Beynəlxalq Muğam Mərkəzində uşaqlar üçün musiqili proqram təqdim edilib

Fevralın 17-də Beynəlxalq Muğam Mərkəzində F.Köçərli adına Respublika Uşaq Kitabxanası və C.Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin təşkilatçılığı ilə Beynəlxalq Təmənnasız Xeyirxahlıq İfadəsi Günü münasibətilə “Yer üzünün günəşidir – xeyirxahlıq!” adlı tədbir keçirilib.

F.Köçərli adına Respublika Uşaq Kitabxanası respublikamızda bütün uşaqların, o cümlədən,  sağlamlıq imkanları məhdud uşaqlar da daxil olmaqla yeni təhsil sisteminə uyğun şəkildə ədəbiyyatın kompleks təbliğini həyata keçirir. Tədbirin keçirilməsində əsas məqsəd, yüksək insani keyfiyyətlərdən olan xeyirxahlığın gələcək nəsillərə təlqin etməklə cəmiyyətdə uşaqların humanist ruhda böyüməsinə təkan verməkdir.

Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Mədəniyyət, Təhsil nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin (DAMM İB) vitse-prezidenti Hacı Quliyev, Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, uşaq yazarlarından Sevinc Nuruqızı, Gülzar İbrahimova, Elvira Məmmədova, Mehriban Nağıyeva, Qəşəm İsabəyli və.s iştirak ediblər.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva çıxış edərək tədbirin vacibliyini qeyd edib, bütün uşaqların humanist ruhda xeyirxahlıq ideyaları ilə böyüməsini arzu edib.

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin (DAMM İB) vitse-prezidenti Hacı Quliyev, Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim çıxış edərək tədbirin əhəmiyyətindən danışıb və təşkilatçılara təşəkkürlərini bildiriblər.

Tədbirin sonunda, çıxış edən F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova tədbirin əhəmiyyətini vurğulayaraq gələcəyimiz olan uşaqların xeyirxahlıq ideyaları ilə humanist ruhda böyüməsi üçün onlara daima dəstək göstəriləcəyini bildirib.

Renessansxorunun ifasında dövləti himninin səslənməsilə başlayan tədbirdə uşaqlar üçün maraqlı konsert proqramı təqdim olunub. Belə ki, T.Quliyevin “Bakı haqqında mahnı”, V.Adıgözəlovun “Bayram süitası”, C.VelazqezinBesame mucho”, M.Babayevin “Sən gələndə” və digər mahnılar səsləndirilib.

Kaspi  2020.- 18 fevral.- S.12.