Məmməd OrucunQara güzgü” və “Köçürülmə” romanlarında erməni vəhşiliklərinin törətdiyi müsibətlər

 

Beləliklə, bütün günü həyət-bacada, tarlada çalışan zəhmətkeş əhali yorğun, üzücü əməkdən sonra ruhən istirahət edir, daxilən özlərində rahatlıq tapırdılar.

Lakin mənfur düşmən həmişə olduğu kimi, indi də camaatın həvəsini qursağında qoyur, xalq öz sakit, rahat həyatını, ata-baba yurdunu qoyub köçməyə məcbur edilir. "Qara güzgü” romanında camaat özü mühacirət yolunu seçmişdisə, indi xalq zorla köçürülməyə məcbur edilir. Vedibasar əhalisi qışın soyuğunda, buz kimi vaqonlarda hamılıqla köçməyə məcbur olunur. Günlərlə qatarlarda əzab-əziyyət çəkən əhali mənzil başına çatana qədər sanki o biri dünyanı gözləri ilə görür. Nə qədər cavan, qoca, körpə vaqonlarda soyuqdan vəfat edib yollarda dəfn olunur. İnsanlığa yaraşmayan bir şəkildə, vəhşicəsinə, heyvanlarla, ev əşyaları ilə birgə soyuq, qaranlıq vaqonlarda günlərlə yol gedən yazıq millətimiz bu çətinliyə də dözür, sonlarının nə olacağını gözləyirdilər. Bu hadisələri təsəvvür eləmək belə insanın beynində qanını dondurur.

"Pəncərə tutulandan sonra vaqonun havası lap ağırlaşdı. Bir yandan Alapaça, bir yandan da Əvəzin qarnı belinə dirənmiş inəyi içərini tövləyə döndərmişdilər

Hərdən insafa gəlib qatarı saxlayırdılar, bu vaxt camaat nəfəs almaq üçün tökülüşür, çörək, su dalınca qaçırdı. Artıq soyuq dözülməz olmuşduo həddə çatmışdılar ki, uşaqları "fərməş”lərin içinə salıb yatızdırırdılar. Uşaqların hamısı xəstələnir. Mələyin iki aylıq körpəsi soyuğa dözməyib ölür.

"Altıncı gün qatarı yenə elə bir yerdə əylədilər ki, nə arxada qalan stansiyaya əl çatardı, nə qabaqdakına ün yetərdi.

Bu dəfə vaqonun pəncərəsindən dəmir yolunun qırağında qırmızı bir yorğançanı qarın üstünə uzadıb qəbir qazanlara onlar tamaşa eləyirdilər, amma qışqıra-qışqıra soruşmurdular ki, ölən kimdir? Xırda, qırmızı yorğança göz qabağında idi.

Çətinliklə mənzil başına çatırlar, qatar onları Aleksandrovka deyilən yerdə boşaldıb geri qayıdır. Səhərisi kənd camaatı gəlib onları bir-bir, iki-bir evlərinə aparırlar.

Almuradın ailəsi də Güllübəyim arvadın toyuq damına yerləşdi. Kolxoz sədri Qırmızı Qızbəs ona fermada verir. Ancaq Almurad yenə də doğma torpağına qayıtmaq istəyini fikrindən çıxara bilmirdi.

Çox çəkmir ki, kəndin qaçqınlar məhəlləsində "qara qızdırma” xəstəliyi yayılır və camaatın çoxu bu xəstəlikdən dünyasını dəyişir, o yerə çatmışdı ki, heç kim xəstəliyin qorxusundan meyitlərə yaxın durmurdu.

Almuradın bu kənddə başına gəlməyən hadisə qalmır, üstəlik qardaşı oğlu, körpəlikdən öz balası kimi saxlayıb böyütdüyü Yunis adam öldürmək üstündə tutulur. Bütün var-yoxunu satsa da, onu qurtara bilmir.

Almuradın ikinci dünya müharibəsindən sonra əsirlikdə keçirdiyi günlər də romanda təfsilatı ilə verilir.

"Bir-birindən aralı üç zabit dayanmışdı, əsirlərin arasında sovet zabitinə sarı yön çevirməyənlər də oldu: Almurad isə qəti qərarını, Türkiyəyə getmək qənaətində olan dostu Uluqbəyə axşamdan bildirmişdi: o, bu qədər əzaba, zillətə ona görə dözmüşdü ki, gedib Vətəndə ölsün... Onu adına vətən dediyi yer isə balac bir kənddi: Vedi kəndi...”

Öz övladları Cəmil və Gülsümlə bərabər əmisi oğlu Balaşın da erməni qızından olan AnjelikaMarsel adlı uşaqlarını böyüdən Almurad kişi kənd içində xeyirxahlığı ilə ad-san qazanmışdı. Lakin yenə də öz doğma yurdunun həsrətini çəkir, o yerlərə qayıtmaq ümidi ilə yaşayırdı. İllər keçir elat camaatı yavaş-yavaş Bakıya köçür, Almurad kişinin övladları da Bakıda yaşadığından onları görməyə gedərkən qatarda yenə Qafanlı qaçqınlarını görən əsərin qəhrəmanı dərin sarsıntı keçirir, əllərini dizinə çırparaq: "Bunun bir hoqqası çıxacaq, -dedi,-allah uzaq eləsin, allah baisin evini yıxsın...”

Əsərin əvvəlindən sonuna qədər Kefli Əvəzin dilində işlənən:

Zülmün topu var, gülləsi var, qələsi varsa,

Haqqın da bükülməz qolu, dönməz üzü vardır.

Göz yumma günəşdən nə qədər nuru qalarsa,

Sönməz əbədi, hər gecənin gündüzü vardır.

Tofiq Fikrətin "Millət şərqisi” şeirindən verilən bu parçada müəllif nə vaxtsa haqsızlıqlara son qoyulacağına, qaranlıq günlərin bir gün işıqlı gələcəklə əvəz olunacağına dərin inam bəsləyir.

Hər iki roman dəfələrlə oxunmuş, müəllifə böyük şöhrət qazandırmışdır.

Beləliklə, bütün günü həyət-bacada, tarlada çalışan zəhmətkeş əhali yorğun, üzücü əməkdən sonra ruhən istirahət edir, daxilən özlərində rahatlıq tapırdılar.

Lakin mənfur düşmən həmişə olduğu kimi, indi də camaatın həvəsini qursağında qoyur, xalq öz sakit, rahat həyatını, ata-baba yurdunu qoyub köçməyə məcbur edilir. "Qara güzgü” romanında camaat özü mühacirət yolunu seçmişdisə, indi xalq zorla köçürülməyə məcbur edilir. Vedibasar əhalisi qışın soyuğunda, buz kimi vaqonlarda hamılıqla köçməyə məcbur olunur. Günlərlə qatarlarda əzab-əziyyət çəkən əhali mənzil başına çatana qədər sanki o biri dünyanı gözləri ilə görür. Nə qədər cavan, qoca, körpə vaqonlarda soyuqdan vəfat edib yollarda dəfn olunur. İnsanlığa yaraşmayan bir şəkildə, vəhşicəsinə, heyvanlarla, ev əşyaları ilə birgə soyuq, qaranlıq vaqonlarda günlərlə yol gedən yazıq millətimiz bu çətinliyə də dözür, sonlarının nə olacağını gözləyirdilər. Bu hadisələri təsəvvür eləmək belə insanın beynində qanını dondurur.

"Pəncərə tutulandan sonra vaqonun havası lap ağırlaşdı. Bir yandan Alapaça, bir yandan da Əvəzin qarnı belinə dirənmiş inəyi içərini tövləyə döndərmişdilər”

Hərdən insafa gəlib qatarı saxlayırdılar, bu vaxt camaat nəfəs almaq üçün tökülüşür, çörək, su dalınca qaçırdı. Artıq soyuq dözülməz olmuşduo həddə çatmışdılar ki, uşaqları "fərməş”lərin içinə salıb yatızdırırdılar. Uşaqların hamısı xəstələnir. Mələyin iki aylıq körpəsi soyuğa dözməyib ölür.

"Altıncı gün qatarı yenə elə bir yerdə əylədilər ki, nə arxada qalan stansiyaya əl çatardı, nə qabaqdakına ün yetərdi.

Bu dəfə vaqonun pəncərəsindən dəmir yolunun qırağında qırmızı bir yorğançanı qarın üstünə uzadıb qəbir qazanlara onlar tamaşa eləyirdilər, amma qışqıra-qışqıra soruşmurdular ki, ölən kimdir? Xırda, qırmızı yorğança göz qabağında idi.

Çətinliklə mənzil başına çatırlar, qatar onları Aleksandrovka deyilən yerdə boşaldıb geri qayıdır. Səhərisi kənd camaatı gəlib onları bir-bir, iki-bir evlərinə aparırlar.

Almuradın ailəsi də Güllübəyim arvadın toyuq damına yerləşdi. Kolxoz sədri Qırmızı Qızbəs ona fermada verir. Ancaq Almurad yenə də doğma torpağına qayıtmaq istəyini fikrindən çıxara bilmirdi.

Çox çəkmir ki, kəndin qaçqınlar məhəlləsində "qara qızdırma” xəstəliyi yayılır və camaatın çoxu bu xəstəlikdən dünyasını dəyişir, o yerə çatmışdı ki, heç kim xəstəliyin qorxusundan meyitlərə yaxın durmurdu.

Almuradın bu kənddə başına gəlməyən hadisə qalmır, üstəlik qardaşı oğlu, körpəlikdən öz balası kimi saxlayıb böyütdüyü Yunis adam öldürmək üstündə tutulur. Bütün var-yoxunu satsa da, onu qurtara bilmir.

Almuradın ikinci dünya müharibəsindən sonra əsirlikdə keçirdiyi günlər də romanda təfsilatı ilə verilir.

"Bir-birindən aralı üç zabit dayanmışdı, əsirlərin arasında sovet zabitinə sarı yön çevirməyənlər də oldu: Almurad isə qəti qərarını, Türkiyəyə getmək qənaətində olan dostu Uluqbəyə axşamdan bildirmişdi: o, bu qədər əzaba, zillətə ona görə dözmüşdü ki, gedib Vətəndə ölsün... Onu adına vətən dediyi yer isə balac bir kənddi: Vedi kəndi...”

Öz övladları Cəmil və Gülsümlə bərabər əmisi oğlu Balaşın da erməni qızından olan AnjelikaMarsel adlı uşaqlarını böyüdən Almurad kişi kənd içində xeyirxahlığı ilə ad-san qazanmışdı. Lakin yenə də öz doğma yurdunun həsrətini çəkir, o yerlərə qayıtmaq ümidi ilə yaşayırdı. İllər keçir elat camaatı yavaş-yavaş Bakıya köçür, Almurad kişinin övladları da Bakıda yaşadığından onları görməyə gedərkən qatarda yenə Qafanlı qaçqınlarını görən əsərin qəhrəmanı dərin sarsıntı keçirir, əllərini dizinə çırparaq: "Bunun bir hoqqası çıxacaq, -dedi,-allah uzaq eləsin, allah baisin evini yıxsın...”

Əsərin əvvəlindən sonuna qədər Kefli Əvəzin dilində işlənən:

Zülmün topu var, gülləsi var, qələsi varsa,

Haqqın da bükülməz qolu, dönməz üzü vardır.

Göz yumma günəşdən nə qədər nuru qalarsa,

Sönməz əbədi, hər gecənin gündüzü vardır.

Tofiq Fikrətin "Millət şərqisi” şeirindən verilən bu parçada müəllif nə vaxtsa haqsızlıqlara son qoyulacağına, qaranlıq günlərin bir gün işıqlı gələcəklə əvəz olunacağına dərin inam bəsləyir.

Hər iki roman dəfələrlə oxunmuş, müəllifə böyük şöhrət qazandırmışdır.

Ədalət 2019.- 14 iyun.- S. 5.