“Mən

 

Layihənin qonaqları Respublikanın Əməkdar artisti Şövqi Hüseynov həyat yoldaşı Gənc Tamaşaçılar Teatrının aktrisası Şəbnəm Hüseynovadır.

 

Sevdiyiniz teatr?

Şövqi Hüseynov:

Mən: M.Zaxarovun "Lenkom” teatrını çox sevirəm.

O: Gənc Tamaşaçılar Teatrını sevir.

Şəbnəm Hüseynova:

Mən: Gənc Tamaşaçılar Teatrını sevirəm.

O: Gənc Tamaşaçılar Teatrını sevir.

 

Sevdiyiniz aktyor/aktrisa?

Şövqi Hüseynov:

Mən: Əslində, sevdiyim aktyor-aktrisa çoxdur. Məlik Dadaşov, Zərnigar Ağakişiyevanın adını çəkə bilərəm.

O: Məni bir aktyor kimi sevib, sonra biz ailə həyatı qurmuşuq. Sevdiyi aktyor Şövqi Hüseynov, aktrisa Şəfiqə Məmmədova deyə bilərəm.

Şəbnəm Hüseynova:

Mən: Şəfiqə Məmmədova, Merill Strip, D.Hoffman, Şövqi Hüseynov sevdiyim sənətkarlardır.

O: Şəfiqə Məmmədova Robert de Nironu çox sevir.

 

Sevdiyiniz rejissor?

Şövqi Hüseynov:

Mən: Cənnət Səlimova.

O: Cənnət Səlimova.

Şəbnəm Hüseynova:

Mən: Cənnət Səlimova.

O: Cənnət Səlimova.

 

Sevdiyiniz tamaşa/film?

Şövqi Hüseynov:

Mən: C.Səlimovanın "Şeyx Sənan” tamaşası "Yaşıl mil” (Frank Darabont, 1999) filmi

O: "İtlər” ("Axırıncı qatar”, rejissor C.Səlimova) tamaşasını   "Köhnə tüfəng” (Robert Enrico, 1975) filmi

Şəbnəm Hüseynova:

Mən: "İtlər” tamaşası "Ata” (Vladimir Maşkov, 2004), "Bəyin oğurlanması” (Ceyhun Mirzəyev, Vaqif Mustafayev, 1985) filmləri.

O: "Şeyx Sənan” (rejissor C.Səlimova) tamaşası, "Xaç atası” (Frensis Ford Koppola, 1972), "Qəm yemə” (Georgi Daneliya, 1969) filmləri.

 

Sevimli rolunuz?

Şövqi Hüseynov:

Mənim: Poprışşin ("Dəlinin qeydləri”)

Onun:  "İtlər” tamaşasında Malış rolu.

 

Şəbnəm Hüseynova:

Mənim: Malış ("İtlər”).

Onun: Şeyx Sənan ("Şeyx Sənan”), Riçard ("III Riçard”) Məşədi İbad ("O olmasın, bu olsun”).

 

Sevdiyiniz rəssam?

Şövqi Hüseynov:

Mən: Səttar Bəhlulzadə

O: Səttar Bəhlulzadə

Şəbnəm Hüseynova:

Mən: Van Qoq

O: Səttar Bəhlulzadə

 

Sevimli şairiniz?

Şövqi Hüseynov:

Mən: Mikayıl Müşfiq

O: Nigar Rəfibəyli

Şəbnəm Hüseynova:

Mən: Ramiz Rövşən, Bəxtiyar Vahabzadə

O: Mikayıl Müşfiq

 

Tez-tez dediyiniz şeir?

Şövqi Hüseynov:

Mən: Ümumiyyətlə, mən şeir deməyi xoşlamıram.

O: Tez-tez şeir səsləndirmir.

Şəbnəm Hüseynova:

Mən: R.Rövşənin "Yağış yuyur, gün qurudur” şeiri.

O: Şeir deyən deyil

 

Sevdiyiniz yazıçı?

Şövqi Hüseynov:

Mən: Mirzə Cəlil.

O: Orxan Pamuk.

Şəbnəm Hüseynova:

Mən: Hüseyn Cavid, Xalid Hüseyni

O: Hüseyn Cavid

 

Sevdiyiniz dramaturq?

Şövqi Hüseynov:

Mən: Mirzə Cəlil

O: Hüseyn Cavid

Şəbnəm Hüseynova:

Mən: H.Cavid, E.de Filippo

O: H.Cavid, E.de Filippo

 

Oynamaq istədiyiniz rol?

Şövqi Hüseynov:

Mən: Mənim elə bir nisgilim yoxdur.

O: Mirzə Cəlilin "Dəli yığıncağı”nda Pırpız Sonanı oynamaq istəyir.

Şəbnəm Hüseynova:

Mən: O qədər var ki…

O: Dəqiq deyə bilmərəm

 

Sevdiyiniz bəstəkar?

Şövqi Hüseynov:

Mən: Qara Qarayev

O: Elza İbrahimova

Şəbnəm Hüseynova:

Mən: Ü.Hacıbəyli, C.Cahangirov, E.İbrahimova

O: E.İbrahimova, O.Kazımi, Ü.Hacıbəyli, A.Səmədzadə

 

Ən çox dinlədiyiniz musiqi?

Şövqi Hüseynov:

Mən: Klassik milli bəstəkarların əsərlərini dinləməyi sevirəm.

O: Milli musiqiləri, muğamı daha çox sevir.

 

 

Şəbnəm Hüseynova:

Mən: Xalq mahnılarını dinləməyi sevirəm.

O: A.Mironova, caz musiqilərinə qulaq asır.

 

Sevdiyiniz müğənni?

Şövqi Hüseynov:

Mən: Gülağa Məmmədov.

O: Nəzakət Teymurova.

Şəbnəm Hüseynova:

Mən: Nəzakət Teymurova, Aygün Bayramova, Mənsum İbrahimov

O: Alim Qasımov, Sabir Mirzəyev

 

Sevdiyiniz rəng?

Şövqi Hüseynov:

Mən: rəng

O: Al rəngləri daha çox sevir.

Şəbnəm Hüseynova:

Mən: Çəhrayı rəngin bütün çalarları qara

O: Göy yaşıl

 

Sevdiyiniz şəhər?

Şövqi Hüseynov:

Mən: Birmənalı Bakı

O: Bakı

Şəbnəm Hüseynova:

Mən: Xüsusi sevdiyimiz şəhər yoxdur, adətən, getdiyimiz hər yerə asanlıqla uyğunlaşırıq.

O: Qədim tarixi məkanları olan şəhərləri sevir.

 

Sevdiyiniz fəsil?

Şövqi Hüseynov:

Mən: Yaz fəsli

O: Yaz fəsli

Şəbnəm Hüseynova:

Mən: Yaz

O: Yaz. Yayı isə sevmir, çünki tamaşa oynaya bilmir.

 

Tez-tez züm-zümə elədiyiniz mahnı?

Şövqi Hüseynov:

Mən: Züm-zümə eləmək hala bağlıdır. Darıxanda Tofiq Quliyevin "Axşam” mahnısını züm-zümə eləyirəm.

O: Adətən mahnı züm-zümə eləmir.

Şəbnəm Hüseynova:

Mən: Əhvalıma görə dəyişir, amma ümumilikdə xalq mahnılarını züm-zümə eləməyi sevirəm.

O: Səid Rüstəmovun "Getmə, getmə” mahnısı.

 

Oxuduğunuz sonuncu kitab?

Şövqi Hüseynov:

Mən: M.Çexovun "Aktyor texnikası barədə” kitabını oxumuşam.

O: Xalid Hüseyninin "Çərpələng uçuran” əsərini oxuyub sonuncu dəfə.

 

 

Şəbnəm Hüseynova:

Mən: X.Hüseyninin əsərləri S.Qippiusun "Aktyor treninqləri” kitabı.

O: M.Çexovun "Aktyor texnikası barədə” kitabı.

 

İfanızda ən bəyəndiyi obraz?

Şövqi Hüseynov:

Mən: "Dəlinin qeydləri”ndə Poprışşini mən artıq 25 ildir oynayıram. Çox sevirəm o rolu.

O: İfamda bəyəndiyi obraz ilk dəfə gördüyü Don Rafaelo Trombonçu olub, məncə.

Şəbnəm Hüseynova:

Mən: Mən onun ifasında Kantrabasçı ("Kantrabas”) Məşədi İbad (O olmasın, bu olsun) rollarını bəyənirəm.

O: O, mənim Malış ("İtlər”) Böyükxanım ("Aydın”) rollarımı bəyənir.

 

Boş zamanlarında sevdiyi məşğuliyyəti, bəs, sizin?

Şövqi Hüseynov:

Mən: Əvvəllər boş zamanımda teatrların, tamaşaların maketlərini düzəldirdim, amma indi boş vaxtım olmur.

O: Hal-hazırda neçə illərdir oğlumuzla zaman keçirməkdir.

 

 

Şəbnəm Hüseynova:

Mən: Bütün boş zamanlarım Ülvinindir (oğlu – red.)

O: Ülvi ilə filmə baxmağı sevirlər.

 

Onun bilmədiyi bir şeyi etiraf edin.

Şövqi Hüseynov: Çalışıram ondan heç gizlətməyim. Elə bir etirafım yoxdur.

Şəbnəm Hüseynova: Zamana uyğunlaşa bilməməyimin, astagəlliyimin öhdəsindən gəlmək üçün böyük cəhdlər göstərirəm, treninqlər edirəm, özümlə söhbətlər aparıram. Hamısı ona gorə ki, təki Şövqi hirslənməsin, səbrsizlənməsin.

 

Kaspi.- 2019.- 10 yanvar.- S. 10.