Hollivudda işləyən azərbaycanlı xanım

Rəna Allahverdiyeva: “Patrik Stüartı çəkiliş meydançasında qarşılayanda, həyəcandan əlim əsirdi”

Jurnalistikadan başlayan yol onu film sahəsində çalışanların xəyalı olan, Hollivuda qədər aparıb çıxarıb. Deyir ki, yuxumda görsəm belə, heyrətlənəcəyim insanlarla işləmək fərqli hissdir. SöhbətHollivudun çəkdiyi film setində təmsil olunan Rəna Allahverdiyevadan gedir.

Müsahibimiz Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Daha sonra Türkiyənin İstanbul Universitetində magistratura pilləsində təhsilini davam etdirib. Türkiyəyə getdiyi ildən axtarmağa başlayıb. Bir gün rastlaşdığı elan bütün həyatını, arzularını dəyişib: "Türkiyədə məşhur reklam şirkətlərindən birinə həm rus, həm ingilis dilini yaxşı bilən işçi axtarılırdı. Müraciət etdim məni müsahibə mərhələsinə dəvət etdilər. Elə mən müsahibdə ikən şirkətə reklam təklifi gəldi. Avstriyalılar Osmanlı imperiyası ilə bağlı sənədli film çəkmək istəyirdilər. Filmin rejissoru əcnəbi idi o işdə ona köməkçi lazım idi. Elə həmin gündən işə başladım. Bu film bitdikdən sonra da, həmin şirkətdə işləməyə başladım. Artıq 5 ilə yaxındır ki, Türkiyədə reklam sektorunda uzunmetrajlı filmlərdə işləyirəm”.

- İlk işinizi necə xatırlayırsınız? Əcnəbilərlə, fərqli sektorda təcrübəniz olmadığı halda işləmək necə hissdir?

- İlk təcrübəm yuxarıda da qeyd etdiyim kimi, avstriyalıların Türkiyədə çəkdiyi, Osmanlının Vyana savaşından bəhs edən sənədli filmi idi. Mənim çalışdığım şirkət Türkiyə tərəfindən prodakşını aparırdı. Rejissor heyətin əsas hissəsi Avstriyadan gəlmişdi. Mən rejissorun ikinci köməkçisi oldum. Birinci köməkçi isə Türkiyənin ən yaxşısı sayılırdı. İlk təcrübəm mənim üçün məktəb kimi idi. Düzdür, fərqli sahə hər şey yeni idi. Bu vaxta qədər jurnalistikada video-müxbirlik, reportaj, müsahibə etmişdim amma reklam təcrübəm ilk idi. Qaydalar çox ciddi sistematik idi. Hər şeyin saatı dəqiq idi. Adi bir səhv, məsələn bir aktyorun hazırlıq müddətinin uzanması çəkiliş saatının uzanması demək idi. Günün sonunda hansısa səhnə çəkilməsə, ciddi problem yaranırdı. Çünki ciddi vəsaitdən söhbət gedirdi bu da büdcəyə ziyan idi.

- Rəna xanım, jurnalistikadan reklam sektoruna necə keçdiniz?

- Əslində, elə planım yox idi. Məqsədim jurnalist olmaq idi. Amma həmişə qəzetdə yazmaqdan çox, insan həyatlarının hekayəsini çəkməyi düşünürdüm. Maraqlı insanlar, maraqlı həyat hekayələrini yazmaqdansa, çəkməyi daha üstün tuturdum. Əslində, az da olsa jurnalistikaya oxşayır. Burada da "necə çəkək ki, insanlar üçün daha maraqlı olsunfikirləri əsasdır. Amma jurnalistikadan ayrılıb, bu sahədə işləmək planlarımda yox idi.

- Bəs Hollivud macərası necə başladı?

- Hollivud işi karyeramda çox böyük təcrübə oldu. Çünki bizim üçün Türkiyə bazarı qədər peşəkar görünürsə, Türkiyədən baxanda da Hollivud böyük bazar daha professional sistemdir. "Çarlinin mələkləriçəkiləndə səs-sədası yayılmışdı. Filmin bir hissəsi Almaniyada, bir hissəsi Türkiyədə çəkilirdi. Mən orada işləmək üçün CV göndərdim. Türkiyə tərəfi məni çağırıb müsahibə apardı. Daha sonra Hollivud qrupu müsahibə etdi seçildim. Məni baş rol aktyorları ilə işləmək üçün təyin etdilər. Hamısı peşəkar ekranlarda həvəslə izlədiyim aktyorlar idi.  Film 3 ay Almaniyada, 10 gün Türkiyədə çəkildi. 2019-cu ilin noyabrından nümayiş olunacaq.

- Adətən, Türkiyədə aktyorlar saatının çoxluğundan şikayət edirdilər? İş saatı necədir?

- Əvvəllər bu, çox çətin qalmaqallı məsələ idi. Aktyorlar 30 saat işləmək məcburiyyətində qalırdılar. Son 10 ildə isə 12 saat əlavə 4 saat işləyirlər. Yəni bir çəkiliş günü maksimum 12 saat ola bilər. 12 saata bitməyəndə 4 saat əlavə olunur bu 4 saata görə , əlavə məvacib ödənilir. Amma artıq pul ödənsə belə, əlavə vaxt 4 saatı keçə bilməz. Belə saatları aktyorlarla yanaşı, texniki komandaya da aiddir. Mənim işimin çətinliyi odur ki, proqramı 16 saata bitirməliyəm. Hər gün sabahın proqramını çıxarır işləməyənlərə nəzarət edib, onları işləməyə məcbur edirəm ki, 16 saata bitsin. Bəzən proqram çox qarışıq olur. Ön hazırlıq yaxşı aparılanda, çəkiliş günü heç bir problem olmadan keçir.

- Adətən, ailələr qız uşaqlarını gözlərindən kənar qoymaq istəmirlər. Ailəniz xaricdə yaşamağınıza necə reaksiya verdi?

- Mən məktəbdə oxuyandan valideynlərimə deyirdim ki, xaricdə oxuyacağam. Hətta 4-cü kursda bir proqramla Amerikaya getdim. O vaxt fikrim tam qətiləşdi. Artıq ailəm bu fikrə alışmış qəbul etmişdi ki, Rəna gedəcək. Bundan sonra universitetə qəbul olmağımda, orada işləməyimdə mənə dəstək oldular. Mən şanslı qızlardanam ki, ailəm məni həmişə dəstəkləyib. Atam, anam, qardaşım uğurlarıma sevinib mənə hər zaman motivasiya veriblər.

- Köməkçilərin işləri daha çox olur. Çətin deyil ki?

- Hər bir sahədə çətinlik var. Bu çətinlikləri aşmaq üçün işini sevməlisən. Çalışdığın yerdə özünü xoşbəxt hiss etmək, işini sevmək çox önəmlidir. İşini sevirsənsə, heç bir çətinlik gözünə görünmür. Mən işimdən zövq alıram. Təsəvvür edin, işə qəbul olunursan, hazırlıq mərhələsindən keçirsən setə gedirsən. Reklamı efirdə görəndə, bütün əziyyətin yadından çıxır. Prosedur əvvəlindən sonuna qədər çox maraqlıdır.

 - Yəqin ki, dünya şöhrətli insanlarla işləmək fərqli hissdir

- Hər biri ayrı təcrübədir. Məsələn, biz Ceyda Düvənci Mərt Fıratla tez-tez reklamlar çəkirik. Bunların hər biri maraqlı xatirədir. Kaprizli olmurlar aktyorlar da sistemində bir reklamın yaxşı alınması üçün əllərindən gələni edirlər. "Recep İvedik "Çarlinin mələkləri”ndə prosedur çox maraqlı idi. Məsələn, biz Kristen Stüartı məktəb vaxtlarından "Alacaqaranlıqkinosundan Bella olaraq tanıyırıq. Yatsam da yuxuma girməzdi ki, mən Bella ilə bir yerdə işləyəcəyəm. Elizabet Banqs illərin aktrisasıdır. 10 gün səhərdən axşama qədər bu insanlarla birlikdə olursan. Set bitəndə Kristenin təşəkkür etməsi, şəkil çəkdirməsi belə, çox gözəldir. İllər keçsə , yaddaşımda qalacaq xatirələrdəndir. Keçən il qardaşımın qızı olanda mən işdə idim. Zəng gəldi, sevindim çəkiliş meydançasına gəldim. Ceyda Düvənci bibi olduğumu eşitdi mənə gözaydınlığı verdi. Bir il sonra yenə Ceyda Düvənci ilə işləyəndə onun, məndən qardaşım qızını soruşması qəribə gəldi. Unutmamışdı. Adətən, deyirlər ki, məşhur aktrisalar, aktyorlar çox kaprizli olurlar. Televiziyada mələk kimi görünsələr , həyatda fərqlidirlər. Mən hələ kaprizli aktyor görməmişəm. Mərt Fırat 13 saat bizlə işlədi heç bir kaprizi olmadı. Əksinə, bizə kömək etməyə çalışırdı. Məsələn, dedilər ki, Hülya Avşar çox karpizli olur. Burak Özçivit haqqında "kobuddurfikirləri var idi. Onlarla işlədikdən sonra bütün stereotipləri qırdım. Elizabet Banqs mənim düşüncəmdə sadəcə, gözəl qadın idi. Amma onunla həmsöhbət oldum. Məsələn, Elizabetin önəmli xüsusiyyəti, işlədiyi insanların adını əzbərləmək onlara adları ilə müraciət etməkdir.

- Maraqlıdır, hansı aktyor rejissorla işləmək sizi daha çox həyəcanlandırıb?

-"Çarlinin mələkləri”ndə olan hər kəs fərqli millətlərdən, amma hər biri işinin peşəkarı idi. Görüntü rejissoru Bill Pope idi. O, "Matrix” filminin görüntü rejissoru idi. Təsəvvür edin, setdə əsas ulduzlardan biri Bill Popedir. Əsas aktyorları hazırlayıb setə təhvil verəndən sonra Bill Popu izləmə şansım olurdu. Bu, böyük təcrübə idi. Hamı öz sahəsində çox peşəkar idi. Onları müşahidə edib, hərəsindən bir şey götürmək çox yaxşı təcrübə idi. İşləmək, hazırlıq prosesini görmək istədiyim çox rejissor aktyorlar var. Patrik Stüartı çəkiliş meydançasında qarşılayanda həyəcandan əlim əsirdi. Belə olacağını heç bilməzdim.

- Gələcək planlarınız nədir?

- Hələ öyrənəcək çox şey var. Türkiyə elə bir ölkədir ki, dünyanın çox yerindən reklamfilm çəkmək üçün gəlirlər. Reklam sektoru orada inkişaf etdiyi üçün hələ ki, burada qalmaq istəyirəm. Gələcəkdə ölkəmizdə çəkilən proyektlərdə yer almaq istəyərdim. Məsələn, Asif Kapadianın Azərbaycanda "Əli və Ninonu çəkdiyini eşidəndə həyəcanlandım. O an orada olmaq üçün hər şey edərdim.

Aygün ƏZİZ

Kaspi.-2019.-11 yanvar.-S.9.