Qanlı ədəbiyyat

İnsan təxəyyülü, yaradıcı qabiliyyəti, xəyal gücü inanmaqda çətinlik çəkdiyimiz, lakin oxumağa, izləməyə doymadığımız hekayələr yazdırır. Xüsusi bir janra aid edilməyən, dünyada milyonlarla oxucusu olan "vampir ədəbiyyatı”nın tarixi orta əsrlər dövrünün sonuna təsadüf etsə də, uğurlu nümunələr XIX əsrdən sonra yaranmağa başladı. Lakin ilk vampirlərə hələ antik yunan ədəbiyyatı nümunələrində də rast gəlinirdi. İlk nümunələr də, orta əsrlər ədəbiyyatında da vampirlər bəşəriyyətin başına gələn bəlaların günahkarı, səbəbkarı kimi təsvir edilirdi. XIX əsrdən sonrakı nümunələrdə isə vampirləri daha insani, mənəvi dünyası olan, hətta çox vaxt haqlının, günahsızın müdafiəçisi timsalında baş qəhrəmanlar kimi görürük. Etiraf etmək lazımdır ki, süjetindən asılı olmayaraq, mistik hekayələr, əfsanələr, qeyri-adi varlıqların əsas rol oynadığı dastanlarbunlardan qidalanan romanlar insan təxəyyülünün nələrə qadir olduğunun uğurlu sübutlarıdır. Qeyri-adi varlıqların təsvir edildiyi nümunələr bölgədən-bölgəyə, dildən-dilə keçdikcə, müəyyən dəyişikliyə məruz qalır, regional şərtlərə uyğunlaşır. Bu dəfə təqdim edəcəyimiz siyahıda isə dünya ədəbiyyatında ciddi yer tutan ən uğurlu "vampir ədəbiyyatı” nümunələri toplanıb.

 

· Bram Stoker – "Drakula” ("Dracula”)

· Stefen Kinq – "Qorxu şəbəkəsi” ("Salem’s lot”)

· Anna Ris – "Vampirlə söhbət” ("İnterview with the Vampire”)

· Şeridan Le Fan – "Karmila” ("Carmilla”)

· Elizabet Kostova – "Tarixçi” ("Historian”)

· Kim Nyuman – "Qaniçənin gündəliyi” ("Anno Dracula”)

· Kristi Qoldn – "Dumanların vampiri” ("Vampire of the mists”)

· Kasandra Klar – "Sümüklər şəhəri” ("City of bones”)

· Stefeni Meyer – "Alatoran” ("Twilight”)

· Suzan Hubbard – "Risk mövsümü” ("The season of risk”)

 

 Elcan Salmanqızı

Kaspi  2019.- 30 noyabr - 2 dekabr.- S.11.