Rejissorlar və ssenaristlər "bu mövsüm fərqli olacaq" deyirlər

Yeni serial mövsümünün başlamasına sayılı günlər qalıb. Artıq telekanallarda yeni serialların anonsları yayılır. Bu dəfə bir-birindən maraqlı mövzularla tamaşaçıların görüşünə gəlməyi vəd edən serialların hansının fərqli ampluada təqdim olunacağını öyrənməyə çalışdıq. Öyrəndik ki, bu mövsüm ötən mövsümdən qalan serialarla bərabər, yeni seriallar da tamaşaçılara təqdim olunacaq. Suallarımızı cavablandıran fərqli telekanallarda yayımlanan serialların rejissorları ssenaristləri "bu mövsüm fərqli olacaq deyərək, reytinqlərdə birincilik iddiasına düşdülər.

"Əsas hadisələr hələ qabaqdadır

"Xəzər telekanalında dram janrında nümayiş olunan "Ata ocağı "İmtahan seriallarının baş ssenaristi, "Qələm qrupunun rəhbəri Valeh Əhmədov deyir ki, bu mövsüm serialın strategiya xəttini dəyişərək, fərqli mövzulara toxunublar. O, iddia edir ki, serial daha maraqlı olacaq: "Artıq yeni mövsümə başlayırıq biz seriallarımızın çəkilişlərinə start vermişik. Bu mövsüm "Ata ocağı "İmtahan serialları öz ampluasında davam edəcək. Bəlkə kənardan elə görünür ki, serial iki mövsümdür davam edir, getdikcə mövzusu tükənir. Amma bu, əsla belə deyil. Bizim qələm komandamız yeni xətlər, yeni mövzular üzərində çalışır. Bu mövsüm "İmtahan serialında yeni simalardan Corc Qafarov, Ləman Merih bizə qoşulacaqlar. Bundan başqa, adlarını qeyd etmək istəmədiyim bir çox tanınmış simaları layihəmizdə görəcəksiniz. Belə ki, yeni simalar, yeni müəllim tələbə heyəti ilə tamaşaçıların qarşısına çıxacağıq. "İmtahan serialı sentyabrın ikinci həftəsi nümayiş olunacaq. Serialın mövsüm sonunu avtobusda uşaqların qəzaya düşməsi ilə bitirmişdik. Yeni mövsümdə onların bu qəzadan necə çıxdıqlarını göstərəcəyik. Onu qeyd edim ki, əsas hadisələr hələ qabaqdadır. Mövsüm sonunda Zakir müəllim dekanımız ərizə yazmışdı. Universitetə yeni dekan gələcək bu dekanla tələbələrin böyük problemləri yaranacaq. Bu dəfə ssenariyə 2 sevgi romantik xətt əlavə olunub. Duyğusal mövzulara toxunacağıq, qəhrəmanlarımızdan birinin ailə hekayəsi açılacaq. Onun bu hekayəsi hər kəsi təəccübləndirəcək. Hansı ki, indiyə kimi o xarakteri məsum bir insan kimi tanıyırdıq. Bu dəfə tamaşaçıların o xarakterə münasibəti dəyişəcək.

Ssenarist deyir ki, sözügedən serial ötən mövsümdə 15:00-da yayımlanırdı televiziyaların həmin zaman statistikasına nəzər yetirdikdə "İmtahan serialı ən çox reytinq qazanan serial olub. Müsahibim qeyd etdi ki, "İmtahan serialı öz saatının rekordunu vurub.

"Böyük konfliktlərin mərkəzinə düşəcəklər

"Ata ocağı serialının çəkilişlərinə gəlincə, V.Əhmədov bildidi ki, bu mövsüm tamaşaçılar fərqli bir hekayə izləmiş olacaqlar: "Qələm qrupumuz çox fərqli maraqlı mövzu işləyib. Bu dəfə bizə yeni simalardan Vidadi Həsənov, Sənubər İsgəndərli, Tural Əhmədov qoşulacaq. Onlardan əlavə, sürpriz simalar da gözlənilir. "Ata ocağı serialında bu mövsüm həm əyləncəli, həm duyğusal xətlər yer alacaq. Serial sentyabrın ikinci həftəsində nümayiş olunacaq. Çəkilişlər davam edir. Sözügedən serialda mövsüm sonunu maraqlı bir konfliktlə bitirmişdik ümid edirik ki, hər kəs çox maraqla bu mövzunun davamını gözləyir. Bizim qəhrəmanlarımız düşdükləri vəziyyətə görə qərar verməyə çətinlik çəkəcəklər gözləmədikləri anda böyük konfliktlərin mərkəzinə düşəcəklər. Ailə içərisində qarşıdurmalar yaranacaq bir çox xarakterlərin mənfi tərəfləri üzə çıxacaq. İlk mövsümdə Elçin adlı obrazımız mövsümün sonunda Türkiyəyə təhsil almağa getmişdi. O, bir mövsüm bizimlə olmadı, indi Elçin xarakteri böyük sürprizlər hekayələrlə geri dönür. Ümidliyik ki, bu mövsümdə çox böyük reytinqlər toplayacağıq.

"İki serialı birləşdirdik

"Xəzər telekanalında yayımlanan komediya seriallarının baş rejissoru Ramin Hacıyev yeni mövsümdə tamaşaçıları bol gülüş maraqlı mövzularla ekran başına cəlb edəcəklərini bildirdi: "Dünəndən "Xalxın evi serialının çəkilişlərinə başladıq. Bu mövsüm çox maraqlı olacağıq. Əvvəlki mövsümdə rol alan bəzi aktyorlarla vidalaşdıq bununla bərabər, seriala yeni aktyorlar da cəlb etdik. "Xalxın evi-ndə Lələş obrazını canlandıran Məcid Hüseynov, Bakirin sevgilisi Tanya ilə vidalaşdıq. Çəkiliş məkanımızı dəyişdik. Belə ki, ötən mövsüm hadisələr Xızıda cərəyan edirdisə, bu dəfə çəkilişləri Qobustanda aparacağıq. Serial sentyabrın 15-də, bazar günü saat 20:00-da nümayiş olunacaq. "Ay yay yay serialına gəlincə isə bu serial da tamaşaçılar tərəfindən sevildi. Ancaq biz yeni mövsümdən bu serialı "Subaylıq sultanlıqdır- Ay yay yay adı ilə davam etdirəcəyik. Biz bu serialı ötən mövsüm yay serialı kimi nəzərdə tutub çəkirdik. Ancaq çox sevildiyi üçün mövsüm ərzində serialı davam etdirdik. Bu dəfə isə iki yay serialını birləşdirdik. "Ay yay yay serialından baş qəhrəmanlarımız Nuray Tural, Ramiz Novruz Mələk Abbasova bizi tərk etdi. Seriala yeni simalar qoşulub. Burada özüm aktyor kimi rol alacağam. Mövsümdə dəyişiklik lazımdır ki, maraqlı olsun. Tamaşaçıya eyni məhsul təqdim etməmək üçün ssenarini aktyor heyətini dəyişmək məcburiyyətində qalırıq. Sözügedən serial da sentyabrın 14-də saat 20:00-da nümayiş olunacaq.

Ramin Hacıyev qeyd etdi ki, ötən mövsüm "Xalxın evi serialı reytinq problemi yaşamayıb: "Bu mövsüm seriallarımızdan gözləntilərimiz yalnız birincilikdir. Serialın baxımlı olması üçün ssenaristlərdən çox şey asılıdır. Bəzən olur ki, yazılan ssenariyə uyğun aktyor aktrisa seçimləri edirik. Məsələn, üçün Elgün Hüseynov çox istedadlı aktyordur, ləhcə ilə gözəl danışıq qabiliyyətinə malikdir. Biz ona görə əlavə obraz yaratdıq.

Yalnız "Qız atası qalacaq

ATV telekanalında bir neçə komediya seriallarının baş prodüseri olan Elməddin Cəfərov deyir ki, yeni mövsümdən "Qardaşlar, "Bacanaqlar serialı yayımlanmayacaq. Belə ki, bu mövsümə yalnız "Qız atası serialı ilə başlayacaqlar: "Sentyabrın ikinci yarısında "Qız atası serialımız əvvəlki ampluasında davam edəcək. Hazırda serialın ssenarisi üzərində gedir. Yeni mövsümdən seriala yeni aktyor, aktrisa heyəti cəlb olunacaq. Həmin simalarla hələlik razılıq əldə olunmayıb. Razılıq əldə olunduqdan sonra növbəti həftə çəkilişlərə başlayacağıq. "Qız atası serialından başqa yeni serial üzərində fikir mübadilələri aparırıq. Bu serial digərlərindən fərqli olaraq romantik komediyadır.

"Əsas obrazların taleyində müəyyən dönüşlər olacaq

Ötən mövsüm ARB telekanalında yayımlanan və ən çox izlənilən seriallardan olan "Uçurum bu mövsümdavam edəcək. Serialın redaktoru, ssenaristi Xanım Aydın avqust ayının 2-dən etibarən yeni mövsüm üçün çəkilişlərə start verildiyini bildirdi: "Birinci mövsümdə reytinq cədvəlinin ön sıralarında, "Youtube kanalında daim trenddə olan serial, sentyabr ayından ARB kanalında yayımlanacaq. Yeni mövsümdə əsas ailələrlə yanaşı, yeni ailələr, yeni obrazlar tamaşaçıların görüşünə gələcək. Əsas obrazların taleyində müəyyən dönüşlər olacaq. Sevda və Ayazın taleyini indidən açıqlamaq istəmirəm. Hər halda, çox maraqlı durumlara düşəcək, yenə də uçurumun kənarında hansı addımı atacaqları ilə bağlı tərəddüdlər yaşayacaqlar. Hər ikisinin qarşısında yeni yollar, yeni qismətlər açılacaq. Onların hansı seçimlər qarşısında dayanacaqları, hansı qərarları verəcəkləri, düşünürəm ki, çox maraqlı olacaq. Bundan başqa, tamaşaçıların ötən mövsümdən nigaran qaldığı Çiçək obrazının taleyi bu mövsümün əvvəlində artıq aydınlanacaq. Seriala qoşulan yeni obrazların taleyio biri obrazlarla sıx əlaqəyə girərək, yeni hadisələr yaradacaq. Serialın gedişatı və sonu haqqında bundan başqa heç bir şey danışmaq istəmirəm. Bütün izləyicilərimizi isə salamlayır, yeni mövsümdə də bizimlə qalmağı arzu edirəm. Biz tam heyət olaraq onlardan ötrü ürəklə çalışır, gördüyümüz işə ruhumuzu, sevgimizi qoyuruq.

Xəyalə Rəis

Kaspi 2019.- 28 avqust.- S.8.