Avropada gənclərin çoxluq təşkil etdiyi ölkə

Gənc nəslin çox olması Azərbaycana hansı üstünlüklər qazandırır?

Azərbaycan Avropada 25-29 yaş arası insanların faizinin ən çox olduğu ölkədir. Trend-in məlumatına görə, bu barədə "Eurostat”ın hesabatında deyilir. Hesabata əsasən, Azərbaycan əhalisinin 9,4 faizi bu yaş qrupuna aiddir.

Gənc nəslin daha çox olduğu ölkələr arasında həmçinin Malta (8,4 faiz), Albaniya (8,2 faiz) İslandiya (8 faiz) yer alıb. 25-29 yaşlı gənclərin ən aşağı faizi isə İspaniya İtaliyada qeydə alınıb. Bu ölkələrdə gənc nəsil əhalinin 5,4 faizini təşkil edir. Bundan başqa, Almaniyada əhalinin 6,4 faizi, Fransada 5,8 faizi, Böyük Britaniyada 6,9 faizi, Türkiyədə isə 7,7 faizi 25-29 yaş arası gənclərdir. Gənclərin çoxluğu, ümumiyyətlə, bir ölkəyə hansı üstünlüklər qazandırır? Bu mövzu ətrafında gənclər sektorunda fəaliyyət göstərən şəxslərlə söhbətləşdik.

Milli Məclisin Gənclər idman komitəsinin üzvü, millət vəkili Naqif Həmzəyev "Kaspi”yə açıqlamasında bildirdi ki, hər hansı bir ölkənin xoşbəxt gələcəyə olan ümidləri ilk növbədə gənclərə bağlıdır, bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir: "Azərbaycanın da gənclər ölkəsi olması, əhalinin yarıdan çoxunu gənclər təşkil etməsi qürurverici haldır. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual gənclərin yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Bu gün Azərbaycanın qazandığı ən böyük uğurlardan biri hər cür innovasiyalara açıq, ideyalarla dolu zəngin gənclik potensialına malik olmasıdır. Gündən-günə çiçəklən, inkişaf edən müstəqil Azərbaycanda dövlətin xalqın gələcəyinə istiqamətlənmiş siyasət strategiya bu günün gənclərinin qarşısında böyük imkanlar, şəraitlər açıb. Sabahını, parlaq gələcəyini düşünən Azərbaycan dövlətinin gənclər siyasəti ilə bağlı məqsədyönlü fəaliyyət proqramı həmişə olub, indi var. Bu gün ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə böyük, vətənpərvər gənclər ordusu yaranıb. Demək olar, indi ölkədə gedən bütün islahatların mərkəzində gənclər dayanır. Bu gənclər dövlət müstəqilliyinin möhkəmləndirilməsində, ölkədə uğurlu islahatların həyata keçirilməsində, dövlət qarşısında duran vacib problemlərin həllində öz sanballı töhfələri ilə fəallıq göstərirlər”.

Cəmiyyətin aparıcı qüvvəsi

N.Həmzəyevin sözlərinə görə, müstəqilliyinin 28 yaşını qeyd edən Azərbaycan kimi bir ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni humanitar həyatında gənclər mühüm rola malik potensial qüvvə kimi mühüm yer tuturlar: "Güclü, aktiv avanqard qüvvə kimi gənclər ölkə həyatının bütün sahələrində öncül yer tutmaqla, yüksək indikatorlara çatmağa zəmin yaradan zəngin bazadır. Gənclər Azərbaycanın gələcəyidir, inkişafın modernləşmənin operativ ön cəbhəsidir. Gənclər yeni potensialdır, gücdür, yeniləşmə, müasirləşmə, inkişaf, tərəqqi modernləşmə strategiyasının təməl sütünları deməkdir”.

Millət vəkili deyir ki, dövlətin cəmiyyətin birgə fəaliyyət göstərdiyi müstəqil ölkəmizin bütün sahələrində - dövlət strukturlarında, təhsildə, səhiyyədə, orduda, sənayenin, kənd təsərrüfatının bütün sahələrində aparıcı qüvvə kimi gənclər öndə dayanırlar: "Gənclərin sosial müdafiəsi, məşğulluğunun təmin olunması, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli-ədəbi irsə bağlılığının, asudə vaxtlarının təmin edilməsi, bu sahədə görülən işlər, həyata keçirilən çoxşaxəli tədbirlər ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasətinin məntiqi davamı kimi uğurla həyata keçirilir. Qürurverici haldır ki, bu günün gəncləri Azərbaycanın ictimai-siyasi həyatında daim fəallıqları ilə seçilir, öz düşüncə baxışları ilə dünyada, ölkədə baş verən hadisələrə münasibətlərini bildirir, cəmiyyətin aparıcı qüvvəsinə çevrilirlər”.

Müstəqil, bilikli bacarıqlı

N.Həmzəyev qeyd etdi ki, bugünkü gənclərin ən böyük xoşbəxtliyi ondadır ki, onlar müstəqil ölkədə yaşayırlar. Müstəqillik Azərbaycan gəncliyinin önündə böyük qapılar, yollar açdı, onların çoxşaxəli inkişafına, azad dinamik düşüncə tərzinin formalaşmasına təkan verdi: "Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, gənclər siyasəti həmişə dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutub. Ulu öndər Heydər Əliyev "Bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir…” deyərək həmişə gənclərə güvənib, onlara böyük etimad göstərib. Azərbaycan gəncliyi dövlətin diqqət qayğısını hər zaman öz üzərində hiss edib. Azərbaycanın tərəqqisində, onun iqtisadi, siyasi mədəni həyatında, demokratik dövlət cəmiyyətin qurulmasında gənclərin rolu əvəzsizdir. Gənclik cəmiyyətin aparıcı qüvvəsi olmaqla yanaşı, daim axtarışda olan, yeniliyi sevən bir qüvvədir. Bu gün ölkəmizdə yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşıb. Bu günün gəncləri daha müstəqildirlər, daha bilikli bacarıqlıdırlar. Azərbaycan gəncləri müxtəlif sahələrdə qazandıqları uğurları ilə ölkəmizi mötəbər tribunalardan yüksək səviyyədə təmsil edirlər. Onlar siyasi, ictimai, mədəni idman sahələrindəki nailiyyətləri ilə xalqımızın əsl qürur iftixarına çevriliblər. Bir gəncin uğuru isə müstəqil Azərbaycan dövlətinin uğuru, bir gəncin güclənməsi, müstəqil Azərbaycanın güclənməsi deməkdir”.

Müstəqilliyin bəhrəsi

"İrəliİctimai Birliyinin sədri Mirhəsən Seyidov bildirdi ki, gənclərin faizinin çox olması əmək qabiliyyəti olan əhalinin daha çox olması deməkdir: "Eyni zamanda da gənc beyinlərin daha dinamik, inkişafa meyilli olması da əsas göstəricilərdən biridir. Ölkədə gənclərə cənab Prezident tərəfindən böyük diqqət ayrılıb. Gənclərin bütün istiqamətlərdə əsas strukturlarda yer alması, onların inkişafı üçün addımlar atılır. Biz burada mədəniyyət, incəsənət, elm, təhsil idman sahələrində parlaq nailiyyətlər qazanan gənclərimizi onların zəngin tarixi-mədəni irsimizin qorunub saxlanması, inkişaf etdirilməsi üçün atdığı addımları qeyd edə bilərik. Vətənpərvər ruhda yetişən Azərbaycan həqiqətlərinin dünya miqyasında tanınması üçün çalışan gənclərimizin olması qürurverici hisdir. Çünki gənclər atılan hər bir addımın vətən üçün olduğunun fərqindədir. Hazırkı gənclər müstəqil Azərbaycanın yetirmələridir. Nəzərə alsaq ki, 1991-ci ildə dünyaya gələn bir gəncin hazırda 28 yaşı var, bu o deməkdir ki, ölkədəki bütün gənclər müstəqilliyimizin bəhrəsidir. Bu da onu deməyə əsas verir ki, daha müstəqil, daha yenilikçi bir gənclik Azərbaycanı irəli aparacaq”.

M.Seyidovun sözlərinə görə, ölkə gəncliyi Azərbaycanın sürətli inkişafı üçün lazım olan biliyə, savada intellektə sahibdir: "Bu gün beynəlxalq arenada Azərbaycanı layiqincə təmsil edən, idmanda uğurları olan, intellektual yarışlarda ilk sırada yer alan gəncliyin olması onu deməyə əsas verir ki, ölkəmizdə gənclərin inkişafı var bunun inkişafı üçün addımlar atılır”.

Azərbaycan diasporunun ən mühüm hissəsi

"İslahatçı Gənclərİctimai Birliyinin sədri Fərid Şahbazlı bildirdi ki, ölkədə gənclərin çox olması üstünlük hesab edilir. Çünki gənclər bütün dünyada dinamika, aktivlik rəmzi hesab edilir: "Gənclərin çox olması ölkədəki əmsalından, demoqrafik vəziyyətdən başlayaraq, bir çox sahələrdə yaxşı nəticələrə gətirib çıxarır. Bu gün Azərbaycan gəncləri ölkəmizin inkişafında, dövlətin idarəçiliyində yaxından iştirak edirlər. Gənclərimiz dövlətin çox mühüm postlarında ölkəmizin inkişafı naminə çalışırlar. Hesab edirəm ki, bu mənada gənclərimizin çox böyük potensialı var. Gənclərimizin səsini dünyanın nüfuzlu elm olimpiadalarından, musiqi yarışlarından, idman meydanlarından eşidirik. Bu gün Azərbaycanda çox uğurlu gənclər siyasəti həyata keçirilir. Bunun nəticəsidir ki, gənclərimiz bütün sahələrində özlərini yaxşı mənada fərqləndirirlər. Azərbaycan gəncləri Avropada da, dünyada da intellektuallıqları, dil müasir dünyanın çağırışlarına cavab verəcək elmi bilikləri ilə fərqlənməyi bacarırlar. Eyni zamanda Azərbaycan gəncləri vətənpərvərdirlər, olduqları hər yerdə bayrağımızı uca tuturlar, ölkəmizin maraqlarını müdafiə edirlər. Gənclərimiz Azərbaycan diasporunun ən mühüm hissəsidir”.

 

Aygün Asimqızı

Kaspi  2019.- 6 avqust.- S.7.