Çılğın aşiqin bir gecəsi

 

Bəzən insanın əli hər şeyə çatanda həyatdan usanır. Pul, ailə, uşaqlar, daimi - kənardan qüsursuz görünən, çoxlarının arzusunda olduğu həyat qırx yeddi yaşlı Barni Keşmanı yormağa başlayır...

Söhbət noyabr ayının 16-da Yarat Müasir İncəsənət Mərkəzində nümayiş olunan, Amerika dramaturqu Nil Saymonun pyesi əsasında hazırlanmış "Bu çılğın aşiqtamaşasından gedir. Rejissorları Yuri Baliyev İlkin Mehdiyev olan tamaşanın iki əsas qəhrəmanı var - Barni Keşman (Əldülqəni Əliyev) Janet (Natavan Hacıyeva). Süjet olduqca sadədir, belə ki, üç uşaq atası Barni Keşman atasından miras qalan restoran biznesi ilə məşğul olur. bir gün o, adi ailə həyatını dəyişdirmək, öz dediyi kimi, "bozhəyatına rəng qatmaq üçün başqa bir qadınla əlaqə qurmağa qərar verir...

Hər şey elə bu qərardan sonra başlanır. Qaranlıq evin qonaq otağındakı sükutu Barninin telefonla danışığı pozur. O, əvvəlcə arvadının harda olduğunu dəqiqləşdirir ki, niyyətini gerçəkləşdirməyə maneçilik törədən olmasın. Seyrçilər içərisindən keçib gələn qara uzun libaslı infernal obraz sakitcə Barniyə yaxınlaşıb sanki onun içindən bir kəpənək çıxarır bu kəpənəyi hərəkətə gətirib uçurmaqla, bir növ, Barninin daxilindəki təmizliyi, paklığı, vicdanı, şərəf namusu ondan alır. Təmiz hisslərindən "azad olanBarni bundan sonra heç kimi heç nəyi vecinə almayan bivec biridir... Onun üçün duyğular artıq heç bir önəm kəsb etmir, ancaq qadın, ehtiras, əyləncə kef barəsində düşünür. 

Bu gecə üçün gələn dəvətli qadın adi, sıradan bir qadın deyil, Barninin ən yaxın dostunun xanımıdır. Qəribədir o, niyə belə bir işə razılıq verib? Bu sualın cavabı tamaşanın gedişatında tədricən aydınlaşır. Bəzən "dərd insanları yaxınlaşdırırdeyirlər. Janet bədbəxt bir qadındır. Kənardan xoşbəxt görünsə , Barniyə etiraf edir ki, əri ilə aylardır yaxınlığı olmayıb. İdeal görünən ailə, sən demə, bir oyundan ibarətdir. Ən pisi isə odur ki, Janet bunu kimsəyə söyləyə bilmir, uzun müddətdir sakitləşdirici dərmanlar qəbul edir, həkim qəbuluna gedir. Janeti daha çox üzən isə ərinin bir gecə ona çox sakit halda başqa qadınla eşq yaşadığını etiraf etməsidir. Lakin Barni bütün bunları adi qarşılayır. O, dünənki ziyafətdən Janetə heyrandır. Janetin dünən mətbəxdə ona dediyi xoş sözlər, əslində, Barnini başqa fikirlərə sövq edib. İndi isə o, Janetin qədər dərdli, bədbəxt bir qadın olduğunu, problemlər burulğanında boğulduğunu görüb təəccüb edir. Gah mülayim, gah da əsəbi olan Barni Janeti bu fikirlərdən uzaqlaşdırıb, öz dünyasına gəlməyi, onunla bərabər içib əylənməyi, gecəni birlikdə keçirməyi təklif edir. Janetsə buna etirazını bildirir. O, bu dünyada baş verən bütün hadisələrə tez reaksiya verir, ancaq suallar yağdırır, vicdanlı insanların öldüyündən, xaosun içində ilişib qaldıqlarından danışır. Bütün bunlar Barni üçün boş cəfəng sözlərdir. Qəhrəmanların hər cümləsi onların mənəvi portretini, kimliyini şəxsiyyətini açıq-aşkar sərgiləyir. 50 dəqiqə davam edən tamaşada bir dəqiqə olsun boşluq yaranmadı. Kiçik səhnədə bir-birinə əks obrazlar olan Barni Janet yaranan suallara cavab tapmaqda bəzən çətinlik çəkirlər. Janet qapıdan çıxanadək Barni ilə yaxınlıq barədə heç düşünmür . O pərişandır, sanki bütün dünya Janetə qarşıdır, o isə bu qapalı zonadan çıxa bilmir. Barniyə and-aman edir ki, onun bura gəldiyindən ərinin xəbəri olmasın. Ancaq heç kimə demədiyi bir həqiqəti yenə Barniyə etraf edir: əlindəki həb qutusundakı sonuncu həbi içdikdən sonra özünü öldürəcək. Ən dəhşətlisi isə budur ki, qutuda bircə həb qalıb. Barni artıq Janetə acıyır, hətta, bayaqdan ona təklif etdiyi çılğın aşiqanə hərəkətlərindən müəyyən qədər uzaqlaşır, onunla içib suallara birgə cavab axtarır. Budur, artıq gecə yarıdır... Janet artıq gedir, ancaq bura gəlişi onu çox dəyişib - indi o, intihar haqqında düşünür, aciz qadın kimi yaşamaq barədə... Sonda qapıdan çıxan Janet gülümsəyir asta səslə deyir: "İndi mən ərimə etiraf edəcəm ki, məşuqum var bu, Barni Keşmandır”, Janet özünə məxsus bir əşyanı Barnidə qalması üçün ona verir. İndi Janet Barnidən qorxur, ona nifrət hissi bəsləyir, tam əksinə, ona, bir növ, minnətdardır. Janetdən sonra sükuta qərq olan evi səliqəyə salan Barni yenidən tənhadır, əyin-başını düzəldir, səsini mülayim tona salaraq telefonu əlinə alıb ideal həyat yoldaşı rolunu oynamağa davam edir. Bu çılğın aşiq xanımının səsini eşidər-eşitməz onsuz darıxdığını, səbirsizliklə yolunu gözlədiyini deyir əlaqə kəsilir...

Yenə qaranlıq, yenə sükut... Müəmmalı şəxs geri qayıdır. Yerə uzanmş Barninin üstünə ondan ayrılıb getmiş kəpənəyi yaxınlaşıdırıb hərəkətə gətirir. Barni isə əlinə qonmuş bu kəpənəyi seyrçilər arasından ona yaxınlaşan balaca oğlan uşağına verib yola salır, özü ardınca həsrətlə baxır...

P.S. Tamaşadan sonra alqış sədaları altında səhnəyə çıxan rejissor hər kəsə dərin təşəkkürünü bildirdi. Bu tamaşanın ilk premyerasını Bakı seyrçilərinə təqdim etdiyindən danışan rejissor, yaxın zamanda qastrola gedəcəklərini vurğuladı tamaşanın ərsəyə gəlməsindən söz açdı: "Əsas hadisələri oynamaq, yaxud məkanın harada olması deyil, ən vacib məsələ hadisələri yaşamaqdır”.

 

Nigar Pirimova

Teatrşünas

 

Kaspi  2017.- 23 noyabr.- S.10.