Müslüm Maqomayevin qəbirüstü abidəsi hazırdır

 

Opera estrada mahnılarının mahir ifaçısı olmuş mərhum sənətkar Müslüm Maqomayevin qəbirüstü abidəsi hazırdır. Xatırladaq ki, qəbirüstü abidənin hazırlanması Xalq rəssamı, heykəltaraş Ömər Eldarova həvalə edilmişdi.

Heykəltaraşın məlumatına görə, qəbirüstü abidə mərmərdən yonulub. Burada 20 tonluq material istifadə olunub bu, Uraldan gətirilib. 6 ay müddətinə ərsəyə gətirilən abidənin üzərində Müslüm Maqomayevin səhnədəki obrazı yaradılıb.

Ö.Eldarovun məlumatına görə, M.Maqomayevin yaxın adamları abidə ilə tanış olublar. Sonda öyrəndik ki, abidənin açılışı oktyabrın 22- olacaq.

 Açılış mərasimindən sonra Park İNN-də sənətkarın anım mərasimi keçiriləcək. Tədbirdə dövlət və mədəniyyət xadimləri, sənətkarın həyat yoldaşı Tamara Sinyavskaya, qızı Marina, Rusiyanın tanınmış mədəniyyət işçiləri iştirak edəcəklər.

Xatırladaq ki, Müslüm Maqomayev ötən il oktyabrın 25-də vəfat edib. Bu həftə sonu Moskvada onun anım günü ilə bağlı bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub.

 

 

Kaspi.-2009.-22 oktyabr.-S.16.