Gənc şairin ilk kitabı - Maarif Soltan

 

artkaspi.az "Gənc şairin ilk kitabıadlı layihəyə start verib. Bu layihə çərçivəsində şeirləri xalqın, oxucuların könlünə yol tapan, istedadları çoxluq tərəfindən etiraf olunmuş sevimli şairlərin ilk kitabları haqqında kiçik təqdimatla həmin nəşrdən bəzi şeirləri dərc olunur. Bu dəfə Maarif Sultanın ilk kitabından şeirlər şəkillər oxucuların ixtiyarına verilir:

 

 Maarif Soltan 1956-cı il aprelin 10-da İsmayıllı rayonunun Brovdal kəndində müəllim ailəsində doğulmuşdur. Şairin ilk kitabı " Dünya işıqla dolu” 1986-cı ildə çap olunub. 5000 min tirajla nəşr olunan kitabın redaktoru Adil Cəmil, rəssamı V.Sadıxcan, bədii redaktoru P.Əhmədov, texniki redaktoru V.Plitkina, korrektorları F.Rəsulova, Ş.Həsənova, qiyməti 25 qəpik olmuşdur.

  

 

 Kəndimizin kədəri

 

 

Bir kənd varkədəri böyükdür, böyük,

Davaya əsgərlər verib bir bölük.

 

Cəbhəyə yollanmış oğullar təki,

qəhrindən boğaza yığılıb o kənd.

O qədər qoynuna dağ çəkilib ki,

Dağları qoynuna sığdıra bilmir,

dağların qoynuna sığınıb o kənd.

 

O kəndə hər səhər leysanlar yağır,

O odu, yanğını söndürə bilmir.

Hər payız yel əsir, şimşəklər çaxır

O kəndin öz doğma oğullarını

Tufan da o kəndə döndərə bilmir.

 

O kənddə ana varoğulsuz ana,

Bacı varqardaşsız ağarıb saçı

Qarı varbarmaqda nişan üzüyü,

Adı da çağrılır hələ qızbacı.

 

Bir kənd varkədəri böyükdür, böyük,

Davaya igidlər verib bir bölük...

 

Atamın dediklərindən

 

Bütün arıların

Allahı bir, dini bir,

Peşəsi bir, dini bir,

Arı haram götürməz,

Arı təmizlik sevir,

Arı ol, bala, arı kimi işlək,

Arı kimi əlbir.

Bal damsın dilindən,

Yaxşılıqdan başqa bir gəlməsin əlindən.

 

Ürəyinbal dolu bir pətək.

Lazım olanda sancmağı da bacar

arı kimi...

 

 Bir təpə üstündə düşündüklərim

 

Günügündən bayraq-bayraq ucalan Vətən,

Torpağından qalxmışam peyvənd pöhrələr kimi

 

Min sevda var başımda:

Gözündəki ulduzlara

Yarpaq-yarpaq

Boy atmaq istəyirəm,

Kəmənd atmaq istəyirəm

Daha gözəl günlərə.

 

Adlamaq istəyirəm

Bir addımda Arazı

Necə özündən razı

Meydan oxuyur hələ,

 

Qatlamaq istəyirəm dilim altda onları,

Mənə meydan ver barı,

ərisin nəfəsimdən Şimalın buzlaqları.

Ulu dağların dirəyim

Göyün köməyim olsun

 

Günü-gündən bayraq-bayraq ucalan Vətən,

Torpağından qalxmışam peyvənd pöhrələr kimi

 

Min sevda var başımda

Halbuki bu yaşımda...

 

 Ötür...

 

Dəqiqələr ötür, saatlar ötür,

Fəsillər, illər ötür.

Başımın üstündən buludlar ötür,

İnsanlar ötürlər böyür-başımdan,

Təyyarələr ötür, maşınlar ötür.

Ötür, nəsillər ötür...

Pəncərəm önündə bir bülbül ötür.

Qardaş, dur ayağa məni ötür

Qaş ötür, qardaş, daş ötür.

 

 

 

 

 

 Hazırladı: Aysu Kərimova

 

Kaspi  2017.- 16-18 dekabr.- S.17.