Cümhuriyyətin ocaq başında olan düşməni

Onu xalqına silah qaldırdığı gün güllələyiblər

Arxiv sənədlərindən, tədqiqat əsərlərindən və xatirələrdən belə aydın olur ki, 1920-ci ilin 27 aprelində Azərbaycan Xalq Cümhuriyyətini silah gücünə devirməkdə ruslarla, ermənilərlə yanaşı, xalqımızın da bəzi "oğullarının əli olub. Millətinə silah qaldıran, amansız divan tutan bu "oğulların arasında Əliheydər Qarayev, Həmid SultanovÇingiz İldırım daha çox canfəşanlıq edib. "Böyük qardaşları da Şura hökumətini qurandan sonra əlini xalqının qanına batıranları yaxşı "mükafatlandırıb. Əksəriyyətini həbs edib, gülləyib, sürgünə göndərib. Yuxarıda adlarını çəkdiyim bu "üçlük isə daha amansız bir tale yaşayıb. Məsələn, 1937-ci ildə Çingiz İldırıma ölüm hökmü oxunsa da, hökm dörd il yerinə yetirilməyib. O, ə 4 il qırmızı imperiyanın ən dəhşətli həbsxanalarından birində -Suxanov monastırında hər gün ölüm hökmünü gözləyib. Nəhayət, 1941-ci ilin 27 aprelində, məhz 27 aprelində - xalqına silah qaldırdığı gün güllələnib (Əliheydər Qarayev və Həmid Sultanov da belə acı bir tale yaşayıb. Növbəti saylarımızda bu haqda məlumat veriləcək).

Sözsüz, bu, təkcə tale qisməti deyildi, haqqın haqsızlığa cavabı idi.

Çingiz İldırım kim idi? Yəqin ki, gənc nəslin əksəriyyəti onu tanımır. Bizim nəslin nümayəndələrinə isə o, qəhrəman kimi tanıdıldı. Şərəfinə romanlar yazıldı, filmlər çəkildi və s. Şəxsən mən Ç.İldırım haqqında ilk dəfə Məcid Katiblinin "Çingiz İldırım əsərindən və yazıçı Firudin Ağayevin "İldırım dənizdən çaxır, "İldrım ömrü romanlarından məlumat aldım (Sonralar bu romanlar əsasında filim də çəkildi). Bu əsərlərdən, romanlardan belə dərk etdim ki, Ç.İldırım xalq qəhrəmanıdır. Amma zaman sübut etdi ki, Çingiz İldırım Rusiya Kommunist bolşevik Partiyasının Qafqaz Ölkə Komitəsinin qərarına əsasən, donanmanın Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinə qarşı əməliyyatına birbaşa komandanlıq edərək, milli hökuməti silah gücünə devirməkdə mühüm rol oynayıb. Məhz onun tapşırığı ilə ordudadonanmada gizli bolşevik təbliğat şöbələri yaradılıb. O, birbaşa Cümhuriyyət polisinin limanda və dənizdə görəcəyi tədbirləri əvvəlcədən bilərək bolşevikləri məlumatlandırıb.

Düşmən ocaq başında imiş. Ç.İldırım Azərbaycan Xalq Cümhuriyyəti dövründə hərbi limanın rəis müavini olub. Milli Hökumət Xəzər dənizindəki bütün hərbi və mülki donanmanı ona etibar edib. O da donanma komandanı kimi 1920-ci ilin 27 aprel gecəsi Bakı Yunkerlər Məktəbini, polis idarəsini, Bayılda hərbi silah anbarını ələ keçirmişdir. Onun əmri ilə hərbi donanmanın gəmiləri toplarını Cümhuriyyət Hökumətinin, Parlamentin yerləşdiyi binalara tuşlamış və qırmızı hərbi donanma adından Azərbaycan Hökumətinə, Parlamentinə hakimiyyətin dərhal Şura hökumətinə verilməsini tələb edən ultimatum verərək, komandanlıq etdiyi donanmadan üçrəngli bayraqları çıxardaraq yerə atmış, əvəzinə qırmızı bolşevik bayrağını asmışdır.

Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin Ç.İldırıma belə bir məsul vəzifə verməsi yalnız təəccüb doğurur. Axı o, bolşevik idi. Məhz Cümhuriyyətin dövründə - 1920-ci ilin yanvarında Rusiya Kommunist (bolşeviklər) Partiyasının sıralarına üzv yazılmışdır. Bolşeviklər onun 1919-cu ilin əvvəllərində Bakıda apardığı gizli fəaliyyətindən razı qalaraq öz sıralarına qəbul etmişdilər. 1919-cu ilin əvvəlində Xalq Cümhuriyyətinin devrilməsində iştirak etmək üçün bolşeviklər tərəfindən xüsusi olaraq Azərbaycana göndərilən Ç.İldırım fürsəti əldən vermir. Tez bir zamanda gizli olaraq dəniz ekspedisiya dəstəsinə daxil olan qayıqlarla bolşeviklər üçün Həştərxana gizlicə neftneft məhsulları göndərir. Rusiyadan isə Bakıya döyüş sursatı, siyasi ədəbiyyat və s. gətirməyə nail olur.

Əslində Ç.İldırım birdən-birə dönüb bolşevik olmamışdı. Oktyabr çevrilişində (1917) iştirak edən Ç.İldırım, 1918-ci ildən Rusiya Sovet Federativ Sosialist Respublikası Xalq Komissarları Soveti yanında Rusiya müsəlmanlarının işləri üzrə müvəkkil, Şimal Vilayəti Kommunaları İttifaqının milli işlər komissarlığında Petroqrad müsəlman şöbəsinin sədri olmuşdur. Mütəmadi olaraq Rusiya bolşevikləri ilə əlaqə saxlayan Ç.İldırım Xəzər hərbi donanması gəmilərinin Həştərxana və Krasnovodska aparılması planının hazırlanmasında böyük rol oynamışdır. Azərbaycan xalqının ən qəddar düşməni olan Sergey Mironovic Kirovun və Azərbaycan neftini vəhşicəsinə talan edib, gecə-gündüz Rusiyaya daşıyan (bununla da qürurlanan, fəxr edən) Aleksandr Pavloviç Serebrovskinin (ona Rusiyanın neft kralı deyirlərmiş) ən yaxın dostu və silahdaşı adlandırılan Ç.İldırım, Azərbaycanda "Şura hökumətinin qələbə çalması üçün hər cürə alçaqlığa əl atmışdır. Bolşeviklər də 1920-ci ilin 5 mayında onun sinəsindən "Qırmızı Döyüş Bayrağı ordenini asmışlar. Bu ordenlə təltif edilən ilk azərbaycanlı Ç.İldırım, 1937-ci ilin 7 iyuluna kimi (ad gününə üç gün qalmış) "böyük qardaşlarına canla-başla qulluq etdi. İsti iyul gecələrinin birində birdən-birə dönüb oldu xalq düşməni.

Əlini yüzlərlə günahsız soydaşlarının qanına batırmış Çingiz, 1890-cı ilin 10 iyulunda Qubadlıda İbrahim bəyin ailəsində dünyaya gəlib (Çingiz İldırım Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan, Azərbaycanın ilk hərbi naziri, Qarabağın general-qubernatoru, Azərbaycan Parlamentinin üzvü Xosrov bəy Sultanovun əmisi oğlu olub). İlk təhsilini Şuşada alan Çingiz, 1906-1909-cu illərdə Vladiqafqaz realnı məktəbində oxuyub. 1916-cı ildə Petroqrad Politexnik İnstitutunun dağ-mədən şöbəsində mühəndis-metallurq ixtisasına yiyələnib. 1917-ci ilin son aylarına kimi oradakı "Ayvaz zavodunda mühəndis işləyib. Çingiz hələ tələbə ikən siyasi dərnəklərə yazılır və vaxtının çoxunu bu dərnəklərdə keçirir. 1919-cu ilin əvvəllərində Mərkəzin göstərişi ilə Azərbaycana göndərilir. Məqsəd Milli hökuməti silah gücünə devirib Şura hökumətini yaratmaq idi ki, Çingizbu işdə əlindən gələni əsirgəmədi. Hətta o qədər siyasi hadisələrə baş vurdu ki, deyilənə görə, ailə qurmağa da "vaxtı olmayıb.

Zaman öz ibtidai qanunauyğunluğuheç nə ilə hesablaşmadan ötüb keçir. Odur ki, bu zamanı elə yaşamaq lazımdır ki, sabah adımız lənətlənməsin!

Qərənfil Dünyaminqızı

Əməkdar jurnalist

Kaspi 2019.- 30 yanvar.- S.15.