Evi işə, işi evə “gətirməməyə” çalışıram”

 

Günel Fərzəliyeva: “Uğurun sirri çətinliklərə “yox” deməyi bacarmaqdadır”

 

İşləməyi də, öz işinisevirgördüyü bütün işləri böyük həvəslə icra etdiyini deyir. Ümumiyyətlə isə, işsiz qalmağı sevmir, deyir ki, əgər qısa müddətlik boş vaxtı olarsa belə, özünə məşğul olmağa nə isə tapacaq. Ailəli xanım olduğu üçün hələ işdən əlavə, ailə məsuliyyəti də üzərindədir. Ona görə, işə və evə sərf edilən enerjilər tamam fərqlidir. Bu səbəbdən də birinin digərinə mane olduğunu düşünmür. Müsahibimiz "Kapital Bank”ın Marketinq departamentinin direktoru Günel Fərzəliyevadır.

 

- Jurnalistika üzrə təhsil alsanız da, bu gün marketinq sahəsindəsiniz. Jurnalistika öz seçiminiz olmuşdu?

- Bəli, jurnalistika öz istəyimlə seçdiyim fakültələrdən idi. Bəzən abituriyentlərin ixtisas seçimi valideynlərə bağlı olur, lakin məndə tam əksinə, valideynlərim həm bu məsələdə, həm bir çox digər məsələlərdə seçimlərimə etibar edib dəstəkləyiblər. Seçdiyim bütün ixtisasları düşünərək qeyd etmişdim. Hansı sahədə özümü görürəmsə, çalışa bilərəmsə, onları yazmışdım. Universiteti bitirəndən sonra jurnalistika üzrə magistr təhsili aldım. Amma diplom işlərim PR mətbuat xidməti sahəsi ilə bağlı olub. Daha sonra ADA Universitetinin "Maastricht School of Management”i ilə birgə EMBA proqramı üzrə təhsilimi davam etdirmişəm.

 

- Jurnalist kimi çalışmamısız?

- Xeyr, çalışmamışam. Lakin fakültənin arxivində hazırladığım bir çox süjetlər, reportajlar, hətta qısa sənədli film var. Televiziya jurnalistikasına marağım böyük idi. Ancaq ixtisas seçiminə daha praktiki prizmadan yanaşıb ictimaiyyətlə əlaqələr marketinqi öyrənməyə başladım elə o sahə üzrə həyatımı davam etdirdim.

 

- Marketinq sahəsinin maraqlı tərəfi nədir ki, sizi bu sahəyə çəkib gətirib?

- Fikrimcə, hər hansı şirkətin, məhsulun aynası, üzü marketinqdir. Bu sahə elə sahədir ki, hərəkət inkişaf tələb edir. İdeya aparatı gərək daim işləsin. Maraqlı tərəf yəqin ki, odur. Həm bazarla (istehlakçılarla) işləmək maraqlıdır. Bu prosesdə hər gün bir yeniliklə rastlaşırsan, öyrənirsən.

 

- Pozitiv auranız var. Maraqlıdır, rejimi gərgin olanda bu pozitivlik qalırmı?

- Bu suala yəqin ki, həmkarlarım məndən yaxşı cavab verə bilərlər. Ancaq çalışıram ki, gərgin olan situasiyanı neqativ əhval-ruhiyyə ilə daha da gərginləşdirməyim. Ümumiyyətlə, bizim sahəmiz elədir ki, çoxlu ünsiyyət olduğumuz eyni zamanda ictimaiyyətlə işlədiyimiz üçün həm böyük məsuliyyət tələb edir. Mənim üçün müsbət ab-hava, əhval ruhiyyə prosesinin ayrılmaz tərkib hissəsidir. Lakin bu, elə bir xüsusiyyət deyil ki, istədiyin vaxtı yandırıb söndürə biləsən ya peşə deyil ki, sonradan öz üzərində işləyib yiyələnə biləsən. Pozitivlik daha çox xasiyyətə bağlıdır. Sadəcə bir qayda olaraq, marketinq sahəsində daha çox məhz pozitiv insanlarla rastlaşmışam.

 

- Marketinq əslində kənardan bir az əyləncəli kimi görünür. Bəs prosesində gərginlik olurmu?

- Hər bir işin öz məsuliyyət yükü var. Bizim sahədə bu məsuliyyət təkcə şirkət qarşısında deyil. Layihələrimiz bir qayda olaraq ictimailəşir bu da özlüyündə böyük məsuliyyətdir. Təbii ki, gərginlik var bəzən çox yüksəkdir. Xüsusilə böyük layihələr çərçivəsində.

 

- Bir çox sahələrdə belədir ki, çətinlik, gərginlik təzə işə başlayanda olur, çünki təcrübə olmur. İlk yeriniz hansı olub, necə bir mühitdə işləmisiniz?

- İş təcrübəmə ilk olaraq "Azpetrolşirkətində başlamışam. Orada çox müsbət ab-hava varıydı növbəti həyatımda mənim üçün yaxşı bünövrə oldu. Təbii ki orada işə başlayanda universiteti yeni bitirmişdim həmin vaxt üçün olan bilik təcrübəmi işimə tətbiq edib paralel olaraq öyrənirdim. Yaş, təcrübə artdıqca, maraq dairəmiz genişlənir, öyrənirik, öyrəndiklərimizi tətbiq edirik, püxtələşirik.

 

- İşlərinizə rəhbərlərin reaksiyası necə olub? Heç nəyi bəyənməyən "tirandirektorlarla qarşılaşmısınızmı?

- "Azpetrol”u qeyd etdim. 6 ilə yaxın "Embawoodşirkətində çalışmışam. 4-cü ildir ki, Kapital Bankdayam. Bu müddət ərzində həm mütəxəssis olaraq, həm rəhbər olaraq işləmişəm. Lakin heç vaxt rastıma "tirandirektor çıxmayıb. Bəxtimdən rəhbərlərim proqressiv düşüncə tərzinə malik insanlar olub. Hazırda da belədir. Məsələnin digər bir tərəfi var ki, işləməyi , öz işimi sevirəm böyük həvəslə görürəm.

 

- Marketinq elədir ki, ictimaiyyətə seçilmiş, ən gözəl ideya təqdim olunur. Bəs bu ideyalar necə seçilir, sizin öz fikirləriniz olur?

- Hər hansı ideyanın uğurunun arxasında heç vaxt bir nəfər dayanmır. Əgər kimsə layihəni təkbaşına gördüyünü deyirsə, səmimi deyil. Sadəcə olaraq, komandada işləyən insanlar bir-birinə yaxın olduqda, qarşılıqlı anlaşma mühitində işlədikdə, ortaya həqiqətən uğurlu layihələr çıxır. İdeyalar konseptlərə çevrilir, konseptlər düşünülür arasından potensialı böyük olan seçilir. Bu proses təbii ki, təkmərhələli deyil. Fikirlər, ideyalar, konseptlər bir neçə süzgəcdən keçir yalnız bundan sonra tətbiq olunur.

 

- Keçmişə baxanda uğursuz qiymətləndirdiyiniz ideya, yaxud işlər olub? O mənada ki, indi baxanda daha yaxşı edə biləcəyinizi düşünürsünüz...

- Məncə, insan hər zaman özünə "daha yaxşısını edə bilərdimmi?” sualını verməlidir. Əgər həqiqətən çatışmazlıqlar olubsa, onların səbəb-nəticəsini mütləq təhlil edib növbəti dəfə təkrar etməmək lazımdır. Hər yeni işdə isə mövcud səviyyəni pillə-pillə artırmaq lazımdır. Bu nəzər nöqtəsindən yanaşanda "uğursuzdeyə biləcəyim işlər yoxdur. Amma mənə əlavə dəyərbilik, bacarıq, təcrübə qazandıran işlər çoxdur.

 

- Hər kəsin sahəsi ilə bağlı işindən əlavə kömək istəyənlər çox olur. Sizdən yəqin ki, ideya istəyərlər...

- (Gülür) Çox olur. Hərdən o ideyanın gəlmədiyi məqamlar da olur. Lakin əgər insan kömək, fikir, üçün müraciət edirsə, mütləq müraciətə maksimum açıq olmağa çalışıram.

 

- İş çox olanda yəqin ki, yorularsınız...

- Hərdən elə olur ki, işdən sonra müəyyən bir vaxt ərzində sükut istəyirəm. Çünki, işin spesifikliyi belədir ki, çox ünsiyyət tələb edir. Ancaq bu, gözəl yorğunluqdur, keçib gedir.

 

- Ailəli xanımsınız, övladlarınız var. İşlə yanaşı, ailəni də idarə edə bilirsinizmi?

- Əlbəttə. Məncə, işə və evə sərf etdiyimiz enerjilər tamam fərqlidir. Bu səbəbdən biri digərinə mane olmur. Düzdür, bizim sahə bəzən həftə sonu da, sonrası da müdaxilələr tələb edir. İmkan daxilində evi işə, işi isə evə "gətirməməyə” çalışıram.

 

- Ev işlərini görməyi, yemək bişirməyi bacarırsınız?

- Yəqin ki, bunu bacarmayan xanım yoxdur. Hər birimiz ailəmizin rahatlığını düşünür, evimizdə müsbət ab-hava yaratmağa çalışırıq. Evlə bağlı işlər məhz belə rahatlığı yaratmaq üçün vacibdir. Ancaq ev işləri, yemək bişirmək daxil eyni tipli gündəlik olduğu üçün çox da sevmirəm. Çünki  bütövlükdə gündəlik təkrarlanan eyni işlərdən tez yoruluram.

 

 

 

- Uğurlu bir xanım olmaq çətindir?

- Bilmirəm (gülür). Uğuru hər birimiz müxtəlif kriteriyalar əsasında təyin edirik. Əgər özümüz üçün qoyduğumuz hədəfləri, kriteriyaları yerinə yetirmişiksə, yəqin ki, müəyyən mənada uğur əldə etmiş oluruq. Uğurlu olmaq həm öz üzərimizdə çalışmaq hər dəfə kiçik olsa qələbələr əldə etməkdir. Uğurlu olmaq dəyişmək inkişafda olmaq deməkdir. Məncə, bu proses heç asan deyil.

 

- Sizə görə uğurun sirri nədir?

- Yəqin ki, çətinliklərə "yoxdeməyi bacarmaqdadır. Məqsədyönlü olmaq, hara getdiyini bilmək çətinlikləri aşmaq lazımdır. Birinci maneəni görüb geri çəkilməmək lazımdır. Bir istənilən bir işə müsbət emosiyalarla yanaşmaq lazımdır. Ən azı, bu, mənə çox kömək edir.

 

Aygün Asimqızı

Kaspi  2017.- 27 oktyabr.- S.8.