə Müsəlman Həmyerlilər Komitəsinin sədri seçilir.

 

1917-ci ilin əvvəllərində Rusiyada inqilabi hərəkat getdikcə gücləndiyi üçün Abbas təhsilini yarımçıq qoyub Qafqaza qayıdır. Burada eserlər partiyasında siyasi fəaliyyətini davam etdirməyə başlayır.

 

   Bu çaxnaşmada Abbasın qəlbini narahat edən bir fakt da var idi. O, neçə il qəlbində pünhan saxladığı sevgisini anası Mələk xanıma açır valideynlərinin xeyir-duası ilə 1917-ci ilin sonlarında ailə qurur. Sevgilisi Yelizavetpolun general-qubernatoru olan İbrahim ağa Vəkilovun qızı Tatyana idi. Tatyana bu evlilikdən sonra islamı qəbul etmək üçün 22 avqust 1917-ci il tarixində ərizə ilə Zaqafqaziya Sünni Ruhani İdarəsinə müraciət edir. İdarə onun bu müraciətini müsbət qarşılayır. Bundan sonra Tatyana özünə Reyhan adını götürür ali təhsil almaq üçün Bakı Dövlət Universitetinə qəbul olur. 

       Siyasi fəaliyyəti püxtələşən Abbas Atamalıbəyov Azərbaycan Milli Şurasının Azərbaycan Xalq Cümhuriyyəti parlamentində "Sosialistlər blokufraksiyasının üzvü seçilir. O, daha yaxşı təhsil almaq üçün hökumətə müraciət edir parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini gəmiqayırma sahəsində davam etdirmək üçün Paris Universitetinə göndərilir.

 

Abbas Parisə oxumağa getməzdən əvvəl Azərbaycan Xarici İşlər Nazirliyinin qərarı ilə Paris sülh konfransına yola düşən nümayəndə heyətində menşevik Məmməd Məhərrəmovu baş katib kimi əvəz etməli olur Parisə yola düşür.  

 

 Abbas səfərə çıxarkən ömür-gün yoldaşı Reyhan xanımı da  aparmaq arzusunda olduğunu anasına bildirir. Mələk xanım gənc gəlinini yad diyara buraxmaq istəməsə , oğlunun istəyinə qarşı çıxa bilmir. 

 

1920-ci ilin aprel işğalından sonra Reyhan xanımın qardaşı, Azərbaycanın Gürcüstandakı səfiri Faris bəy Vəkilov da ailəsi ilə Parisə üz tutmağa məcbur olur.

Parisin gözəllikləri onlara vətən həsrətini unutdura bilmir. İlk illəri daha çətin kecir. Lakin Abbas bəylə Reyhan xanımın fransızcanı əla bilmələri onlara işləmək üçün imkan yaradır. Reyhan xanım kitab mağazasında, Abbas bəy isə qiymətli daşlar birjasında brilyantlar üzrə mütəxəssis kimi işə başlayır. Getdikcə ailənin maddi durumu yaxşılaşır. Hətta bir zaman Abbas bəyə həm maddi, həm mənəvi dəstək olan Ceyhun bəy Hacıbəyli xanımı ilə bir müddət onlarla birlikdə yaşayır. Beləliklə, onlar Azərbaycana qayıtmaq arzusu ilə ömürlərini qürbətdə, Vətən həsrəti ilə başa vurmalı olurlar.

 

   Vətəninin işğalı ilə barışa bilməyən Abbas Fransa hökumətinin SSRİ- qarşı çıxan mühacirlər üçün yaratdığı əlverişli imkanlardan istifadə edərək, Parisdə Siyasi Elmlər Məktəbinə qəbul olur oranı əla qiymətlərlə başa vurur. Abbas Cenevrədə qərargah yaradır Millətlər Cəmiyyətinin əksər siyasi tədbirlərində yaxından iştirak edir, müzakirələrdə fəallıq göstərir. O, "Azərbaycan davasını dünya əfkari-ümumiyyəsinə çatdırmaq üçüninadla mübarizəsini davam etdirir.   

 Onu da qeyd edim ki, 1934-cü ildə Ə.M.Topçubaşovun vəfatından sonra Parisdə cəmləşən Azərbaycan mühacirlərinə rəhbərliyi Abbas bəy edib. Abbas bəy həm Parisdə çap olunan dövri mətbuatla əməkdaşlıq edir, siyasi fikirlərini, mülahizələrini məqalələrində bəyan edir. Daha yaxından əməkdaşlıq etdiyi "Revyu de Prometey "O” jurnalları olur. Burada çap edilən məqalələrinin əksəriyyətinin mövzusu Cənubi Qafqazın tarixinə, mədəniyyətinə həsr edilir.

Fransa almanlar tərəfindən işğal olunan zaman Abbas ailəsi ilə birlikdə Berlinə köçür. O, burada  ilk olaraq Qırmızı Xaç Komitəsində işə başlayır. Tədqiqatlardan bəlli olur ki, o, burada azərbaycanlı əsirləri xilas etmək üçün çox işlər görüb. Bununla yanaşı, siyasi fəaliyyətini davam etdirib. Tədqiqatlara görə, Azərbaycan legionu ilə Hitlerin ordu qərargahı arasında əlaqə saxlayan üç nəfərdən ibarət qrupa (Ə.Fətəlibəyli-Düdənginski F.Əmircanla birlikdə) o da daxil imiş.

 

1944-cü ilin oktyabrında Qafqaz Şurasının yaradılması haqqında təşəbbüsü irəli sürənlərdən biri A.Atamalıbəyov olub. Şura yaradıldıqdan sonra onun ən fəal üzvü olan Abbas bəy 1947-ci ildə Lozannada keçirilən toplantıda iştirak çıxış edir.

 

Ömrünü daha çox siyasi fəaliyyətə bağlayan Abbas bəy bir müddət  digər ölkələrdə yaşayır 1971-ci ildə ABŞ-da dünyasını dəyişir.

 

     1924-cü ildə ailənin bir oğlu dünyaya gəlib. Atası Abbas bəydən fərqli olaraq, Qalib bəy siyasətdən uzaq olub. Parisdə Sorbonna universitetini bitirən Qalib bəy əvvəlcə dərman fabrikində çalışıb. 1947-ci ildə Çilidə həmin fabrikin buradakı filialında çalışıb sonra elmi-tədqiqat institutunda işini davam etdirib.

 

1956-cı ildə Qalib bəy penisilin istehsalı üzrə tanınmış mütəxəsis kimi dünya ölkələrinə səyahət edib. Bir müddət Tayvanda, Yuqoslaviyada, Hindistanda Misirin İsgəndəriyyə şəhərində işləməli olub. 1966-cı ildə anası Reyhan xanım vəfat edib. Qalib bəy ailəsi ilə birlikdə atasının yanına, ABŞ-ın Klivlend şəhərinə köçüb 1971-ci ildə onu da itirib.

 

Klivlend kimi məşhur bir şəhərdə yaşayan, yetərincə imkanlı, adlı-sanlı Qalib bəyi narahat edən bir istək var idi. Ata-anasının ömrünün son anlarına kimi həsrət qaldıqları Vətəni görmək, gəzmək onların ruhunu şad etmək. Bu istəklə Azərbaycanın ABŞ-dakı səfirliyinə müraciət edir günlərin bir günündə - ömrünün 80-ci ilində ana vətəninə gələ bilir.

 

Qərənfil Dünyamin qızı

Əməkdar jurnalist       

 

Kaspi.-2016.-28 aprel.-S.15.