Açarını itirənlər

 

Nigar Pirimova

 

Cavanlaravar ki, qocalıq yamandır. Cavan oldun gəz-dolan, istədiyini geyin, hara gəldi get. Yeni dəbdir, gənclikdir deyib keçərlər, çoxuna da hələ xoş gələrsən. Vay qocaların halına. Bir az yüngül davrandın, rəqs etdin, gənclərlə əylənmək istədin, lağa qoyub ya "qocalıqda yorğalıq deyərlər, ya da "açarını itirib.

Fevralın 10-u Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Əhməd Orucoğlunun "Açarını itirənlər pyesinin eyni adlı tamaşasının premyerasını izlədik. Əvvəla onu deyim ki, teatrda belə bir tamaşanın olacağını eşidəndə məni maraq bürüdü: "açarını itirənlər görəsən kimlərdi açarlarını necə itirəcəklər. Afişadan bəlli olanda ki, xalq artisti Ağaxan Salmanlının quruluşunda hazırlanan tamaşa onun (yəni Ağaxan Salmanlının) 75 illik xalq artisti Yasin Qarayevin 70 illik yubileylərinə həsr olunub, tərəf müqabilləri əməkdar artist Almaz Mustafayeva Zemfira Əbdülsəmədovadır marağım daha da artdı,

Bir səhnə, səhnənin fırlanan mərkəzi bu mərkəzi ikiyə bölən məkan biri mənzil, digəri həmin binanın bağçası, arxada da böyük bir monitor (kiçik bir klip, lazımi məqamlarda yerinə düşən şəkillər gecə proqramına canlı qoşulma anından başqa bütün vaxt ekranda böyük bir göydələn təsviri əks olunur). Bu tərs mütənasib qonşular bir hissəli dinamik hadisələrlə dolu tamaşa boyunca dayanmadan oynadılar da, oxudular da, yoruldular da....

İndi tanıyaq görək bu qonşular kimdir axı, bunları bir-birinə "düşmən edən məsələ nədir? Söhbət o ki, arağa olan düşkünlüyünü gizlətməyən, daima əlində içki şüşəsi ilə gəzən kişi (Yasin Qarayev) bütün günü deyinən, onu tənbeh edən ömür gün yoldaşının "dır-dırlarından qaçaraq yenə küçədə kefli halda hərlənir. Onu axtaran arvadı (Almaz Mustafayeva) isə onu burda tapır yenə başlayır deyinməyə, xalqın kişilərinin əməllərindən dəm vurur, qızıl, brilyant arzusu ilə yaşayır. İndi əlqərəz, məsələ burasındadır ki, evə getmək lazımdır, fəqət evin açarları heç birində yoxdur. "Qocalar bu dəfə evin açarlarını itiriblər (keçən dəfə idarədəki seyfin açarın itirmişdi kişi). İşin əmması da var ki, ev yiyələri evdə yoxkən tərs kimi evi su basıb aşağı qonşunun tavanından onların başına durmadan damır.

Bu başlarına su damcılayan həmin qonşular isə (Ağaxan Salmanlı Zemfira Əbdülsəmədova) bir-birinə aşiq (görünən tərəfi), can deyə səslənirlər. Əslində 40 yaşında evlənmə bürosuna "sultanlığın daşını atmaq arzusu ilə müraciətlə gələn bu subay oğlan özünə bab qız qalmadığından elə bu büronun işçisi olan yeganə subay xanımla ailə həyatı qurub. Kompüter dizayneri olan həmən kişinin başı daz olduğundan arvadının təklifi ilə başına tük əkdirmiş təsadüfdən bu tük pişik tükü olmuşdur. O gündən kim onun başına toxunsa kişi pişik kimi miyoldayır. Qısa zamanda bu məşhurluq onun adını Ginnesin "Rekordlar kitabına da salıbdır. Məşhur dizayner televiziyanın gecə proqramı vasitəsilə bu məharətini seyrçilərə canlı-canlı bir daha sübut da edir.

Səhnə fırlanır...

Sonda su məsələsinə görə qonşuları ilə həyətdə qarşılaşan şikayətçi məşhurlar dava əsnasında təsadüfən açarların tapılmasına səbəb olurlar. Deyingən xanım huşsuzluqdan açarların çantasında olduğunu unudubmuş. Qonşusunun da dediyi kimi, insan əsas açarını itirməsin "ağlının açarını.

Tamaşada iki əks xarakterli ailə təsvir olunmuşdur. Əslində əsərdə qədər gülməli, əyləncəli, komik hadisələr göstərilsə , müəllif rejissor günümüzdə öz əksini tapan ailə məsələlərini daha qabarıq şəkildə təsvir etməyə çalışmışlar. Tamaşada bir tərəfdə ərinin pulları ilə rahat həyat yaşayan, onu pişik kimi "miyoldadan" "sevən xanım" onun əri küçədə şalvarı soyundurulsa da, özünün çıxarıb verdiyini deyən, qeyrətdən dəm vuran, lakin yeri gələndə arvadını qabağa verən "kişi" tipajı göstərilirsə, digər tərəfdə içki içsə arvadını yadların əlinə verməyən, hətta, onu küçə itinin ağzından alıb yaralanan kişi ərini gecə-gündüz danlasa da, kimsənin ağır söz deməsini götürməyən deyingən arvad obrazı yaradılaraq qarsı-qarsıya qoyulmuşdur.

Ümumilikdə, tamaşa maraqla izlənsə bəzi məqamlardakı sönüklük seyrçinin tamaşaya köklənməsinə mane olurdu. Bu, tanışlıq səhnəsini çıxmaq şərti ilə, əsasən Ağaxan Salmanlı Zemfira Əbdülsəmədova olan səhnələrdə qabarıq görünürdü. Televiziyanın gecə proqramına qoşulma səhnəsində (monitorda proqramın aparıcısını İlham Əsədov canlandırırdı) bir qədər uzunçuluğa yol verilmişdi. Almaz xanım Yasin bəy oynayan səhnələr isə daha dinamik alınmışdı.

Bizöz adımızdan hər iki sənətkarı yubiley münasibəti ilə ürəkdən təbrik edir, can sağlığı və yaradıcılıq uğurlar arzulayırıq.

 

Kaspi 2018.- 15 fevral.- S.12.