Millimiz 0-6 uduzanda
da, inamını itirməyən xanım jurnalist
Millimiz
0-6 uduzanda da, inamını itirməyən
xanım jurnalistZeynəb
Əliyeva: “Bizim üçün hər oyun fövqəladə hadisə effekti verir”
"Futbol mənim
üçün hissləri
ən pik həddə çatdıran
sahədir. İzləyən biri, bunu daha yaxşı anlayar. Bəzən deyirlər ki,
futbol 22 nəfərin
bir topun arxasınca qaçdığı
idman növüdür.
Bu, düzgün yanaşma deyil. Bəzi insanlar izləmədiyi filmlər, yemədiyi yeməklər haqqında mənfi fikirlər deməyi sevirlər.
Məsələn suşini yeməyib,
"pisdir” deyənlər
çoxdur. Halbuki, dadına
baxanların əksəriyyəti
suşini sevir. Futbol da belədir. Mən düşünmürəm ki,
futbolu izləyən və anlayan biri onu bəyənməsin”.
Müsahibimiz idman jurnalisti Zeynəb Əliyevadır. Zeynəb Bakı
Slavyan Universitetinin jurnalistika fakültəsini
bitirib. Hazırda goal.az saytında çalışır. Deyir ki,
universitetə qəbul
olunduğu vaxtdan jurnalist olmağı qarşısına məqsəd
qoyub.
- Zeynəb xanım, idmanla ilk tanışlığınız nə vaxt olub?
- Bizim evdə, gözümü açandan
futbola baxılıb. Uşaqlıqdan xatırlayıram ki, hər dəfə
əsas xəbərlər
bitdikdən sonra idman xəbərləri başlayırdı. O vaxt
5-6 kanalımız var
idi. Birində idman xəbərləri
bitirdi, o biri kanala çevirirdik. Mənə idmandan daha çox,
onun ətrafında olan hadisələr, açıqlamalar, oyunun gedişində yaşanan epizodlar, hansısa bir qalmaqallı, diqqətçəkən məqamlar
maraqlı idi. İndi də belədir. Mən tək futbolu sevmirəm, nəticələri,
futbolda maraqlı gedişləri, gözəl
qolları, idmana aid olan hər şeyi
sevirəm. Mənə maraqlı
olan komandaların, klubların oyunlarına baxıram. Bilmirəm futbolu sevmək
necə olur? Bu, sevgidir, yoxsa
zövqdür - anlamıram.
Hansısa klubun, uşaqlıqdan
fanatları var ki, haqlı fikir bildirəndə aqressiv reaksiyalar verirlər. Mənə görə, bu,
normal deyil. Bizim millinin
bütün oyunlarına
baxıram – udsaq da, uduzsaq da.
Hətta
bu məğlubiyyət
0-6 olsa da, eyni hiss, eyni həyəcanla baxır, qalib gələcəyimizi
düşünürəm. Hər dəfə yeni bir inamla izləyirəm.
Amma futbola ilk dəfə
2001-2002-ci ildən baxmışam.
Yadıma gəlir ki,
İngiltərə Avropa
və dünya çempionatında Portuqaliyaya
penaltilər seriyasında
iki dəfə uduzdu. Həmin məğlubiyyətlər mənə çox pis təsir etmişdi. Ondan sonra penaltilər
seriyasını izləmirəm.
Baxmayaraq
ki, oyunun nəticələri bitən
kimi xəbər hazırlamalı oluruq, o anlarda belə, televizorun səsini tam alıram. Çünki mənə pis
təsir edir. Oyunun gedişində olan penalti vəziyyətlərini
də, çalışıram
ki, izləməyim.
Bu, həddən artıq həyəcan verir. Xüsusilə həmin oyunda
qol çox önəm daşıyırsa,
stress keçirirəm. Bunun üçün də məcburam ki, bir az da səhhətimi
gözləyim.
- Azarkeşlik edən qızların oğlanlara
nisbətən, yəqin
ki, çətinlikləri
çox olur...
- Bəzi ailələr hələ qızın stadiona getməsini qəbul etmirlər. Mən ilk dəfə
"Milli"nin oyununu izləməyə atamla getmişəm. Xoşbəxtlikdən, ailəm belə
halları normal qarşılayır.
Düşünürəm ki, bir neçə
il sonra
kifayət qədər
xanım gələcək.
Oğlanlar söyüş söyə
bilmədikləri üçün
qızların stadiona
gəlməsinə sevinmirlər.
Çünki futbolçu səhv
edəndə, azarkeşlər
onu rahatlıqla təhqir edirlər. Bu, absurd yanaşmadır. İlk dəfə atamla futbola gedəndə bileti mən almışdım. Hansı sektor
olması ilə bağlı anlayışım
yox idi. Kassa əməkdaşından
xahiş etdim ki, yaxşı yerdən bilet versin. O yaxşı yer haradır, onu belə bilmirdim.
Hesab etdim ki, bileti satan daha yaxşı bilər. Təsadüfən, stadiona ilk gedişimdə
hansısa fan-klub üzvlərinin arasına
düşdüm. Çox səsli-küylü
idi. Hətta nağara da
gətirmişdilər. İndi xatırlamıram hansı
klub idi. Rəqib elə də güclü deyildi. Səhv etmirəmsə, millimiz uduzmuşdu. Amma yadıma
gəlir ki, hamısı oğlanlar idi, eləcə, qışqırırdılar. Amma indi çox dəyişib. Artıq futbol
mədəniyyəti bizdə
də formalaşıb.
Bəzən futbolu izləməyə
gələn xanımların
geyimi, toya gedirlərmiş kimi bəzənib gəlmələri
müzakirə olunur.
Hesab edirəm ki, bu da səhv
yanaşmadır. Hər kəsə
necə rahatdırsa, elə də gəlməlidir. Hündürdaban ayaqqabı geyib stadiona gələn qız, hər halda meydanda futbol oynamır. O, özünü rahat hiss edirsə, stadiona da elə gələ
bilər. Stadiona gələn tamaşaçıya
"mütləq krassovka,
"spartivni” geyinməlisən,
makiyaj etməməlisən”
demək düzgün
deyil.
- Bir az da işinizdən
danışaq. İdman jurnalisti kimi təəccüblü
baxışlarla qarşılaşıbsınız?
- Əvvəllər
o təəccüblü baxışlarla çox
rastlaşmışam. İstər həmkarlarım, istər
azarkeşlər, istərsə də orada oturan qeydiyyatdakı
şəxslərə xanım idman jurnalisti maraqlı gəlirdi.
Düzünü desəm, ilk vaxtlar, baxmayaraq ki, mən
jurnalist idim, sosiallaşmada problem yaşayır, əgər
orada tanımadığım insanlar varsa, çox
sıxılırdım. İndi artıq elə deyil, hər kəs
tanıyır. Xanımlara da xüsusi hörmətlə
yanaşırlar. Bəzən sıxlıq yarananda kömək
etməyə çalışırlar. Bu, mənə xoş
gəlir.
- İdman jurnalistikasının
iş prinsipləri necədir?
- Mənə
elə gəlir ki, idman jurnalistikası daha çox operativlik tələb
edir. Oyunları izləməli, saatından fərqli olmayaraq,
bitən kimi məlumat verilməli, oyunun video yazısı dərhal
getməlidir. İdman jurnalistikasının digərlərindən
əsas fərqi, daha çox operativlik tələb etməsidir.
Düzdür, hər hansı hadisə olanda da operativlik tələb
olunur. Amma bizim üçün hər oyun fövqəladə
hadisə effekti verir. Xüsusilə də bu aralar
"Neftçi”nin, "Qarabağ”ın oyunları var. Yəni
oyun bitdisə, nəticəsi dərhal verilməlidir. Videosu 10
dəqiqə sonra artıq saytda olmalıdır. "Nəticəni
sabah verərik” deyə bir lüksümüz yoxdur. Şənbə-bazar
günləri çempionat oyunları, həftə içi
çempionlar liqası, dördüncü gün Avropa
Liqası olur. Bunlar da bir neçə oyundur. Çempionlar Liqası daha
çətin olur.
İdmanla bağlı xəbərlər isə adətən
gecələr verilir. Bir çox hallarda evə gec getmək məcburiyyətində
qalırıq.
- Gec saatlarda evə getmək problem
yaratmır ki?
- Heç vaxt evdə problem yaratmayıblar.
Atam idmanla çox maraqlanır və məni anlayır. İdman sahəsini seçməyim
ən çox onu sevindirirdi. Təkcə futbol deyil, voleybol,
basketbol digər növlər ona həmişə maraqlı
gəlirdi. Ailədə, ətrafımda idmanla bağlı nə lazımdırsa, mən məlumat verirəm.
Əsasən gündüzlər işləyirəm. Amma oyunlar
olanda gec gəlirəm. Ən gec
gəldiyim oyun isə Avropa Liqasının finalı idi. Evə gələndə gecə saat 4 idi. Düzdür, müəyyən çətinliklər olur.
Stadiona giriş, çıxış
rahat olmur. Həmin əraziyə təhlükəsizlik
üçün maşınlar
burqxılmır. Məcbur olub,
xeyli məsafə qət etməli olursan. Amma mən işimdən
zövq alıram.
-Profilinizdə
Ronaldo ilə bağlı paylaşımlar
edirsiniz. Messi fanatlarının
qəzəbinə tuş
gəlirsinizmi?
- Əvvəl onların
reaksiyaları daha qəribə gəlirdi. Öz profilimdə
ard-arda Ronaldo ilə bağlı xəbər paylaşırdımsa,
həmin an etiraz edirdilər ki, tərəfkeşlik edirsiniz.
Deyirdilər saytın admini
əsl azarkeşidir (gülür). Və ya
əksinə, Messidən
yazanda Ronaldo azarkeşləri etiraz edir. Yaxud Ronaldo rekord
qırır, bu kimi statistikaları çox paylaşırıq.
Etiraz edirlər ki, Messi o qədər möcüzələr edir,
yazmırsınız. Bizim səhifənin izləyiciləri
adminin oğlan olduğunu düşünürlər
və oğlana müraciət edirlərmiş
kimi danışırlar.
Məncə, öz klubunu
sevmək digər klublara nifrət etmək demək deyil. Klubunu sevib, yalnız dəstəkləyərək
davam edə bilərsən.
Aygün ƏZİZ
Kaspi
2019.- 17-19 avqust.- S.8.