Prezidentimizin diqqət qayğısını hər zaman hiss edirik

 Prezidentimizin diqqət qayğısını hər zaman hiss edirik”Şəhid ailəsi olan mədəniyyət nümayəndələri dövlət başçısının qərarını yüksək qiymətləndirirlər

Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva yanvarın 28-də Prezident Sarayında şəhid ailələri ilə görüş keçiriblər. Şəhid ailələrinin nümayəndələrinə dərin hörmətini ifadə edən Prezident İlham Əliyev şəhidlərimizə Allahdan rəhmət diləyərək onların torpaq, Vətən uğrunda həlak olaraq şəhidlik zirvəsinə yüksəldiyini vurğulayıb.

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqındaAzərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanına 90-cı illərdə sığorta ödənişi alan şəhid ailələrinə 11 min manatlıq birdəfəlik ödənişlərin verilməsi barədə dəyişiklik etdiyini vurğulayıb. Dövlət başçısının etdiyi dəyişikliklə birdəfəlik ödəniş alacaq əhatə dairəsi genişlənən vərəsələrin içərisində 2264 şəhid hərbi qulluqçu 461 şəhid polisin ailəsi var. Ödənişlərin həyata keçirilməsi üçün isə ümumilikdə 135 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.

Prezidentin tapşırığı ilə aparılan araşdırmalar nəticəsində müəyyən olub ki, 90-cı illərdə şəhid yaxınlarına ödənilən məbləğ hazırki rəqəmlərlə böyük uyğunsuzluq təşkil edir. Buna görə sosial ədalət prinsipinin qorunması baxımından dövlət başçısı tərəfindən bütün şəhid ailələrinə 11 min manatlıq ödənişin edilməsi barədə fərmanda dəyişiklik edilib.

Yanvarın 28-də keçirilən bu görüş Prezidentin qərarı nəinki şəhid ailələri, ümumiyyətlə bütün vətəndaşlar tərəfindən yüksək qiymətləndirilib. Sosial şəbəkələrdə Prezident İlham Əliyevə birinci xanımı Mehriban Əliyevaya ən xoş sözlər ünvanlanır.

Mövzuya mədəniyyət nümayəndələri biganə qalmadı. Vətən uğrunda şəhid olmuş doğmaları haqqında danışan incəsənət nümayəndələri öz təəssüratlarını "Kaspiilə bölüşdülər.

"O pulu oğlumun övladlarına təqdim edəcəm

Opera Balet Teatrının solisti, xalq artist Gülüstan Əliyevanın həyat yoldaşı Zahid Əhmədov da Qarabağ döyüşlərində şəhid olub. Bakı Dövlət Universitetinin məzunu olan Z.Əhmədov Cəbrayıl rayonu Polis İdarəsində cinayət-axtarış şöbəsinin rəisi vəzifəsində çalışıb. 1991-ci ildə Cəbrayılda minaya düşüb. Onların Rüfət adlı bir oğlu var.

G.Əliyeva bizimlə söhbətində bu məsələnin onun üçün həssas mövzu olduğunu bildirdi danışarkən gözyaşlarını gizlədə bilmədi: "Bir şəhid ailəsi, sənət adamı olaraq, bu məni çox sevindirir. Prezidentimiz onun xanımı şəhid ailələrinə, o cümlədən aztəminatlı ailələrə çox böyük diqqət ayırır. Bu addım da o diqqətin bir nümunəsidir. Bu, bizim hamımızın gözlədiyi bir qərar idi. Prezidentimiz sağ olsun ki, bunları dəyərləndirdi. İşlərinin çox olmasına baxmayaraq, şəhid ailələrinə diqqətini əsirgəmədi. Buna görə bir şəhid ailəsi olaraq prezidentimizə təşəkkürümü bildirirəm. Bir məsəl var, deyirlər, ölünün şərafəti dirilər üçündür. Onlar tək bizim şəhidimiz deyil, Azərbaycan üçün canından keçən oğullarımızdır. Onlar hər bir azərbaycanlının şəhididir. Prezidentimiz bu məsələyə humanistcəsinə yanaşdı. Onlara olan bu diqqət, qayğı ilə Azərbaycan üçün qədər dəyərli olduqlarını diqqətə çatdırdı. Əlbəttə ki, maddi tərəf əsas deyil, əsas olan prezidentimizin növbəti dəfə diqqət qayğısını hiss etməkdir. Təbii ki, bu, övladını, ərini, atasını itirən şəhid ailələri üçün çox sevindirici oldu”.

O, həyat yoldaşının Daxili İşlər Nazirliyinin əməkdaşı olduğunu polis zabiti kimi vətən üçün çalışdığını dedi: "Həyat yoldaşım Azərbaycanın ilk şəhidlərindəndir. DİN- şəhid olan ikinci polis zabiti idi. O dövrdə sərhədlərimizi ancaq polislərimiz qoruyurdu. Mənim yoldaşım öz xidməti vəzifəsini yerinə yetirərkən sərhəddə şəhid olmuşdu. Mən bu on bir min manat vəsaiti oğlumun övladlarınanəvələrimə təqdim edəcəm”.

"Döyüş yoldaşları Xalidin şücaətindən danışdıqca, qürurlanıram

Əməkdar artist Aybəniz Haşımova Qarabağda şəhid olmuş həyat yoldaşı Xalid Quliyevlə bağlı xatirələrini bölüşdü. O, həyat yoldaşının pərəstişkarı olduğunu dedi: "Əslində, mən onun şücaətlərinin böyük pərəstişkarıyam. Hər dəfə döyüş yoldaşları uğrunda fəda olduğu Ağdərənin 7 kəndinin yenidən özümüzə qayıtmasında bilavasitə Xalidin şücaətindən danışdıqca, qürurlanıram. O, 3 dostunu mühasirədən qurtarıb. İdarə etdiyi zirehli maşının minaya düşməsi nəticəsində həlak olub. Xalidin yoxluğundan 26 il ötür. Əslində, çox qəribə səslənsə , elə bil içimdə qorxmaz bir kişinin ruhu var. Məndə qorxu deyilən bir hiss yoxdur. Amma kaş ki, çox ürkək, zərif bir gəlin kimi qalaydım”.

Əməkdar artist ölkə başçısının bu addımını yüksək qiymətləndirdiyini ona şəhid ailələrinə göstərdiyi etimad qayğıya görə öz təşəkkürünü bildirdi.

"Məsələ ödənilən maddi yardımda deyil

Qarabağ uğrunda gedən döyüşlərdə müğənni Leyla Ramazanlının da atası şəhid olub. İfaçının atası Nurəddin Ramazanlı 706-cı hərbi hissədə xidmət göstərib. Leytenant N.Ramazanlı 1992-ci il oktyabr ayının 8-dən 9-na keçən gecə Laçında gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.

Yanvarın 28-də Prezident İlham Əliyevin şəhid ailələri ilə görüşməsi sözügedən fərmanın imzalanması ilə bağlı tanınmış ifaçı da öz təəssüratlarını bildirdi. İlham Əliyevin şəhid ailələrinə göstərdiyi diqqət qayğıdan danışan gənc ifaçı bu qayğını hər zaman hiss etdiyini dedi: "Srağagün keçirilən o görüşdə mənim anam da iştirak edib. O həmin görüşdən çox böyük təəssüratlarla qayıdıb. Bu, İham Əliyev birinci xanım Mehriban Əliyevanın şəhid ailələri ilə ilk görüşü deyil. Əvvəllər ulu öndər Heydər Əliyev şəhid ailələri ilə görüşüb, onları diqqətdən kənarda qoymurdu. Bu gün İlham Əliyev həmin siyasəti davam etdirir. Uzun müddətdir ki, bu qayğını biz öz üzərimizdə hiss edirik. Dövlət başçımız hər zaman şəhid ailələrinə diqqət göstərir. Bir sənətçi şəhid qızı olaraq bizə göstərilən diqqət qayğıya görə Prezidentimiz İlham Əliyevə ailəmiz adından təşəkkürümü bildirirəm”.

İfaçı torpaq uğrunda canından keçən şəhidlərin ailələrindəki vəziyyətdən xəbərdar olduğunu söylədi və itirdikləri doğmalarına Allahdan rəhmət dilədi: "Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan fərman və sərəncamlar şəhid ailələrinə böyük sevinc bəxş edib. Eləcə də bizim ailəyə. Məsələ bu ailələrə ödənilən maddi yardımda deyil. Əsas olan Vətən uğrunda canından keçən şəhidlərimizin diqqətdən kənarda qalmaması və onların yaxınlarının bu qayğını hiss etməsidir. Mən bir sənətçi olaraq bunu təqdirəlayiq hal kimi qiymətləndirirəm. Prezidentimizə təşəkkür edirəm”.

Xəyalə Rəis

Kaspi  2019.- 30 yanvar.- S.12.