“Səhnədə çox üşüsəm də, alqışlar hər şeyi unutdurdu

 

Günel Məmmədova: “Bundan sonra məni “Sarı gəlin” deyə çağırsalar, fəxr edərəm və bu, ürəyimcə olar”

 

Oktyabrın 27-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Gənclər və İdman Nazirliyi tərəfindən 150-dək tələbə və aktyorun iştirakı ilə hazırlanmış "Sarı gəlin” tamaşası təqdim olundu. Tamaşada mahnının yaranma tarixi faktlar əsasında, yaradıcı şəkildə təqdim edildi. Tədbirdə muğammilli musiqilər səsləndirilərək, "Sarı gəlin” mahnısının tarixi haqqında hazırlanmış videoçarx da nümayiş olundu. Tarixi faktlar əsasında hazırlanmış tamaşanın rejissoru əməkdar artist Nicat Kazımovdur. Sözügedən tamaşada Sarı gəlin obrazını yaradan aktrisa Günel Məmmədova "Kaspi”-nin qonağı oldu. Hazırda "Günəşim ol” serialında əsas obrazlardan birini canlandıran aktrisa təəssüratlarını bizimlə bölüşdü. Gənc Tamaşaçılar Teatrının yetirməsi olanteatrda bir-birindən maraqlı obrazları ilə könüllərdə taxt quran Günel arzularının bir-bir gerçəkləşdiyini deyir.

 

- İlk olaraq sizi "Sarı gəlin” kimi böyük bir layihədə əsas qəhrəmanlardan birini canlandırdığınıza görə təbrik edirik.  Təəssüratlarınızı öyrənmək istərdik.

- Ağlımın ucundan belə keçməzdi ki, mən nə zamansa "Sarı gəlin” layihəsində əsas obrazlardan birini canlandıraram. Əslində, bu tamaşa çox qısa bir müddətdə ərsəyə gəldi. 10 gün ərzində belə möhtəşəm bir layihə ərsəyə gəldi ki, bu da rejissorumuz Nicat Kazımovun peşəkarlığından irəli gəlirdi. Belə qısa zaman ərzində möhtəşəm layihəni onun kimi rejissor ərsəyə gətirə bilərdi. Bunun üçün mən Nicat müəllimə təşəkkürümü bildirirəm. Layihənin nə qədər önəmli olduğunu nəzərə alırdıq və bunun üçün çox həyəcan keçirirdik. Mən uşaqlıqdan belə bir obraz canlandırmağı arzulamışam. Tez-tez "Sarı gəlin” mahnısını ifa edirdim. Xarici səfərlərimiz olanda bu obrazdan danışır, bu mahnının rəqsini edirdim. Hətta uşaqlıqda mənə "Sarı gəlin” deyirdilər. Beş il bundan qabaq Türkiyədə "Dağ Kartalları” adlı seriala dəvət almışdım. Orda da mənə  Sarı gəlin obrazını vermişdilər. Sonradan bir çox problemlər yarandığı üçün bu layihə ləğv olundu. Neçə ildən sonra yenə də o obrazı yaratmaq mənə qismət oldu. Bu çox məsuliyyətli bir idi. Qürur hissi keçirirəm ki, belə möhtəşəm bir layihədə iştirak etmişəm. O ki qaldı tamaşaya, səhnədə böyük dekorasiya qurulmuşdu. Səhnədə dağlar, şəlalələr var idi.  Biz Bəhramla o soyuq suya atılmalı idik. Mən 10 dəqiqə soyuq suyun içərisində qaldım. Səhnə də soyuq idi. Tamaşa zamanı çox üşüsək də, alqışlar bizə hər şeyi unutdurdu. Çox çətinliklə də olsa, bu layihəni ərsəyə gətirdik. Qeyd edim ki, əməkdar artistimiz Hüsniyyə Mürvətovanın da bu işdə rolu danılmazdır.  İkimizbu tamaşaya ürək qoymuşuq. Belə ki, Sarı gəlin obrazını Hüsniyə xanım səsləndirdi. Onun səsləndirməsində və mənim ifamda obraz maraqlı alındı. Məlumat üçün bildirim ki, layihənin reallaşdırılmasında məqsəd gəncləri Azərbaycanın milli-mədəni irsitarixi haqqında məlumatlandırmaq, adət və ənənələrin qorunub-saxlanılması və təbliğ edilməsindən ibarətdir. Üç hissədən ibarət layihənin ilk bölümündə qonaqlar foyedə "Azərbaycan musiqisi tarixinə səyahət” adlı sərgi ilə tanış olacaqlar.

 

- "Sarı gəlin” tamaşası xaricdə necə, nümayiş olunacaqmı?

- Əslində çox istərdim. Gələcəkdə bu haqda düşünəcəklər. Ancaq hələ ki belə bir fikirləri yoxdur. Ola bilsin ki, bu tamaşanı biz gələn il Heydər Əliyev Sarayında oynadıq.

 

- Hər bir aktrisa istər ki, dünyaca məşhur "Sarı gəlin” layihəsində yer alsın və məhz uzun müddətdir ki, müzakirə obyektinə çevrilən bu mahnının türklərə məxsus olduğunu dünyaya bir daha sübut etsin.

- Elədir. Fikirlərinizlə tamamilə razıyam.

 

- Maraqlıdır, səhnəyə çıxarkən hansı hissləri keçirdiniz?

- Səhnədə çox həyəcanlı idim. Özümlə qürur duyurdum. Fəxr edirdim ki, belə bir obrazı canlandırıram. Bizim xudbin qonşularımız hər nə qədər onu öz adlarına çıxarmaq istəsələr də, tarix öz sözünü deyir. "Sarı gəlin” türk xalqına məxsusdur. Bu obrazı uşaqlıqdan arzuladığıma görə, bəlkə də bu qədər sevinməmişəm. Bilirsiniz ki, mən bir çox obrazlar canlandırmışam. Düzdür, bütün obrazlarım mənə əzizdir, amma "Sarı gəlin”in qəlbimdə tamam başqa yeri var. İndiyə qədər də eyforiyadayam. Bu tamaşanı çox qısa müddətdə ərsəyə gətirdiyimiz üçün çox həyəcanlı idim. Açığını desəm, bu obrazıma görə özümdən tam razı qalmadım. Deməzdim ki, obrazın öhdəsindən mükəmməl gəldim, amma ən azından 10 gün ərzində əlimdən gələni etdim.

 

- Tamaşanı ikinci dəfə izləmək imkanımız olacaqmı?

- Əfsuslar olsun ki, bu tamaşa repertuarda olmayacaq.

 

-  Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının Mədəniyyət Nazirliyinin təşkil etdiyi IX Beynəlxalq Yay Teatr Məktəbində obraz yaradarkən məhz "Sarı gəlin”ə müraciət etmişdiniz. Xatırladınızmı?

- Bəli. Mən orada həm "Sarı gəlinmahnısını ifa, həm o mahnıya uyğun rəqs etmişdim. Həmin məktəbdə ermənilər vardı... Hara gedirəmsə, "Sarı gəlinrastıma çıxır. O, sanki mənim həyatımın bir hissəsidir. Hər yerdə mənimlədir.

 

- Hər bir aktrisanın həyatında möhür vurduğu bir obrazı var. Bundan sonra sizə  "Sarı gəlindeyə xitab edə bilərikmi?

- Açığı, mən deyə bilmərəm ki, bu obraza möhür vurmuşam. Amma çox istərdim ki, belə olsun. Bundan sonra məni "Sarı gəlinadlandırsalar, fəxr edərəm ürəyimcə olar.

 

- Vizual olaraq xarici qızlara bənzəyirsiniz. Bu sizə seriallarda, filmlərdə, tamaşalarda əsas obrazlara çəkilmək üçün avantaj yaradırmı?

- Xarici görkəmimin sənətimə çox böyük təsiri olub. Hər zaman mənə deyiblər ki, simanız avropalılara bənzəyir. Xarici ədəbiyyatla bağlı əsərlərdə əsas rollara çəkilməyimin səbəbi əcnəbilərə bənzəməyimdir. Şükürlər edirəm ki, fərqli görkəmim var. İstər səhnədə, istər filmlərdə bu mənə çox uğur gətirir. Standart azərbaycanlı simam yoxdur.

 

- Siz həm hazırda ATV- yayımlanan "Günəşim olserialında əsas obrazlardan birini canlandırırsınız. İlk dəfədir ki, bir bölgə teatrının əsas aktyorları seriala çəkilir o serial da böyük reytinq toplayır. Hazırda vəziyyət necədir?

- Serial çəkilişləri başlayarkən bəzi problemlərimiz oldu, ancaq onlar da qaydasına düşdü. Bir çox aktyorlar kamera qarşısına təzə çıxsalar da, uğur qazandıq. Serialın uğuru varsa, bu, rejissorun uğurudur. Şahin Qəhrəman çox çalışır. Çox istedadlı aktyorlarımız var. Aktyorluq bir kənara, əsas odur ki, insani keyfiyyətlərə məxsusdurlar. Mən bir şeyi diqqətə çatdırmaq istəyirəm ki, bölgə teatrlarımızın aktyorları heç paytaxtda çalışan aktyorlardan geri qalmırlar. Onlar öz rollarını ürəklə oynayırlar. İndi cahil düşüncəli insanlar var. İstəyirik ki, insanlara fərqli bir mövzu göstərək. Elə insanlar var ki, heç övladlarını oxutmur, təhsilə önəm vermirlər. Serialımızda belə problemləri göstərməyə çalışırıq. Serialın ssenarisini oxuyanda çox bəyəndim bu obrazı canlandırmağa qərar verdim. Çox istərdim ki, digər rejissorlar da bu serialdan sonra bölgələrimizə, əyalətlərimizə üz tutsunlar. Həm gözəl təbiətimizi nümayiş etdirsinlər, həm bölgələrdə fəaliyyət göstərən aktyorlarımızı üzə çıxarsınlar. Bu bir yenilikdir.

 

- Bölgədə çəkilən serial hazırda hansı çətinlikləri yaşayır?

- Azərbaycanda belə serial olmayıb ki, o, sırf bölgədə çəkilsin orada məhz bölgə problemləri əks olunsun. Bir çox problemlər yaşayırıq, ancaq onların hamısı həll olan problemdir. Əsas problemimiz hava ilə bağlıdır. Bilirsiniz ki, biz həftəiçi yayımlanırıq. Çəkiliş zamanı yağış yağır, neçə saat onun bitməsini gözləyirik. Ancaq Lənkəran Rayon İcra Hakimiyyəti bizə çox kömək edir. lazım olubsa, yardım göstəriblər.

 

- Qarşıdakı bölümlərdə Nərgizi nələr gözləyəcək?

- Qarşıdakı süjet haqqında öncədən məlumat verməyə ixtiyarımız yoxdur. Sizi əmin edirəm ki, çox maraqlı olacaq. Onu deyim ki, müəllimənin başına çox pis hadisələr gələcək. Məni oğurlayacaqlar, hətta ölüm təhlükəsi ilə üz-üzə qalacam. O ailədə bir itki baş verəcək, hər kəs elə hesab edəcək ki, həmin ailə üzvü ölüb. Ancaq o insan gəlib Nərgizi xilas edəcək.

 

- Siz bizə serialdakı sevgidən danışın. Nərgiz Fərhadı, yoxsa Kənanı sevəcək?

- Hazırda Nərgiz Fərhadı yavaş-yavaş sevməyə başlayır. Xoşbəxt olan zaman Kənan gəlib çıxacaq. Kənan hələ ki Nərgizlə görüşməyib. Görüşmə anı olduqdan sonra Nərgizin başqa problemləri ortaya çıxacaq. Kənan Nərgizin nişanlısı olub zamanında, onu sevib. Nərgiz daxili sarsıntılar keçirəcək seçim qarşısında qalacaq. Növbəti bölümlərdə siz onun qərarını görəcəksiniz.

 

- Qabaqdan nar bayramı gəlir. Yenə sizi "Nar qızıobrazında görəcəyik?

- Bu dəfə "Nar qızımən olmayacam. Hazırda «Günəşim ol» serialı ilə əlaqədar çəkilişlər davam edir. Bu serialda rol aldığım üçün başqa bir layihədə iştirak etməyə vaxtım yoxdur. O qədər yorğun oluram ki...

 

- Siz Gənc Tamaşaçılar Teatrının repertuarında yer alan tamaşalarda ən çox oynayan aktrisalardansınız. Teatrdakı obrazlarınızı canlandırmağa necə vaxt tapırsınız?

- Yeni tamaşalar götürə bilmirəm. Təsəvvür edin ki, günüm Lənkəranla Bakı arasında yollarda keçir. Ən böyük çətinliyim yol yorğunçuluğudur. Uzun müddətdir ki, yuxuya həsrətəm. Teatrımızın rəhbəri Mübariz müəllimə dərin minnətdarlığımı bildirirəm. Məni başa düşür, serialda iştirakım üçün hər bir şərait yaradır. Lənkəran Bakıdan bir az uzaq olduğu üçün mənə ikiqat çətindir. Hələ ki təzə tamaşalarda yoxam, ancaq köhnə tamaşalarımı vaxtaşırı gəlib oynayıram. Ancaq tamaşaçı alqışları üçün çox darıxmışdım. O alqışlar nəyə desən dəyər. Tamaşaçı alqışından sonra adamın bütün yorğunluğu çıxır, yatmaq da istəmirsən.

 

- Lənkəran Teatrında səhnəyə çıxmaq təklifi almısınızmı?

- Lənkəran Teatrının aktyor heyəti ilə yaxından tanış oldum. Onlarla birlikdə işləyirəm. O teatrda mənə mono-tamaşa oynamağı təklif etdilər. Ancaq teatrın səhnəsində oynamaq üçün o qədər də vaxtım yoxdur. Lənkəranda səhər açılandan axşama qədər çəkilişlərdə oluruq. İndi havalar bir qədər soyuq keçdiyi üçün biz daha çətinliyə düşürük. İndi olmasa da, gələcəkdə bu təklif yenə olunarsa, çıxış edərəm.

 

Xəyalə Rəis

Kaspi.-2016.-1 noyabr.-S.12.