Xəzərdə təhlükəsizliyin qarantı olacaq tarixi sənəd

 

Xəzərin hüquqi statusu haqqında Konvensiyanın imzalanması sahilyanı ölkələr arasında münasibətlərin daha da yaxşılaşmasına, qarşılıqlı maraqlara, bərabər hüquqlara söykənən əməkdaşlıq əlaqələrinə mühüm töhfə verəcək

 

Xəzərin hüquqi statusu ilə bağlı danışıqlar ilk dəfə 1994-cü ildə baş tutub. 1996-cı ildə status haqda konvensiya hazırlamaq üçün sahilyanı 5 ölkənin xarici işlər nazirinin qərarı ilə müavinlər səviyyəsində Xüsusi İşçi Qrupu yaradılıb. O vaxtdan 5 ölkə üçün məqbul olan konsensusun tapılması istiqamətində intensiv danışıqlar gedib. Bu təsisatın ümumilikdə 51 iclası mütəmadi qaydada növbə ilə Xəzəryanı dövlətlərin ərazisində keçirilib. 21-24 may 2018-ci il tarixdə Astanada baş tutan görüşdə tərəflər razılığa gəliblər ki, Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinlərinin son 52-ci iclası Aktauda keçirilsin. Ona görə də cari il avqustun 11-də Aktau şəhərində "Xəzər beşliyinin V sammiti ərəfəsində Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müşavirəsi keçirilib. Bu müşavirənin ardınca da Xəzəryanı dövlət başçılarının sammiti öz işinə başlayıb. Məlumat üçün qeyd edək ki, beş ölkənin liderləri ilk dəfə 2002-ci ildə Aşqabadda görüşüblər. İkinci Xəzər sammiti 2007-ci ildə Tehranda, üçüncüsü 2010-cu ildə Bakıda, dördüncüsü 2014-cü ildə Həştərxanda keçirilib. Ən nəhayət, Xəzəryanı dövlət başçılarının sonuncu görüş avqustun 12-də Aktauda baş tutub.

 

Beləliklə, Xəzər Dənizinin Ətraf Mühitinin Mühafizəsi Günü kimi qeyd olunan 12 avqust tarixində Qazaxıstanın Aktau şəhərində beş Xəzəryanı ölkənin dövlət başçılarının sammiti keçirilib. Sayca V sammitdə Azərbaycan, İran, Qazaxıstan, Rusiya, Türkmənistan prezidentləri İlham Əliyev, Həsən Ruhani, Nursultan Nazarbayev, Vladimir PutinQurbanqulu Berdıməhəmmədov iştirak edib. Sammitin gündəliyinə 3 əsas məsələ daxil edilib. Bunlar Xəzər dənizinin hüquqi statusu, Xəzərdə əməkdaşlıq məsələləri, regionalqlobal mövzulardan ibarət olub. Dövlət başçıları Xəzər dənizində qarşılıqlı fəaliyyətə aid bütün məsələlər üzrə razılıq əldə edə biliblər. Toplantının yekunu olaraq, tərəflər 1996-cı ildən üzərində aparılan Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanı imzalayıb, tarixi qərar qəbul ediblər. Bundan əlavə, Xəzəryanı dövlətlərin müvafiq qurumlarının rəhbərləri tərəfindən bu Konvensiyadan irəli gələn digər mühüm sənədlər imzalanıb. Bunlar Xəzər dənizində mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında, sərhəd xidməti idarələrinin əməkdaşlığı və qarşılıqlı əlaqələri haqqında protokollar, Xəzəryanı dövlətlərin hökumətləri arasında ticari-iqtisadi, nəqliyyat sahələrində əməkdaşlıq haqqında, həmçinin Xəzər dənizində insidentlərin qarşısının alınması haqqında sazişlərdir.

 

Əvvəlcə onu qeyd edək ki, Azərbaycan bütün Xəzəryanı ölkələrlə çox sıx etimada, qarşılıqlı, bərabərhüquqlu maraqların nəzərə alınmasına, ərazi bütövlüyünə hörmətə bütün ölkələrin suverenliyinə əsaslanan münasibətlərə malikdir. Belə bir fonda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması da tarixi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin samitdəki çıxışında vurğuladığı kimi, bu sənəd hər şeydən öncə Xəzər dənizində təhlükəsizliyin, sabitliyin qarantıdır. Xəzəryanı ölkələr arasında indiyə qədər mövcud olanbundan sonra da davam edəcək yüksək səviyyədə əməkdaşlıq, etimad və qarşılıqlı fəaliyyət sözügedən təhlükəsizliyi, sabitliyi daha da möhkəmlədəcəkdir. Xəzəryanı ölkələrin sıx qarşılıqlı fəaliyyəti, iqtisadi, nəqliyyat xarakterli məsələlərin öz həllini tapmasına yardımçı olacaq. Bu da xalqların həyat səviyyəsinin yaxşılaşmasına kömək edəcək. Azərbaycanın nəqliyyat infrastrukturuna fəal surətdə sərmayə yatırdığını diqqətə çatdıran Prezident İlham Əliyevin sözlərinə görə, ölkəmizin reallaşdırdığı layihələr Xəzər dənizinin mühüm nəqliyyat arteriyası kimi nəzərdən keçirilməsinə imkan verir. Artıq ölkəmiz Qazaxıstana və Türkmənistana Şərq-Qərb dəhlizi vasitəsilə öz tranzit xidmətlərini təqdim edib. Azərbaycandan keçməklə İranRusiya arasında tranzitin reallaşdırıldığı Şimal-Cənub dəhlizi də bu baxımdan cəlbedicidir. Bütün bunlar iqtisadi əməkdaşlığı möhkəmləndirən, yeni yerləri yaradan, Xəzəryanı dövlətləri bir-birinə daha da yaxınlaşdıran, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə şərait yaradan layihələrdir. Eyni zamanda, Azərbaycan AvropaAsiya dəmir yollarını birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini də həyata keçirib. Sadalananlar ölkələrimiz üçün əlavə imkanlar olmaqla bərabər, iqtisadi rifahdır, Xəzəryanı dövlətlərin dünya miqyaslı mühüm tranzit qovşağına çevrilməsidir.

 

Xatırladaq ki, dövlət başçısı İlham Əliyevin bəhs etdiyi "Şimal-Cənubbeynəlxalq nəqliyyat dəhlizi tam gücü ilə fəaliyyət göstərdiyi təqdirdə Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya Qafqaz regionlarının Fars körfəzi Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq. Həmin dəhliz Avropa-Cənubi Asiya - Yaxın Şərq arasında dəmir yolu daşımalarını, müvafiq olaraq dəmir yolunun istər yerli, istərsə də tranzit daşımalarından əldə etdiyi gəlirləri artırmağa imkan verəcək. "Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsi Azərbaycan, İran və Rusiya ərazisində dəmir yolu əlaqələrinin, həmçinin bu ölkələrin tranzitiqtisadi potensialının gücləndirilməsinə xidmət edir, yüklərin bu istiqamətə axınına təkan verir. Bir sözlə, Azərbaycanın bu dəhlizdən iqtisadi, siyasi, ticari baxımdan gözləntiləri çoxdur. Bakı-Tbilisi-Qars layihəsinə gəlincə, bu dəmir yolu ilkin mərhələdə ildə 1 milyon sərnişin və 6.5 milyon ton yük daşımaq gücünə sahibdir. Planlaşdırılır ki, daşıma həcmi sonralar 17 milyon ton artacaq və tədricən 50 mln. tona çatdırılacaq. Sərnişin sayı isə 3 milyon nəfər olacaq.

 

BTQ layihəsi Qərb istiqamətində Türkiyə ərazisindən Marmaray layihəsi vasitəsilə Avrasiya tunelindən keçməklə Avropa Birliyi dəmir yolları şəbəkəsinə inteqrasiya olunub. Şərqdə isə BTQ Xəzər dənizinin Şərq limanları vasitəsilə Çinə qədər uzanacaq. Beləliklə də Xəzəryanı dövlətlər də bu layihədən yararlana biləcəklər. Onu da vurğulamaq yerinə düşər ki, hazırda Qazaxıstan Aktau limanının yük aşırma gücünü ildə 19.5 milyon tona qədər çatdırıb. Ələtdəki Bakı Beynəlxalq Ticarət Dəniz Limanının da ilkin mərhələdə yükaşırma gücü 20 milyon ton ətrafındadır. Beynəlxalq standartlara görə, dəmir yollarında 1 ton yükün 1 km daşınması 0.1 dollara başa gəlir. Bu standartlar ilə hesabladıqda Azərbaycanın 20 milyon ton yük daşınmasından əldə edə biləcəyi gəlir 1 milyard dollardan çoxdur.

 

Yekun olaraq bildirək ki, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması Xəzəryanı ölkələr arasında münasibətlərin bir qədər yaxşılaşmasına, qarşılıqlı maraqlara, bərabər hüquqlara söykənən əməkdaşlıq əlaqələrinə mühüm töhfə verəcək. Konvensiyanın imzalanması Qazaxıstan və Türkmənistan ərazisindən Xəzər dənizinin dibi ilə neft-qaz boru kəmərlərinin çəkilməsinə, Xəzər dənizinin enerji resurslarının bu borular vasitəsilə beynəlxalq bazarlara çıxarılmasına da "yaşıl işıq” yandırır. Hansı ki, indiyə qədər bu istiqamətdə hər hansı addım atmaq qeyri-mümkün idi. Bu məqamın Azərbaycan üçün əhəmiyyəti həm də ondan ibarətdir ki, Qazaxıstan və Türkmənistanın, eləcə də digər Xəzəryanı dövlətlərin enerji ehtiyatlarının beynəlxalq bazara çıxarılması zamanı məhz Azərbaycandan tranzit ölkə kimi istifadə olunacaq. Bu isə Azərbaycan üçün əlavə gəlirlər deməkdir. İqtisadi əməkdaşlığın siyasi proseslərə müsbət təsir etməsi, regionda sabitliyin, təhlükəsizliyin davamlı olmasına fayda verməsi də hamıya bəllidir. Ona görə də Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanmasını bütün hallarda Azərbaycanın xarici siyasətinin uğuru saymaq olar.

 

Rufik İSMAYILOV

 

Kaspi  2018.- 18 avqust.- S.4.