Regional təhlükəsizlikdə Azərbaycanın yeri  

Politoloqlar Münxen Təhlükəsizlik Konfransının nəticələrini müzakirə ediblər

Ötən gün "SputnikMultimedia Mətbuat Mərkəzində "Cənubi QafqazPolitoloqlar Klubunun 65-ci iclası keçirilib. Toplantıda politoloqlar "Münxen Konfransında regional təhlükəsizlik: Azərbaycanın yeri haradadır?” mövzusunda fikir mübadiləsi aparıblar.

Politoloq İlqar Vəlizadə 14-16 fevral tarixlərində 56-cı Münxen Təhlükəsizlik Konfransının keçirildiyini, orada qlobal gündəmin müzakirə edildiyini söyləyib. Qeyd edib ki, konfransda 150 dövlət başçısı, baş nazir və hökumət üzvləri də daxil olmaqla, 800-dən çox nümayəndə iştirak edib. Onun sözlərinə görə, konfransda Suriyanın İdlib şəhəri ətrafında cərəyan edən hadisələr, Cənubi Qafqaz regionunda münaqişələrin həlli perspektivləri və enerji təhlükəsizliyi əsas müzakirə mövzuları olub. Politoloq bu mövzuların hamısının Azərbaycanla birbaşa əlaqəsinin olduğunu diqqətə çatdırıb. Eyni zamanda, vurğulayıb ki, bu konfrans Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında olan debatla da dünya ictimaiyyətinin diqqətini cəlb edib.

Politoloq Fikrət Sadıxov beynəlxalq münasibətlər sistemində, hazırkı dünya siyasətində ümumən xoşagəlməz mənzərə yarandığını vurğulayıb. Bildirib ki, dünyada bir sıra ziddiyyətlər, problemlər, dövlətlər arasında müəyyən qalmaqallar, gərginliklər, münaqişələr Azərbaycanın da yerləşdiyi regiona təsirsiz ötüşmür. Onun sözlərinə görə, Münxendə hər il bir araya gələn siyasətçilər, diplomatlar, ekspertlər, dövlət və hökumət başçıları bu kimi məsələləri ənənəvi olaraq müzakirə edirlər: "Lakin son zamanlar dünya liderləri, siyasətçiləri arasında müəyyən ziddiyyətlər yaranıb. ABŞ prezidenti Donald Tramp qloballaşmadan uzaqlaşıb vətənpərvərliklə məşğul olmağı düşünür. Fransa prezidenti Emmanuel Makron hesab edir ki, NATO "komavəziyyətindədir. Almaniya kansleri Angela Merkelin fikrincə, onların, yəni Avropanın ABŞ-a olan ümidləri sönüb, bu superdövlətdən hansısa kömək gözləməyə dəyməz, qoca qitədəki ölkələr yalnız öz ssenariləri ilə hərəkət etməlidirlər. Vladimir Putin isə düşünür ki, Rusiyasız yer kürəsində dünya birliyi yoxdur. Belə yanaşma bəyanatlar təbii olaraq dünyaya, o cümlədən Azərbaycanın yerləşdiyi regiona mənfi təsir göstərir”.

F.Sadıxov təəssüflə qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dünya dövlətlərinin, o cümlədən adıçəkilən ölkə liderlərinin mövqeyi ancaq seyrçilikdən ibarətdir: "BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin olmasına rəğmən, işğalçı Ermənistana bu qətnamələrin yerinə yetirilməsi üçün hər hansı təzyiq göstərilmir. Bəzi hallarda münaqişə tərəfləri sayılan, ərazisi zəbt olunan Azərbaycanla işğalçı Ermənistanı bərabərləşdirirlər. Regiona münasibətdə elə hesab edirlər ki, işğalçı Ermənistan təcavüzə məruz qalan Azərbaycan bir araya gəlməlidir. Amma nədənsə Azərbaycanın 20 faiz ərazisinin Ermənistan tərəfindən işğal olunması, Xocalı soyqırımının törədilməsi, 1 milyona yaxın azərbaycanlının qaçqın məcburi köçkünə çevrilməsi kimi faktlar yada düşmür. Belə bir halda dünya dövlətlərinin seyrçiliyi, təcavüzkarı öz adı ilə çağırmamaları regiona müsbət təsir etmir. Məhz bu fonda Azərbaycan Prezidenti İlham Əliyevin Münxendə Ermənistan baş naziri Nikol Paşinyanla debatı, orada səsləndirdiyi fikirlər, milli-dövlətçilik maraqlarımızı prinsipial şəkildə müdafiə etməsi, dünya ictimaiyyətinə çatdırması olduqca mühüm hadisədir. Dövlətimizin başçısı konkret faktlara istinad etməklə, ədalətli obyektiv fikirlərlə Ermənistanın işğalçı dövlət olduğunu bir daha nümayiş etdirdi. Bəyan etdi ki, Azərbaycan işğalla barışmayacaq, ərazi bütövlüyünü təmin etmək üçün beynəlxalq hüququn bizə tanıdığı bütün imkanlardan yararlanacaq”.

Politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Azərbaycanın yerləşdiyi region – Cənubi Qafqaz böyük dövlətlərin maraq dairəsindədir. Onun sözlərinə görə, burada geoiqtisadigeosiyasi maraq toqquşmaları baş verir: "Bu toqquşma əsasən ABŞ və Rusiya arasında baş verir. Hazırda bu proses Gürcüstanda davam etməkdədir. Bununla yanaşı, İran ətrafında cərəyan edən hadisələr də regiona təsirsiz ötüşmür. İran Azərbaycanla qonşu ölkədir və ikitərəfli siyasi, iqtisadi, humanitarsair əlaqələri mövcuddur. ABŞ-İran münasibətləri daha da kəskinləşəcəyi təqdirdə bunun siyasi, iqtisadi əlaqələrimizə hansısa formada təsir edəcəyi gözləniləndir. Çünki, Azərbaycanın İranla müştərək müəssisələri var, müştərək zavodlar tikilir, Şimal-Cənub nəqliyyat dəhlizində, həmçinin digər iqtisadi layihələrdə iştirakçılığımız mövcuddur. Düşünürəm ki, ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar rəsmi Tehranın vəziyyətinə təsir edir və nəticədə Azərbaycanla birlikdə həyata keçirilən layihələrin maliyyələşdirilməsində çətinliklər yaranır. İranın Azərbaycana sərmayə yatırmasını əngəlləyir. İranlı general Qasım Süleymaninin İraqda öldürülməsindən sonra İran-ABŞ münasibətlərində yaranan gərginlik onu deməyə əsas verir ki, bu gərginlik inkişaf edib müharibəyə çevriləcəyi halda regionda humanitar böhran yaşana bilər. Müharibə nəticəsində İrandakı 35 milyona yaxın azərbaycanlının bir qisminin Azərbaycan Respublikasına köç etməsi halı baş verər ki, bu da ölkəmiz üçün riskli vəziyyətdir. İran və ABŞ arasında müharibənin baş verməsi Cənubi Qafqaz regionu üçün arzuolunmaz hal sayılır. Ona görə də Azərbaycan haqlı olaraq bu prosesdə neytral mövqe tutur, indiyə qədər olan əlaqələrin inkişaf etdirilməsi istiqamətində addımlar atır”.

Politoloq Nəzakət Məmmədova söyləyib ki, Azərbaycanın mövcud olduğu regionda proseslər 2020-ci ildə daha dinamik şəkildə inkişaf edir. Onun fikrincə, bu, region dövlətləri arasında olan münasibətlərdən, həmçinin böyük dövlətlərin bu regiona müdaxiləsindən qaynaqlanır: "200 ildən artıq müddətdə bu regionda Rusiya əsas söz sahibi olub. Ancaq indi xarici güclər, böyük dövlətlər də bu regiona iddia edir, öz maraqlarını güdürlər. Belə vəziyyətdə xarici güclər region dövlətləri ilə müxtəlif adlar altında əlaqələr qurur, əməkdaşlıq istiqamətlərini genişləndirirlər. ABŞ dövlət katibi Mayk Pompeonun Mərkəzi Asiya və Şərqi Avropa ölkələrinə səfərləri sübut edir ki, Amerika açıq şəkildə postsovet ölkələrinə maraq göstərir. Rusiya isə bunu özünə qarşı təhlükə sayır. Çünki, uzun illər ərzində NATO-nun əsas strategiyasından biri SSRİ-nin parçalanması və Rusiyanın hər tərəfdən mühasirəyə alınması, sıxışdırılması, bu dövlətin xaricə çıxışının məhdudlaşdırılması olub. Lakin baş verən proseslər onu deməyə əsas verir ki, NATO ölkələrinin arasında bununla bağlı vahid mövqe yoxdur”.

Politoloq deyib ki, NATO daxilində fikir ayrılığı hökm sürür: "Fransa prezidenti Emmanuel Makron Rusiya ilə münasibətlərin inkişafına tərəfdar olan dövlət başçısı kimi çıxış edir. O, Rusiyanı dünyanın böyük gücü, Avropa dövləti hesab edironunla hesablaşmağı zəruri sayır. Lakin Şərqi Avropa dövlətləri bu yanaşmanı qəbul etmir, daha çox Amerikaya yaxınlıq göstərirlər. Həmin ölkələrin ərazisində raketdən müdafiə sistemlərinin yerləşdirilməsi də buna daha bir sübutdur. Konkret nümunə kimi Polşanın adını qeyd edə bilərik ki, bu dövlət Rusiyaya qarşı kəskin mövqe tutur. Bütün bunlar Qərb dünyasında, Avropada, NATO-da fikir ayrılığının yaşandığını ortaya qoyur”.

N.Məmmədova bildirib ki, Azərbaycanın yerləşdiyi regiona münasibətdə də fərqli yanaşmalar mövcuddur: "Bu regionda Avropa İttifaqının, ABŞ-ın, Rusiyanın fərqli maraqları var. Azərbaycan Avropa İttifaqına üzv olan ölkələrlə, ABŞ və Rusiya ilə münasibətlərini tərəf tutmadan, yalnız milli-dövlətçilik, bərabərhüquqlu qarşılıqlı maraqlara xidmət edəcək şəkildə inkişaf etdirir. Balanslı siyasət yürüdən Azərbaycana Rusiyada ümidlər daha çoxdur. Amma sovet keçmişi olan, NATO üzvü olmağa can atan Gürcüstanla vəziyyət tamam fərqlidir. Bu ölkə 2020-ci ildə Avropa İttifaqı, ABŞ və Rusiya arasında yenidən güc mərkəzlərinin poliqonuna çevriləcək. Qarşıdan parlament seçkiləri gəlir. Gürcüstanın gələcək taleyi bu seçkilərdən çox asılı olacaq. Cənubi Qafqazın ən zəif dövləti sayılan Ermənistanda isə vəziyyət göz önündədir. İşğalçılıq siyasəti ilə bu ölkə özü-özünü dalana salıb. Münxen konfransında yaşanan məlum debat, dünya ictimaiyyətinin buna reaksiyası da işğalçı Ermənistanın, onun baş naziri Paşinyanın real vəziyyətini ortaya qoydu. Bu debat sözün bütün mənalarında Azərbaycanın və onun Prezidenti İlham Əliyevin üstünlüyünü nümayiş etdirdi”.

 

Rufik İSMAYILOV

Kaspi  2020.- 20 fevral.- S.4.