"Gifford” mükafatının qalibi bəlli oldu

Sosioloq tarixçi Heyli Rubenhold "Beş” ("The five”) qeyri-bədii romanı ilə nüfuzlu "Baillie Gifford” mükafatının qalibi olub. Cek Ripper adlı qatil tərəfindən qətlə yetirilən qadınların danışılmamış, araşdırılmamış hekayələrinə işıq tutan kitab münsiflər heyətini müsbət mənada sarsıdıb. Vaxtilə cinayətləri hakimlər tərəfindən "nəhəng ruhi fəlakət” adlandırılan qatilin qurbanları olmuş Meri En, Anni Çepman, Elizabet Strayd, Katerina EddousMari Ceyn Kellinin həyatının dərindən araşdırılması və üstündən bir əsr keçməsinə baxmayaraq, oxucunun qanını donduran təsvirlərlə qələmə alınması təşəbbüsü 50000 funt sterlinq məbləğində pul mükafatına da layiq görülüb. Münsiflər heyətinin sədri Stiq Allen: "Qısa siyahıda dəyərli imzalar və nümunələr var idi. Amma bu qədər əziyyətli araşdırma, reallığın incəliklə, diqqətli, təsirli təsviri digər rəqibləri asanlıqla geridə qoydu. Üstəlik qadınların səsinə daha çox qulaq verməli olduğumuz bu günlərdə xanım Rubenholdun bu cəsarətli cəhdi mükafata ən layiqli namizəd seçildi”.

Ötən həftə "Guardian” dərgisi də "qrafik hekayə” mükafatının qaliblərini açıqladı. Oxucu səsvermələri əsasında aparılan sorğunun nəticələrinə istinadən "Laymonun Xatirələri” ("Memories of Limo’n”) hekayə kitabı ilə Edo Brenes builki mükafatın qalibi olub. Cessika Qrinin "Dörd əl” ("Four hands”) kitabı ikinci, Dominik Linton ilə Fred Morrisin "Şeytan işləri” ("Devil’s deal”) hekayə toplusu isə üçüncü yeri tutub.

Salmanqızı, Elcan.

Kaspi  2019.- 30 noyabr - 2 dekabr.- S.11.