10 aya 2730 akt protokol 

 

Ətraf mühiti pozanlar cəzalandırılır

 

Cari ilin ötən 10 ayı ərzində hüquqi, fiziki şəxslər vətəndaşlar tərəfindən ətraf mühitlə bağlı yol verilmiş qanun pozuntularına görə 2730 akt protokol tərtib olunub. Aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 794 icrası məcburi olan göstəriş verilib. Bu barədə qəzetimizə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən məlumat verilib.

Nazirliyin ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən qurumları tərəfindən qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı ümumilikdə 735 iş üzrə 1321985,6 manat məbləğində cərimə tətbiq edilib. Bu vəsaitdən 210260,95 manat artıq ödənilib. Ətraf mühitə dəymiş ziyanla bağlı 622 iş üzrə 1278425,98 manat məbləğində iddia qaldırılıb. Bundan 59271,36 manat məbləğin ödənilməsi təmin olunub. İdarə və müəssisələrə 3282 iş üzrə 747863,94 manat məbləğində ödəmə tətbiq edilib və məbləğdən 436973,96 manat artıq ödənilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilmiş 86 işdən 37-nə, məhkəmələrə göndərilmiş 137 işdən 84-nə, məhkəmə nəzarətçilərinə və məhkəmə icraçılarına göndərilmiş 474 işdən 73-nə baxılaraq müvafiq tədbirlər görülüb.

Su ehtiyatlarından səmərəli istifadə olunması və mühafizəsi sahəsində dövlət nəzarətinin tətbiqi nəticəsində 249 akt və protokol tərtib olunub. Müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün 119 icrası məcburi olan göstəriş verilib. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 70 iş üzrə 175130 manat məbləğində cərimə tətbiq olunub və ondan 16943,72 manat ödənilib. Ətraf mühitə dəymiş ziyanla bağlı 20 iş üzrə 114352 manat məbləğində iddia qaldırılıb: "İdarə və müəssisələrə 545 iş üzrə 395238,93 manat məbləğində ödəmə tətbiq edilib. Bu vəsaitdən 108772,46 manat ödənilib. Tədbir görülməsi üçün məhkəməyə göndərilmiş 1 işə, hüququ mühafizə orqanlarına göndərilmiş 6 işdən 5-nə, məhkəmə nəzarətçilərinə və məhkəmə icraçılarına göndərilmiş 50 işdən 16-na baxılaraq müvafiq tədbir görülüb".

Atmosfer havasının mühafizəsi üzrə 645 akt və protokol tərtib olunub, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün 304 icrası məcburi göstəriş verilib. Qanun pozuntusuna yol verdikliklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 100 iş üzrə 267445 manat məbləğində cərimə tətbiq edilib. Ondan 59938,64 manat ödənilib. Ətraf mühitə dəymiş ziyanla bağlı 40 iş üzrə 15554 manat məbləğində iddia qaldırılıb. 1710 iş üzrə 198519,44 manat məbləğində ödəmə tətbiq edilib və bu vəsaitdən 182974,15 manatın ödənilməsi təmin olunub. Tədbir görülməsi üçün məhkəmə nəzarətçilərinə və məhkəmə icraçılarına göndərilmiş 58 işdən 20 - nə baxılaraq müvafiq tədbir görülüb. Torpağın mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 91 akt və protokol tərtib edilib, çatışmazlıqların aradan qaldırılması üçün 12 məcburi göstəriş verilib. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 22 iş üzrə 21850 manat məbləğində cərimə tətbiq edilib və bu məbləğdən 3591,63 manat artıq ödənilib. Ətraf mühitə dəymiş ziyanla bağlı 9 iş üzrə 11754 manat məbləğində iddia qaldırılıb. 75 iş üzrə 14044 manat məbləğində ödəmə tətbiq edilib və ondan 13894 manatın ödənilməsi təmin olunub. Tədbir görülməsi üçün məhkəməyə göndərilmiş 2 işə, məhkəmə nəzarətçilərinə və məhkəmə icraçılarına göndərilmiş 4 işdən 1-nə baxılıb.

Yerin təkinin mühafizəsi sahəsində müəyyən edilmiş qanun pozuntularına görə 266 akt və protokol tərtib olunub, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün 19 məcburi göstəriş verilib. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 136 iş üzrə 165872 manat məbləğində cərimə tətbiq edilib, ondan 41213,71 manat artıq ödənilib. Ətraf mühitə dəymiş ziyanla bağlı 150 iş üzrə 1018627,14 manat məbləğində iddia qaldırılıb. 54 iş üzrə 19553 manat məbləğində ödəmə tətbiq olunub. Bu vəsaitdən 17325 manat ödənilib. Məhkəmələrə göndərilmiş 6 işdən (ötən ildən qalanla) 8-nə, məhkəmə nəzarətçilərinə və məhkəmə icraçılarına göndərilmiş 109 işdən isə 7-nə baxılaraq müvafiq tədbir görülüb. Tullantıların idarə olunması sahəsində isə 679 akt və protokol tərtib olunub. Müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün 296 məcburi göstəriş verilib. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 194 iş üzrə 500230 manat məbləğində cərimə tətbiq edilib. Ondan 43987 manat ödənilib. Ətraf mühitə dəymiş ziyanla bağlı 30 iş üzrə 1491 manat məbləğində iddia qaldırılıb və ödənilməsi təmin edilib. 897 iş üzrə 120408,57 manat məbləğində ödəmə tətbiq olunub. Bu məbləğdən 113908,35 manat ödənilib. Məhkəmələrə göndərilmiş 1 işdən (ötən ildən qalanla) 8-nə, məhkəmə nəzarətçilərinə və məhkəmə icraçılarına göndərilmiş 131 işdən isə 12-nə baxılaraq müvafiq tədbir görülüb. Floranın mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 652 akt və protokol tərtib edilib. Müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün 44 icrası məcburi göstəriş verilib. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 154 iş üzrə 143149,6 manat məbləğində cərimə tətbiq edilib. Ondan 33228,26 manat artıq ödənilib. Ətraf mühitə dəymiş ziyanla bağlı 278 iş üzrə 72689,84 manat məbləğində iddia qaldırılıb və 36653,36 manat ödənilib.

Tədbir görülməsi üçün məhkəmələrə göndərilmiş 32 işdən 8-nə, hüquq-mühafizə orqanlarına göndərilmiş 43 işdən 2-nə, məhkəmə nəzarətçilərinə və məhkəmə icraçılarına göndərilmiş 99 işdən 6-na baxılaraq müvafiq tədbir görülüb. Faunanın mühafizəsi sahəsində isə 69 akt və protokol tərtib olunub. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı ümumilikdə 46 iş üzrə 42695 manat məbləğində cərimə tətbiq edilib. Ondan 11358 manat artıq ödənilib. Ətraf mühitə dəymiş ziyanla bağlı 2 iş üzrə 75 manat məbləğində iddia qaldırılıb. Məhkəmələrə göndərilmiş 2 işdən 1-nə, məhkəmə nəzarətçilərinə və məhkəmə icraçılarına göndərilmiş 23 işdən 11-nə baxılaraq müvafiq tədbir görülüb. Su Hövzələrində Bioloyi Resursların artırılması və mühafizəsi sahəsində isə 79 akt və protokol tərtib olunub. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 13 iş üzrə 5614 manat məbləğində cərimə tətbiq edilib. Dəymiş ziyanla bağlı 93 iş üzrə 43883 manat məbləğində iddia qaldırılıb və ondan 11744 manatın ödənilməsi təmin edilib. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmiş 30 işə, məhkəmələrə göndərilmiş 93 işdən 56-na baxılıb.

 

 

Həqiqət

 

Kaspi.-2009.-20 noyabr.-S.9.