Mühiddin Aməd

 

  1957-ci ildə Namanqan vilayətində anadan olub. Başkənd Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Şeirləri özbək mətbuatında işıq üzü görüb.

 

Nəsimi

 

Dərisini soydular,

Qanını axıdaraq.

Haqq yolunda intizar,

Köynəyi oldu bayraq!

 

Təni başdan ayağa,

Hər bəndindən söküldü.

Qürbət eldə torpağa,

Qızıl qanı töküldü.

 

Qırıldayıb qarğalar,

Dağ çəkdilər bülbülə.

Qanın içdi darğalar,

Gözündən gülə-gülə.

 

Yer başına fırlanar,

Haqqa tərəf axmaqda.

Alışıb yanan qumlar

Dabanların yaxmaqda.

 

Dərisin soysalar da

Neçə əsr əvvəllər,

Ölümünü hələ

Gözləməkdə qatillər!...

Orijinaldan (özbək və rus) tərcümə edən:

  Akif Azalp

  Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyəti İdarə Heyətini üzvü,

  filologiya üzrə fəlsəfə doktoru

 

Kaspi  2019.- 2-4 noyabr.- S.14.