Eurovision-2009" yarışmasının ilk yarımfinalı keçirilib 

 

Mayın 12-də Moskvada "Eurovision-2009" müsabiqəsinin I yarımfinalı keçirilib. APA-nın Moskvaya ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, müsabiqənin I yarımfinalının aparıcıları Andrey Malaxov Natalya Vadyanova olub.

Müsabiqənin I yarımfinalında 18 ölkə - Monteneqro, Çexiya, Belçika, İsveç, Belarus, İsveçrə, Ermənistan, Andorra, İsveç, Türkiyə, İsrail, Bolqarıstan, İslandiya, Makedoniya, Rumıniya, Finlandiya, Portuqaliya, Malta, Bosniya Hersoqovina mübarizə aparıb. Bu ölkələr arasından 10-u - Türkiyə, İsveçrə, İsrail, Portuqaliya, Malta, Finlandiya, Bosniya-Hersoqovina, Rumıniya, Ermənistan, İslandiya finala vəsiqə qazanıblar. Yarımfinaldan sonra isə finala vəsiqə qazanan 10 ölkənin təmsilçilərinin iştirakı ilə mətbuat konfransı keçirilib. Mətbuat konfransında 10 ölkənin finalda çıxış edəcəyi sıra nömrəsi müəyyənləşib. Mayın 16-da keçiriləcək final mərhələsində Türkiyə 18, İsveçrə 4, İsrail 2, Portuqaliya 6, Malta 14, Finlandiya 24, Bosniya-Hersoqovina 12, Rumıniya 22, Ermənistan 9, İslandiya 7-ci çıxış edəcək. Mətbuat konfransında çıxış edən Türkiyə təmsilçisi Hadisə Açıqgöz finala vəsiqə qazanmasına yarımfinalda birinci olmasına çox sevindiyini bildirib. O, media mənsublarının "siz bu müsabiqədə bütün təmsilçilərdən gözəlsiniz" deməsinə, "bu müsabiqədə hər bir təmsilçi gözəldir, burada söhbət tək məndən getməməlidir" deyib.

Finala vəsiqə qazanan bütün təmsilçilər finala qədər istirahət edəcəklərini bildiriblər. İsveçrə təmsilçisi Malena Ernman bu müsabiqədə ən güclü rəqibinin Yunanıstan təmsilçisi Sakis Ruvas olduğunu qeyd edib. İsrail təmsilçiləri Noa Mira Avad isə mahnıları ilə bütün dünyaya sülh arzuladıqlarını bildiriblər: "Biz dünyada gedən bütün pisliklərə, savaşlara yox deyirik, ancaq ancaq barış istəyirik. Bu mahnını da oxumağımız da əsas istəyimiz məhz budur".

Artıq üçüncü dəfədir ki, bu müsabiqədə iştirak edən Malta təmsilçisi Chiara builki müsabiqədə qalib olacağını düşünür: "Eurovision" müsabiqəsində bu vaxta qədər iki dəfə iştirak etmişəm. Bir iştirakımda ikinci, digərində isə üçüncü olmuşam. Bu dəfə isə müsabiqənin qalibi olmağa gəlmişəm. Mən istəyimə çatacağam. İradəliyəm qalib olmadan geri çəkilməyəcəm".

 

 

Kaspi.-2009.-14 may.-S.15.