Kitabı çapa verib canlarını qurtarsınlar
“İlk kitab layihəsi”
Artkaspi.az "Yazarın ilk kitabı” adlı layihəyə davam edir. Layihənin məqsədi yazıçıların
ilk kitabı haqqında,
onun çapı barədə xatirələrini
danışması, hələ
kitabları nəşr
edilməyən yazarlarla
təcrübələrini bölüşmələridir.
Budəfəki qonağımız yazıçı Fəxri
Uğurludur.
–
İlk kitabınızın
çap olunması ideyası haradan qaynaqlandı?
– Əslində, mənim
bir də yox, iki "ilk kitab”ım çıxıb.
Ötən əsrin səksəninci
illərində "Yazıçı”
nəşriyyatında "Müəllifin ilk kitabı”
adı altında seriya nəşr olunurdu. Nəşriyyat mənim də
kitabımı plana saldı, nəticədə
1992-ci ildə "Diləklərin
azması” adlı kitabçam işıq üzü gördü.
Kitabda beş
hekayə, bir povest yer almışdı.
Ancaq bundan az əvvəl
mən "Gənclik”
nəşriyyatına da
bir qovluq təqdim eləmişdim. Həmin qovluqda doqquz hekayə vardı. Bu hekayələrdən ibarət "Tək ağac” kitabım 1991-ci ildə "Diləklərin
azması”ndan bir neçə ay qabaq işıq üzü gördü. İndi bilmirəm
bunların hansı mənim ilk kitabım sayılmalıdır. Hər iki
kitabın çapdan çıxdığı dövrdə
mən Bakı Dövlət Universitetinin tələbəsiydim. Təbii, imzamın
görünməyini, tanınmağını
istəyirdim. Ona
qədər (1986-cı ildən
bu yana)
dövri mətbuatda –
qəzetlərdə, jurnallarda,
eləcə də ədəbi almanaxlarda dönə-dönə çap
olunmuşdum. "Tək ağac”ın yayılması uğurlu oldusa da, "Diləklərin azması”
haqqında bunu demək olmaz. Həmin aylarda ölkədə kitab yayımı sistemi böhrana düşmüşdü, "Azərkitab” qazanc gətirməyən nəşrləri
yayımlamaqdan imtina eləyirdi. Bu səbəbdən
"Diləklərin azması”
kitab mağazalarına
çox az
paylandı, indi yaxşı xatırlamıram,
bəlkə də heç paylanmadı; tirajın əksər hissəsi, bəlkə də hamısı ölkə kitabxanalarına
verildi. Yeri gəlmişkən deyim, tələbə vaxtı mənim daha bir kitabım
çıxmışdı. Professor Kamil Vəliyevlə
birgə hazırladığımız
"Oğuznamələr” adlı
bu kitab 1993-cü ildə BDU-nun nəşriyyatında
otuz min tirajla işıq üzü görmüşdü. Onda mən
universitetin beşinci kursunda oxuyurdum.
– Kitabın çap olunması zamanı hansı çətinliklərlə üzləşdiniz?
– O zaman kitab plana
saldırmaq, kitab nəşr elətmək çox çətin başa gəlirdi. Mən redaksiyalara, nəşriyyatlara lap erkən
yaşlarımdan ayaq döymüşdüm deyə
məni az
da olsa tanıyırdılar.
Yaxşı adamların sayəsində
böyük çətinliyə
ürcah olmadım.
– Kitabın üz qabığı, tərtibat işlərində
çətinliyiniz oldumu?
– Tərtibat məsələlərini
nəşriyyat özü
həll eləyirdi, müəllifin müdaxiləsinə
ehtiyac qalmırdı.
– İlk
kitabınızın oxucu
auditoriyası barədə
nə deyə bilərsiniz?
– Bu barədə dəqiq statistik məlumatım olmayıb. Bircə bunu bilirəm ki, nəsr kitablarım
beş min tirajla çap olunmuşdu.
– İlk
kitabının çapı
hazırlığında olanlara
məsləhətiniz nədir?
– Kitabı çapa verib canlarını qurtarsınlar, yeni mərhələyə adlasınlar...
Hazırladı: Aytac Quliyeva
Kaspi 2018.- 17-19 fevral.- S.14.