Teatrlarımız tətildən qayıdır

Ənənəyə sadiq qalanlar da var, yeniliklər edənlər də

 

Hər il yeni mövsüm başlayanda teatrlarımıza nəzər salır, bu mövsümdən olan gözləntilərimizi, istəklərimizi dilə gətirməkdən çəkinmirik. Yeni mövsüm yeni ümid, yeni arzu doğurur. Bu mövsüm də teatrlarımız ötən mövsümdən yarımçıq qalmış tamaşaları, qastrol səfərləri, premyeraları, yubiley tədbirlərini planlaşdırır və yeni mövsüm üçün illik proqram hazırlayırlar. Artıq avqust ayının son həftəsini yaşayırıq, yeni mövsümün astanasındayıq. Bunu nəzərə alıb paytaxt teatrları arasında sorğu keçirib, yeni mövsümə necə hazırlaşdıqlarını soruşduq. Aydın oldu ki, bu mövsüm bir çox teatrlarımızın yubileyi qeyd olunacaq. Bəziləri bunu dövlət səviyyəsində, bəziləri isə fərdi şəkildə keçirəcəklər.

21 sentyabr - "Qarabağnamə”

İlk olaraq Akademik Milli Dram Teatrından başladıq. Ana teatrımız hər mövsüm olduğu kimi mövsümü açmaq üçün eyni tamaşaya müraciət edib. Uzun müddətdir ki, mövsümü "Qarabağnamətamaşası ilə açan teatr bu il "kişinin sözü bir olarprinsipinə sadiq qalacaq. Belə ki, teatrın yaradıcı heyəti sentyabrın 21-də "Qarabağnamətamaşası ilə mövsümü açıq elan edəcək.  Xalq yazıçısı İlyas Əfəndiyevin "Hökmdar qızıəsəri əsasında hazırlanan tamaşanın rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovdur. Yeni mövsümün yeniliklərinə gəlincə, bu mövsüm teatrın səhnəsində Cəlil Məmmədquluzadənin "Dəli yığıncağıpyesi əsasında hazırlanan, yeni quruluşda səhnə həlli tapan klassik bir tamaşa izləyə biləcəksiniz. Bundan başqa, teatrda ölkə başçısının imzaladığı Akademik Milli Dram Teatrının 100 illik yubileyinin keçirilməsi haqqında sərəncama əsasən, təntənəli yubiley tədbiri təşkil olunacaq. Yubiley tədbirinin oktyabrın sonları keçirilməsi gözlənilir.

19 sentyabr - "Koroğlu

Uzun müddətdir ki, mövsümü Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi festivalı ilə açan Azərbaycan Dövlət Akademik Opera Balet Teatrı da bu mövsüm ənənəsinə sadiq qalacaq. Belə ki, teatr sentyabrın 19-da Üzeyir Hacıbəylinin "Koroğluüçpərdəli operası ilə mövsümü açıq elan edəcək. Ü.Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim olunacaq səhnə əsərində Koroğlu obrazını Əməkdar artist Ramil Qasımov canlandıracaq. Ötən mövsüm teatrda hazırlanan Fikrət Əmirovun "Nəsimibaleti bu mövsüm repertuara daxil edilib. Teatrdan aldığımız məlumata görə, tamaşa sentyabrın 22-də Ü.Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim olunacaq. "Nəsimibaleti böyük şairin 650 illiyi münasibətilə yeni quruluşda ilk dəfə bu ilin mayında nümayiş olunmuşdu.

20 sentyabr - "O olmasın, bu olsun

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı üçün bu mövsüm yubiley ili hesab edilir. Belə ki, sentyabrın 20-də teatr 110-cu mövsümünə başlayacaq. Həmin gün teatrda Üzeyir Hacıbəylinin ölməz əsəri "O olmasın, bu olsunikihissəli musiqili komediyası nümayiş olunacaq. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır. Musiqili Teatrda yeni mövsümdə Stanislav Stratiyevin "Avtobuspyesi əsasında "Çarəsiz sərnişinlərtamaşasının premyerası keçiriləcək. Hazırda tamaşaya Mehriban Ələkbərzadə quruluş verir. Bundan başqa, teatrın yaradıcı heyəti Xalq artisti Səid Rüstəmova, librettosu görkəmli yazıçı Məmməd Səid Ordubadiyə məxsus olan "Beş manatlıq gəlinkomediyasının üzərində məşqləri davam etdirir. Tamaşa əməkdar incəsənət xadimi Əsgər Əsgərovun quruluşunda hazırlanır. Yeni mövsümdə teatr yerli xarici əsərlərə müraciət edəcək. Məsələn, bu il Samir Qulamovun quruluşunda "Paris Noterdam kilsəsitamaşası repertuara daxil ediləcək. Bundan başqa, teatrın yaradıcı heyətinin oktyabrda Albaniyaya qastrol səfəri gözlənilir. Səfər çərçivəsində Samuel Bekkertin "Qodonu intizarındatamaşasını nümayiş etdirəcəklər.

14 sentyabr- "Milyonçu"

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı yeni mövsümdə Aleksandr Şarovskinin quruluşunda hazırlanan "Milyonçutamaşasını nümayiş etdirəcək. Əsərin nümayişi sentyabrın 14-nə nəzərdə tutulub. Tamaşada xalq artisti Natalya Şarovskaya, əməkdar artistlər Salman Bayramov Fuad Osmanov, həmçinin aktyorlar Oleq Əmirbəyov, Marina Litvinenko, Zaur Terequlov başqaları rol alacaqlar.

26 sentyabr -"İt gəzdirən xanım

Azərbaycan Dövlət Pantomima Teatrının yaradıcı kollektivi mövsüm açılışı üçün repertuara yeni daxil etdikləri "İt gəzdirən xanım”-ı təqdim edəcək. A.P.Çexovun eyniadlı hekayəsi əsasında hazırlanan səhnə əsəri sentyabrın 26-da tamaşaçıların ixtiyarına veriləcək. Leyla Atayevanın quruluşunda hazırlanan tamaşada rəsmlərin quruluşu Nurlan Rüstəmova, əsərin plastik həlli isə Xalq artisti Bəxtiyar Xanızadəyə məxsusdur. Səhnə əsərində rolları Əməkdar artist Bəhruz Əhmədli, aktyorlar Nurlan Rüstəmov, Leyla Atayeva, Nuridə Musabəyli, Elxan Şahalıyev, Elnur Rzayev Beyrək Rüstəmov canlandıracaq. Qeyd edək ki, A.P.Çexovun "İt gəzdirən xanımhekayəsi əsasında 1960-cı ildə "Lenfilmkinostudiyasında eyniadlı film ekranlaşdırılıb. Ötən il 25 illik yubileyini qeyd edən teatrın yaradıcı heyəti bu mövsümdə digər yeni tamaşalar da hazırlamaq niyyətindədir.

15 sentyabr- "Cırtdan

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı mövsümü "Cırtdantamaşası ilə açacaq. Onlar mövsümün açılışını sentyabrın 15-də edəcəklər. Teatrın mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmovanın sözlərinə görə, yeni mövsümdə Dədə Qorqud boylarından ibarət "Adını doğruldan oğlantamaşası səhnələşdiriləcək. Teatrın baş rejissoru Qurban Məsimovun quruluşunda rus nağılları əsasında "Qızıl xoruzun nağılıtamaşasının da hazırlanması nəzərdə tutulur.

 28 sentyabr-  "Lənət

Bu mövsüm yubileyini qeyd edən teatrlardan biri Azərbaycan Dövlət Yuğ Teatrıdır. Yeni teatr mövsümündə teatrın 30 illiyi qeyd olunacaq. Onlar mövsümü sentyabrın 28-də U.Şekspirin "III Riçard"  əsəri əsasında hazırlanan "Lənəttamaşası ilə açıq elan edəcəklər. Həmin gün tamaşanın premyerası keçiriləcək. Tamaşaya bolqar rejissoru Xristo Stoyçev quruluş verib. Teatrın ədəbi hissə müdiri Elçin Cəfərov deyir ki, 30 illik yubileylə əlaqədar teatrda bir çox tədbirlər keçiriləcək. Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşacaq yubiley tədbiri ilin sonlarına planlaşdırılır. Bununla yanaşı, teatrın qurucusu Vaqif İbrahimoğlunun 70 illik yubileyinə həsr olunmuş təntənəli yubiley tədbirlərinin keçirilməsi nəzərdə tutulur. Sənət ocağı yaxın aylarda xarici səfərlərini davam etdirəcək, tamaşaçılar üçün yeni səhnə əsərləri hazırlayacaq.

 

Xəyalə Rəis

Kaspi  2019.- 24-26 avqust.- S.8.