Bakının brendi
necə olmalıdır?
“Potensialı reallaşdırmaq
üçün turizm-marketinq
fəaliyyətlərində bundan istifadə ediləcək”
Bu ilin sonuna kimi Bakının brendinin hazırlanması nəzərdə tutulur. Bunu Trend-ə Milli Turizm Təbliğat
Bürosunun mətbuat
xidmətinin katibi Kənan Quluzadə deyib. Onun sözlərinə görə, Bakının
brendinin yaradılması
üçün işlər
fəal şəkildə
aparılır. K.Quluzadə
deyib ki, bununla bağlı dünyanın ən populyar şəhərlərinin,
paytaxtlarının brendlərini
formalaşdıran 2 beynəlxalq
şirkətlə iş
aparılır. Hazırda
qurum şirkətlərdən
hansı ilə əməkdaşlıq edilməsinin
daha münasib olduğunu müəyyənləşdirir
və onlar arasında seçim aparır: "Onlar bizə layihələr hazırlayaraq təqdim edirlər. Nəzərə alınmalıdır ki, brend yalnız
loqonun hazırlanması
demək deyil. Bu, konseptual bir
yanaşmadır. Yəni biz Bakını
xaricilərə necə
təqdim edirik, Bakını hansı turizm bazarına hansı tərəfdən
göstərmək istəyirik.
Bakı çox rəngarəngdir.
Buna görə də Çin bazarı üçün
Bakı haqqında bir, körfəz ölkələri üçün
başqa bir məlumat maraqlı olur. Kimə isə mətbəximiz,
kimə isə mədəniyyətimiz, tariximiz
xoş gəlir”.
Belə bir brendin yaradılmasının
hansı faydaları olacaq? Ümumiyyətlə, Bakının brendi
necə olmaldırı?
Bu suallara mütəxəssislərdən
cavab aldıq.
Marketoloq
Seymur Quliyev bildirdi ki, Bakı
brendinin formalaşması
marketinqin destinasiya sahəsinə daxildir : "İlk növbədə, Bakının
xaricdə necə tanınması məsələsi
ön planda olmalıdır. Biz fikir verməliyik ki, Bakı
deyəndə, insanların
ağlına nə gəlir? Məsələn, mən bir neçə xarici vətəndaşla danışdığım
zaman, belə qənaətə gəldim
ki, Bakı deyəndə, onların ağlına neft şəhəri gəlir.
Yəni,
hal-hazırda Bakı neft şəhəri kimi tanınan şəhər brendidir.
Amma bu, əslində bir brend hesab
edilmir. Şəhərin tanıdılması və brend kimi
formalaşdırılması üçün əvvəlcə
cari vəziyyəti analiz etmək lazımdır. Bu analiz
edildikdən sonra Bakının brendi ola biləcək
kriteriyalar müəyyən
edilməlidir. Yəni, Bakını
hansı kriteriyalar üzrə tanıda bilərik? Məsələn, Bakıda çoxlu
tarixi abidələr
var. Bu abidələri brendin
siması kimi göstərmək olar.
Əgər Bakını brend
ediriksə, insanların
diqqətini cəlb edəcək xüsusi kriteriyaları daha çox qabartmaq lazımdır. Həmçinin, Bakı
üçün bir sloqan da seçmək
olar. Bu sloqan
elə olmalıdır
ki, Bakının bütün kriteriyalarını
özündə cəmləyə
bilsin. Yəni, loqo ilə sloqan
brendlə eyni tempdə olmalı və
harmoniya təşkil etməlidir. Paytaxt brendlərinə dünya praktikasında çox rast gəlinir. Məsələn, Dubay deyəndə, ağıla
azad zona və ticarət şəhəri gəlir.
Bundan başqa, Dubay deyəndə, möhtəşəm
göydələnlər, səhrada
qurulmuş şəhər
yada düşür.
Onlar bu şəkildə mövqe tuta biliblər. Başqa bir nümunə
kimi İstanbulu göstərmək olar.
İstanbul tarix və müasirliyin vəhdətini
xatırladır. Müasir İstanbul
dedikdə, ağıla
müəyyən tarixi
abidələr, xüsusi
obyektlər gəlir.
Soltan Əhməd Camisi, Boğaz körpüsü
İstanbulun simvollarındandır.
Mən təklif edərdim ki, Azərbaycanda Bakının brendinqi zamanı Flame Tover əvəzinə Qız Qalası seçilsin.
Çünki brend formalaşan
zaman tarixə daha çox üstünlük verilir.
Bu, dünya təcrübəsində
belədir. Bakının
brend kimi formalaşmasının ölkəyə
çox faydası ola bilər.
Lakin bu qədər qısa müddət ərzində Bakının
brend kimi tanıdılacağına açığı,
bir o qədər inanmıram. Çünki brendin formalaşması üçün cəmiyyətin
bunu qəbul etməsi lazımdır.
Cəmiyyətin qəbul etməsi
üçün isə
həqiqətən də
təqdim olunan elementin brend olduğuna inanması lazımdır”.
Marketoloq
bəzi məqamları
da qeyd etdi:
"Bundan başqa, Bakı brendinin yaradılması üçün
infrastrukturun tələb
olunan standartlara cavab verməsi lazımdır. Cəmiyyətin
bu brendi qəbul etməsi turist axınına səbəb ola
bilər. Brend kimi formalaşmaq
həm də ölkəyə yeni investisiya cəlb etməyə kömək edir. Yəni, bir sözlə, şəhər A-dan Z-yə kimi bu
brendə hazır
olmalıdır. Çünki brend o zaman formalaşır
ki, bütün strukturlar buna hazır olur. Destinasiya olaraq loqo,
konsepsiya fəlsəfəsi
hazır ola bilər. Amma brend ictimaiyyət tərəfindən qəbul
edilə və ad çəkiləndə qavranılan
xüsusi kriteriyadır.
Ona görə də, qısa müddət ərzində brend formalaşdırmaq bir qədər çətindir”.
Azərbaycan Turizm və Menecment Universitetinin prorektoru Eldar Aslanov "Kaspi”yə açıqlamasında bildirdi ki, bu, turizmlə bağlı yol xəritəsində xüsusi qeyd edilən məsələlərdən biridir: "Dünyanın bir çox ölkələrində böyük şəhərlərin brendi var. Həmin şəhərin iqtisadiyyat və turizm potensialını, biznes imkanlarını daha da artırmaq üçün brenddən istifadə edilir. Buna misal olaraq, bir çox nümunə göstərmək olar. Məsələn, "İ Love London” deyilən brend Londonun tarixi hissələrinin eskizləri əsasında hazırlanıb. Bakı üçün belə bir brendin yaradılması turizm potensialını genişləndirmək, Bakı və Abşeron yarımadasında turizm potensialının tam reallaşdırılması üçün düşünülən bir addımdır. Ümid edirəm ki, bu məsələ tezliklə öz həllini tapacaq. Brendin yaradılması üçün ilk növbədə brendlə bağlı komissiyanın yaradılması, tələblərə cavab verəcəyi şərtlərin müəyyənləşdirilməsi lazımdır. Yaxşı olardı ki, mütəxəssislər, rəssamlar, alimlər, etnoqraflar, tarixçilər bu məsələni müzakirə etsinlər. Bakının brend olaraq gerbi var. Bakının müasirliyini simvolizə edən alov qüllələri, tarixiliyini göstərən Qız qalası, Qobustan qayaları var. Bütün bunları düşünərək, gənclər, alimlər, rəssamlar, dizaynerlər öz təkliflərini irəli sürə bilərlər. Bu təkliflərin içərisində ən layiqlisi münsiflər heyəti tərəfindən brend olaraq seçilə bilər. Yaxud bir neçəsini ictimai rəy sorğusuna çıxarmaq olar. Bu üsullardan dünya təcrübəsində çox istifadə edilir. Bu zaman çoxluğun rəyi və məmnunluğu önəm kəsb edir. Bu, ümumi qəbul edilən bir prosedurdur. Bu işlə məşğul olan müvafiq qurumların da buna oxşar bir prosedurdan istifadə edəcəklərini düşünürəm”.
E.Aslanov deyir ki, Bakı brendinin yaradılmasının böyük faydaları ola bilər: "Çünki Bakının potensialını reallaşdırmaq üçün bundan sonrakı turizm-marketinq fəaliyyətlərində bu brenddən istifadə ediləcək. Bakıda olan şirkətlər, istehsal edilən məhsulların qablaşdırılmasında, zahiri görkəmində həmin brenddən istifadə edilə bilər. Bakı şəhərində keçirilən bütün beynəlxalq tədbirlərdə bu brenddən yararlanacaqlar. Bütün bu səylər isə daha çox turist cəlb edilməsinə müsbət təsir göstərəcək”.
Şəbnəm
Mehdizadə
Kaspi.-2017.-13 oktyabr.-S.6.