Nəsiminin əsərləri italyan dilində nəşr olunub

 

Dekabrın əvvəlindəNəsimi iliçərçivəsində Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondunun dəstəyi ilə İtaliyada dahi Azərbaycan şairi filosofu Nəsiminin qəzəllərindən ibarət italyan dilində nəşr olunmuş kitabın təqdimatı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, İtaliyanınTettinəşriyyat evinin çap etdiyi kitab ölkənin bir neçə şəhərində fəaliyyət göstərən ali məktəblərdə, o cümlədən Romanın Sapienza Universitetində təqdim olunacaq.

Təqdimatlarda Azərbaycanın Xalq artisti Mehriban Zəkinin ifasında Nəsiminin əsərləri səsləndiriləcək.

Kaspi 2019.- 30 noyabr - 2 dekabr.- S.9.