Xalqımızın maddi-mənəvi abidələrinə qarşı daşnak təcavüzü

Zəngəzur və Qarabağ qəzalarında törədilən soyqırımında hansı niyyətlər gizlənmişdi?

Əsrlər boyunca Azərbaycana qarşı toplum, kilsə və qurama dövlət səviyyəsində qəsbkarlıq siyasəti yürüdən mənfur daşnak hay qəbiləsinin vəhşiliyi sərhəd tanımamışdır. Türk-müsəlman mənşəli yaşayış məntəqələrində dinc sakinlərə qarşı silahlı hay quldurlarının törətdikləri soyqırımı ilə yanaşı, xalqımızın maddi-mənəvi və mədəni abidələrinin də yerlə-yeksan edilməsi, izinin yer üzündən silinməsi və ya irsinin qarət olunması (erməniləşdirilməsi) də düşmənlərin əsas hədəfi olmuşdur. Ən faciəvi hal odur ki, bu cür abidələrimizin mənşəyini öz murdar soyları ilə bağlamaları, tariximizin beynəlxalq aləmdə təbliğ və təşviq edilməsində maneələr yaratmışdır.

Hay kilsəsinin bütöv Azərbaycan hüdudunda yürütdüyü bu siyasətin mahiyyəti eyni olsa da, ictimai-tarixi dövrə uyğun olaraq ayrı-ayrı ərazilərdə (Cənubi Azərbaycanda, Qarabağın dağlıq hissəsində, aran və dağlıq Şirvanda, Borçalı və Dərbənd nahiyələrində) strateji məqsədlərinə uyğun olaraq müxtəlif üsul və vasitələrdən, qaydalardan istifadə etmişlər.

Ona görə də, 1918-1920-ci illərdə düşmənin əsas hədəfində olan Zəngəzur və Qarabağ qəzalarında hay quldurlarının A.Ozanyanın, Q.Nijdenin, A.Srvantstyanın başçılığı ilə törədilən soyqırımında aşağıdakı niyyətlər gizlənmişdi:

- Uzun əsrlər boyu güc dövlətlərinin müsəlman-türk dünyasına qarşı yönəlik siyasətlərinə uyğun olaraq, məkrli niyyətlərini (qəbilə-tayfa formasından dövlət nümunəsundə yaşayış tərzinə keçmək, təbii və mədəni zəngin əraziləri ələ keçirməklə saxta tarixlərini zənginləşdirmək, ərazi baxımından himayədarları ilə birbaşa sərhəd əlaqələrinə nail olmaq) həyata keçirmək;

- Zəngəzur qəzasının zəbt edilməsi (əhalisinin qətliamı, yurd-yuvalarının dağıdılması, tarixi-mədəni abidələrinin yer üzündən silinməsi ilə tarixinin yox edilməsi, təbii sərvətlərinin mənimsənilməsi) istiqamətində məkrli niyyətlərinin dünyəvi siyasətlə bağlılığına nail olmaq (çox təəssüf ki, istədiklərini edə bildilər);

- Zəngəzur qəzasını ələ keçirməklə, müəyyən dövrdən sonra Qarabağ və Naxçıvan ərazilərinin özlərinə ilhaq edilməsi istiqamətində həyata keçirəcəkləri qanlı əməllərinə ərazi-hüquqi əsaslarla haqq qazandırmaq baxımından zəmin yaratmaq;

- Azərbaycan hüdudlarında tarixi və təbii zənginliyi ilə fərqlənən Zəngəzur qəzasının maddi-mənəvi və mədəni abidələrini yox etməklə, Azərbaycan xalqını tarixinin əsas hissəsindən mərhum etmək və həmin tarixi saxtalaşdıraraq öz adlarına keçirməklə, olmayan tarixləri üçün maddi nümunələri mənimsəmək.

Yuxarıda göstərilən amilləri fəaliyyət proqramına çevirən hay kilsəsi və onların silahlı qruplaşması Zəngəzur qəzasında qanlı faciələrə imza atmaqla, tarixi yaddaşımızın bu cür silinməyən səhifələrinə diqqət yetirməyi bizim üçün vacib etmişdir. Çünki, 1918-1920-ci illərdə bu qəzanın 115 müsəlman-türk yaşayış məntəqəsini yerlə-yeksan edərək, 10 minlərlə dinc sakini soyqırımına məruz qoyan quldurların qanlı cinayətlərinə sübut kimi, ayrı-ayrı nahiyələrdə maddi-mədəni irsimizə qarşı etdikləri təcavüzün miqyası da xeyli genişdir. Qəzanın Mehri, Qarakilsə, Zəngilan, Qubadlı, Laçın, Cəbrayıl... nahiyələri həmişə bu hücumların hədəfində olmuşdur. Bu dövrdə A.Ozanyan Qarakilsə nahiyəsində (1930-cu ildən Sisyan adlandırılıb, qədim türkdilli Sak tayfalarının adını özündə yaşadan "sakasen-sikasen-sisakan söz birləşməsinin dəyişikliyə uğramış şivə-dialekt variantı) 58 müsəlman-türk kəndini (Urud, Vağədü, Ağdü, Qızılcıq, Şəki, Dəstəgur, Qızılşəfəq, Ərəfsə, Comərdli, Sofulu, Murğuzlu...) yerlə-yeksan edərək, əhalisini qətlə yetirmişdir. Ürəyi soyumayan bu qaniçənlər qədim Alban məbədlərini, qoç və günəş şəkilli qəbir daşlarını, bir sıra memarlıq tikililərini də məhv etmişdilər. Belə ki, Dəstəgur kəndində yaşı 2 min il olan qədim Alban qəbiristanlığı (hündürlüyü 2 metrə çatan, naxışlı və yazılı baş daşları, sənduqələr) dağıdılmış, kənddə fəaliyyət göstərən Şamxal Əfədinin dünyəvi və dini məktəbi isə yandırılmışdır. Qonşu Vağadü kəndinin qədim memarlıq tikintisi olan məscid, içərisində 400 nəfər dinc sakin olmaqla, əl qumbarası ilə partladılmış, əhali gülləboran edilmişdir. Sofulu kəndi yaxınlığındakı "Qırxlar piri adlanan müqəddəs ziyarətgah da hay hücumlarından sonra dağıdılmışdır.

Zəngilan nahiyəsinin Ağalı kəndini Qubadlı şəhəri ilə birləşdirən ticarət yolu üstündə (Mehri dəhlizindən 50 km aralıda) 500 illik tarixi olan "Hüseynbəyli məscidi (memarlıq üslubunda tikilən, hündürlüyü 4 metrə çatan), Zəngilan-Qubadlı avtomobil yolunun Zilanlı kəndi ərazisindən keçən hissəsində, yolun altında olan qədim məscid yandırılaraq qarət edilmişdir. Bu məscidlərin yeri (yaxınlığında kənd qəbiristanlığı var idi) keçən əsrin 80-90-cı illərinədək qalırdı. 1980-ci illərdə bu məscidlərin yaxınlığında yol təmiri işləri aparılarkən, çoxlu miqdarda silah-sursat qalıqları tapılmışdı. Nahiyənin bu hissəsindəki qədim Sürməli kəndinə edilən hücumlar bu yaşayış məntəqəsinin yer üzündən silinməsi və əhalisinin qonşu Xocahan kəndində məskunlaşması ilə nəticələnmişdir. Bir cəhəti də qeyd edək ki, Zəngilan nahiyəsinə basqın edən quldur A.Ozaniyan və Q.Nijdenin dəstələrinə Gorus və Qafan nahiyələrinin haylar yaşayan Gərəvünc, Xınzirək (bu kənd əvvəllər Almalıq adlanıb, haylar işğal etdikdən sonra adını dəyişiblər), Zeyvə, Ağavurd, Şirnuxu kəndlərinin də sakinləri kömək etmişlər.

1918-ci ildə yaradılmış Azərbaycan Fövqəladə Təhqiqat Komissiyasının üzvü N.M.Mixaylovun hesabatında göstərilmişdir ki, Zəngəzur qəzasının 115 müsəlman-türk kəndi erməni quldurları tərəfindən dağıdılaraq yer üzündən silinmiş və 10 mindən çox dinc sakin qətlə yetirilmişdir. Bu faciələr 1919-1920-ci illərdə digər daşnak quldurlar - A.Mikoyan və S.Şaumyan tərəfindən davam etdirilmişdir.

Xalqımızın soykökünə susayan daşnak haylar bununla kifayətlənməyərək, maddi-mənəvi irsimizə də qənim kəsilərək yüzilliklər boyu mənfur niyyətlərinə hakim kəsilmişlər. Bu izlərə haralarda rast gəlinmir...

Zəngilan nahiyəsinin Malatkeşin kəndinin (Oxçuçayın sol sahilində) qərbində, 15 km aralıda yerləşən, palıd, vələs, çinar ağacları ilə örtülü olan Əsgülüm silsiləsinin suayırıcında XIV-XV əsrlərinin yadigarı olan eyni adlı qala (fateh Əmir Teymur 1401-ci ildə Naxçıvan yürüşündə burada olmuşdur) düşmənlərimizin hədəfindən yayınmamışdır. Bu nahiyənin mərkəzi olan Zəngilan şəhərinin (1931-ci ildə yaradılmışdır) əsası olan Pirçiban kəndindən şərqə doğru 2 km aralıda "Qızıldaş yüksəkliyində müqəddəs ziyarətgah, Ağalı kəndi ərazisində Azıx mağarası yaşında olan 7-8 mağara (uzunluğu 60 m, eni 6-7 m, hündürlüyü 3 m), Həkəri çayının sol sahilində yerləşən Məmmədbəyli kəndində qədim türbələr (X-XI əsrlərə aid) və məscid, eləcə də kənd qəbiristanlığı yerlə-yeksan edilərək, qiymətli yazı, qəbir (qoç şəkilli, günəş təsvirli, sənduqələr) nümunələri oğurlanaraq hayların qəniməti olmuşdur. Mənfur niyyətlərini Genlik və Müşülan kəndlərində də həyata keçirmişlər. Belə ki, 1967-1968-ci illərdə kənd qəbiristanlığında qoç şəkilli qəbirləri oğurlamaqla, məscid divarındakı yazıları pozub hay işarələri naxışlamaqla xislətlərinə sadiq qalmışlar.

Zəngilan nahiyəsinin Şatarız, Beşdəli kəndləri ilə Qafan nahiyəsinin Saf kəndi (hayların sonradan məskunlaşdığı) arasında, 45-50 km-lik məsafədə yerləşən Əsgülüm silsiləsinin Xusdub (3202 m) və Meydan dağlarının sinəsindəki 130 hektarlıq şərq çinarı meşəliyi 1918-1920-ci illərdə vəhşi haylar tərəfindən barbarcasına doğranılaraq aparılmışdır. Bu yerlərin hər qarışında el qəhrəmanlarının səngər izləri, savaş ləpirləri qalsa da, keçən əsrin 50-60-cı illərində hay daşnaklarına, A.Mikoyanın xatirəsinə görə hədiyyə verilmişdir.

Zəngəzur qəzasının Gıhı dərəsi boyunca, Qafan (əslində "Mədən sözündən təhrif edilmiş toponimdir) nahiyəsində müsəlman-türk mənşəli Pürülü, Armudlu, Müsəlləm, Pəhyan, Gıhı (əhalisinin sayına görə ən böyük kənd olub) kəndlərinin, yaşı minilliklərlə ölçülən tarixi qəbiristanlıqları dağıdılmış, bir çox qəbir nümunələri daşınaraq aparılmışdır.

Barbarların bu dağıntılarının və qarətlərinin izlərinə həmçinin Qubadlı nahiyəsinin Padar və Balasoltanlı kəndləri arasındakı "Məscidli yerində, Çərəli kəndi ətrafında "Şeyx Əfəndi piri, "Xəçin dərəsi piri, "Sofulu piri, "Mavdan piri, "Yolaşan piri, Boyunəkər kəndində 200 illik yaşı olan Hacı Hürcahan gümbəzi (hündürlüyü 15 m, ətrafında 30-40 qədim qoçşəkilli qəbir, sənduqələr olmuşdur), Dondarlı kəndinin 8 km-də memarlıq üslubunda tikilən, 18 m hündürlüyü olan günbəz 1918-1920-ci illərdə "soyqırımına məruz qalmışlar.

Ümumiyyətlə, Zəngəzur qəzasının Zəngilan, Qubadlı, Qafan, Laçın nahiyələrinin tarixi zənginlikləri özündə yaşadan maddi-mənəi və mədəni abidələrinə qarşı hay daşnaklarının təcavüzü 1918-1920-ci illərdə (eləcə də sonrakı dövrlərdə) geniş miqyas kəsb etdiyindən, bu faciənin tədqiq edilməsinə ciddi ehtiyac vardır.

Qeyd: Yazının hazırlanmasında Zəngilan rayonu, Malatkeşin kənd sakini Eyvaz Məmi oğlu Bayramovun, Qubadlı rayonunun Novlu kənd sakini Söhbət İsmayıl oğlu İsmayılovun və Çərəli kənd sakini Gəray Cəlal oğlu İsmayılovun məlumatlarından istifadə olunmuşdur.

Qismət Yunusoğlu,

Bakı Dövlət Universitetinin müəllimi

Kaspi 2018.- 30 oktyabr.- S.15.