Müstəqilliyimizin
üçrəngli rəmzi
Müstəqilliyimizin üçrəngli rəmzi - FotolarBu bayrağı Dağlıq Qarabağda dalğalandırmaq hər bir azərbaycanlı gəncin arzusudur
Türk dünyasının böyük şairi Mithat Camal Kuntay XX əsrin əvvəllərində yazdığı şeirdə deyirdi:
Bayraqları bayraq yapan üstündəki al qandır,
Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!
Bu gün başımız üzərində dalğalanan, qürur mənbəyimizə çevrilən, müstəqil Azərbaycanın dövlət rəmzlərindən biri sayılan üçrəngli, ay-ulduzlu bayrağımız da insanlarımızın canı-qanı bahasına meydana gəlib, zirvələrə ucalıb. Tarixə qısa ekskurs etsək, görərik ki, şah babamız Şah İsmayıl Xətainin at belində qurduğu böyük Səfəvilər dövlətinin süquta uğraması, Azərbaycan ərazilərinin xanlıqlara parçalanması, ardınca da İran və Rusiya arasında bölüşdürülməsi ilə müşayiət olunub. Bu bölüşdürmə və işğal xalqımızı pərən-pərən salıb, uzun illər formalaşan dövlətçilik ənənəsini pozub.
Həmin dövrün ziyalıları, o cümlədən dünya romantizminin orijinal simalarından olan Məhəmməd Hadi 1908-ci il dekabrın 1-də "İttifaq” qəzetinin birinci sayında çap etdirdiyi "Zümzümati-təhəssürat, yaxud qarışıq xəyallar” adlı şeirində xalqımızın yaşadıqlarını ürək ağrısı ilə bu cür qeyd edib:
İmzasını qoymuş miləl övraqi-həyatə,
Yox millətimin xətti bu imzalər içində.
Belə narahatlıqları yaşayan, millətinin və xalqının gələcəyini düşünən ziyalılarımız yalnız 1918-ci il may ayının 28-də Azərbaycan ərazisində Demokratik Cümhuriyyət qurmağa nail olublar.
Elə həmin il iyunun 24-də Şərqin ilk Respublikasının elan edilməsi yolunda canlarını fəda edən azərbaycanlıların ruhuna, onların tökülən qanlarına hörmət əlaməti olaraq, məhz al qırmızı rəngli, ay-ulduzlu bayraq dövlətimizin rəmzinə çevrilib. Nuru Paşanın rəhbərliyi altında qardaş köməyinə çatan Qafqaz İslam Ordusunun Bakı şəhərini rus-daşnak silahlılarından azad etməsindən bir müddət sonra isə göy, qırmızı, yaşıl zolaqlardan ibarət ay-ulduzlu bayraq Azərbaycan Xalq Cümhuriyyətinin əsas dövlət rəmzi kimi qəbul edilib.
Azərbaycan Milli Qurtuluş Hərəkatının ideoloqu Məhəmməd Əmin Rəsulzadə 1918-ci ildə Azərbaycan Parlamentinin yığıncağında bayraqdakı rənglərin nəyi ehtiva etməsindən danışarkən deyib: "Bizim qaldırdığımız bayrağın üç rəngi türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoludur”.
Bu yerdə onu da qeyd etmək yerinə düşər ki, Demokratik Cümhuriyyətin dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən "Türkçülük, islamçılıq və müasirlik” düsturunun müəllifi, görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadə sayılır.
Ə.Hüseynzadənin və M.Ə.Rəsulzadənin
fikirlərinin təsdiqi kimi qeyd edək ki,
bayraqdakı göy rəng Azərbaycan
xalqının türk mənşəli
olmasını göstərir və bu rəng
türkçülük ideyası ilə
bağlıdır. Tarixi materiallarda
türklərin göy rəngə üstünlük verməsi ilə əlaqədar
müxtəlif izahlar mövcuddur.
Orta əsrlərdə İslam
dinində olan türkdilli
xalqların yaşadığı ərazilərdə
saysız-hesabsız qədim abidələr də tikilib və bu abidələrin
əksəriyyəti göy rəngdə olub. Bu baxımdan göy rəng rəmzi məna
daşıyır.
Göy rəng həm də XIII əsrdə Elxanilər dövrünün əzəmətini, onların zəfər yürüşlərini əks etdirir. Qırmızı rəng müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək, bir sözlə, müasirləşməni, inkişafı ifadə edir. Tarixdən də məlum olduğu kimi, Fransa burjua inqilabından sonra kapitalizmin inkişafı ilə bağlı Avropa ölkələrində böyük irəliləyişlər baş verib. Həmin dövrdə proletariatın kapitalizm quruluşuna qarşı mübarizəsi olub. Bu illərdə məhz qırmızı rəng Avropanın rəmzinə çevrilmişdi. Yaşıl rəng isə İslam sivilizasiyasına, İslam dininə mənsubluğu ifadə edir.
Böyük mütəfəkkir, görkəmli ədib Ə.Hüseynzadənin "Qırmızı qaranlıqlar içində yaşıl işıqlar” əsərində də bayrağımızda yer alan yaşıl rəngin geniş izahı verilib. Bayraqdakı qırmızı zolağın üzərində əks olunan ağ rəngli aypara və səkkizguşəli ulduza gəlincə, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktor müavini, tarixçi-alim Cəbi Bəhramov bayrağın üzərindəki ayparanı türk xalqlarının simvolu kimi qələmə verib. Səkkizguşəli ulduzun mənasını "Azərbaycan” sözünün əski əlifbada yazılışı ilə əlaqələndirib. Onun sözlərinə görə, əski əlifbada "Azərbaycan” sözü səkkiz hərflə yazılır. Daha bir tarixçi-alim Akif Məmmədli isə bu barədə bildirib ki, M.Ə.Rəsulzadə dövlətin prinsiplərini müəyyənləşdirərkən 8 prinsipə əsaslanıb. Bunlar türkçülük, islamçılıq, çağdaşlıq, dövlətçilik, demokratiklik, bərabərlik, azərbaycançılıq və mədəniyyətlilikdir.
Cəfər Cabbarlının "Azərbaycan bayrağına” şeirində də 3 rəngli bayrağımız, onun rənglərinin və ay-ulduzun nələri ifadə etməsi barədə maraqlı yanaşma ortaya qoyulub.
...Bu ay, yıldız, boyaların qurultayı nə demək?
Bizcə böylə söyləmək!
Bu göy boya Göy Moğoldan qalmış bir türk nişanı,
Bir türk oğlu olmalı!
Yaşıl boya islamlığın sarsılmayan imanı,
Ürəklərə dolmalı!
Şu al boya azadlığın, təcəddüdün fərmanı,
Mədəniyyət bulmalı.
Səkkiz uclu şu yulduz da səkkiz hərfli OD YURDU
Əsarətin gecəsindən fürsət bulmuş quş kibi,
Səhərlərə uçmuşdur
Şu hilal da türk bilgisi, düzgün sevgi nişani,
Yurdumuzu qucmuşdur!
Allah, əməllərim edib şu bayrağı intiqal,
Birər-birər doğru olmuş,
bir ad almış:
İSTİQLAL!
Çox təəssüflər olsun
ki, qarşısına
böyük hədəflər
qoyan Azərbaycan Demokratik Cümhuriyyəti
o dövrdə cəmi
23 ay varlığını qoruya bilib. 1920-ci il 28 aprel tarixində bolşeviklər
tərəfindən işğal
ediləndən, süquta
yetiriləndən sonra
dövlət rəmzi
sayılan üçrəngli
bayraq da dəyişdirilib.
Azərbaycan Sovet Sosialist Respublikası elan edilib, 1991-ci ilə kimi bu dövlətin
bayrağı 6 dəfə
dəyişikliyə məruz
qalıb. Babalarımızın XX əsrin əvvəllərində
qurduğu dövlətin
əsas rəmzi sayılan üçrəngli,
ay-ulduzlu bayraq 70 ildən sonra yalnız ümummilli lider Heydər Əliyevin təşəbbüsü
ilə bərpa edilib. Belə ki, ulu öndərin rəhbərliyi
ilə Naxçıvan
Muxtar Respublikasının
Ali Məclisi 17 noyabr
1990-cı ildə bu barədə qərar verib və həmin
bayraq Muxtar Respublikanın dövlət
bayrağı kimi qəbul edilib. Eyni zamanda Naxçıvan Muxtar Respublikasının
Ali Məclisi Azərbaycan
SSR Ali Soveti qarşısında
üçrəngli bayrağın
Azərbaycanın rəsmi
dövlət rəmzi
kimi tanınması haqqında vəsatət qaldırıb.
5 fevral 1991-ci ildə
Azərbaycan Respublikasının
Ali Soveti Naxçıvan
Muxtar Respublikası
Ali Məclisinin vəsatətinə
baxıb və üçrəngli bayrağın
Azərbaycanın dövlət
bayrağı kimi qəbul edilməsi haqqında qərar verib. Həmin vaxtdan etibarən
bu bayraq Azərbaycan Respublikasının
Dövlət bayrağı
qəbul edilir, Azərbaycan dövlətinin
suverenlik rəmzi kimi tanınır.
Dövlət bayrağından istifadə
Azərbaycan Konstitusiyasının
23-cü və 75-ci maddələrində,
"Azərbaycan Respublikasının
Dövlət bayrağı
haqqında” Qanunu, eləcə də həmin Qanunla təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət
bayrağı
haqqında Əsasnamə”
əsasında tənzimlənir.
Silahlı Qüvvələrin
Ali Baş Komandanı,
Prezident İlham Əliyevin 17 noyabr 2009-cu ildə imzaladığı
sərəncamla hər
il noyabr
ayının 9-u Azərbaycanda
Dövlət Bayrağı
Günü kimi qeyd olunur. 2010-cu
ilin sentyabrın 1-də
isə ölkə başçısının iştirakı
ilə Bakı şəhərinin Bayıl
qəsəbəsi ərazisində
Dövlət Bayrağı
Meydanı memorial abidə-istirahət
parkı istifadəyə
verilib.
Təbii ki, bütün bunlar Azərbaycana, onun dövlətinə, xüsusən də bayrağına olan sevgidən, ehtiramdan irəli gəlir. Bayrağımıza
olan bu sevgi
və ehtiram, Azərbaycanın bütün
şəhər və
rayonlarında, o cümlədən
vaxtilə xidmət etdiyim hərbi hissənin yerləşdiyi
Naxçıvan Muxtar
Respublikasında, həmçinin
bakalavr və magistr təhsili aldığım, 100 yaşını
qeyd etməyə hazırlaşdığımız Bakı Dövlət Universitetində, ümumiyyətlə
hər yerdə hər addımda sezilməkdə, görünməkdədir.
İndi ölkəmizin hər bir yaşayış məntəqəsinin mərkəzində
üçrəngli, ay-ulduzlu
Azərbaycan bayrağı
əzəmətlə dalğalanır.
Bununla bərabər, Azərbaycanın
dövlət bayrağı
Respublikamızın dövlət
qurumlarının və
diplomatik nümayəndəliklərinin
binaları üzərində,
o cümlədən beynəlxalq
təşkilatlarda ucalır,
mühüm tədbirlər,
mötəbər mərasimlər
və məclislərlə
yanaşı, irimiqyaslı
ictimai-siyasi toplantılarda,
mədəni tədbirlərdə
və idman yarışlarında qaldırılaraq,
müstəqilliyimizi və
milli birliyimizi təcəssüm etdirir. Azərbaycan Prezidenti İlham Əliyevin Respublikamızın
dövlət atributlarına,
o cümlədən üçrəngli
bayrağımıza göstərdiyi
böyük ehtiram, bu məqsədlə həyata keçirilən
tədbirlər ölkəmizdə
milli həmrəyliyin
daha da möhkəmlənməsinə,
azərbaycançılıq məfkurəsinə və
dövlət rəmzlərinin
təbliğinə xidmət
edir.
Üçrəngli bayrağımız Azərbaycanımızın
müstəqilliyinin, xalqımızın
milli mənsubiyyətinin,
tarixinin, mənəvi
dünyasının rəmzidir. Hər bir
Azərbaycan vətəndaşı
bayrağımıza ehtiram
göstərir, bunu özünün müqəddəs
borcu kimi qəbul edir. Azərbaycan əsgəri də vətənin suverenliyinin və ərazi bütövlüyünün
qorunması ilə bağlı ali
missiyanı öz üzərinə götürərkən,
üçrəngli bayrağa
and içir. Bütün Azərbaycan
xalqının, o cümlədən
biz gənclərin yeganə
arzusu babalarımızdan
bizlərə miras qalan bayrağımızı
işğal olunmuş
ərazilərimizdə, düşmən
üzərində qələbəmizin
qeyd edildiyi məkanlarda dalğalandırmaqdır.
Biz gənclər bu arzunun da
tezliklə reallığa
çevriləcəyinə qəti şübhə etmirik.
Çünki, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə bəyan edib ki, Azərbaycan bayrağı gec-tez Dağlıq Qarabağda - Şuşada, Xankəndində, Laçında dalğalanacaq. Ali Baş Komandanımızın sözlərindəki qətiyyəti hiss etdiyimizdən, vüqarımız, qürurumuz olan bayrağımızı işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarda dalğalandırmaq üçün peşəsindən və vəzifəsindən asılı olmayaraq, hər bir azərbaycanlı müsəlləh əsgər kimi əmrə müntəzirdir.
Bayram İSMAYILOV
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
Gəncə bölgəsi üzrə şöbəsinin məsləhətçisi
Kaspi 2018.- 8 noyabr.- S.15.