“Google” sizi yaxşı tanıyır
Qalmaqallar, xaos, "çağdaş
qeybət”çiliklə adını
tarixə yazdırmış
media baronlarından Culian
Assanc internetin bəşəriyyətin sivilizasiyası
üçün təhdid
olduğu iddiası ilə yaddaşlarda iz saldı. Bəli, nəzərə
alsaq ki, bu iddianın müəllifi internet sisteminə
"yüngül müdaxilə”
ilə siyasət, din,
sənət dünyasının
hədəfinə çevrilən
"WikiLeaks”-in qurucusudur,
anlamaq mümkündür.
Amma bu iddiada həqiqət
payı yoxdurmu?!
On il bundan
əvvəl bu sual haqqında düşünsəydik, tərəddüdsüz
internetin necə hüdudsuz azadlıq meydanı yaratdığı
fikrini müdafiə edərdik. İnternetin dünya tarixində
və insanların həyatında inqilabi dəyişikliyə səbəb
olduğunu danmaq mümkün deyil. Amma son onillikdə elə eyni miqyaslı
ictimai problemin də mənbəyidir: insanlar internetə getdikcə daha çox bağlanır və bu, kütləvi
nəzarət proqramları
imperatorluqlarının yaranmasına
səbəb olur. Artıq elektronik ünsiyyət və sosial media hədəflənmiş müəyyən
sahələrdə iqtidarı
ələ keçirmək
üçün insanları
açıq müstəvidə
müşahidə etmək,
izləmək, dinləmək
və manipulyasiya etmək deməkdir. Cəmiyyətin qlobal miqyasda izlənməyə
məruz qaldığı
son dövrlərdə bu
təslimiyyətdə kim olacağımızı
isə özümüz
seçirik: ya gücsüz, mərhəmətli,
xeyriyyəçi olmaq,
ya da cəsus,
şantajçı və
manipulyator kimi Assancın iddiasındakı
məqsədin xırda
xidmətçiliyini icra
etmək.
Culian
"Gizlilik müharibəsi”
("War on secrecy”) kitabında yer alan
iddialarla internetin tarixdə bənzəri görülməmiş totalitarizmin,
təzyiq, senzura və kölələşdirmə
siyasətinin əsas silahı olduğunu əsaslandırmağa çalışır.
"The nation” dərgisi Assancın çıxışlarını
Ceykob Appelbom, Endi Müller və Ceremi Zimmerman ilə müzakirə etdiyi söhbəti dərc edib. Həmin söhbətdə Assancın
səsləndirdiyi diqqətçəkən
məqamları bölüşürük.
Bu kitab manifest deyil. Məşhurluğunu artırıb,
mahiyyətini azaltmağa
xidmət edən
"manifest” sözünü işlədən olsa, qəbul etməyin. Mən sistemin uzunmüddətli müşahidəsindən qidalanan
qənaətlərimi qələmə
aldım. Əgər sıradan
bir "Google” istifadəçisisinizsə,
"Google” sizin kimlərlə
ünsiyyətdə olduğunuzu,
dini və fəlsəfi inanclarınızı
bilir. İki il, üç
gün, dörd saat əvvəl
"Google”-da nə axtardığınızı xatırlayırsınız?!
Amma
"Google” xatırlayır. Hansı günlər, hansı saatlarda internetə daha uzunmüddətli bağlandığınızı, nə axtardığınızı
bilir və unutmur. Haqqınızda nəinki ananızın,
özünüzün belə
bildiyinizdən daha çox şey bilir. Bu fikir
sizi qorxutdu?! Sanki gizli bir
əl sizi hər an hər şeylə şantaj edə bilər fikri aşıladı?
Bu sözü yəqin
ki, hamınız çox işlətmiş
və ya eşitmisiniz – "Telefon mənə zəng üçün lazımdır”. Əslində? isə mobil
telefonlar izləmə
cihazıdır, sadəcə
bəzən ünsiyyət
qurmaq üçün
istifadə olunur. Mərkəzləşdirilmiş elektron mafiya
tarixi təhrif etməklə kifayətlənmir,
tarix olmamış kimi, yox imiş
kimi davranır və öz istədikləri şeyləri
xatırlamamıza imkan
verir. Corc Oruelin məşhur
sözü yadınıza
düşdümü?! – "Bu gün iplər
kimin əlindədirsə,
keçmişi də
o idarə edir. Keçmişi idarə edən
kimdirsə, gələcəyin
hökmünü də
o verir”.
Katolik kilsəsinin
iqtidar sahibi olduğu, hər şeyin bir əldən idarə edilib, bir ələ
yığıldığı dövrlərə geri qayıdırıq. Kobud şəkildə açıqlama versək
- əvvəllər kimsə
diplomatik statusu, birgə işlədiyi firmalar kimi haqqında
şübhə doğuran
səbəblərdən müşahidə
altına alınardı.
Bu gün isə
"əvvəl hər
şeyi bir-bir qeyd edib, sonra
şübhələnmək” sistemi işləyir.
Pis işlər
görüb, pul qazanmaq olar. Bunun əvəzində yaxşı
işlərlə, düzgün
yolla irəliləyib bir sent belə qazanmaya da bilərsiniz.
"Hüquqa uyğun cinayət” deyimini eşitməmiş
olmazsınız. "Google”-un
mexanizmi də buna uyğundur – hüquqa uyğun izləmə. Pul qazandıran
pis işlərin də qarşısına
"hüquqa uyğun”
ifadəsi yapışanda
"layiqlik” statusu alır. Çünki bu işlərin
altına dövlətin
də imzası atılır.
İdarə etmirik, idarə edilirik. İstənilən müəssisənin, evin yaxınlığında
dayanmış GSM müşahidəli
maşın heç bir polis icazəsi, şəbəkə dəstəyi,
hansısa qanuni mərhələ olmadan içəridə nə danışıldığını sizə çatdıra bilər. Bu, nə eşidildiyini bilmək istəyən tərəf üçün
"internetin yararı”
kimi görünə bilər. Amma ümumi fonda "sərbəstləşmə vasitəsi”
kimi tanıdığınız
internet totalitarlığının ağlalmaz dərəcədə
təhlükəli bir
idarəçilik sisteminə
çevrildiyi açıq-aydın
görünür.
"Siemens” Almaniyanın ən böyük telekommunikasiya şirkətlərindən
biridir. Ehtimal ki, hələ
bir neçə əsr də belə qalacaq. Çünki bu şirkət
həm də Almaniyanın qlobal kəşfiyyat şəbəkəsi
rolunu icra edir. Kodlu yazıların açılması,
şifrə pozulması,
axtarış filtrlənməsi
kimi bir çox işləri icra edən professionallar və sistemlər bu şirkətin damı altında toplanıb.
İndi nə düşünürsünüz? Yeni dünyanın
sahibi olmaq, ən azından öz həyatımızın
sahibi olmaq üçün özümüzəxas
silahlarla qurşanmağın,
sevdiklərimiz və arzuladığımız gələcək
üçün mübarizə
aparmağın vaxtı
deyilmi? Çox vaxt əsl şiddətin, təzyiqin
nə qədər yaxınımızda olduğunu
başa düşmürük.
Çünki müvəqqəti olaraq, işimizə yarayan şeylər naminə bu nəhəng təhlükənin
qulağımızın dibinə
kimi gəlməsinə
özümüz icazə
veririk. Bu gün dozası durmadan artan ən ağır fiziki şiddət belə bir riyazi
hesablamanın, şifrələmənin
qarşısında acizdir.
"Google” kimi iri kəşfiyyat şəbəkələri də
ancaq güclü bir şifrələmə
qarşısında aciz
qala bilər. Bu şəbəkələrin utopik sürətlə irəliləməsinin qarşısını
almaq, öz adımıza qərar vermək haqqımızı
geri qazanmaq üçün şəbəkələrdən
istifadəni həyatımızdan
çıxarmalıyıq.
İngilis dilindən tərcümə edən:
Elcan Salmanqızı
Kaspi 2020.- 1-3 fevral.- S.21.