"Yaxşı mühafizəçi ilk növbədə beyni ilə işləyir"

 

Özəl təhlükəsizlik şirkətinin direktoru Ramiz Qaytmazov ilə müsahibəni təqdim edirik.

 

- Neçə müddətdir ki təhlükəsizlik xidmətləri sahəsində işləyirsiniz. Bu müddət ərzində bu sahədə hansı dəyişikliklər olub?

 

- Təhlükəsizlik sahəsində öz karyerama ən çətin dövrlərdə - 90-cı illərdə Rusiyada başlamışam. Bir neçə il Moskvada Tolyattidə ÖTT-da işləmişəm, sonra isə Bakıya qayıdaraq, bizneslə məşğul olmuşam. Lakin təxminən 7 il bundan əvvəl təhlükəsizlik xidmətləri sahəsinə qayıtmaq qərarına gəldim o vaxtdan bəri GESCO şirkətində işləyirəm: 5 il layihələrdən birinin rəhbəri idim, sonra isə şirkətin direktor müavini oldum artıq bir ildən çoxdur ki, direktor vəzifəsindəyəm. 90-cı illərin əvvəlləri ilə müqayisədə indi bu sahədə işlər, sözsüz ki, daha sakitdirindi həm insanları, həm özəl təhlükəsizlik təşkilatlarını qoruyan qanun işləyir, işdə bizə kömək edən yeni texnologiyalar yaranıb. GESCO şirkətinə gəldikdə isə, bu şirkət artıq 15 ildir ki, Azərbaycan bazarında fəaliyyət göstərir. Bu müddət ərzində biz öz mövqeyimizi əhəmiyyətli dərəcədə qüvvətləndirmiş müştərilərimizin sayını artırmışıq. Bu gün bir çox neft-qaz şirkətləri, universitetlər, iki böyük səfirlikÇin Türkiyə səfirlikləri ilə əməkdaşlıq edirik, ticarət sektorununticarət mərkəzlərinin, böyük mağazaların s. təhlükəsizliyini fəal surətdə mənimsəyirik. Eyni zamanda, biz işçilərimizin şərtlərini yaxşılaşdırırıq, beynəlxalq standartları tətbiq edirik, ISO 9001: 2015, ISO 14001: 2015 OHSAS 18001:2007 standartları üzrə sertifikasiyadan keçmişik. Mühafizəçilərimizin beynəlxalq normalara müvafiq olaraq əmək istirahət rejiminə əməl etmələrini təmin edirik. Bu yanaşma sayəsində, xidmətlərimizin keyfiyyəti bir çox digər təhlükəsizlik təşkilatları ilə müqayisədə çox yüksəkdir. Bu standartlara əməl etməyən daha ucuz xidmətlər təklif edən şirkətlər vardır. Lakin ucuz olmaq heç yaxşı olmaq deyildir. Bizim müştərilərimiz bunu çox gözəl anlayır.

 

- Müştərilərinizin əksəriyyətineft-qaz sektorunun şirkətləri fərqli universitetlərdir. Bu sahələrdə təhlükəsizlik işinin xüsusiyyətləri hansılardır? Bu sahələrdə mühafizəçilərin işə hazırlığı ilə fərqlənir?

 

- Fərqli obyektlərdə mühafizəçilərin işi kardinal fərqlərə malik deyildiristənilən obyektdə yanğın, hücum ola bilər mühafizəçilər bu kimi hadisələrə qarşı çıxmağı bacarmalıdırlar. Lakin mühafizəçilərin geyimi radioqəbulediciləri məkandan asılı olaraq fərqlənir. Misal üçün, neft-qaz obyektlərində onların geyimi yanmayan materialdan olmalıdır. Bundan başqa, neft obyektləri strateji obyektlərdir. Orada işləyən mühafizəçilər üçün bu obyektlər barəsində hər hansı məlumatların üçüncü şəxslərə verilməsi, yerində selfi çəkilməsi, vaxtı siqaret çəkmələri tam qadağan olunur. Təhsil müəssisələrinin mühafizəçiləri üçün şərtləri nisbətən yüngüldürmisal üçün, onlar günlərində xüsusi ayrılmış yerlərdə siqaret çəkə bilərlər. Lakin təhsil müəssisələrində insanlarla ünsiyyət qurmaq, münaqişəli vəziyyətləri aradan qaldırmaq bacarığı çox vacibdir. Orada işləyən mühafizəçilər tələbələri ələ almalı, onların etimadını qazanmağa çalışmalıdır ki, bu da gələcəkdə hansısa münaqişəli vəziyyətlərin qarşısını almağa kömək edir. Buna görə , mühafizəçiləri təhsil müəssisələrinə hazırlayan zaman, psixologiyaya böyük diqqət veririk, neft sahəsində isə - yanğından mühafizə hazırlığı üzrə məşqlərə, yanmadan qorunmaq üçün ehtiyat tədbirlərinə daha çox diqqət ayırırıq. Çünki universitetlərdə baş verən yanğınla, neft obyektlərində olan yanğınlar mürəkkəblik xüsusiyyətinə görə fərqlənir.

 

- Yaxşı mühafizəçi ilk növbədə hansı keyfiyyətlərə malik olmalıdır?

- İlk növbədə onun beyni olmalıdır. Müəyyən anda lazımi qərar qəbul etmək iqtidarında olmalıdır. Biz hər zaman xüsusi vurğulayırıq ki, mühafizəçi yalnız əzələləri ilə deyil, eyni zamanda başı ilə işləməyi bacarmalıdır. O, yaxşı fiziki formada olmalıdır. Dürüst məsuliyyətli olmalıdır. öz işini sevməlidir.

 

- Azərbaycanda təhlükəsizlik xidmətləri bazarında rəqabət hansı səviyyədədir?

 

- Rəqabət var. Bizim ölkədə təhlükəsizlik xidmətlərini təqdim edən bir çox şirkət vardır. Biz anlayırıq ki, əgər öz işimizi ən yüksək səviyyədə yerinə yetirməsək, bazarı itirəcək sınıq bir çökəklikdə qalacağıq. Buna görə işə qəbul zamanı sərt seçimlər edirik, yeni texnologiyalar tətbiq edirik, daim işçilərimizin fiziki formalarını saxlayırıq, professional keyfiyyətlərini inkişaf etdiririk, müxtəlif təlimlərlə onların ixtisaslarını artırırıq gecə - gündüz onların işinə nəzarət edirik. İşin lazımi səviyyədə yerinə yetirildiyinə əmin olmaq üçün həftədə 2-3 dəfə günün gecənin fərqli saatlarında mühafizə olunan obyektlərin hər birində xüsusi yoxlamalarımız olur. Üç ayda bir dəfə mühafizəçilərimizin fiziki hazırlığını yoxlayırıq, yarım ildə bir dəfə isə bütün işçilərimiz üçün fiziki hazırlıq üzrə imtahanlar keçiririk.

 

- Bu gün, ənənəvi olaraq kişi ixtisası kimi qəbul olunan ixtisaslar, habelə təhlükəsizlik xidmətləri get-gedə daha çox qadınlar tərəfindən mənimsənilir. Şirkətinizdə qadın mühafizəçilər vardırmı? Onların işi ilə fərqlənir? Təhlükəsizlik biznesində elə bir sahə vardırmı ki, qadınlar bu sahənin öhdəsindən daha yaxşı gəlir?

 

- Şirkətimizdə qadın işçilər vardır. Qadın kollektivinin çox olduğu obyektlərdə mütləq qadın-mühafizəçilər olmalıdır. Kişi-mühafizəçilər qadınları yoxlamamalı, qadınlar üçün nəzərdə tutulmuş məkanlara, misal üçün soyunma otağına, daxil olmamalıdırlar. Lakin əgər, hər-hansı bir qadının mühafizə olunan obyektə hansısa qadağan olunmuş əşyanı gətirməsi ilə bağlı şübhə yaranarsa, ya qadın soyunma otağında nəsə baş verərsə, yoxlama aparmaq lazımdır. Bundan başqa, bəzi hallarda qadınlar kişilərlə müqayisədə işin öhdəsindən daha yaxşı gəlirlərpsixoloji nöqteyi-nəzərindən onlar insanlarla daha yaxşı dil tapa bilir insanlara daha düzgün yanaşa bilirlər. Qadın-mühafizəçilərin hazırlığı kişi-mühafizəçilərin hazırlığı ilə eynidir. Onlar da, həmçinin, yaxşı fiziki hazırlığa malik olmalı, düşünə bilməli insanlarla işləməyi bacarmalıdırlar.

 

- Hazırda bir çox sahələrdə insanı süni intellekt əvəz edir. Eyni zamanda, təhlükəsizlik sahəsində girişə avtomatik nəzarət sistemləri, hərəkət sayğacları ilə video kameralar, fərqli skaynerlər s. get-gedə daha çox məşhurlaşır. Necə düşünürsünüz, bu, təhlükəsizlik agentliklərinin xidmətlərinə olan tələbatın azalmasına səbəb ola bilərmi?

- Hesab etmirəm ki, kameralar ya hansısa digər cansız əşyalar insanı əvəz edə bilər. İnsan faktoru əvəzolunmazdır. Əgər müşahidə kamerası varsa, həmin kameradan videolara nəzarət edən vaxtında hansısa təhlükəni hiss edən fövqəladə vəziyyətin qarşısını ala bilən bir insan olmalıdır. Kamera lazım olan anda polis ya təcili yardım çağıra bilməz. Əksinə, müasir texnologiya bizə işimizdə çox kömək olur. Hər bir otaqda yanğına vaxtında reaksiya verməsi üçün bir mühafizəçi oturda bilmərik, xüsusi yanğına qarşı olan sayğaclar anında siqnal almağa operativ reaksiya göstərməyə kömək olur.

 

- Bir çox digər dövlətlərlə müqayisədə Azərbaycanda ÖTT işçilərinin səlahiyyətləri çox deyildir. Misal üçün, onların silah gəzdirmək icazəsi yoxdur. Necə düşünürsünüz bu səlahiyyətləri genişləndirmək üçün hansısa qanunverici təşəbbüslər lazımdırmı?

 

- Haqlısınız. Azərbaycanda özəl şirkətlərdə silah daşımaq icazəsi yoxdur. Bizdə hətta rezin dəyənəklər tətbiq etməyə icazə verilmir. Mühafizə olunan obyektə hücum zamanı bizim işçilərimiz yalnız yalın əllərlə hücumu dayandıra bilir. Bu, müəyyən səviyyədə bizim imkanlarımızı məhdudlaşdırır misal üçün banklar inkassator şirkətləri ilə əməkdaşlıq qurmağımıza mane olur. Onları hökumət orqanları mühafizə edirlər. Əgər bizə yivsiz silahlar ya heç olmazsa dəyənəklərə, elektrik şokedici cihazlara qaz balonları işlətməyə icazə versələr, bu, fəaliyyət sahəmizi genişləndirməyə imkan verər.

 

Elena Kosolapova

 

Kaspi  2018.- 4 sentyabr.- S.11.