Yazdığı hər sözə görə məsuliyyət daşıyan qələm adamı

Müsəllim Həsənov: "Özümü 61 yox,16 yaşlı gənc kimi hiss etdim!” Tələbələrin istəyi ilə "Son iclasfilminin ssenarimüəllifi, görkəmli tədqiqatçı-jurnalist, əməkdar mədəniyyət işçisi Müsəllim Həsənovufakültəmizə dəvət etmişdik. M.Həsənov görüş zamanı tələbələrə ssenari müəllifiolduğu bir necə filimi ilə yanaşı, kitabları haqqında da maraqlı və dəyərliinformasiya verdi. "İstismarçıkapitalistlər”, "azğın burjua nümayəndələri” və s. və i. adlarla Sovet dövrü tədqiqatlarındagündə yüz dəfə ən aşağı sözlərlə tənqid, təhqir edilən, başda H.Z.Tağıyevolmaqla, milli qeyrətimizin təcəssümü olan Bakı milyonçuları haqqında müstəqilliyimiziəldə etdikdən sonra saysız-hesabsız məqalələr,esselər, kitablar, əsərlər yazıldı, filmlər çəkildi. Amma zaman, məkan sübutetdi ki, uzun illər yanlış tədqiqata cəlb edilən, söyülən, döyülən milli burjuanümayəndələrimiz haqqında hələ bir çox qaranlıq mətləblər işıqlandırılmalıdır.Buna ehtiyac və tələbat var. Bu zərurətdən yaranan əsərlərdən biri də "Nobellərneft, milyonçularqoçular şəhərində” əsəridir. Əsərlə tanış olarkən akademikFuad Qasımzadənin sözlərini xatırladım: "Kitab var ki, çapdan çıxar-çıxmazunudulur. Kitab da var ki, xeyli müddət yaşayır, nəsillərə gərəkli olur,zaman-zaman ona ehtiyac və tələbat duyulur”. Heç şübhəsiz, bu əsər də hər zamanoxucusuna gərəkli və dəyərli bir mənbə olacaq. Zəngin arxiv sənədləri və dövrümətbuatın materialları əsasında ərsəyə gələn bu mükəmməl əsərin müəllifi Əməkdarmədəniyyət işçisi, görkəmli tədqiqatçı-jurnalist Müsəllim Həsənovdur. Gənc nəsilonu daha çox "Son iclas” filmindən tanıdı. Ssenari müəllifi olduğu bu filim MüsəllimHəsənovun Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə layiqli bir töhfəidi. "Son iclasfilmi Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin soniclasından (Azərbaycan Parlamentinin sonuncu - 145-ci iclası 27 aprel 1920-ciil, saat 20:45-də başlayıb), Azərbaycanın rusyerli bolşeviklər tərəfindənsilah gücünə işğal edilməsindən bəhs edən hadisələrə həsr edilib. Gərgin, həyəcanlıkeçən bu tarixi iclasın mənzərəsini arxiv sənədləri əsasında çox gözəl yaradabilən müəllif, həm də Azərbaycan Xalq Cümhuriyyəti dövrünü "Azərbaycanınyaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi” şərh edəbilib. Əslində bu filimin uğurlu alınması o qədər də təəccüb doğurmur. Ona görəki, Müsəllim Həsənov "Son iclasa kimi bir sıra sənədli filmlərin, o cümlədən"Lider” TV-də yayımlanan Bakının memarlıq abidələrinin tarixinə həsr edilən"Bakı vaxtı” sənədli filmlər silsiləsinin müəllifi kimi tamaşaçı rəğbətiniqazanmışdı. Onun ssenari müəllifi olduğu "Əbədi ezamiyyət”, "Bir günəşaltında”, "Daşdan tikilmiş şəhər”, "Mübariz” (Milli Qəhrəman Mübariz İbrahimovahəsr edilib), "Şirvanşahlar: Azərbaycanın dövlətçilik tarixinin möhtəşəm minili” filmlərində tamaşaçı yeni faktlarla qarşılaşır. Müsəllim1985-ci ildə BDU-nun Jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib (O,zaman mən həmin fakültənin birinci kursunda oxuyurdum. Müsəllim, Faizə, Esmira,İradə və başqaları, müəllimlərimin təbrincə desəm, artıq fakültənin tanınmışjurnalistləri idilər və biz bu tanınmışlara qibtə hissi ilə baxırdıq). Xoşbəxtlikdən,onlar sonradan ölkəmizdə sözü, imzası ilə tanınan, sevilən, oxunan qələm əhlioldular. Müsəllim Həsənov da 1985-ci ildə ilk olaraq "Azərnəşr”də işə başlasada, imzası ilə dövrü mətbuatda tez-tez göründüyaddaşlarda qaldı. Çünki, Müsəlliminmüraciət etdiyi mövzular, adətən, uzun illər sovet dövründə yanlış təbliğ edilənsahələrə aid idi. 1989-1992-ci illərdə işlədiyi "Yeni fikir” qəzetində həminmövzulara həsr edilən onlarla məqalələri sonradan üç kitabın ərsəyə gəlməsinə səbəboldu. Bir müddət Azərbaycan Respublikası Prokurorluğunda mətbuat xidmətinin rəhbəriişləyən M.Həsənovun yenidən tədqiqatçı-jurnalistikaya qayıtması heç də təəccübdoğurmadı. Əslində o, elə həmin illərdə də vaxt tapan kimi arxivlərə baş çəkir,onu maraqlandıran mövzular haqqında informasiya toplayırdı. Elə "Qərib məzarlar”(2016), "Azərbaycanda gəmiçilik” (2018) və "Nobellər neft, milyonçular vəqoçular şəhərində” (2018) əsərləri də bir ilin, iki ilin məhsulu deyil. Müəlliftəkcə Azərbaycanda yox, həm də Parisdə, Moskvada, Sankt-Peterburqda uzun illərarxivlərdə, kitabxanalarda, muzeylərdə axtarışlar aparmış, sənədlər toplamış vənəticədə möhtəşəm əsərlər ərsəyə gətirmişdi. "Yazdığı hər sözə görə məsuliyyət daşıyan qələm adamı” adlandırılan Müsəllim,müraciət etdiyi mövzuları qəlbinin süzgəcindən keçirərək yazmaqla kifayətlənmir.O, həm də bu mövzulara böyük sevgi, sayğı ilə yanaşır. Çünki o mövzuların böyükəksəriyyəti şanlı, şərəfli tariximizin bir parçasıdır. "Qərib məzarlar” əsəriAzərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1919-cu ildə Paris-Sülh Konfransınagöndərdiyi Azərbaycan nümayəndə heyətinin işğaldan sonrakı acınacaqlı taleyindənbəhs edir. Nümayəndə heyəti Parisə gəldikləri ilk gündən nə qədər ciddiproblemlərlə rastlaşsalar da, ümidlərini itirmir, gərgin, çətin bir şəraitdə fəaliyyətlərinidavam etdirirlər. Müəllif, əsərində Parisdə qalan nümayəndə heyətinin 1920-ciilin aprelində Azərbaycanın bolşeviklər tərəfindən işğalı faktı iləbarışmayaraq, mühacirətdə necə böyük çətinliklə mübarizə aparmalarından, maddivə mənəvi çətinliklərlə üz-üzə qalmalarından ürək ağrısı ilə söz açır. Əsərioxuduqca hiss olunur ki, müəllif, mühacirətdə qalan soydaşlarımızın çox böyük çətinliklərləmübarizə aparmasını əks etdirən ən kiçik detalı belə gözdən qaçırmayıb, faktlarahəssaslıqla yanaşıb, onların müstəqil Azərbaycan yolunda nələri qurbanverdiyini dönə-dönə oxucusuna xatırladıb. Müəllifin"Qərib məzarlar” əsəri kimi "Nobellər neft, milyonçuları və qoçular şəhərində” əsəridə oxucular tərəfindən rəğbətlə qarşılandı. Azərbaycanda neft sənayesinininkişafında Nobellərin xidmətlərini araşdırmaqla yanaşı, həm də onlarınBakıdakı fəaliyyəti, şəhər əhli ilə münasibətləri, yerli sahibkarlarla əlaqələri,neft biznesi ilə bağlı olan sərgüzəştləri haqqında doğru-dürüst informasiyaverməyə çalışıb və buna nailolub. Unutmayaq ki, bu mövzu sovet dövründə həmölkəmizdə həm də, xaricdə nəşr edilən əksər məqalələrdə, əsərlərdə düzgünişıqlandırılmayıb, hadisələr, faktlar neqativ planda təsvir edilib. M.Həsənov əsərində Nobellərin Bakıya necə gəlibçıxmasından, bu qədər böyük şöhrət və sərvətə sahib olmasından bəhs etməkləyanaşı, onların milli burjuaziya nümayəndələri ilə münasibətindən, Bakıqoçuları ilə əlaqəsindən geniş şəkildə məlumat verib. Əsərdə həm də "AzərbaycanXalq Cümhuriyyətinin fəaliyyəti dövründə Nobellər hansı cəbhədə dayanıb?”sualına cavab verilib. Müəllif ilk səhifədə qeyd edir ki, biz NobellərinBakıdakı fəaliyyətinin nisbətən az öyrəniləntərəfinə işıq salmaq istəyirik: "Arxiv sənədləri, onların müasirlərinin xatirələri,nəhayət, o dövrün materialları əsasında”. Əsərlə tanış olarkən müəllifin istəyinənail olduğu aydın olur. O, milli burjuaziyamızın görkəmli nümayəndələrindənolan Hacı Zeynalabdin Tağıyevin, Şəmsi Əsədullayevin, Hacı Hacıağa və ŞıxəliDadaşov qardaşlarının Nobellərlə işgüzar münasibətlərini doğru-dürüst sənədlər,materiallar və xatirələr əsnasında oxucusuna çatdıra bilib. Sadə, səlis dildə,publisistik üslubda yazılan, ayrı-ayrı sərlövhələrlə verilən məqalələrdəBakının tarixindən, onun neftinin qoxusuna gələnlərdən və bu nefti "sorubaparmaq”, soyub-talamaq üçün dəridən-qabıqdan çıxanlardan da bəhs edilir. Müəllif,əsərində təəssüf hissi ilə qeyd edir ki, Nobel mükafatının verildiyi təxminən120 il ərzində bu mükafata bir nəfər də olsun azərbaycanlı alimiya ədibilayiq görülməyib. Amma heç kimə sirr deyil ki, Nobel fondunun formalaşmasındaBakı neftinin rolu az olmayıb. Tələbələrin istəyilə Müsəllim Həsənovu işlədiyimBDU-nun Jurnalistika fakültəsinə dəvət etdim. Dəvətimi sevgi ilə qəbul etdi. Görüş,əsasən onun ssenari müəllifi olduğu "Son iclasfilmi üzərində quruldu. Sonda təşəkküredərkən dedi: "Əslində bu gün mənə çox xoş oldu. Mənə hər zaman əziz ocaq olanfakültəmizə gəlməklə, xəyalən gəncliyimə, tələbəliyimə qayıtdım. Bu gün özümü61 yox, 16 yaşlı bir gənc kimi hiss etdim!”

Qərənfil Dünyaminqızı, Əməkdar jurnalist

Kaspi  2020.- 17 mart.- S.15.