Heydər Əliyev Sarayında “İki qəlbin nəğməsi” oxunacaq

Cari mövsümdə ölkənin ən böyük konsert salonunda rəngarəng proqramlar olacaq

Heydər Əliyev Sarayı yeni mövsümə hazırlaşır. Belə ki, sarayın rüblük repertuarına nəzər yetirdikdə, hər yaş tamaşaçı zövqünə uyğun zəngin konsert proqramı olduğunun şahidinə çevrilirik. Sarayın "Facebook” səhifəsində mövsüm ərzində keçiriləcək konsert proqramları yerləşdirilib və bu səhifədə tamaşaçılar istədikləri konsertlə bağlı suallar ünvanlayır, onları maraqlandıran sualları yazaraq online cavab alırlar. 

Ölkənin ən böyük konsert salonu olan Heydər Əliyev Sarayında bu mövsüm rəngarəng konsert proqramı hazırlanıb. Cari mövsümdə tamaşaçılar Saray səhnəsindən maraqlı, rəngarəng, möhtəşəm konsert və tədbirləri izləmək imkanı əldə edəcəklər. Hazırlanan repertuarda müxtəlif kütlənin eləcə də uşaqların zövqü nəzərə alınıb. Belə ki, bu mövsüm hər ilki kimi Sarayında dünya klassik ulduzlarından tutmuş, xalq artistlərinin və eləcə də sevilən ifaçıların konserti, tamaşalar və səhnəciklər planlaşdırılıb.

Sentyabrın 22-də  Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18-30 sentyabr tarixində Üzeyir Hacıbəyliyə həsr olunmuş XI Beynəlxalq Musiqi Festivalının 5-ci günü sarayda qeyd olunacaq. Builki festivalda ABŞ, Rusiya, Çin, Türkiyə, İtaliya, Özbəkistan, Belarus, Bolqarıstan, Ukrayna, Gürcüstandan tanınmış musiqiçi və kollektivləri çıxış edəcəklər.

Festival çərçivəsində sentyabrın 22-də Heydər Əliyev Sarayında Xalq artisti, dirijor Rauf Abdullayevin rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestridünya şöhrətli pianoçu Xatia Buniatişvili çıxış edəcəklər. Konsertdə F.Əmirovun "Azərbaycan kapriççiosu, Niyazinin "Rastsimfonik muğamı və Fikrət Əmirov-Elmira Nəzirovanın "Fortepianoorkestr üçün Ərəb mövzularına konserti səslənəcək.

Sentyabrın 11-16-da isə Sarayda Bakıda İndoneziya Mədəniyyət Festivalı keçiriləcək. İndoneziyanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə "Arxipelağın ən zəngin mədəniyyətini yaşatmaqdevizi altında keçiriləcək bu festivalın bundan öncə keçirilmiş iki festivaldan daha möhtəşəm olacağı gözlənilir. Festivalın ilk günü tədbir iştirakçıları İndoneziyanın məşhur caz musiqiçisi Dhiki Darmavanın çıxışını dinləyəcəklər. Həmçinin Azərbaycan Dillər Universitetinin azərbaycanlı tələbələri İndoneziyanın professional rəqqasları ilə birgə bu ölkənin ənənəvi və milli rəqs nömrələrini təqdim edəcək. Rəqslərlə yanaşı, "Garuda Bakı” və "Sampan Bujana Sentra” rəqs klublarının rəqqasları da öz çıxışları ilə iştirakçılara xüsusi zövq bəxş edəcəklər. Tədbirin proqramına İndoneziya və Azərbaycan Pençak-silat Federasiyaları tərəfindən təşkil olunan ozünümüdafiə sənətinin incəliklərinin nümayiş etdirilməsi də daxildir. Festivala 200-dək indoneziyalı qatılacaq. Bunların sırasında adamları ilə yanaşı, ölkənin tanınmış elm və mədəniyyət xadimləri və rəsmi şəxsləri də yer alacaq.

Oktyabrın 12-də Azərbaycanın Əməkdar artisti Yaqub Zurufçu Heydər Əliyev Sarayında solo-konsert proqramı ilə çıxış edəcək. Konsertdə müğənni xalq və bəstəkar mahnıları səsləndirəcək. Mətbuata açıqlamasında ifaçı, uzun müddətdir ki, bu günü gözlədiyini və konsertdə maraqlı repertuarla performans göstərəcəyini bildirib. 

Sarayda növbəti konsert proqramı isə Nuri Sərinləndiriciyə məxsus olacaq.  Oktyabrın 26-27-də iki gün davam edəcək "Gözləyirəm” adlı solo konsert proqramında ifaçı, sevilən mahnıları səsləndiriləcək. 

Oktyabrın 30-da xalq artistləri GülyazGülyanaq Məmmədovaların solo konsertləri baş tutacaq.  "İki qəlbin nəğməsi" adlanan konsertin hazırlıqları artıq başlayıb. Gülyaz Məmmədova deyir ki, Sarayda konsert proqramı ilə çıxış etmək hər bir ifaçının arzusudur. Bu konsertdə də tamaşaçılar qeyri-adi performans görəcəklər. Artıq konsertin hazırlıqları başlayıb. Xalq artisti bu günü uzun müddətdir gözlədiklərini qeyd edib.

Noyabr 7,8,9,10,11-i tarixlərində RafaelCoşqunun  "Bu şəhərdə” 19 il konserti baş tutacaq. Hər il 4-5 gün ard-arda konsert proqramı ilə çıxış edən cütlük, bu dəfə fərqli səhnəciklərlə tamaşaçıları ilə görüşəcəklər. 

Noyabrın 1-2-də  xalq artisti Könül Xasıyevanın "Yaşamağa varmı güman" adlı solo konserti baş tutacaq.  Konsertdə xalq artisti sevilən mahnılarını səsləndirəcək.

Noyabrın 30-da müğənni və bəstəkar Aleksey Çumakovun konserti baş tutacaq. Böyük solo konsertdə müğənni həm sevimli hitlərini, həm də öz yeni mahnılarını ifa edəcək.

Dekabrın 25-də Heydər Əliyev Sarayında ənənəvi EMIN-in konserti keçiriləcək. EMIN  yanvar ayının sonunda təqdim etdiyi ən son albomu - "GOOD LOVE 2019” adlı  proqramını təqdim edəcək.

Dekabrın son həftəsi isə Sarayda Yeni il konsert proqramı hazırlanacaq. Hər il bayram ərəfəsində Sarayın yaradıcı heyəti uşaqların zövqünü nəzərə alaraq onlara bayram konserti hazırlayır və bu konsertin kifayət qədər sevənləri, tamaşaçıları olur.

Sarayın repertuar planı bununla yekunlaşmır. Yeni mövsüm ərzində bir çox dövlət tədbirlərinin, yerli dünya ulduzlarının konsertləri planlaşdırılır.

 

 Xəyalə Rəis

Kaspi  2019.- 29 avqust.- S.8.