Tanış-tapşırıq teatrı

Belə söhbətlər hər zaman olsa da, teatrların əməkdaşları bu yollarla aktyor işə götürmədiklərini bildirirlər

Elə peşələr var ki, kənardan cazibəli və bir o qədər də asan görünürlər. Ancaq onun dərinliyinə vardıqda, asan göründüyü qədər çətin, məşəqqətli və keşməkeşli olduğunu kəşf edirik. Aktyorluq sənəti də onlardan biridir. Bizdən əvvəlki nəsil deyir ki, aktyorlar ali təhsil ocaqlarını bitirdikdən sonra dövlət sifarişi ilə bölgə və paytaxt teatrlarına göndərilir və işlə təmin olunurdular. İndi isə sistem fərqlidir. Belə ki, adətən teatrlarda çalışan baş rejissorlar ali təhsil ocaqlarında dərs dedikləri tələbələrini teatra cəlb edirlər. Bununla yanaşı, bəzən hətta kiminsə tapşırıqla və ya qohumluq əlaqəsinə görə işlə təmin olunduğunu da eşidirik. Məsələnin əslini öyrənmək üçün teatrlarla əlaqə saxladıq. Onlardan işçi qəbul edərkən nəyi əsas tutduqlarını xəbər aldıq.

Akademik Milli Dram Teatrının mətbuat xidmətindən verilən məlumata görə, ölkənin ən böyük teatrına işçi qəbul olunarkən bütün normalar nəzərə alınır: "Təbii ki, digər mədəniyyət müəssisələri ilə müqayisədə bizim teatrda çalışmaq istəyənlərin sayı çoxdur. Amma biz kadrtruppa məsələlərinə həssas və diqqətli yanaşırıq. Təbii ki son vaxtlar truppada yeniliklər olub, gənclər qəbul olunub. Sevindirici haldır ki, teatrımızın görkəmli sənətkarları həmin gəncləri teatrın gələcəyi kimi çox gözəl qəbul edir öz təcrübələrini bölüşürlər.

Akademik Musiqili Teatrın mətbuat xidmətindən aldığımız məlumata görə isə, artıq 5 ildir ki, teatra yeni işçilər qəbul etmək üçün müsabiqə keçirilir. Vakansiya elan olunan ərəfədə teatrda çalışmaq üçün çoxsaylı müraciətlər olur. Müraciət edən aktyorların plastikasına, səhnə məharətinə, xüsusən səs diapazonuna diqqət yetirilir: "Misal üçün, ötən il 11-12 iyul tarixlərində teatrımızda istedadlı gənclərin üzə çıxarılması işə qəbulu ilə bağlı müsabiqənin ilk seçim turu keçirildi. Teatr kino sənətimizin görkəmli nümayəndəsi, Xalq artisti, Dövlət Mükafatı laureatı Şəfiqə Məmmədovanın rəhbərliyi ilə iki gün davam edən bu müsabiqədə 60-a yaxın iddiaçı öz vokal imkanlarını artistlik məharətlərini nümayiş etdirməyə çalışdılar. Teatrın xor, balet, orkestr aktyor heyətinə yeni istedadların cəlb olunması məqsədilə aparılan seçimin yekununda Şəfiqə Məmmədova nəticələri elan edərək, bildirmişdi ki, əslində bu müsabiqənin məqsəd tələblərinə uyğun olaraq, teatra istedadlı, gözəl vokal imkanları, xoşagələn görkəmi təbii ki, ilk növbədə səlis danışıq qabiliyyəti olan gənclər müraciət etməli idi. Lakin cavanların əksəriyyəti seçdikləri ixtisası layiqincə dəyərləndirmirlər. 2 gün ardıcıl davam edən bu turda 60-a yaxın iştirakçı arasından cəmi iki nəfər bu müsabiqənin tələblərinə az da olsa cavab vermişdilər. Belə ki, xor truppasına Orxan Mirzəyev Tural Məsimov, eləcə orkestr heyətinə - Səid Seyidov, Hüseyn Həsənov (qaboy ifaçıları) Bahadur Rzayevlə Turanə Novruzova (skripka ifaçıları) seçildilər.

Abdulla Şaiq adına Dövlət Kukla Teatrının mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmova bildirir ki, Kukla Teatrı mütəmadi olaraq aktyor ştatını yenilməkdə maraqlıdır: "Teatrımız yeni texnikaları bilən, yeni aktyor oyununa malik, səhnə manevrlərinə bələd olan istedadlı, bacarıqlı gəncləri öz tərkibində görmək istəyir. Ancaq təbii ki, bizdə əsas tələb aktyorun kukla idarəetməsini bacarmasıdır. Təəssüf ki, yaradıcı gəncləri yetişdirən ali təhsil ocaqlarımızda kukla teatrı aktyorluğu fakültəsi yoxdur, heç kurs kimi tədris olunmur. Bunu da onunla əsaslandırırlar ki, hər aktyor Kukla Teatrının aktyoru olmaq arzusunda deyil. Qonşu ölkələrin təhsil sistemi ilə müqayisə aparanda görürük ki, onlar ali təhsil ocaqlarında aktyor yetişdirərkən sənətin bütün istiqamətlərini tədris edirlər ikinci kursdan etibarən aktyor seçimini edərək özünü realizə etməyə çalışır. Ancaq bizdə isə sistem bir qədər fərqlidir. Teatr canlı sənətdir səhnəyə çıxmaq üçün aktyordan plastika, danışıq qabiliyyəti, intellektual səviyyə tələb olunur. Komediya, musiqili teatr, dram digər teatr janrlarında çalışan

aktyorlardan fərqli olaraq Kukla Teatrının aktyoru olmaq çətin mürəkkəbdir. Çünki yalnız səsin kukla ilə ünsiyyətin ilə tamaşaçıya nüfuz edə bilirsən.

H.Rüstəmova hər aktyorun Kukla Teatrında çalışa bilməyəcəyini qeyd etdi: "Kukla Teatrının aktyorundan tələb olunan keyfiyyətlər var ki, onu digər aktyorlar qavrayıb, tamaşaçıya ötürə bilmirlər. Ötən il aktyorluq ştatına aktyorlar dəvət etdik. O aktyorlar hazırda teatrda fəaliyyət göstərirlər. Demək olar ki, hər il yeni aktyorlar cəlb etməyə çalışırıq. Müraciətlər həddindən artıq çoxdur. Ötən ildə 2 məzun işlə təmin olundu. İndi onlar əsas obrazları oynayırlar. Bundan başqa, Günay Əhmədi aktyor ştatına dəvət etmişdik. O, son dövrlər serial filmlərdə mütəmadi olaraq gördüyümüz aktrisalardandır. Hazırda məşq prosesində olan "Paralel 2 tamaşasında qəhrəmanı canlandıracaq. Onun səhnə plastikası, səsi, dinamikası imkan verdi ki, kuklanı yaxşı mənimsəsin.

H.Rüstəmovanın sözlərinə görə, bu günə qədər hansısa aktyoru kiminsə qohumu olduğu üçün ştata qəbul etməyiblər: "Aktyor ştatına son dövrlər cəlb olunanlar Adil, Yasin, Ramiz Günay Əhməddir. Onlar heç kimin tapşırığı ilə gəlməyib. Bizim teatrda belə şey yoxdur. Kassaya işləyən teatrlarda tapşırıq olmur. Uşaqlar elədir ki, kuklasını sevməyən aktyora baxmazlar, onu alqışlamazlar. Səhnədə aktyor yaxşı aktyor deyilsə, kimin tələbəsi olmasının dəxli yoxdur.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, YUĞ Dövlət Teatrının ədəbi hissə müdiri, teatrşünas Elçin Cəfərov teatrlara yeni aktyorların qəbulunun bilavasitə teatrın yaradıcı strategiyası, repertuar siyasəti ilə bağlı məsələ olduğunu qeyd etdi: "Bildiyiniz kimi, sovet dövründən fərqli olaraq, bu gün təyinat sistemi mövcud deyil. Prinsip etibarilə, bunun məntiqli olduğunu düşünürəm. Bazar iqtisadiyyatı şəraitində təyinat sistemi işlək ola bilməz. Bu gün Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin məzunları tələbələri arasında istedadlı gənclər az deyil. Onların əksəriyyəti təhsilini başa vurduqdan sonra problemi ilə üzləşirlər. Çünki teatrların ştat vahidləri məhduddur bu məhdud imkanlarla teatrlar istəsələr belə, hər il onlarla məzunu işlə təmin edə bilməzlər.

YUĞ kimi kiçik teatrlarda yeni aktyorların işə cəlb olunmasının problemli məsələ olduğunu deyən E.Cəfərov bunu kütləvi şəkildə həyata keçirməyin mümkünsüz olduğunu deyir: "Aktyor truppası böyük olan teatrlar, bu mənada, daha çox imkanlara sahibdirlər. YUĞ Teatrının truppasının əksəriyyəti Vaqif İbrahimoğlunun tələbələrindən ibarətdir. Bu gün teatrın truppası, əsasən, burada çalışan sənətkarların tələbələrindən ibarət gənc kadrların hesabına genişlənir. Misal üçün, sonuncu tamaşamızda gənc istedadlı aktyor Ziya Ağa çıxış etdi.

Teatrlara yeni aktyor kadrlarının cəlb edilməsi bilavasitə baş rejissorun səlahiyyətində maraq dairəsində olan məsələdir. Teatr rəhbərlərinin baş rejissorların öz tələbələrini teatra cəlb etməsi anlaşılandır. Təbii ki, hər bir rejissor öz tanıdığı, istedadına inandığı aktyoru işə cəlb etmək istəyər. Digər aktyorların işlə təmin edilməsi məsələsinin həlli isə köklü islahatların nəticəsində mümkün ola bilər. Düşünürəm ki, aktyor kadrlarının hazırlanması işində tələb təklif nisbətini nəzərə almaq lazımdır.

Müsahibimiz ölkədə teatr industriyası yaranarsa, özəl teatrlar inkişaf edərsə, aktyorlar da təhsilini bitirdikdən sonra asanlıqla tapa öz peşələri ilə rahat şəkildə məşğul ola biləcəklərini qeyd etdi.

 

Xəyalə Rəis

Kaspi.-2020.-1-3 fevral.-S.8.