Praqada kitab qalası
Çexiyanın paytaxtı Praqanın Bələdiyyə kitabxanasında
möhtəşəm bir
sənət əsəri
sərgilənib. Slovak əsilli
çex incəsənət
xadimi Matej Kren həm heykəltəraşlığa,
həm rəssamlığa,
həm də ədəbiyyata böyük
bir hədiyyə bəxş edib. "İdiom” adı
verilmiş memarlıq
və ədəbiyyat
nümunəsi olan bu qala kitablardan
inşa edilib.
"Guardian”-da yer alan xəbərə
görə, kitabxana istifadəçilərindən böyük maraq görmüş və nümayiş günü Çexiyada sosial şəbəkələrdə ən çox danışılan mövzuya
çevrilmiş qala yüzlərlə kitabın
ölçü, rəng
uyğunluğu əsasında
qurulub. Kitab qalanın qarşı
tərəfdən qoca
ağac təsiri bağışlayan oyuğu
var. Qalanın tavanına
və döşəməsinə
diametri ölçüsündə
güzgülər yerləşdirilib.
Bu isə oyuqdan
boylananların gözündə
sonsuz bir tunel görüntüsü
yaradır.
Kitab qalası
fikri ilk dəfə
1995-ci ildə "Sao Paulo İnternational
Bienal” festivalında səslənib. Slovak sənətçi
isə məhz həmin ideyadan yola çıxaraq, ərsəyə gətirdiyi
kitab qalasına silindrik forma verib. Kitabların düzülüşündə rəng uyğunluğuna diqqət verildiyi üçün qalanın
kənardan görünüşü
göy qurşağını
xatırladır. Qala bir
ay sərgilənəcək. Sonra isə qala söküləcək
və kitablar öz yerlərinə yığılacaq.
Kitablara sonsuzluq
görüntüsü verərək,
onların bəşər tarixində və insan
həyatındakı rolunu böyük
bədii ustalıq və məna ilə çatdıran Krenin əl işinə tamaşa
etməyə gələnlər növbə yaradıb. Xadim bu nümunə ilə
sonsuz bilgi
bazasının rifah bir
gələcəyin qaynağı olduğuna
və bu bazanın durmadan
yenilənməsinə diqqət çəkib.
Kaspi 2018.- 17-19 fevral.- S.18.