Gecikmiş məktublar       

 

Zərdabinin məqalə-məktublarının bütün mətnlərində gerçək insan taleləri dayanır

 

Azərbaycan milli mətbuatının ilk qaranquşu, XIX əsr Azərbaycan ictimai-siyasi həyatında müstəsna rolu olan "Əkinçi” (1875-1877) qəzeti mədəni-mənəvi tariximizə qızıl hərflərlə, unudulmaz, şərəfli səhifələr yazmışdır. Şairə, yazıçı Sona xanım Vəliyevanın H.Zərdabiyə ikinci həyat verə biləcək gücdə olan, iri həcmli, tarixi faktlarla zəngin "İşığa doğruromanı üzərində tədqiqat işi apardığımız bir vaxtda, zərdabişünas şair, publisist İsaməddin Əhmədov Həsən bəyin 16 il Zərdabda sürgündə yaşayarkən Bakıya - "Kaspiqəzetinə ünvanladığı məqalə-məktubları tərcümə edərək, kitab halında nəşrinə nail olmuşdur. Bir məqamı da vurğulayaq ki, o illər Zərdabi təkcə "Kaspi”yə deyil, Rusiyanın müxtəlif şəhərlərində çıxan rusdilli qəzet jurnallara da çoxlu sayda məqalələr göndərib. Ədəbiyyatımız, tariximiz üçün çox qiymətli məxəz olan, fundamental əsərin məsləhətçisi Sona xanım Vəliyeva, ideya müəllifi, maddi təminatçısı Lütfəli Babayev, redaktoru rəyçisi əməkdar jurnalist, zərdabişünas tədqiqatçı Tahir Aydınoğludur (Həsən bəy Zərdabi. "Seçilmiş məqalələri məktublar”. Bakı, "Zərdabi LTD” MMC. 2016, 912 səh.). 1877-ci il sentyabrın 29-da son sayı nəşr olunmaqla, 56 nömrəsi işıq üzü görən "Əkinçibağlandıqdan sonra onu gimnaziyanın müəllimliyindən azad edirlər. Basqı, təqib, təsirlərə dözə bilməyən Həsən bəy Məlikzadənin işdən getməsi, təbii ki, onun Bakıdan sürgün olunması demək idi. Zərdabinin Krasnodara (keçmiş Yekaterinadora), yaxud Kutaisiyə gedib müəllim işləməsi tələb olunub. Sadəcə, müəyyən səbəblərə görə "ona hörmət əlaməti olaraqsürgün, doğulub boya-başa çatdığı Zərdabda məcburi yaşamaqla əvəz olunur. Bakıya köçəndən sonra "Kaspiqəzetinin redaktoru işlədiyi illərdə bu qəzetdə, eləcə "Qafqazqəzetində, "Trudi Kavkazskoqo obşestva selskoqo xozyaystvanəşrində dərc olunan məqalə məktubları ilk dəfə rus dilindən Azərbaycan dilinə edilmiş tərcümələr sözügedən kitaba daxil edilib.

 

M.F.Axundzadə ideallarını inam cürətlə həyata keçirən, Fətəlinin hələ gəncliyində gələcəyinə ümid bəslədiyi Zərdabi, demokratik prinsipiallığı ilə fərqlənən xələflərdən oldu. H.Zərdabi milli publisistika tariximizdə ədəbi-tarixi şəxsiyyət olaraq müəyyən bir ədəbi mərhələninmilli mətbuatın bünövrəsini gerçəkləşdirdi. "Əkinçi”də təkcə kənd təsərrüfatına aid yazılar deyil (bu ad altında qəzet çıxartmaq təbii ki, gözdən pərdə asmaq idi – B.B.), siyasət, iqtisadiyyat, mədəniyyət, musiqi haqqında yazdığı məqalələr, tövsiyələr elmi dəyərinə, müasirliyinə, aktuallığına görə bu gün əhəmiyyətini itirməmişdir ("Qida məhsullarının saxtalaşdırılması”, "Məktəb gigiyenası”, "Bizim yırtıcıların məhv edilməsinin vacibliyi barədə”, "Zaqafqaziya çöllərində meşəliklərin salınması” ). H.Zərdabinin yetişdiyi dövr, mühit, həyat fəaliyyəti ilə tanış olmayan oxucu da, kitabdakı mətnlərin məzmunu ilə tanış olduqda, onun yaradıcı dünyagörüşü, publisistik dil-üslubu, məxsusi dəsti-xətti, məqalə-məktubların ideya-estetik cəhətlərinin səciyyəvi xüsusiyyətləri barədə maraqlı, təsirli, düşündürücü mülahizələr qarşısında, dəqiq, tutarlı məlumatlar önündə qalır cəmiyyətin eybəcərliklərini çılpaqlığı ilə görür. H.Zərdabi o illər Azərbaycan düşüncəsinin seçilə bilən, özünəməxsus orijinal xarakterli insanlardan biri olmuşdur. Fikrimizi təsdiqləmək üçün Zərdabinin Moskva Universitetində təhsil alarkən rektorun qızı Vera Solovyovla dəli eşq macərası yaşaması, rektorun Moskvada qalmaq təkliflərindən imtina etməsi, Veranı gözüyaşlı qoyub vətənə dönməsi, təzə yerindəTiflisdə idarə rəisi ilə haqq ədalət uğrunda mübarizədə toqquşması, işdən çıxıb Bakıya qayıtması, general Fərəc bəyin M.F.Axundovun ona məsləhətlər verməsi s. məsələləri nümunə gətirmək bəs edər ki, onun qədər təmiz, vicdanlı, gələcəyibu günü görən böyük şəxsiyyət olduğu aydınlaşsın.  Məqalə-məktublarda Zərdabi özündən əvvəlki dövrə deyil, yaşadığı zamana xas iti, aydın, dinamik şüurdan qaynaqlanaraq gələcəyisonrakı əsrlərdə baş verə biləcəkləri ifadə edə bilmişdir.

 

H.Zərdabi bu məktublarda önəmli bilgilərə, üsul-idarənin məhkəmələrinə daha çox yer verərək, baş vermiş situasiyaları maraqlı əhvalatlarla dərinləşdirmiş, hətta bəzi məqamlarda Rusiya hakim dairələri ilə öz kəndlilərini müqayisə edərək, bəzən incə, yumoristik gedişlər sayəsində bədii dillə qələmə almışdır. Bu məqalə-məktubların arxasında istintaq materialları dayanır. Bunlar, sadəcə, informasiya, şikayət məktubları deyil, bütöv bir Azərbaycan gerçəkliyinə xas, çox güclü sosioloji ittihamlardır. Bizcə, H.Zərdabinin məqalə-məktublarının bütün mətnlərində gerçək insan taleləri çar üsul-idarə məmurlarının onlarla qeyri-müəyyən, pis rəftarımünasibətləri dayanır. Təklənmiş, yalqızlaşmış, özlərini kimsəsiz sayan Azərbaycan insanları ümidlərini bir Allaha, bir zərdabilərə bağlamışlar.

 

Kitabda toplanmış yazıların əksəriyyəti ayrı-ayrı nəşrlərə ucqar Zərdabdan göndərilsə , fəqət bu yazılarda Azərbaycan vilayətlərinin acınacaqlı həyat tərzi bu ya digər dərəcədə öz bədii inikasını tapıb.

 

Ədəbiyyatımızı, tariximizi, publisistikamızın o zamankı dövrünü, ictimai-siyasi həyatının mühitinin öyrənilməsi baxımından, bu məqalə məktublar ədəbiyyat tariximizdə misilsiz məxəzdir desək, səhv etmiş olmarıq.

 

Tərcüməçi İ.Əhmədov haqlı olaraq yazır ki, bu məqalə məktublar kəndlərimizin şəhərlərimizin, xalqımızın o zamankı tarixini, məişətini, mədəniyyətini, etnoqrafiyasını öyrənmək baxımından çox qiymətli mənbələrdir.

 

Həsən bəy Zərdabinin seçilmiş məqalə məktublarının ədəbi elmi ictimaiyyətə çatdırmaqda gecikmələr olsa da, ustad dərsləri kimi jurnalistlərimizə elmi düşüncədə zərdabişünaslığa qiymətli töhfə olacağına əminliyimiz çoxdur.

 

Baba Babayev

filologiya elmləri doktoru

 

Kaspi  2017.- 21 iyun.- S.15.