Xalq şairi
Zəlimxan Yaqubun yeni
kitabı işıq üzü görüb
Azərbaycan poeziyasında özünəməxsus yeri olan və həmişə öz dəst-xətti ilə seçilən, artıq beş ildir həyatda olmasa da, əziz xatirəsi oxucularının, bütün zəlimxansevərlərin qəlbində daim yaşayan Xalq şairi Zəlimxan Yaqubun yeni kitabı işıq üzü görüb. “Ölüm də bir zarafatdı” adlanan nəfis tərtibatlı kitabı nəşrə hazırlayan və redaktoru Zəlimxan Yaqub irsinin araşdırıcısı, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.
Yeni nəşr haqqında Musa
Nəbioğlu bildirib
ki, qüdrətli söz ustadı Zəlimxan Yaqubun kitablarına hər zaman geniş oxucu kütləsinin böyük tələbatı
var: “Bu il
Z.Yaqubun yubiley ildir – 70 yaşı tamam oldu. Ölkəmizdə koronavirusla əlaqədar kütləvi yubiley tədbirləri keçirilməsi
mümkün olmasa da, ölməz şairin xatirəsini əsərlərindən seçmələrdən
ibarət kitabla yad edib, sadiq
oxucularına yeni poeziya buketi təqdim etməyi qərara aldıq. Şairin daha bir neçə
kitabının nəşr
edilməsi də nəzərdə tutulur”.
Kaspi 2020.- 5 dekabr.-
S.15.