“Mənə teatr
qədər adrenalin verə biləcək
başqa bir sənət
yoxdur”
Erdal Beşikçioğlu
“Olmadı, təzədən oynayaq” deyən
aktyorların ərköyünlüyünü teatr götürməz
Türkiyənin tanınmış serial və kino aktyoru Erdal Beşikçioğlu
yerli "Günaydın” qəzetinə
müsahibə verib. Aktyor
teatrın bir məbəd olduğunu,
serialların isə qısamüddətli məşhurluq gətirdiyi qənaətindədir.
- Erdal
bəy, "Teatrlara
daha çox diqqət
göstərin” deyəcək qədər, teatra böyük sevgi ilə bağlısınız. Sizi teatra bu
qədər çox bağlayan
nədir?
- Özümə heç zaman belə bir sual verməmişəm. Amma
teatrın canlı olmağı və səhnədə olarkən
tamaşaçı ilə paylaşdığımız o duyğunu heç nə ilə əvəz edə bilmərəm.
Mənə teatr qədər adrenalin verə biləcək başqa
bir sənət yoxdur.
- Televiziyadan
qazandığı pulu teatra
xərcləyən insanlar var.
Onlara münasibətiniz necədir?
- Mən də televiziyadan
qazandığım pulu teatra
xərcləyirəm. Televiziya ilə teatr bir-birini bəsləyən
sənətdir. Artıq televiziya, serial, film çəkilişlərinə
ara vermişəm.
Serial sahəsində olan ağır şərtləri ruhum qaldıra bilmir. Çünki indiki Türkiyədə
nümayiş olunan
serial çəkilişləri çox uzundur. Təsəvvür edin ki, hər bölümü
180 dəqiqə çəkilir.
Serialın belə uzun
olması üçün
isə ssenarini daha da uzadırlar.
Sponsorlar
isə bu müddətin qısalmağını
heç istəmirlər.
Keyfiyyətli serial təqdim etmək
üçün ilk növbədə
bu düşüncə
ortadan qalxmalıdır.
- Amma siz də
televiziyalarda nümayiş
olunan seriallarda oynadınız.
- Elədir, ancaq hər zaman özümü teatr sənətçisi olaraq
görmüşəm. Konservatoriyadan məzun olmuş digər dostlarımla birlikdə, biz teatr aktyorlarıyıq. Canlı sənətlə
məşğul olmaq
hər igidin işi deyil. Televiziyada aktyorluq etməklə, teatr sahəsində olmaq bambaşqa şeylərdir. Teatrda
təhsil almamış
bir aktyor, bəlkə də 30 kişinin qarşısında
oynayar, amma 800 kişinin qarşısında
oynaya bilərmi, mühüm olan budur? Oynaya bilməz. Onun buna gücü çatmaz. Sözünü deyə bilməz,
nəfəsi çatmaz.
Aktyorlar idmançı kimidirlər.
Hərəkət etməsələr, səhnədə oynaya bilməzlər. Çünki teatr canlıdır. "Olmadı, təzədən
oynayaq” deyən aktyorların ərköyünlüyünü
teatr götürməz,
qəbul edə bilməz.
- 4 noyabrda "Bir dəlinin xatirə dəftəri” tamaşası
ilə İstanbul teatrsevərləri ilə
görüşdünüz. Səhnədəki performansınız xeyli alqışlandı.
- "Bir dəlinin
xatirə dəftəri”
çox gözəl tamaşadır. Tamaşada cərəyan edən
hadisələr hər
zaman aktualdır.
Tamaşanın içində müasir
dövrə dair müzakirələr, problemlər
əks olunub. Ancaq bunu, insanların
gözünə soxaraq nümayiş
etdirmirik. Bir insanın həyatından
yola çıxaraq, başına gələnləri
göstərməyə çalışdıq.
Bir eşqin statistika qarşısında
necə yox ola biləcəyini,
dövrün siyasi münasibətlərini necə
sorğu-sual etməyi
də bu tamaşada göstərdik. Əslində, tamaşa həyatın
özünü sorğu
sual edir.
- Televiziya dünyasının unudulmaz
obrazlarından olan
"Behzat Ç.” obrazı
ilə illərlə tamaşaçı qarşısına
çıxdınız. Bu layihə sizə ilk dəfə təklif ediləndə həmin obrazın bu qədər seviləcəyini
təxmin edə bilirdiniz?
- Maraqlı bir layihə
olacağını təxmini
bilirdim. Ona görə də,
bu seriala böyük bir enerji ilə başladım. Ssenarinin qüvvətli
olması serialın sevilməsinə səbəb
oldu. Serialın televiziyada nümayiş
olunduğu dövrə
görə, internetdə
də daha çox böyük bir izləyici topladı və getdikcə də izləyicilərin sayı
artdı.
- Bildiyimiz qədəri ilə əsgərliyinizi terrorun ən çox qızışan zamanlarında
- 90-cı illərdə cənub-şərqdə
etdiniz. O dönəmlər
ölümlə burun-buruna
gəldiyiniz anlar olubmu?
- Əsgərlikdə olarkən hər an ölümlə burun-buruna
idim. Əsgərliyimi Hakkari, Yüksekova, Çukurca və Dağlıcada keçirmişəm.
Həmin illər çox çətin idi,
güllənin haradan
gələcəyini bilməzdik.
Ayaq basdığımız torpaqlar
mina ilə dolu idi. Mən bunları bilərək,
əsgərliyə məhz
o torpaqlara getdim.
Mənə məhz terroristlərin
çox olduğu həmin ərazidə xidmət edəcəyimi deyəndə, çox sevindim. "Bu Vətən üçün
öl” desəydilər,
ölərdim. Mənə görə,
Türkiyədə hər
kəs içində
vətən sevgisi ilə doğulub. Çünki bu sevgi onlara valideynlərindən
miras olaraq keçib. 5 yaşında
olarkən bizi
andımız ilə tanış etdilər. Türkün
nə demək olduğunu bu yaşlarımızdan etibarən
anlamağa başladıq.
Hər birimiz vətəndaş olaraq ölkəmizin inkişaf etməsi üçün nə lazımsa görməliyik.
Bu, bizim vətəndaşlıq
borcumuzdur.
- Əsgərlik
günləriniz ən
çox necə yadınızda qalıb?
- Vətənə borcumu kiçik leytenant olaraq ödədim. Mənimlə birlikdə iki
dostum bu vəzifədə çalışırdı.
Biri sənətçi,
digəri isə Yale Universitetinin məzunu, biri iqtisadçı idi. Biz Dağlıcada
növbə tutarkən,
məzun olan dostumuz məktəbdə növbə tuturdu. Elə oldu ki, terroristlər
məktəbə tələ
qurdu və dostumuzu öldürdü.
Ölkəmizin iqtisadiyyatına böyük
bir təsiri olacaq bir gəncimiz
o gecə terrorun qurbanı oldu. Onun ölümü mənə
çox təsir etdi və həyatımda
böyük bir iz buraxdı. Biz həmin illərin
yetişdirdiyi övladlarıq.
Ölümü də dadmışıq,
doğumu da. Bu vətən, torpaq
hamımızındır. Lazım olsa, onun üçün
canımızı da verərik.
- Siz beldə deyirsiniz, amma gündən-günə dolların
məzənnəsi qalxır
deyə, sevinən bir kütlə var. Təəssüflər olsun
ki, onlar "sizinlə eyni gəmidə deyilik” deyirlər.
- Dolların məzənnəsi
qalxan ərəfələrdə
mənim bankda türk lirəsi ilə hesabım vardı. Pulumu elə həmin
bankda türk lirası olaraq saxlamağa davam etdim. Onu dollara çevirmədim
və bunu heç düşünmədim
belə. Hər zaman ölkəmizin daha yaxşı olması istəyində olmuşam .
"Eyni gəmidə
deyilik” nə deməkdir? Hamımız eyni gəmidəyik.
Öncə bunun fərqinə
varmalıyıq. Biz sizinlə eyni gəmidəyik və səmtimizi də hara çevirəcəyimizə
birlikdə qərar verəcəyik. Birlik duyğumuzu
itirməməliyik. İdarə edənlərə
səs vermiş olun, ya da
olmayın, Türkiyənin
çıxarlarını düşünmək
və onu qorumaq məcburiyyətindəyik.
Çünki burdan başqa
Türkiyə yoxdur, başqa gedəcək yerimiz də yoxdur. Bu torpaqların
üzərində biz birlikdə
yaşayırıq və
yaşamağa da davam edəcəyik. Bu birliyimizi, sənətlə,
idmanla və televiziyalarımız vasitəsi
ilə daha yaxşı bir nöqtəyə gətirə
biləcəyimizə inanıram.
Bir sənətçi olaraq, bunun üçün nə lazımsa, görərəm.
"Behzat Ç.” və "Reaksiyon”da ayrı-ayrı
xarakterə sahib olan
polis rolunda idiniz.
- "Behzat Ç.”də yaxşı
bir polisi canlandırdım. "Reaksion”da isə köhnə Türkiyədə
dərin dövləti
təmsil edən
"dayı” rolunda idim. Tamaşaçı bu obrazın xarakterinin belə pis olmasına baxmayaraq, onu da çox
sevdi. Hesab edirəm ki,
sənətçi hər
rolu oynamalıdır.
Cəmiyyətə hər hansı
bir sözü varsa, bunu deməyi
bacarmalıdır. Cəmiyyətin yaşam səviyyəsini artırmaq üçün
bu sistemə yönəlik sözü varsa, onu mütləq
şəkildə söyləməlidir
və bunu içində saxlamamalıdır.
Sənətçinin bir
ideologiyası ola bilər, amma o heç bir ideologiyaya aid olmamalıdır. Bəlkə
keçmişdə sənətçilər
özlərini bir ideologiyaya aid hiss edirdilər.
Ancaq artıq XXI əsrdə yaşayırıq. Yaşadığım hər bir dövrdə
öz fikirlərimi açıq şəkildə
söyləmişəm və
söyləyərəm də.
Doğru
hesab etdiklərinizi öz əxlaqınıza
görə söyləməlisiniz.
- Serialın çətin şərtləri
aktyorların performansına
təsir edirmi?
- Seriallarda aktyorların performansı olmur, rejissorun performansı var.
O qədər qısa
bir zamanda ekranda heç nə edə bilməzsiniz, özünüzü
təkrarlayıb durarsınız.
Televiziyada aktyorluğun
inkişaf etdirilməsi
müzakirə mövzusu
ola bilməz.
Sadəcə, eyni oxun ətrafında fırlanarsınız,
bundan artıq heç nə edə bilməzsiniz.
Buna görə də, serial sahəsində
gözəl qızları
və oğlanları,
ssenarini tez əzbərləyə bilsin
deyə, aktyor seçirlər. Serialı ən
qısa müddətdə
çəkmək üçün
var gücləri ilə çalışırlar.
Tərcümə
etdi: Xəyalə Rəis
Kaspi 2018.- 29 noyabr.- S.14.