Turistlər üçün cəlbedici məkan

 

Ekspertlər, Şamaxı Safari Parkını bioaləmin inkişafı baxımından müsbət qiymətləndirirlər

 

Oktyabrın 2-də Prezident  İlham Əliyev birinci xanım Mehriban Əliyeva yeni yaradılan Şamaxı Safari Parkı ilə tanış olublar.

 

Müasir dövrdə ekoturizmin geniş yayılmış növlərindən biri safari turizmidir. Bu gün safari turizmi ovçuluq ya fotoovçuluq, balıq tutmaq, açıq məkanda təbii halda heyvanları müşahidə etmək məqsədilə təşkil olunan turizm növü kimi məşhurdur. Ənənəvi safarilər heyvanları nəsli kəsilmək təhlükəsi ilə üz-üzə qoyduğu üçün son dövrlərdə təşkilatçılar ov məqsədli turlardan imtina edərək sırf fotosafarilərə istiqamətləniblər. Fotosafariləri bədii dillə "sakit ovda adlandırırlar. Azərbaycanda da fotosafari turlarının həyata keçirilməsi üçün geniş imkanlar var. Ölkəmizin müxtəlif guşələrində xüsusi mühafizə olunan təbiət əraziləri - milli parklar, qoruqlar xarici turistlərin belə turlara cəlb edilməsində mühüm rol oynaya bilər.

 

Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycanda ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə bununla bağlı məsələlər yer alıb. Strateji Yol Xəritəsində qeyd edilib ki, Mədəniyyət Turizm Nazirliyi Ekologiya Təbii Sərvətlər Nazirliyi ilə birlikdə Azərbaycanın ekoloji turizm imkanlarının tədqiqini həyata keçirərək, bunun əsasında milli parklarda müxtəlif turizm fəaliyyətlərinin təşkili ilə bağlı tədbirlər planı hazırlayacaq. Yaradılacaq marşrutlar üzrə əlverişli fəaliyyət cədvəli tərtib ediləcək. Buraya milli parklarda potensial turizm kampinq yerlərinin müəyyən edilməsi işlənib hazırlanması üzrə təkliflərin irəli sürülməsi daxildir. Təhlil nəticəsində məqsədəuyğun hesab edilərsə, bu kampinq yerlərinin işlədilməsi özəl operatorlara da həvalə oluna bilər. Qeyd edək ki, sənəddə Şamaxı Safari Parkının yaradılacağı da qeyd olunmuşdu. Artıq Şamaxı Safari Parkı hazırdır

 

Azərbaycanda elmi əsaslarla ov ekologiyasının yaranması, vəhşi populyasiyada olan heyvan növlərinin Azərbaycan təbiətinə adaptasiyası məqsədilə 2014-cü ildə yaradılan "Azər Ekov” MMC qısa müddətdə bu istiqamətdə zəruri olan işləri görməyə başlayıb. "Azər Ekov” MMC ilk olaraq vəhşi dırnaqlılar maral fermerlərinin Beynəlxalq Assosiasiyasına - IDUBA-ya üzv olub. Bununla da "Azər Ekov” MMC bu assosiasiyanın Cənubi Qafqazda təmsilçilik hüququnu əldə edib bu quruma Ermənistanın üzv olmasının qarşısını alıb. IDUBA-nın təşkil etdiyi görüşlər sayəsində üzvlər müəyyən vaxt ərzində yığıncaqlar təşkil edib heyvan yetişdirilməsi, ovların təşkili, buynuz ticarəti, yem yem əlavələrinin istehsalı s. ilə bağlı fikirlərini bölüşürlər. Bu assosiasiyanın tədbirlərində bərabərhüquqlu üzv kimi iştirak edərkən "Azər Ekov” MMC qarşısına beynəlxalq təcrübəni mənimsəmək, xarici mütəxəssislərin Azərbaycan təbiətinə marağını cəlb etmək kimi hədəflər qoyub.

 

"Azərbaycanda ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”dəki tapşırıqlara uyğun olaraq vəhşi heyvanlar üçün ekoloji qoruğun yaradılması məqsədilə Şamaxı rayonunun ərazisində olan Pirqulu adlanan dağ-meşə sahəsində 620 hektar ərazinin hüdudları içərisində 480 hektar ərazi beynəlxalq standartlara uyğun formada çəpərlənib. Latviya, Polşa, Slovakiya, Çexiya Macarıstan təsərrüfatlarından üç növdən ibarət 420 baş nəcib maral, lan muflon adlı genetik qiymətli heyvanın gətirilərək xüsusi mühafizə olunan əraziyə buraxılması təmin edilib. Görülən seleksiya baytarlıq tədbirləri nəticəsində bu heyvanların sayı iki dəfəyə yaxın artıb. Belə ki, hazırda pakda 790 heyvan, o cümlədən 260 baş nəcib maral, 250 baş muflon maral cinsinə daxil olan 280 baş lan var.

 

Ekoloji parkın daxili infrastrukturunun yaradılması istiqamətində işlər görülüb. Belə ki, 36 kilometr uzunluğunda enli yol çəkilib. Bundan başqa, heyvanlar üçün çox sayda təbii daldalanacaqlar düzəldilib. Maral, lan muflonları kənar təsirlərdən yoluxucu xəstəliklərdən qorumaq üçün beynəlxalq standartlara uyğun dəmir-beton dayaqlara hörülmüş 52 kilometr uzunluğunda çəpər çəkilib. Bundan başqa, parkın ərazisində inzibati bina qonaq evi inşa olunub. İnzibati bina qonaq evinin ərazisində geniş abadlıq işləri aparılıb.

 

Yaradılan Şamaxı Safari Parkının həm turizm, həm ekologiya sahəsinə necə təsir edəcəyini öyrənməyə çalışdıq.

 

Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimovbu parkın yaradılmasının turizm sahəsinə əhəmiyyətli təsir edəcəyini bildirir: "Safari dünyanın bir çox ölkələrində kifayət qədər inkişaf etmiş turizm sahələrindəndir. Belə bir parkın yaradılması bizim üçün müsbət haldır. Xüsusilə , paytaxta yaxın bir bölgədə yaradılması onun əlçatan olmasına şərait yaradır. Turizm şirkətlərinin safari parka  turlar təşkil etməsi həmin yeri daha çox insanın tanımasına səbəb olacaq. Bilirsiniz, hazırda Azərbaycan turistlərin diqqət mərkəzindədir. Ölkədə keçirilən beynəlxalq səviyyəli yarışlar turistlərin marağını cəlb edib. biz elə etməliyik ki, turistlər Azərbaycana gəldikləri zaman təsəvvür etdiklərindən gözəl mənzərə ilə qarşılaşsınlar. Uzun müddətdir ki, turistlər gəlib-gedir. Onlar üçün artıq yeni məkanlar, maraq dairəsi yaratmaq lazımdır. onu da qeyd edim ki, turistlərin flora fauna aləminə marağı böyük olur. Turizmi bir istiqamətdə inkişaf etdirmək olmaz. Müxtəlif sahələrdə turistlərin diqqətini cəlb edəcək işlər görmək lazımdır”.

  

Rüzgar Ekoloji İctimai birliyin sədri İslam Mustafayev deyir ki, əgər heyvanlarda bir xəstəlik yoxdursa, bu müsbət nəticələr verəcək: "Biomüxtəlifliyin zənginliyi baxımından bu kimi işlərin görülməsi təqdirə layiqdir. Sadəcə olaraq, xüsusi fikir vermək lazımdır ki, həmin heyvanlarla birlikdə müxtəlif ölkələrdən xəstəliklər gətirilməsin. Ümid edirəm ki, gətirilən heyvanlar yoxlanılıbdır. Yəni həmin heyvanlar sağlamdırlarsa niyə gətirilməsin. Bu xüsusilə , biomüxtəlifliyin inkişafı üçün müsbət addımdır. Heyvanat bitki aləmi qədər zəngin müxtəlif olarsa, ətraf mühiti qorumaq o qədər asan olar. Təbii ki, əgər əlverişli şərait olarsa, bunu digər bölgələrdə etmək olar”.

  

AMEA-nın nəzdindəki Təbiət Tarixi Muzeyinin direktoru Tariyel Heybətov safari parkın açılışını təbiət üçün müsbət hal kimi qeyd edir: "Azərbaycanda maralların müxtəlif növləri olub. Amma onların əksəriyyətinin nəsli kəsilib. Qalan nəsillərin sayı isə azdı. Xaricdən bu heyvanların gətirilməsi onların sayının artmasına əhəmiyyətli təsir göstərəcək. Bu, maarifçilikestetik cəhətdən də müsbət haldır”.

 

Günel Azadə

Kaspi 2017.- 4 oktyabr.- S.7.