Kimin hünəri nədir ki, bu xalçanı almasın...

 

Azərbaycan xalçalarını tanıtmaq üçün nə etməliyik?

 

Qəzetimizin ötən saylarından birində apardığımız araşdırma nəticəsində məlum olmuşdu ki, xalçaçılığı inkişaf etdirmək üçün böyük layihələr gerçəkləşdirilir. Xalçaçılıq sənayesinin inkişafı üçün 2016-cı ilin may ayının 5-də prezidentin sərəncamı ilə "Azərxalça”  Açıq Səhmdar Cəmiyyətinin yaradılması da görülən işlərin tərkib hissəsidir. Bəs yeni istehsal olunan Azərbaycan xalçalarının dünyada təbliğ etmək üçün nə etməliyik? Xalçaların əlimizdə qalmaması, turistlərin istehsal ediləcək məhsula cəlb edilməsi üçün onun marketinq yönü də nəzərə alınmalıdır. Bu necə həyata keçirilməlidir?

 

"Keyfiyyətli xalçanın müştərisi hər zaman var

 

"Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov bizimlə söhbətində bildirdi ki, keyfiyyətli xalçanın müştərisi hər zaman olur: "Bu ilin yanvar ayının 14-17- də Almaniyanın Hannover şəhərində keçirilən beynəlxalq xalça satış sərgisində iştirak etdik. Avropalıların Azərbaycan xalçasına olan marağını gördük. Onlarla əlaqələrimiz varümid edirik ki, bu ilin sonunda Azərbaycandan xalça alacaqlar. Azərbaycan xalçalarının təbliğatı ilə ciddi şəkildə məşğul oluruq. Həm daxildə, həm də xaricdə müxtəlif dillərdə xalçalarımız reklam edilir. Beynəlxalq və yerli sərgilərin təşkilində iştirak edir, təqdimat üçün çalışırıq. Yeni yaranmış qurum olmağımıza baxmayaraq, böyük işlər görmüşük. 2018-19-cu illərdə bu filialların sayı artacaq və inanırıq ki, yaxşı xalça olduqdan sonra ona tələbat da olacaq”.

 

Maarifləndirmə, satış imkanlarının təşkili, mediada daimi aktivlik

 

PR mütəxəssisi Azər Nəzərovqəzetimizə açıqlamasında bildirdi ki, əgər bir məhsulu yerliya xarici bazara çıxarırıqsa, həmin məhsulun güclü və zəif tərəflərini xüsusi olaraq araşdırmaq lazımdır: "Xarici bazarlarda xalçalarımızı yaxşı tanıyırlar. Burada diqqət etməli olduğumuz məsələ orasındadır ki, biz əvvəlcə mövcud bazarı dəyərləndirməliyik. Yəni bizim regionlarda bizə rəqib olan ölkələrin xalçalarının tanıdılması üçün hansı addımların atıldığını və onların hansı yolu keçmiş olduğunu öncə araşdırmağımız lazımdır. Diqqət yetirsək görərik ki, bizim regiondan xalça istehsalına görə lider İrandır. İranın xalçalarına olan maraq əl ilə toxunmasında və naxışlarındadır. Təbii ki, bu, bizdə də belədir. Bizim də xalçalarımız əl ilə toxunur və naxışları da İran xalçalarından geri qalmır. İkincisi, İranda əsas məsələlərdən biri xalçaların qədimliyidir. Bu gün Qərbdə xalça bazarlarını dəqiqləşdirsək, görərik ki, İran xalçalarının qədimliyinə görə də dəyərləri yuxarıdır”.

 

Müsahibimizin sözlərinə görə, xalçaların bazarda tanıdılması üçmərhələli şəkildə həyata keçirilməlidir: "Birinci mərhələ ümumi təbliğat mərhələsidir. Yəni burda auditoriyanı inandırmaq, maarifləndirmək lazımdır ki, auditoriya məhz bu tipli məhsuldan və onun spesifik xüsusiyyətlərindən xəbərdar olsun. Digər ölkələrdə hər kəs bilmir ki, Azərbaycanda xalça əl ilə toxunurbu, kifayət qədər dəyərli xalçadır. İlk addım olaraq hansısa bir sərgi təşkil etmək olar. Nəzərə almaq lazımdır ki, xalça tipli məhsulların auditoriyası heççox deyil. Yəni bu, spesifik bir auditoriyadır. Bu, şokoladyaxud digər məhsul deyil ki, deyəsən bunu hər kəs ala bilər. Xalçanı yalnız o adam alacaqdır ki, xalçadan başı çıxır. Deməli, həmin o spesifik auditoriya üçün xüsusi sərgilər təşkil etmək olar. O spesifik auditoriya xaricdə bəlli bir qisim əhalidir. Yəni onu xüsusi qaydada müəyyən də etmək üçün həmin insanlar hansı klubların üzvüdürsə, xüsusi qaydada Azərbaycan gecəsi təşkil eləmək olar. Sərginin içində xalçaların özləri haqqında məlumatlarla yanaşı, naxışların hazırlanması qaydaları, ümumiyyətlə, Azərbaycan xalçalarının tarixiliyis. haqqında məlumat vermək olar ki, ilkin maraq yaradılsın. Təbii ki, marağın içində milli dəyərlərə xüsusi vurğulamaq lazımdır. Milliliyin qatılması onun daha da dəyərlənməsidir. İkinci addım isə xalçaların əlçatan yerlərdə satışının təmin olunmasıdır. Əgər biz öncə insanları maarifləndiririksə, bu, onlar üçün əlçatan olmalıdır. Ölkədən kənarda xüsusi xalça satış mərkəzləri olmalıdır ki, əcnəbilər o xalçaları rahat şəkildə əldə edə bilsinlər.

 

İndi aparıcı satış növu onlayn-satışdır. Yəni  imkanlar yaranmalıdır ki, həmin xalçaları insanlar ölkədən kənarda rahat formada internet vasitəsilə sifariş edə bilsinlər. Bununla bağlı ölkə başçısının sərəncamı əsasında https://azexport.az/ saytı da yaradılıb ki, həmin sayt çərçivəsində yerli məhsullar xaricə ixrac olunur. Bizim xalçalar da həmin məhsullardan biri ola bilər.

 

Üçüncü mərhələ isə xalçalara marağı olan insanların xüsusi qaydada şəbəkələşməsinin təşkili, onların həmin fabriklərə dəvət olunması, istehsalı yerində görməsi, insanların mediaya çıxışının təmin edilməsi, medianın istehsal olunan yerlərə dəvət olunmasıdır. Xalça toxuyan insanlarla bağlı sənədli filmlərin çəkilməsi vacibdir. Birincisi maarifləndirmə, ikincisi satış imkanlarının təşkilidir, üçüncüsü isə bunun mediada daimi aktivliyini saxlamaqdır. Amma yadda saxlamaq lazımdır ki, bu ənənəvi marketinq keysi kimi olmamalıdır ki, Azərbaycan xalçası var, gəlin bunu alın. Yox bu, reklamdır, insanlar reklamlardan daha çox piara, birbaşa ünsiyyətə inanırlar. Burda artıq məqsədimiz xüsusi reklam yox, xalçaların özünəməxsusluğunu göstərməkdir. Bunun üçün də təbii ki, ən yaxşı yol sənədli filmlərdir”. 

    

"Tarixi keçmişimiz imkan verir ki, ölkəni yenidən yaxşı xalçaçı kimi tanıdaq”

 

İctimaiyyətlə Əlaqələr mütəxəssisi Vüqar Babaisə hesab edir ki, Azərbaycan xalçalarını tanıtmaq üçün bir sıra məqamlara ciddi diqqət ayrımaq lazımdır: "Hər şey araşdırma ilə başlamalıdır. Yəni, araşdırılmalıdır ki, hansı ölkələr xalça alır? Nəyə görə alır, necə xalça alır, hansı qiymət arasında alırlar, hansı materialdan hazırlanan xalçaları alırlar. Daha sonra araşdırmaq lazımdır ki, xalça satan, dünyada xalça ixracatı kimi tanınan ölkələr hansılardır, bunlar nəyə görə xalça ixracatı kimi tanınırlar, özlərini hansı formada mövqeləndiriblər. Bunun səbəblərini öyrənmək lazımdır”.

 

Müsahibimiz deyir ki, Azərbaycan xalçaçılıqla məşğul olan ölkə kimi tanındığı üçün uğur qazanmaq şansı çoxdur: "Yəqin ki, heç kəs Yaponiya, Almaniya xalçası deyə bir şey eşitməyib. Xalça almaq istəyəndə "Koreya xalçası alım, İtaliya xalçası alım, İngiltərə xalçası yaxşı olur kimi” fikirlər mövcud deyil. Şərq ölkələri - İran, Azərbaycan, Türkiyə xalçaçılıqla məşğul olmuş ölkələr kimi tanınır. Bu baxımdan tarixi keçmişimiz bizə imkan verir ki, ölkəni yenidən yaxşı xalçaçı kimi tanıdaq. Burada da yalnız dövlət yox, sahibkarlar, biznes sektorları da xalçaçılığın inkişafına çalışmalıdırlar, maddi vəsait yatırmalıdırlar. Ən əsası diqqət etmək lazımdır ki, dünyada hansı növdə xalçalar satılır? Dünyada yayılmayan xalçanın üzərində köklənmək azımdır. Xalçaçılıq sahəmizdə olan boşluqları tapmalı və aradan qaldırmalıyıq. Xalçalar divara da döşənə bilir, yerə də salına bilir. O baxımdan onun təqdimatı, funksionallığı, istifadə qaydalarını dünyada tanıtmaq lazımdır. Sonra hədəf bazarları müəyyən olunurfilan ölkələrə çıxacağıq. Bu formada satışı həyata keçirəcəyik. Planlar cızılandan sonra həmin ölkələrdə media vasitəsi ilə, telekanallar vasitəsi ilə istər keyfiyyət, istərsə də qiymət baxımından Azərbaycan xalçalarının təbliğatı aparıla bilər. Bu formada həmin ölkələrdə tanıtımı gücləndirəndən sonra Azərbaycan xalçalarına ehtiyac, maraq yarana bilər. Əlbəttə ki, ondan sonra xalçanı daha sərfəli qiymətə satmaq olar”.

Azərbaycanda xalça toxuyanların yaradıcılıq sferası da daim geniş olub. Nənələrimiz xalçalara olduqca orijinal naxışlar vurmaqla yanaşı, onu toxuyarkən ürəklərini də qoyublar, müsbət enerjilərini də veriblər. Azərbaycan xalçalarını məşhur edən də məhz bu kriteriyalardır. Bu kodlar isə genetik keçir. Deməli, bu gün xalça toxuyan Azərbaycan xanımları da yaradıcılıq baxımından nənələrimizdən geri qalmırlar. Sadəcə, işi düzgün qurmaq lazımdır ki, Azərbaycan xanımlarının toxuduğu xalçalara baxıb, "kimin hünəri nədir ki, bu xalçanı almasın” deyə bilək.

 

Aygün ƏZİZ

Kaspi.-2017.-22 fevral.-S.7.