İradə ƏLİYEVA

AMEA-nın MEK-nın dissertantı

 

EKOLOGİYA VƏ ƏTRAF MÜHİTİN MÜHAFİZƏSI ÜZRƏ CARİ BİBLİOQRAFİK VƏSAİTLƏR SİSTEMİNİN BƏZİ XÜSUSİYYƏTLƏRİ

 

Açar sözlər: ekologiya, ətraf mühitin mühafizəsi, sənəd kütləsi, sənəd axını, cari biblioqrafik vəsait, kitab salnaməsi, jurnal məqalələri salnaməsi, qəzet məqalələri salnaməsi, Birillik Azərbaycan kitabiyyatı, Kitab Palatası, M. F. Axundov adına Azərbaycan Milli Kitabxanası

: , , - , , , , , , , , - . , . .

Keywords: ecology, environment protection, documentary array, documentary stream, current bibliographical index, book chronicle, chronicle of magazine articles, chronicle of newspaper articles,Book yearly of Azerbaijan, Book Chamber, Azerbaijan National Library named M.F.Axundov

XX əsr ekologiya elmininn və ətraf mühitin mühafizəsi sahəsində fəaliyyətin geniş vüsət aldığı bir dövr kimi qiymətləndirilməlidir. Çünki bu dövr dünya miqyasında əhalinin artması və bu artan əhali üçün əvvəllər insan yaşamayan ərazilərin yaşayış yerlərinə çevirilməsi, bir vaxtlar ancaq Qərbi Avropaya və Şimali Amerikaya xas olan sənayeləşminin qlobal xarakter alması və bu yolla sənaye müəssisələri tikmək, xammal əldə etmək, tullantıları buraxmaq prosesində daha artıq ərazilərin bioloji mühitinin məhv olması və çirklənməsi, Birnci və İkinci Dünya Müharibəsi də daxil olmaqla ardı-arası kəsilməyən müharibələrin ətraf mühitə dəhşətli dərəcədə ziyan vurması səciyyəvidir.

Ətraf mühitə ən güclü təsir göstərən əhali artımı məsələəsinə diqqət yetirsək aşağıdakı faktların şahidi olarıq.

Bizim eranın başlanğıcında yer üzərində 300 mln. insan yaşayırdı. Sonrakı illərdə isə bi rəqəm aşağıdakı kimi dəyişdi:

I minilliyin sonu-400 mln. nəfər.
1500-cü il - 500 mln. nəfər
1820 ci il- 1 mlrd. nəfər
1900-cu il-1,6 mlrd. nəfər
1960-cı il-3 mlrd. nəfər
1993-cü il-5,65 mlrd. nəfər
1999-cu il-6 mlrd. nəfər
2003-cü il-6,3 mlrd. nəfər
2006-cı il-6,5 mlrd. nəfər
2010-cu il-6,8 mlrd. nəfər
2011-ci il-7,0 mlrd, nəfər

Proqnozlara görə, 2050-ci ildə dünya əhalisi 9 mlrd., 2100-cü ildə 10 mlrd. nəfər olacaq. ( 3; 4).

Təkcə əhali artımı ilə bağlı bu rəqəmlər dünya miqyasında təbii mühitə necə ağır yük düşməsi və gələcəkdə ekoloji problemlərin necə də kəskinləşəcəyi barədə təsəvvür yaradır. Bundan əlavə, qlobal miqyasda səaye məhsulunun istehsalı, ətraf mühitə atılan tullantıların çoxalma dinamikası, bu sahə üzrə statistik göstəricilər də ətraf mühitlə bağlı təhlükənin necə artmasını sübut edir. Məsələn, hal-hazırda dünya miqyasında havaya buraxılan tullantı qazların tərkibində olan bərk tullantıların miqdarı 60 mln. tondan artıqdır. Hər il dünya miqyasında havaya buraxılan tullantı qazların tərkibində 100 mln ton kükürd iki oksid və 70 mln ton azot oksidi olur ki, bunlar ətraf mühütə ciddi ziyan vuran turşulu yağışların əmələ gəlməsinə səbəb olur. Amerikan alimlərinin tədqiqinə əsasən, son 200 ildə dünyada 900 min növdən çox bitki və heyvanın nəsli kəsilmişdir.

(http://www.grandars.ru/shkola/geografiya/globalnye-ekologicheskie-problemy.html)

Bütün bu proseslər həm lokal şəkildə, ayrı-ayrı ölkələrin miqyasında, həm də qlobal şəkildə ekologiyaya verilən diqqətin artmasına, informasiya tələbatının intensivləşməsinə səbəb olur ki, həmin diqqət özünü aşkar şəkildə bu sahə üzrə sənəd-kommunikasiya sistemlərində gedən proseslərin intensivləşməsi, sənəd kütləsinin çoxalması, sənəd axınının artması ilə özünü büruza verir. Belə bir vəziyyətdə təbii ki, ekologiya və ətraf mühitin mühafizəsinin biblioqrafik təminat məsələləri də artan aktuallıq kəsb edir.

Ekologiya və ətraf mühitin mühafizəsi üzrə informasiya tələbatının artması və sahə üzrə sənəd-kommunikasiya sisteminin inkişafı bu sahənin biblioqrafik vasitələr sisteminin inkişafının əsas şərtidir. Sahə üzrə sənəd-kommunikasiyalar sisteminin tərkibində sənəd axınının xüsusi əhəmiyyəti vardır. Bu axın ən müxrəlif nəşriyyatların, dövlət və qeyri-dövlət qurumlarının nəşr etdiyi kitblardan və digər monoqrafik məşrlərdən, o cümlədən elmi-texniki hesabatlardan və konfrans materiallarından, normativ-texniki sənədlərdən, ən müxtəlif dövri və ardı dfavam edən nəşrlədən ibarətdir. Həmin sənəd axını daim inkişaf edir və özündə bu elm və fəaliyyət sahələrinin yeni istiqamətlərini əks etdirir. Bu sahə üzrə fəaliyyət göstərən mütəxəssislərin, təhsil alan şəxslərin yeni sənədlərə olan tələbatının ödənilməsində sənəd axınını əks etdirən biblioqrafik vəsaitlərin mühüm əhəmiyyəti vardır.

Cari biblioqrafik vəsaitlər müxtəlif təşkilatlar tərəfindən hazırlansa da. onun əsas funksiyası tələbatçılara yeni çıxan əsərlər barədə məlumat verməkdən ibarətdi. Cari biblioqrafik vəsaitlər müxtəif təyinatlı olur. Onların ən geniş yayılmış növləri rəsmi dövlər uçot-qeyd vəsaitləri, digərləri ayrı-ayrı müəssisə və təşkilatların nəşr məhsulunu əks etdirən vəsaitlərdir. Bu vəsaitlər özündə sənədləri müxtəlif dərinlikdə əks etdirirlər. Onlar sənəd axınını bəzən mümkün qədər tam. bəzən isə seçmə qaydada əks etdirirlər. Müəyyən çoğrafi ərazidə meydana gələn sənəd axınının əks etdirilməsi uçot-qeyd dövlət biblioqrafik vəsaitlərinin funksiyasıdır. Belə vəsaitlər müxtəlif ölkələrdə müxtəlif müəssisələr və təşkilatar tərəfindən hazırlanıb nəşr edilir. Bir çox ölkələrdə bu iş milli kitabxanalar, bəzi yerlərdə özəl şirkətlər və ya xüsusi olaraq təşkil edilmiş dövlət qurumları tərəfindən yernə yetirilir. Sonunculara misal olaraq keçmiş SSRİ-də, sonraki dövrdə isə yeni Müstəqil Dövətlər Birliyində fəaliyyət göstərən kitab palatalarnı göstərmək olar. Ökədə çap olunan bütün nəşriyyat məhsulunun mütləq nüsxələri kitab palatalarına daxil olur və həmin nüsxələrdən milli çap məhsulunun toxunulmaz fondu yaradılır. Eləcə də, həmin məhsul analtik sintetik şəkildə işlənilir.

Özündə digər elm sahələri ilə yanaşı ekologiya və ətraf mühitin mühafizəsi üzrə sənədləri də əks etdirən universal xarakterli uçot-qeyd (milli) biblioqrafik vəsaitlər sistemi uzun təkamül prosesi keçmişdir. Nəticədə, dünyanın bir çox ölkələrində bu tipli cari biblioqrafik vəsaitlərin nisbətən sabit sistemi formalaşmışdır. Qeyd edək ki, Rusiya Kİtab Palatasının ənənələrinə əsaslanmaqla keçmiş sovet məkanında, eləcə də Azərbaycanda kitab palatası yaradılmış və cari dövlət uçot-qeyd vəsaitləri sitemi yaradılaraq unkişaf etdirilmişdi. Belə vəsaitlərin əsas növlərinə kitabları, jurnal və qəzet məqalələrini, disertasiyaları, rəylər və s.əks etdirən salnamələr (göstəricilər) aid edilir.SSRİ döründə həmin vəsaitlərdə İttifaqın bütün respublikalarında, o cümlədən Azərbaycanda çap edilmiş kitablar, müdafiə edilmiş dissertasiyalar, dərc edilmiş məqalələr, rəylər, təsviri nəşrlər öz əksini tapmışdı. Sənədin həmin vəsaitdə əks olunması üçün əsas meyar onun rus dilində olması idi.

Vaxtı ilə Azərbaycanda formalaşmış cari uçot-qeyd biblioqrafik nəşrlər sistemi isə bu hissələrdən ibarət idi:1. Kitab salnaməsi. 2.Jurnal məqalələri salnaməsi. 3. Qəzet məqalələri salnaməsi. 4. Rəylər salnaməsi. 5, Not salnaməsi. 6.Təsviri nəşrlər salnaməsi. Birillik Azərbaycan kitabiyyati göstəricisi isə operativlik baximindan cari vəsaitlərə uyğun gəlməsə və retrospektiv vəsait olsa da, onu ardı davam edən vəsait kimi qəbul etmək mümkündür. Adı çəkilən vəsaitlərin hamısı uzun müddət ərzində ayliq nəşr edilmişdir. Eləcə də həmin cari salnamələr ümumi bir formada Azərbaycan mətbuat salnaməsi adi altinda toplanaraq nəşr edilirdi. (1)

Keçmis sovet republikalarında və Azərbaycanda kitab palataları tərəfindən hazırlanıb nəşr edilən cari dövlət uçot-qeyd vəsaitləri sitemində ekologiya və ətraf mühitin mühafizəsi üzrə sənədlərin təqdim edilməsi xüsusi təsnifat sisteminə uyğun olaraq təqdim edilirdi. Bir neçə dəfə təkmilləşdirlməklə nəşr edilmiş, son variantı 1986-cı ildə çapdan çıxmış SSRİ-də kitab nəşri üçün ədəbiyyatın vahid təsnifat sistemi adlanan bu təsnifat özündə bütün elm və fəaliyyət sahələrini, eləcə də. ətraf mühitin mühafizəsi və ekologiyaya dair ədəbiyyatı da əks etdirirdi.(5)

Bu təsnifat Ümumittifaq Kitab Palatası tərəfindən dövlət uçot-qryd biblioqrafiyası orqanlarında, mərkəzləşdirilmiş kataloqlaşdırma, mətbuat statistikası və kitab ticarəti müəssisələri üçün nəzərdə tutlmuşdu. Bu təsnifat 50 bölmədən və onun daxilində çox sayda yarımbölmələrdən ibarətdir. Bizim üçün maraq kəsb edən o faktdır ki, ekologiya və ətraf mühitin mühafizəsinə dair ədəbiyyat əsasən 15-ci bölmə - Təbiət elmləri bütövlükdə, 18-ci -Yer haqqinda elmlər və 19-cu Bioloji elmlər bölmələrində öz əksini tapmışdır.Həmin təsnifat indi də təkminləşmiş şəkildə Rusiyada və bir sıra MDB ölkələrində istifadə olunur. Burada həmin təsnifat həm nəşriyyatlarda, həm kitab palatalarinda, həm də kitab ticarəti orqanlarında tətbiq edilirdi. İndi onun daha təkminləşmiş variantı üzərində işlər davam etdirilir. Bu salnamələrdə ekelogiya üzrə sənədlərin təsvir xüsusiyyətləri ilə tanış olmaq üçün Ümumittifaq Kitab Palatasının nəşr etdirdiyi Kitab salnaməsinin 1977-ci il 7-ci nömrəsinə nəzər salaq. Bu salnamənin 17.6-Kənd təsərrüfatı bitkilərinin qorunması bölməsində ekologiyaya dair əsəsrin aşağıdakı təsviri verilmişdir.

.. / . . , . . ; , - . . . . . ,: ,1976.-131 . : .; 21 . Jt.; 21 . C . . 113-130. -66 . 2.150 .-[76-61590].632.768.12

Azərbaycan sənəd-informasiya tələbatçılarının ekologiya və ətraf mühitin mühafizəsi üzrə biblioqrafik təminatında SSRİ, indi isə Rusiya Dövlət Kitab Palatasının cari vəsaitlər sistemi öz mövqeyini və əhəmiyyəti saxlamaqdadır.

Oxşar misallara Azərbaycanda nəşr olunmuş Kitab salnaməsinin, jurnal məqalələrinin salnaməsinin, Qəzet məqalələrinin salnaməsinin sahifəsələrində də rast gəlmək mümkündür. Lakin təəsüf ki, Azərbaycan Dövlət Kitab Palatasının fəaliyyətinin dayanması nəticəsində ölkədə çap məhsulunun rəsmi uçot-qeyd biblioqrafik vəsaitlərinin nəşri dayanmışdır və bu iş heç bir müəssisə tərəfindən həyata keçirilmir.

Təqribən on illik fasilədən sonra, 2005-ci ildən etibarən Azərbaycanda keçmiş Palatanın fəaliyyətinin bəzi istiqamətləri qismən dirçəldilməyə başlamışdır Bu zaman həmin işin tərkib hissəsi kimi Birillik Azərbaycan kitabiyyatının nəşri bərpa edilmişdir. Bu işi yerinə yetirən M. F. Axundov adına Azərbaycan Milli Kitabxanası nəşr etdirdiyi uçot-qeyd biblioqrafiyası orqanı olan Birillik Azərbaycan kitabiyyatında ədəbiyyatın təsnifləşdirilməsi üçün yuxarida adi çəkilən təsnifatdan imtina etdi və UOT-u tətbiq etməyə başladı. .Hal-hazırda kitabxana tərəfindən buraxılan bütün cari vəsaitlərdə ədəbiyyatın təsnifatı üçün UOT-dan istifadə edilir. Birillik Azərbaycan kitabiyyatında ətraf mühitin mühafizəsinə dair kitablar öz əksini 55, 57 və 63-cü bölmələrdə tapmışdır. Həmin bölmələrdə ətraf mühitin qorunmasının bioloji- coğrafi və digər aspektlərinə dair kitablar da öz əksini tapır. Nümunə üçün Birillik Azərbaycan kitabiyyatının 2001-ci il buraxılışına müraciət edək.

Vəsaitin 63 Kənd təsərrfatı. Meə tsərrfatı. Ovçuluq. Balıq təsərrü-fatı bölməsində bu kitab əz əksini tapmışdır:

844. Əirov, F. Meələrin ekoloji rolu [Mətn] /Faiq Əirov. B.: Azərbaycan, 2001.- 238, (2) s.: şək.; 22 s.- Biblioqr.: s. 223-233 (175 ad.).- Xülasə rus və ing. dillərində.- Müq. q., 400 nüs. (cildli).- [2001-69910].

Göründüyü kimi,kitabın təsviri biblioqrafik metodikaya uyğundur.

Ekologiya və ətraf mühitin mühafizəsi üzrə cari biblioqrafik vəsaitlər sisteminin digər bir istiqaməti ayrı-ayrı kitabxanaların fonduna daxil olan yeni ədəbiyyatı əks etdirən biblioqrafik göstəricilərdir. Respublikada belə göstəricilər əsasən ölkə əhəmiyyətli böyük kitabxanalar tərəfindən hazirlanib nəşr edilir. Hal-hazırda bu sahədə təqdim edilən informasiyanın həcmi və dövriliyi baxımından xüsusi qeyd edilən vəsait Axundov adina Milli Kitabxana tərəfindən nəşr edilən Yeni kitablar biblioqrafik göstəricidir. Həmin vəsait 2007 ci ildən nəşr edilir. Bu vəsaitdə materiallar 65 tematik bölmədə qruplaşdırılmışdır və ekeologiyaya dair kitablar əsasən 21. Bilologiya elmləri bölməsində əks edilir. Burada həm Azərbaycanda, həm də xarici ölkələrdə dərc edilərək kitabxananın fonduna daxil olan Azərbaycan, rus, ingilis, türk, fransiz və s.dillərdə ədəbiyyat öz əksini tapmışdır. Misal üçün vəsaitin 2013-cü il buraxılışına müraciət edək:

118. Azf-272801

Ekologiya [Mətn]: ali məktəblər üçün dərslik /F.Əliyev, A.Bədəlov, E.Hüseynov, F.Əliyev; elmi red. B.Budaqov (rəyçi); red.: M.Babayev, N.Məmmədov, F.Mustafayev; elmi məsl.: Ə.Əsgərov [və b.].- Bakı: Elm, 2012.- 828 s. (2).

Yuxarıda qeyd edilən faktlar və təqdim edilən nümunələr ekologiya elmi və ətrəf mühitin mühafizəsi üzrə sənəd axınının cari və ardı davam edən vəsaitlərdə əks edilməsi xüsusiyyətləri barədə müəyyən təsəvvür yaradır. Lakin qeyd eymək lazımdır ki, ölkəmizdə bu mövzuya dair sənəd axınının, xüsusən də dövri nəşrlərdə dərc edilmiş materiallrın, bu mövzuya dair müdafiə edilmiş dissertasiyaların (onların avtoreferatlarının) biblioqrafik baxımdan əks edilməsi məsələsi təssüf ki, tam həll edilməmişdir və bu istiqamətdə hələ çox iş görülməlidir.

 

ƏDƏBİYYAT

 

a) Azərbaycan dilində

1.Əliyev Z.H. Azərbaycan Biblioqrafiyasının tarixi: dərs vəsaiti.-Bakı: bakı univesiteti nəşriyyatı, 2007.-190 s.

2.Yeni kitablar: biblioqrafik göstərici -2013\ M.F. Axundov ad. Azərbaycan Milli Kitabxanası.-Bakı, 2014.-293 s.

b) İngilis dilində

3.Worlds seven billionth baby is born // The Guardian .-2011.-31 October.

4. http://www.vestifinance.ru/articles/41515

 

c) Rus dilində

5.   / . . -, . ; [. . . , . . ]. - 2- ., . .      . : , 1986 - 598,[1] .;

 

 

 

.

 

 

, . .

 

İ.Aliyeva

 

SOME FEATURES OF THE SYSTEM OF BIBLIOGRAPHIC INDEXES ON ECOLOGY AND ENVIRONMENTAL PROTECTION

 

SUMMARY

The article discusses the formation and development of bibliographical aids on ecology and the environmental protection in Azerbaijan. Article provided with examples of bibliographic records of the document on ecological subjects taken from the current bibliographic indexes.

 

 

Kitabxanaşünaslıq və biblioqrafiya: Elmi-nəzəri, metodik və təcrübi jurnal.- 2014.- 2.- S. 56-61.