Aydın Talıbzadənin "Faciə: janriçi mutasiyalar" kitabının təqdimatı keçirilib

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) teatrşünaslıq kafedrasının müdiri, professor, Əməkdar İncəsənət Xadimi Aydın Talıbzadənin “Faciə: Janriçi mutasiyalar” kitabının təqdimatı keçirilib.

 

ADMİU-dan bildirilib ki, tədbirdə universitetin rektoru, professor, Əməkdar İncəsənət Xadimi Fərəh Əliyeva “Faciə: Janriçi mutasiyalar” kitabının məziyyətlərindən danışıb, müəllifə yaradıcılıq uğurları arzulayıb.

 

Universitetin professor və müəllimləri Məryəm Əlizadə, Gülşən Əliyeva, Əli Əmirli, Kamilə Dadaşzadə, Fəridə Cəlilova, Vidadi Qafarov, “Kritika” nəşriyyat evinin nümayəndəsi Sayalı Həsənzadə və digər qonaqlar həm müəllif, həm də təqdim olunan kitab haqqında fikirlərini bölüşüblər.

 

Aydın Talıbzadə müəllifi olduğu “Faciə: Janriçi mutasiyalar” kitabında dünya mədəniyyətində mövcud olan problemləri işıqlandırdığını və yeni nəşrin oxucular tərəfindən dəyərləndiriləcəyinə ümid etdiyini bildirib.

 

Kaspi  2017.- 5 oktyabr.- S. 12.