Elçin MƏMMƏDOV

AMEA İnformasiya Texnologiyaları İnstitutu, Bakı, Azərbaycan

 

Nigar İSMAYILOVA

AMEA İnformasiya Texnologiyaları İnstitutu, Bakı, Azərbaycan

 

Firudin ƏSGƏROV

AMEA İnformasiya Texnologiyaları İnstitutu, Bakı, Azərbaycan

 

 

 

MÜASİR ELEKTRON KİTABXANALARDA ONLAYN SOSİAL ŞƏBƏKƏ TEXNOLOGİYALARININ TƏTBİQİ MEXANİZMLƏRİ

 

Açar sözlər: elektron kitabxana, sosial şəbəkə, sosial elektron kitabxana şəbəkələri, Veb2, bulud texnologiyaları

: , , , 2, .

Keywords:digital library, social network, social digital library, web2, cloud computing

Məqalədə sosial şəbəkə anlayışının yaranması, yeni informasiya kommunikasiya texnologiyalarının sosial şəbəkələşmə proseslərindəki rolu, onlayn sosial şəbəkələrin formalaşması məsələləri araşdırılmışdır. Həmçinin bu texnologiyaların müasir elektron kitabxanaların yaradılmasında tətbiq məsələrinə toxunulmuş və sosial elektron kitabxana informasiya sistemlərinin yaranma perspektivləri təqdim edilmişdir.

Bəşər yarandığı dövrdən müəyyən ənənəvi struktural elementlərə əsaslanaraq formalaşmışdır. Bu elementlərdən ən mühümü``Şəbəkə`` (``Network``-ing.) anlayışıdır. Tarixi hadisələrə nəzər salsaq sosial cəmiyyətin bütün üzvləri daim həmfikirlərini tapmağa, müəyyən proseslərin, siyasətin, elmin və s. proseslərin birgə, korporativ formada aparılmasına cəhd etmişdirlər. Qeyd etmək lazımdır ki, bütün mühüm tarixi, elmi, mədəni və siyasi hadisələr də ``şəbəkə`` anlayışı üzərindən baş vermişdir.Müasir texniki inkişaf metodologiyasına diqqət etsək ənənəvi anlayışın XX əsrin sonlarına yaxın İnformasiya Kommunikasiya Texnologiyalarının baza prinsipləri kimi formalaşmasını müşahidə etmiş olarıq. IKT istiqamətində məşhur sosioloqlardan biri Manual Kastels (Manual Castells) qeyd etmişdir ``Şəbəkə bəşəri təcrübənin qədim formalarından biridir, lakin bu, bizim zəmanəmizdə yeni həyata keçid etmiş, İnternet vasitəsilə idarə olunaraq, informasiya şəbəkələrinə çevrilmişdir.``

Qeyd edilən istiqamətdə 1990-cı illərdə Tim Börners Li (Tim Burners Lee) CERN (Avropa nüvə araşdırmaları təşkilatı, dünyanın ən iri yüksək enerji fizikası laboratoriyası) laboratoriyasında ``Beynəlxalq Hörümçək Toru``nun yaradılması layihəsi üzərində çalışarkən heç güman edilməzdi ki, veb texnologiyalar sürətli inkişaf tempi tutacaq və artıq iyirmi il sonra Veb2 texnologiyaları formalaşacaqdır. Bu texnologiya öncəki ``Veb`` üzərindən yaradılmasıdır, ekspertlərin fikrini dinləsək yeni əsaslı bir dəyişikliyin olmadığı lakin mühüm istiqamət kimi istifadəçilərin qlobal informasiya mühitinin formalaşdırılması, sosial şəbəkələşmə imkanlarının inkişaf etdirilməsidir[1].

``Sosial şəbəkə`` xronologiyası

Bu terminin kompüter texnikası, mobil rabitə kimi mövhumların yaranmasından sonra meydana gəldiyini fikirləşmək yanlışlıq olardı. Qeyd olunan anlam artıq 100 ilə yaxındır ki, tədqiq edilir və sosial şəbəkə analizi bir elm kimi çoxdan yaranmışdır, özündə sosiologiya, psixologiya, antropologiya, idarəetmə, kompüter elmləri, informasiya texnologiyaları elementlərini birləşdirir. Sosial şəbəkə termini 1954-cü ildə Mançestr məktəbinin sosioloqu Con Arundel Barns tərəfindən insan münasibətləri məcmuəsinə daxil edilmiş Norveç kilsə adasının sinifləri və icmaları adlı əsərində təklif edilmişdir [2].Müasir dövrdə isə bir neçə terminaloji nümunələrə rast gəlmək mümkündür ki, bu da istifadəçi kontinqentindən asılıdır, misal üçün ``onlayn sosial şəbəkə`` (online social network OSN-ing.), ``sosial şəbəkə saytları`` (social network sites-ing.) və ya ən geniş istifadə olunan ``sosial şəbəkə`` (social network-ing.)

Məlum olduğu kimi son illərdə SŞ populyarlığı sürətlə artmışdır. Cəmiyyətin müxtəlif sahələrində çalışan və ya sıravi şəxslər müxtəlif sosial şəbəkə olan `Twitter`, `Facebook`, `Linkedin` və s. SŞ-də qeydiyyatdan keçsələr də, onlara çox zaman bunun konsepsiyası və nə olduğu qaranlıq qalır. Bu özünəməxsus şəbəkə formasının ən mühüm xüsusiyyətləri dünyanın müxtəlif nöqtələrində olan, din, dil, sosial statusundan asılı olmayaraq eyni maraq dairəsinə malik insanları cəmləşdirir, əlaqələndirir, informasiya mübadiləsi və korporativ fəaliyyət təşkil etmək imkanları yaradır. Nəzərə alsaq ki, kitab çapının ixtirası özündən 150 il sonra dəyişiklikləri hiss etdirmişdir, SŞ üçün isə təxminən 15 ildən az vaxt lazım olmuşdur. Öncə qeyd edilən xüsusiyyətlər bu texnologiyadan istifadə intensivliyini e-poçt, axtarış sistemləri, portal və s. servislərə nisbətən artırır. Onuda qeyd etmək lazımdır ki, bu şəbəkələrin ayrı-ayrı və qrup fərdlərə psixoloji təsiri istər pozitiv və əksinə neqativ istiqamətdə dəyişdirilməsi üçün güclü texniki vasitədir [2].

Müasir üçlük: Veb2, bulud texnologiyaları və sosial şəbəkənin bu mühitdə rolu.

Son dövrlərin ən mühüm texnoloji istiqamətlərindən biri də Veb 2.0 (Web 2.0) üsuludur.Bu üsul istifadəçilərə xüsusi interaktiv əlavələr vasitəsilə kontentin veb üzərindən idarəedilməsi, istifadəsini və mübadiləsinin daha da optimal yolunu təklif edir.Nəzərdə saxlamaq lazımdır ki, veb bazisli üsullar son dövrlərdə sərt disklərdə sazlanan proqram təminatlarına nisbətən daha üstün istifadə statistikasına malikdirlər. Bu texnologiyalar istifadəçi-yönümlü kontentin sürətli inkişafına təkan verərək sosial şəbəkələşmənin və bulud texnologiyalarının gündəlik həyatımızın bir hissəsinə çevrilməsinə səbəb olur[3].Sosial şəbəkələşmə özlüyündə böyük həcmdə şəxsi və korporativ qeydiyyat məlumatlarını bulud texnologiyaları və veb üsullar vasitəsilə qeydiyyata alır, sistemləşdirir, interaktiv mübadiləni təmin edir.Sadə formada desək həm proqram təminatı, həm də sənədlər, müxtəlif verilənlər toplusu istifadəçinin kompüterindəki ``sərt diskdə`` deyil, ayrılmış bir virtual məkanda yerləşir. Bulud texnologiyalarına əsaslanan populyar onlayn sosial şəbəkələrə Linkedin, Facebook, Twitter, Youtube, Flickr və s. nümunə gətirmək olar. Xüsusi ilə qeyd etmək lazımdır ki, Veb2 texnologiyasında tanınan ilk ``pioner`` sosial şəbəkə saytı ``SixDegrees.com`` olmuşdur.

Sosiallaşmanın proqram təminatları, texnologiyaları və xidmətlərinə daha detallı (Cədvəl 1) də diqqət edək[2].

Cədvəl 1.

 

Web 2.0 veb saytları

Web 2.0 Texnologiyaları

Xidmətlərin açılışı

Flickr, Zoto, Instagram

Foto və şəkillər kolleksiyasının idarəedilməsi

Resurslara (şəkil, foto) sərbəst giriş edilməsi və işarələnməsi

YouTube, Google, Video, Metacafe

Video kolleksiyalar

Video məlumatların

yüklənməsi

Joomla, Drupal

CMS

Veb dizayn və menecment.

Blogger, WordPress

Bloqlar

Şəxsi müəlliflik və nəşr edilmə

GoogleDocs, Rallypoint

Ümumi yazı, redaktə imkanları

Onlayn mətn işlənməsi

Linkedin, Facebook, Twitter

Sosial Şəbəkələşmə

Vahid istifadəçinin geniş kütlə ilə əlaqələndirilməsi

Sosial şəbəkənin baza elementləri

Sosial şəbəkə texnologiyaların populyarlığını, daha da sosiallaşmasını statistik göstəricilər və aparılan araşdırmalardan da müşahidə etmək mümkündür, belə ki, hələ 2011-ci ildə ``Facebook`` sosial şəbəkəsində 750 million istifadəçi qeydiyyatdan keçmişdir, hal-hazırda isə istifadəçilərin sayı 1 milyard 320 milyonu keçməkdədir. Cənubi Koreyada ümumi əhalinin 30%-i, onun daxilində də 90% cavan kontinqentin ``Cyworld`` milli sosial şəbəkəsinin aktiv üzvləri kimi qeydə alınmışdır. Birləşmiş Krallıq elm adamlarının apardıqları araşdırmalara əsasən 15-17 yaş aralığında olan uşaqların yarısı ən azı bir sosial şəbəkədə qeydiyyatdan keçmişdir.

Qeyd edilən texnologiyaları izləsək Pol Andersonun (Paul Anderson. İng) ``OReilly Media`` təsisçisi Tim Orelli (Tim OReilly. ing.) fikirləri əsasında veb2 texnologiyaları və sosial şəbəkələrin altı ideya və xassələri müəyyənləşdirdiyi məlum olur. 1. İstifadəçi yönümlü kontent 2. Texniki kontent və iştirak imkanları 3.Böyük həcmli verilənlər 4.Kütlənin gücünün idarə edilməsi və 5. Resursların açıqlıq məsələsi

6 Şəbəkə effekti və veb topologiya [4].

Adı çəkilən sosial şəbəkə növləri istifadəçilərə maksimum əməliyyat imkanları yaradır və əsas element kimi hər bir istifadəçinin özünün inzibatçı kimi kontentini idarə edə bilməsidir. Lakin bu ümumi anlamın daxilində bir çox funksionallıqlar vardır, nümunə kimi ``Facebook``, ``Linkedin`` sosial şəbəkə sistemlərində sadə istifadəçi idarəetmə funksiyalarına nəzər salaq: ``dostların əlavə edilməsi``, müxtəlif ``sosial kanallara``,maraq dairəsində olan qrupların,individual istifadəçilərin ``izlənilməsi`` və s.

Digər sosial şəbəkə sistemləri olan ``Twitter``, ``MySpace``də kommunikasiya, blog, kiçik blog funksiyalarını daşıyırlar. Burada xüsusi texniki imkanlar istifadəçilərə veb interfeys vasitəsilə mətn mesajlarının SMS-dən (ing., Short Message Service - Qısa Mesaj Xidməti) yararlanaraq göndərilməsi, digər imkanlara alt platformaların olması müxtəlif bloqların yaradılması üçün virtual məkan funksiyasını daşıyır. Ümumi texniki baxımdan izləsək görərik ki, sosial şəbəkədə istifadəçinin müdaxilə edə bilmədiyi yalnız qeydiyyatdan keçirtdiyi hesabının tamamilə ləğv edə bilməməsidir(Qeyd: istifadəçinin öz hesabını yalnız diaktiv etmək imkanı mümkündür)[5].

Müxtəlif funksional göstəriciləri müşahidə etsək, bütün sosial şəbəkə sistemləri aparıcı ümumi funksional struktura malikdirlər. Bunlara aiddir:

1. Ana səhifə, adətən istifadəçilər sistemə daxil olanda ilk əsas səhifəyə yönləndirilir.

2. Profil səhifəsi,məhdud sistem daxilində kütləvi və ya məhdud profilin yaradılması, müəyyən şəxsi məlumatların, peşəkar bacarıqlar haqqında informasiyanın formalaşdırılmasıdır. Burada toplanılan informasiya müxtəlif formatlı sənədlər formasında ola bilər (şəkil, mətn, audio və s).

3. Dostluq, əlaqəli, informasiya mübadiləsi aparılan, istifadəçilərin siyahısnın formalaşdırılması (dost, həmkar və s.). Əsas siyahıda olan istifadəçilərin əlaqələrinə istinadən onlara keçid etmək, ikinci səviyyə əlaqələrin qurulması və belələliklə şaxəli şəbəkənin formalaşması.

4. Qruplar,eyni fikirli, ideyalı, siyasi baxışlı istifadəçilərin birlikdə toplaşması üçün virtual məkanlar. Bu qruplar struktur baxımından açıq, qapalı və yarımqapalı ola bilər.

5. Sosial əlfəcin xidmətləri, bu xidmət növləri istifadəçilər üçün maraqlı, vacib veb saytların toplanması, sistemləşdirilməsi və onlarla əlaqəli şəxslərlə paylaşmasını təmin edir. Texniki tərəfdən nəzər salsaq istifadəçi hər hansı bir veb səhifəni nəinki paylaşa bilər, həmçinin həmin veb səhifədəki məlumatlarla birlikdə metaverilənlər şəklində təşkil, kateqoriyalaşdıra bilər və istənilən məkandan daxil olduqda həmin informasiyaya çıxış əldə edə bilər.Bu bir növ geniş informasiya okeanında lazım olan məlumatların seçilməsi və işarələnməsi funksionallığını daşıyır.Adətən istifadəçilər informasiyanı tam oxuya bilmir, yenidən lazım olduqda isə axtarış etmək iqtidarında olmur. Bu və bənzər səbəblər üçün təcrübi alət hesab etmək olar[1].

Qeyd edilən bu funksionallıqların tətbiq edilməsi üçün mükəmməl və dinamik texniki baza yaradılmalıdır.Onlayn sosial şəbəkə sistemləri formalaşdırılarkən bir neçə proqram təminatı imkanlarından, verilənlər mərkəzlərindən və üçüncü tərəf informasiya təminatçıları xidmətlərindən istifadə edilir.Nümunə olaraq ``Facebook`` sosial şəbəkəsinin kiçik texniki göstəricilərini müşahidə edək.Nümunə üçün adı çəkilən onlayn sosial şəbəkənin veb səhifəsində istifadəçilərin gördükləri xəbərlər, dostların paylaşdıqları məlumatlar, şəkilllər, ``Bəyən`` (Like.Ing.)düyməsi, onlayn oyunlar haqqında informasiyalar müxtəlif serverlərdən əldə olunur və ``HTML`` (Hypertext Markup Language. İng) Hipermətnlərin İşarələnməsi dilində formalaşdırılır.Bu sistem ``LAMP`` abreviaturalı dörd qlobal standartdan istifadə edir, Linux, Apache, MySQL və PHP.Həmçinin verilənlər bazasında proseslərin gücləndirilməsi üçün operativ yaddaşda verilənlərin keş olunması üçün ``Memcached`` tətbiq edilir.Qeyd edilənlər ən azı 60.000 serveri və 25 terabayt istifadəçi verilənlərini idarə edir.Bundan əlavə bloq, server əlavələri üçün C++, Erlang proqramlaşdırma dillərindən istifadə edilir.Server strukturu üç əsas pillədən ibarətdir, üst pillə Veb server - Apache, alt pillə - MySQL serveri və orta pillə keş server - Memcached üzərindən sazlanır.Digər yeni xarakterik nümunə kimi ```FBML`` (Facebook Markup Language.İng.)Feysbuk İşarələmə Dilinin HTML dilinin genişləndirilməsi kimi istifadə edilməsidir [1].

Nümunəni müşahidə etdikdən sonra bizə sosial şəbəkə sisteminin arxitekturasında nə dərəcədə mürəkkəb, əhatəli və çox şaxəli texniki məsələlərin tətbiqi prinsipi məlum olur.

Öncə diqqətə çatdırılan baza elementləri və texniki struktur fiziki-coğrafi sərhəd kimi mühüm baryeri aradan qaldırması, onlayn mühitin yaranması, yerləşməsindən asılı olmayaraq istənilən məkanda olan informasiyanı zamanında əldə etməyə şarait yaratmışdır. Zaman keçdikcə təsəvvür etmək heç də çətin deyildir ki, 20-30 il sonra dünya əhalisinin əksər hissəsinin kompüter texnologiyalarından sərbəst istifadə bacarıqlarının daha aydın görüntüsü formalaşır. Bu da öz növbəsində sosial şəbəkə məsələlərinin əhəmiyyətinin sürətli yüksəlməsinə səbəb olacaqdır. Ən peşəkar mütəxəssisdən tutmuş evdar xanımlara kimi bu onlayn cəmiyyətlərə qoşulması, ehtiyaclarına uyğun individual və ya qruplarla informasiya mübadiləsi, ünsiyyət, təlim, tədris və s. proseslərini realizə edə biləcəklər[3].

Sosial texnologiyaların modelinə diqqət etsəkbir növ ``amorf`` texniki strukturun obrazını görmüş olarıq və bu xüsusiyyət həmin texnologiyaları müxtəlf fəaliyyət sahələrinə tətbiq etmə imkanlarını artırır.Bu, Viki konsepsiyasına bənzər bir strukturu xatırlatsa da,texniki baxımdan daha şaxəli və mükəmməl funksiyalara malik elektron kitabxanaları, burada ən əsas element kimi isə bu informasiya sistemlərinin sosial şəbəkə prinsipləri üzərində qurula bilmə imkanlarını təqdim edə bilər. Burada da əsas vurğu kontentin məhz istifadəçilər tərəfindən formalaşdırılmasına yönəlir (Veb 2 ideologiyası bazasında), bu baxımdan akademik istifadəçi qruplarının yaradılması texnologiyası elmi fikirlərin, nailiyyətlərin, informasiya emalının, analizinin və mübadiləsi proseslərinin kollektiv aparılması üçün mühit yaradır.

Elektron kitabxana-informasiya mühitində sosial şəbəkə texnologiyalarının rolu və sosial elektron kitabxana şəbəkələrinin formalaşması.

Sosial şəbəkə texnologiyalarının elektron kitabxana-informasiya mühitində tətbiqi məsələləri son dövrlərdə vacib struktur elementlərindən birinə çevrilməkdədir.Bunun əsas səbəblərindən veb mühitin, mediyanın və s. elmi-texnoloji alətlərin sürətli inkişaf tempidir. Məlum olduğu kimi kitabxana-informasiya mütəxəssislərinə ən çox verilən suallardan biri kimi ``Siz işinizdən narahat deyilsiz ki, Google olduğu halda elektron kitabxanalara nə ehtiyac vardır?`` qeyd etmək olar. Digər bir məsələ kimi ``Google``un özünün bir elektron kitabxana kimi qələmə verilməsi də müşahidə edilir, sözsüz ki, bu fikirlərin nə dərəcədə döğru olması sual doğurur. Müxtəlif elektron kitabxanaşünaslar bu məsələdə individual yanaşma ilə çıxış edirlər. Ümumiləşdirilmiş halda qeyd edilənləri belə izah etmək olar ki, ümumi, xüsusi, akademik və s. kateqoriyalı təlabatçılar ehtiyac olan informasiyanı müxtəlif portativ cihazlar vasitəsilə qlobal şəbəkədə (İnternet) açıq onlayn mənbələrdən, Google-dan əldə edə bilərlər,lakin ən sadə nümunəyə diqqət etsək görmüş olarıq ki, bir çox açıq mənbələrdə olan informasiya kütlələrini kiatbxanaçı-informasiya mütəxəssisləri formalaşdırmışlar və çox hallarda onlayn cəmiyyətdə ``informasiya memarları`` funksiyasını daşıyırlar.Elektron kitabxana-informasiya sistemi və sosial şəbəkə texnologiyaları nəinki informasiya resurslarının, həmçinin insan resurslarının birgə fəaliyyətinin daha etibarlı və keyfiyyətli iş prinsipini təqdim edirlər. Bu struktura həm xidmətləri təşkil edən mütəxəssis, həm də həmin xidmətlərdən istifadə edən təlabatçı qruplarını daxil etmək olar[5].

Elmi texniki tərəqqi çox zaman humanitar sahələrdə çalışan mütəxəssisləri, eləcədə kitabxanaçıları müxtəlif proseslərdə çətin vəziyyətə salır, bunu xüsusilə post-sovet məkanında olmuş ölkələrə aid etmək olar.Bir tərəfdən müəyyən baryerlər yaratsa da, digər tərəfdən inkişaf istiqamətinin dəyişməsi proseslərin daha dinamik getməsi, özünü inkişaf, qloballaşma ideyalarını daşıyır və sosial şəbəkələrin formalaşması da bu müsbət keyfiyyətlərin individ və toplumda yayılmasına xidmət edir.Məlum olduğu kimi ``qəpiyin digər üzü`` olduğu kimi burada da neqativ hallar qaçılmazdır.Yəni müxtəlif dini, siyasi təbliğatların aparılması, anti-bəşər fikirlərin yayılması çox zaman baş verən hallardandır.Lakin, indiki məqsəd sosial şəbəkələrin elektron kitabxana-informasiya mühitinə neqativ deyil, müsbət təsiretmə tərəflərini araşdırmaqdır.

Sosial şəbəkə və elektron kitabxana texnologyaları özlüyündə onların baza prinsipləri olan sosial-texniki, elmi-texniki və s. elementlərlə qarşılıqlı inteqrasiya halında formalaşırlar, bu prinsip və yanaşmalar da müasir elektron kitabxanaların yaranması mexanizimlərinin metodologiyasınımüəyyən edir.

Elm və təhsil prinsipi. Müasir cəmiyyəti irəli aparan istiqamətlərdən biri də, elm və təhsildir. Dünya təcrübəsinə nəzər salsaq görmüş olarıq ki, qeyd edilən bu iki istiqamətin güclü olduğu ölkələrin güclü iqtisadi və siyasi əsası formalaşmışdır.Kütləvi infomasiya vasitələrinin, xüsusisilə sosial cəmiyyət və şəbəkələrin geniş vüsət alması, bu proseslərin elektron kitabxanalarla qarşılıqlı inteqrasiyası sürətli inkişaf tendensiyasını formalaşdırır.

İstifadəlilik prinsipilərində yenilik smart və portativ cihazlar.Elmi texniki tərəqqi sürətlə inkişaf etdikcə informasiya texnologiyaları fonunda sürətli dəyişikliklər baş verir və ən diqqəti cəlb edən proseslərdən biri də cihazların portativləşməsi, mobil-smart texnologiyalar olur. Diqqət etsək hələ 15 il öncə Respublikamızda çox məhdud funksiyalara malik, ölçü və çəki baxımından iri tutumlu mobil cihazlar istifadə edilirdi. Müasir dövrümüzdə texniki vəziyyətin tam əksinə görüntüsünü müşahidə etmək olar. Ölçü və çəkinin kiçilməsi, vizual keyfiyyətin artması və s. səbəblər digər inkişaf edən ekosistem onlayn sosial şəbəkə texnologiyalarının baza elementlərindən birinə çevrilmişdir. Bu texniki imkanlar artıq klassik iedologiyanı dəyişərək elektron kitabxananı istifadəçiyə çatdırır.

Şəbəkə prinsipi - İnternet və veb texnologiyalar.Sosial şəbəkə anlamının yüz illik inkişaf yolunun olmasına baxmayaraq internet və veb texnologiyalar XX əsrin sonlarında formalaşmışdır. Bu da sosial şəbəkələrin və ümumilikdə onlayn sosial şəbəkələşməyə güclü təsir etmişdir.

Elektron idarəetmə - İntellektual sistemlərin yaradılması və gələcək nəsil elektron kitabxana kataloqları.Süni intellekt məsələlərinin araşdırılması, informasiya sistemlərinin daha geniş və semantik əlaqəli əməliyyatlar aparması sosial şəbəkə elementlərinin proqram həll prosesləri üçün mühit yaratdı.Yeni nəsil elektron kitabxana kataloqları artıq özlüyündə yalnız informasiya insan resurslarının verilənləri deyil onların sosial mühitdə inteqrasiyası, dinamik bir mühiti əks etdirəcəyi proqnoz edilir.

Yuxarıda qeyd olunan baza prinsiplərini nəzərə alaraq müasir elektron kitabxana və sosial şəbəkə inteqrasiyasına diqqət etsək uç əsas istiqaməti, sosial elektron kitabxana şəbəkə modelinimüşahidə etmək olar[4].

Sosial elektron kitabxana şəbəkəsinin formalaşması məsələləri.

``Sosial elektron kitabxana şəbəskəsi`` ideyasına keçid etməzdən öncə elektron kitabxananın özünün hər hansı bir populyar sosial şəbəkələrin birində təmsil olunması, yəni buraya həmin elektron kitabxananın marketinqi, onun haqqında əsas məlumatlar, təqdim etdiyi resurslar və s. kimi informasiyaların daxil edilməsi təcrübəsni izləmək məqsədə uyğun olardı.

Elektron kitabxananın sosial şəbəklərdə təmsil olunması

Sosial şəbəkənin özünü təqdim etdiyi texniki imkanlar isə həmin elektron kitabxana ətrafında maraqlı olan istifadəçilərin və qrupların toplanması, onlayn mühitdə müxtəlif debatların aparılması, istifadəçi maraqlarının müəyyənləşdirilməsi və s. mühüm xüsusiyyətləri qeyd etmək olar. Burada açıq informasiya mübadiləsi imkanlarının olması elektron kitabxana resurslarının formalaşmasına təsir edən əsas elementlərdən birinə çevrilir. Hal-hazırda ilkin addımlar kimi bir çox elektron kitabxanalar qlobal tanınan twitter, facebook və s. sosial şəbəkələrə inteqrasiya edir. Misal üçün Kaliforniya Elektron Kitabxanası 2009-cu ilin oktyabr ayında qlobal sosial şəbəkələrdən biri olan Twitterə qoşulmuş və bununla öz istifadəçiləri üçün daha sürətli və səmərəli informasiya xidmətləri təşkil etmişdir [6].

Sosial elektron kitabxana şəbəkəsi.

Sosial elektron kitabxana şəbəkələrinin sosial, texniki aspektləri.Bu istiqamət xüsusisosial-texniki funksiyaların əlavə edilməsi ilə elektron kitabxananın özünün sosial şəbəkə formasına çevrilməsi, və ya xüsusi sosial aspektlərinin formalaşmasıdır. Məlum olduğu kimi elektron kitabxananın başlıca funksiyalarından biri informasiya təminatının (toplanması, emalı) aparılması və yayılmasıdır.Başqa sözlə, sosial şəbəkələşmə terminləri ilə qeyd etsək paylaşmaq, əməkdaşlıq və vasitəçilikdir. Bu üç sosial fəaliyyət vasitəsi müxtəlif formatlı kontentin(video, audio, mətn və s.)əsas element kimi istifadəçinin müdaxiləsi ilə elektron kitabxananın fondunun, istifadəçi kateqoriyalarının, profilinin və s. vacib elementlərinin formalaşmasını təqdim edir. Ən sadə halda qeyd etmək lazımdır ki, artıq yeni nəsil elektron kitabxana kataloqları formalaşır, bu artıq həmin kitabxananın yalnız informasiya resurslarını təqdim edilməsindənəlavə sosial mühit və onlayn cəmiyətlərin formlaşmasını əks etdirir.Bunun elmi-təcrübi baxımdan resurs istifadəçi əlqələrini, həmin əlaqələrin sosiallaşmasını təqdim edir. Bu struktur sxem əsas dörd baza sitiqamətinin üzərində qurmaq mümkündür[1].

1. İstifadəçi qeydiyyat məlumatları bazası

Bu baza isitfadəçilərin ümumi, fərdi və peşə fəaliyyətlərini əhatə qeydiyyat məlumatları formasında toplanılır.Bu məlumatlar klasterləşdirilərək buludlar formasında formalaşdırılır. Funksionallıq xassələrinə görə istifadəçilər aid olduğu qruplar, istifadə mövzuları və s. baxımdan bir biri ilə qrup, fərdi əlaqələnir.

2. İnformasiya resurslarının (kitab, jurnal və s.) bazası

İnformasiya müxtəlif biblioqrafik sahələrə uyğun olaraq qeydiyyat məlumatları bazası yaradılır.Həmin resurslar arasında semantik əlaqələr qurulur, əlaqəli resurslar əlfəcinləri, istinadları formalaşır.

3. Qeyd edilən iki bazanın əlaqəlilik prinsipi

Öncə qeyd edilən iki baza arasında əlaqələrin istifadəçi sorğuları, istifadəlilik məsələləri, informasiya resursları və insanlar arasında sosial mühitə apran istiqamətdir.Bu baza prinsipini ən sadə halda müşahidə etsək istifadəçi sorğusu əsasında bir resursdan bir çox əlaqəli məlumatlara çıxış əldə etmək olur. Digər bir xüsusiyyət kimi, öncə istifadə şərhlərini, qeydlərini müşahidə etməklə sorğu edilən resursun nə dərəcədə keyfiyyətli olması məsələsi və s. bu kimi məsələləri araşdırmaq mümkündür buda artıq sosial şəbəkəyə gedən baza istiqamətlərdəndir.

4. Üç əsas baza istiqaməti üzərindən sosiallaşma prinsiplərini təqdim edir.

Elektron kitabxananın daxilində sosillaşma məsələlərinin qurulması prosesi baş verir. İstifadəçinin informasya axtarışı edərkən baş verən sosiallaşma prosedurları (sosial görüntüsü)

Əsas girişnöqtələri 1. Müəlliflər:kitab müəllifi, redaktoru və s. ola bilər 2. Resurs:informasiya resursu nəzərdə tutulur, bu kitab, dövri mətbuat, audio-video sənəd ola bilər 3. İstifadəçi:Sorğu olunan resursla bağlı individual isitifadəçi və ya istifadəçi qrupuna müraciət edilməsi.

Əlavə giriş nöqtələriqeyd edilən hər üç əsas giriş vasitəsilə digər semantik əlaqəli sosial şəbəkə elementlərinə çıxış.Bu elemetlər 1.əsas resurda edilən şərhlərə çıxış, öz qeydlərinin edilməsi , 2. həmin kitaba predmet mövzu baxımından yaxın olan kitablara keçid,3. əsas müraciət edilən istifadəçiyə yaxın olan digər istifadəçi qruplarına keçid və münasibətlərin yaradılması, 4. Əsas resurs müəllifi və onun əhatə dairəsində olan, oxşar mövzularda çalışan müəlliflərlə tanışlıq və s. elemntləri nümunə gətirmək olar.

Araşdırdığımız mövzuya uyğun olaraq akademik profilli elektron kitabxananın fondu artıq mütəxəssis istifadəçilər, cəmiyyətin fəal üzvüləri, elmi kütlə tərəfindən formalaşması, həçinin müxətlif istifadəçi kateqoriyalarının bir biri ilər inteqrasiyası, sosial əlaqələrin yaradılamsı təqdiqat obyektinə çevrilir.

Sosial elektron kitabxana şəbəkələrinin metrik aspektləri.Altmetriya: Son dövrlərdə informasiyanın sürətli artması istər çap, istərsə də elektron nəşrlərin sayının xeyli yüksəlməsi həm elmi, həm də digər ədəbiyyatın qiymətləndirilməsini zəruri edir, bu məqsədlə kitabxanalarda bibliometrik üsullardan istifadə edilir. Bibliometriya biblioqrafiyaya riyazi və statistik üsulların tətbiqi nəticəsində yaranan bir elmdir, kitabların, məqalələrin və digər nəşrlərin statistik analizi olub, tədqiqatçının, məqalələr toplusunun, tədqiqat istiqamətinin və ya institutun fəaliyyətini ölçən elmi istiqamətdir [7].

Bibliometriyanınüç əsas tətbiq sahəsi mövcuddur:

- Elmi informasiyanın əldə edilməsi bibliometriya verilmiş istiqamət üzrə qaynar mövzuların müəyyən etməklə yanaşı bu informasiyanın əldə edilməsini də xeyli asanlaşdırır;

- Elmin struktur və dinamikasının öyrənilməsi bibliometrik üsullar vasitəsilə elmin strukturunun xəritələndirilməsi və vizuallaşdırılması yeni trendlərin, tədqiqat sahələrinin və qaynar mövzuların aşkarlanmasına və elmin dinamikasının öyrənilməsinə xidmət edir;

- Tədqiqatın qiymətləndirilməsi və maliyyələndirilməsi müasir tədqiqatçılar tərəfindən tədqiqatın nəticələrinin və yerinə yetirilmə səviyyəsinin ölçülməsi üçün üsullar yaradılır, tədqiqatın qiymətləndirilməsi üçün müqayisəli araşdırmalar aparılır.

Bibliometriyanın tətbiqi üç mərhələdə aparılır:

- Kəmiyyət analizi verilənlər analiz olunur və vacib informasiya əldə olunur;

- Ölçmə - Nəyi ölçə bilərik?, Nəyi ölçməliyik? kimi suallar cavablandırılır, verilmiş məqsəd üçün ən uyğun ölçülər müəyyən olunur;

- Nümayiş və interpretasiya bu mərhələdə diaqramlar və xəritələr hazırlanır, müşahidələrin interpretasiyası həyata keçirilir; bibliometrik indikatorların digər üsulların nəticələri ilə əlaqələndirilməsi.

2010-cu ildə yaranmış altmetriya (altmetrics alternative metrics [8]) termini isə bibliometrik üsullara alternativ olaraq sosial şəbəkədə biliyin qiymətləndirilməsi üçün istifadə olunur. Altmetriya məqalələr üçün təyin olunmasına baxmayaraq jurnallar, müəlliflər, kitablar, verilənlər bazaları, repozitorilər, prezentasiyalar üçün tətbiq oluna bilər. Altmetriya yalnız istinadların sayına görə deyil, məqalələr üçün hesablanmış baxışlar, yükləmələrin sayı, qeyd olunmuş şərhlərə əsasən qiymətləndirməni yerinə yetirir.

Hal-hazırda altmetrik xidmətlər göstərən müxtəlif veb-səhifələr fəaliyyət göstərir [9], məsələn, ImpactStory tədqiqatın qiymətləndirilməsi üçün istifadə olunan veb proqramdır. Bu sistem Mendeley, Github, Twitter kimi mənbələrdən məlumatı götürür və hesabat şəklində təqdim edir. Bundan əlavə, ReaderMeter, Sciencecard, PaperCritic və s. kimi saytları misal göstərmək olar.

Altmetriya kitabxanaçılar üçün aşağıdakı imkanları yaradır:

   Repozitorilərin uğurunun və dəyərinin, həmçinin xidmətin keyfiyyətinin qiymətləndirilməsi;

   Kitabxana kolleksiyasının real dünya tərəfindən necə qəbul olunduğunun təyini;

   Sifariş olunan məqaləni tapmaqla yanaşı, onun verilmiş oblastda nə dərəcədə populyar olmasının nümayiş etdirmə imkanı.

Altmetriya istinadlar və ya vebometriya deyil, onlardan fərqli olaraq daha cəld, strukturlaşmış və istifadəyə açıqdır [10].Altmetriya özündə tvitlər, bloq müzakirələri, əlfəcinlər (məsələn, mendeley.com), elmi-tədqiqat şəbəkəsi, istinadlar və başqa sosial media (məsələn, friendfeed.com/altmetrics və ya linkedin.com/groups/altmetrics-3917723) imkanlarını birləşdirərək daha geniş imkanlar təqdim edir, sosial media əsasında tədqiqatın analizinin aparılması məqsədilə yeni üsullar təklif və tədqiq edir.Nəticədə sadəcə nəşrin qiymətləndirilməsi deyil, həm də onun ətrafında baş verən müzakirələr, əməkdaşlıq və əlaqə kimi müxtəlif qiymətləndirmə formalarını və istifadə nümunələrini ölçməyə imkan verir.

Nəticə

Hal hazırda Respublikamızda informasiyanın toplanması, emalı, axtarışı və əldə edilməsi istiqamətində bir çox proqresiv işlər aparılır, dövlət proqramları qəbul edilir, müxtəlif layihələr və s. fəaliyyət istiqamətləri həyata keçirdilir.

Lakin müəyyən qədər dərindən izlədikdə müxtəlif yeniliklərin tətbiqi, standartlaşdırma, dil və qlobal inteqrasiya məsələlərində müxtəlif ciddi çatışmazlıqlar hiss olunur.Bu sosial, texniki, psixoloji (buraya coğrafi aspekti də əlavə etmək olar) problemlərlə əlaqədardır.Həmçinin müasir cəmiyyətdə informasiyanın sürətli artımı, bu artan informasiyanın idarəedilməsi üçün yaradılan sistemlərin çoxluğu düzgün, etibarlı və keyfiyyətli mənbənin seçimi məsələsini ortaya çıxarır.

Qeyd edilən çatışmazlıq, bunu yaradan səbəblər və əlaqəli məsələləri araşdırdıqda, həll yollarından sosiallaşma, fikir azadlığı, özünü təqdim etmə və bu s. elementlərin reallaşdırılması gündəmə gəlir. Bu baxımdan bir çox inkişaf etmiş ölkələrdə Elektron Humanitar istiqamətlər araşdırılır, buraya ``elektron sosiologiya``, ``elektron media``, ``semantik elektron kitabxana``, ``sosial şəbəkələr`` və s. istiqamətləri nümunə gətirmək olar. Hal hazırda isə məqalədə araşdırma obyekti kimi `` semantik elektron kitabxana`` və ``sosial şəbəkələr`` istiqamətlərinin inteqrasiya edərək respublikamızda daha yeni, perspektivli və geniş sosial mühiti əhatə edən ``sosial elektron kitabxana şəbəkələri`` istiqamətinin inkişaf etdirilməsi məsələləri diqqəti cəlb edir. Bu məsələlərin həlli Respublika səviyyəsində elemi, xüsusi, kütləvi və s. informasiya mübadiləsinin keyfiyyətini, sürətini və əhatəliliyini artırma imkanına malik olacaqdır.

 

 

ƏDƏBİYYAT

1. Kelsey, Todd. Social Networking Spaces: From Facebook to Twitter and Everything in Between: A Step-by-step Introduction to Social Networks for Beginners and Everyone Else. New York: Apress, 2010. 509 p.

2. Əliquliyev, R.M. İmamverdiyev,Y. AbdullayevaY. F. Sosial şəbəkələr. Bakı : İnformasiya Texnologiyaları, 2010. - 286 s.

3. Bianco, Jamie Skye. "Social Networking and Cloud Computing: Precarious Affordances for the "Prosumer"" WSQ: Women's Studies Quarterly37.1-2 (2009): 303-12. Web.

4. Anderson, Paul. Web 2.0 and Beyond: Principles and Technologies. Boca Raton: CRC, 2012. Print.

5. McManus, Sean. Social Networking for the Older and Wiser: Connect with Family and Friends, Old and New. Chichester, West Sussex, U.K.: Wiley, 2010. 268 p.

6. Starr, Joan. California Digital Library in Twitter-Land / J. Starr // Computers In Libraries, September 1, 2010.  v. 30, no. 7. P. 23-27. ERIC, EBSCOhost Starr, Joan. 2010. "California Digital Library in Twitter -Land." Computers in Libraries 30 (7): 23-27.

7. http://search.proquest.com/docview/749790295?accountid=148209.

8. İsmayılova N.T. E-elm mühitində bibliometrik metodların tətbiqi imkanları və perspektivləri haqqında // Elektron elm problemləri üzrə I respublika elmi-praktiki konfransı, Bakı, Azərbaycan, 15-16 noyabr 2012. s. 25-26.

9. Piwowar H. A., Priem J. The Power of Altmetrics on a CV. Bulletin of the Association for Informations Science and Technology, 39(4), 2013, pp.1013.

10. Munnoli S.S., Pujar S.M. Eugene to Altmetrics: A chase for virtual foot prints! // Annuals of Library and Information Studies, vol. 60, 2013, pp. 134-139.

11. http://www.swets.com/blog/altmetrics-for-librarians-and-institutions

 

 

 

 

 

 

 

 

 

E.C.Mammadov,

N.T.İsmayilova,

F.S.Asgarov

 

THE MECHANIZMS OF IMPLEMENTATION ONLINE SOCIAL NETWORK TECHNOLOGIES IN MODERN DIGITAL LIBRARIES

 

S U M M A R Y

The article examine the concept of social network, implementation of the information communication technologies in social network procedures, formation of online social networks. Also observed implementation of this technologies in establieshment of the modern digital libraries and presented possible perspectives of the social digital library formation.

 

 

..,

..,

. .

 

 

, - , , . , .

 

 

Kitabxanaşünaslıq və biblioqrafiya: Elmi-nəzəri, metodik və təcrübi jurnal.- 2014.- 2.- S. 62-73.