Lal kişi

 

Beynimdə bir nağıl var, mən onu danışa bilmirəm. Demək olar ki, o nağılı unutmuşam, ancaq hərdən xatırlayıram.

Bu nağıl küçənin o biri başında yerləşən evdəki 3 adamdan bəhs edir. Əgər mən söz deyə bilsəydim, mahnı oxuyardım. Mən o mahnını qadınların, ana olan qadınların qulağına pıçıldayardım. Küçədə gəzə-gəzə o mahnını dayanmadan oxuyardım. O mahnını oxumaqdan dilim qabar olardı.

O evin bir otağında 3 kişi var. Onlardan biri cavan yaraşıqlıdır. O vaxt baxsan gülür. Otaqda olan o biri kişinin uzun, saqqalı var. Saqqallı kişi hər şeyə şübhəylə yanaşır. Təsadüfü hallarda şübhələr kişini tərk edir kişi yuxuya gedir. Otaqdaklı üçüncü kişinin gözləri cin gözlərinə oxşayır, əsəbi halda otaqda o baş bu başa gedir, əllərini bir-birinə sürtür. Kişilərin üçü gözləyirdi. Evin ikinci mərtəbəsində alatoranlıqda bir qadın arxasını divara söykəyib pəncərənin qabağında dayanmışdı. Bu, mənim nağılımın bünövrəsidir.

Yadımdadır ki, otağa dördüncü bir kişi daxil oldu, geyinmişdi. Sakit bir kişi.

Otaqdan səs gəlmirdi, gecələr dəniz necə sakit olarsa, otaq da elə sakit idi. Dördüncü kişi otaqda yeriyəndə ayaqlarının səsi eşidilmirdi.

Gözləri cin gözlərinə oxşayan kişi bir dəqiqə olsun yerində sakit durmurdu. Heyvan qəfəsə salınanda qəfəsin içində necə qaçarsa o da elə qaçırdı. Elə bil boz saçlı kişiyə onun əsəbiliyi yoluxmuşdu, o saqqalını dartmağa başladı.

Dördüncü kişi, kişi yuxarı mərtəbəyə, qadının yanına qalxdı.

Qadın orda idi, gözləyirdi.

Ev necə sakit idi! Saatın çıqqıltısı aydınca eşidilirdi. Yuxarı mərtəbədəki qadın sevgiyə susamışdı. Bu haqda ayrıca bir nağıl yazmaq olardı. Onun bütün bədəni sevgi aclığı çəkirdi. , sakit kişi yaxınlaşanda qadın ona sarı tullandı. Onun dodaqları aralandı. Onun dodaqlarında təbəssüm vardı. kişi qadına heç demədi. Onun baxışlarından qəzəb, sual oxunmurdu. Onun gözləri insan gözləri kimi deyildi, ulduz soyuqluğu vardı onun gözlərində. Aşağı mərtəbədə gözləri cin gözlərinə oxşayan kişi zarıyır, azmış it kimi irəli-geri qaçırdı. Boz kişi onun arxasınca qaçmaq istədi, ancaq yoruldu, döşəməyə uzandı ki, yatsın. O, bir daha oyanmadı.

Yaraşıqlı kişi döşəmədə uzandı. O gülür nazik, qara bığı ilə oynayırdı.

Heç bilmirəm, mənim nağılıma olub, mən nağılımı danışa bilmirəm.

Yəqin ki, , sakit kişi Ölümdür.

Gözləyən, sevgiyə susayan qadın Həyatdır.

Yaşlı, boz, saqqalı cinə oxşayan kişi məni çaşdırır. Mən ha fikirləşsəm , onları başa düşə bilmirəm. Demək olar ki, mən çox vaxt onlar haqda fikirləşmirəm. Mən o yaraşıqlı kişini fikirləşirəm, nağılımda bütün vaxtı gülən kişini.

Əgər mən onu başa düşə bilsəydim hər şeyi başa düşərdim. Bütün dünyanı gəzib gözəl nağıl söyləyərdim. Mən onu başa düşsəydim daha lal olmazdım.

Niyə mənə sözlər verilməyib? Mən niyə lalam?

Mənim deyiləsi bir nağılım var, ancaq onu necə deməyi bilmirəm.

 

Şervud Anderson

 

İngilis dilindən tərcümə edən

Gültən, Sevil.

 

Kaspi  2018.- 6-8 yanvar.- S.22.