Orxan AGAMİRZƏYEV

AMEA-nın MEK-in doktorantı

 

İNFORMASİYA MENECMENTİNİN

BƏZİ PROBLEMLƏRİ

 

Açar sözlər: informasiya menecmenti, informasiya məkanı,kitabxana-informasiya xidməti, mötəbər informasiya.

: , , - , .

Keywords:information management, information space, library and information service, reliable information.

İnsan cəmiyyəti əmtəə iqtisadiyyətindan maliyyə iqtisadiyyatına, maliyyə iqtisadiyyatından informasiya iqtisadiyyatına keçməklə XXI əsrin səciyyəsini qarşıya qoydu. İnformasiya əmtəəyə çevrildikcə "cazibədarlıgı" artır, ciddi müzakirələrin predmetinə çevrilir, yeni nəzəriyyələr meydana çıxır.

Qeyd etməliyik ki tarix boyu kitabxanalar cəmiyyətin informasiya resurslarını toplayan, sistemləşdirib mühafizə edən, məsafəyə və zamana ötürən ən mötəbər informasiya xidməti müəssisələri olmuşdu.(1) Kitabxanalar nəinki bu missiyanı layiqincə yerinə yetirə bilmişdir eləcə də insan cəmiyyətinin mədəni inkişafında əhəmiyyətli rol oynamışdır.

Bu gün informasiya cəmiyyətinin quruldugu şəraitdə informasiya menicmentində iqtisadi və rasional amillər ön plana keçir. Bütün növ informasiya xidməti prosesləri iqtisadi kateqoriyalarla qiymətləndirilir və menecerlərin iqtisadi başarıq və vərdişləri əsas ğötürülür.

Kitabxana-informasiya fəaliyyətinin spesifikliyi, onun mədəni, sosial, siyasi, psixoloji və pedoqoji xassələri fəaliyyətin qiymətləndirilməsində vahid bir formulun işlənib hazırlanmasını daim mürəkkəbləşdirən bir amil olmuşdu. Bu məsələ bütün dövrlərdə mütəxəssislərin diqqətini cəlb etmiş, qiymətləndirmə zamanı bir necə istiqamət əsas olaraq götürülmüşdü: siyasi (dövlət və güc atributunu ifadə edən) qiymətləndirmə və dəyər (maddi ekvivalentini) ifadə edən qiymətləndirmə. Deməli ənənəvi olaraq informasiya menecmenti iki faktordan asılıdır.1.Siyasi amillər. 2.İqtisadi amillər.(3)

Beləliklə, informasiya menecmentinin qarşıda duran mühüm problemlərindən biri də müasir və obyektiv qiymətləndirmə mexanixmlərinin işlənib hazırlanmasıdır.

Kitabxana informasiya xidməti, eləcə də kitabxana informasiya məhsulu barədə mütəxəssislərin müxtəlif fikirləri mövcuddur. Tədqiqatçı İ.S.Pilko yazır: Kitabxana-sosial əhəmiyyətli sənəd, informasiyasının ictimai istifadəsini təmin edən əsas və tarixən ilkin informasiya institutu, informasiya məhsulları və xidmətlərinin istehsalçılarından birincisi sayılır. Çoxəsrlik tarixi boyu kitabxanalar - istifadəçilərin informasiya sorğularının ödənilməsi istiqamətində öz forma və metodlarını işləyib hazırlamış və inkişaf etdirmişdi.

Kitabxana məhsulu və kitabxana xidməti anlayışlarının tam eyniləşdirilməsi və yaxud onların kitabxana fəaliyyətinin maddiləşmiş məhsullar və maddiləşmiş xidmətlər nəticələri səviyyəsində fərqləndirilməsi çox geniş yayılmışdır.(4. s.58) İlkin anlayışların həcmi və məzmununun dəqiqləşdirilməsinin nəzəri aspektlərindən savayı, bu problem, tətbiqi əhəmiyyətə malikdir. Kitabxana məhsulları və kitabxana xidmətlərinin keyfiyyət spesifikasının tələbatçı xüsusiyyətlərinin üzə çıxarılması onların çeşid dinamikasının izlənilməsini əhatə edir.

Kitabxana xidməti tarixən formalaşan və inkişaf edən sorğuların ödənilməsinə yonəldilib. Belə demək olarsa, sorğu xidməti yaradır, xidmət məhsulu. Daim mürəkkəbləşən tələbat istehlakçı sorğusu, böyüməkdə olan informasiya kütləsinin içərisində kitabxanalara da informasiya xidmətinin relevantivliyini və informasiyanın erqonomikliyini qarşıya çıxarır. Belə nəticə çıxarmaq olar ki, əyər sorğu varsa, xidmət məhsulu törədir. Prosesin ardıcıllığını aşağıdakı kimi göstərmək olar.

1.İnformasiya tələbatı.

2.İnformasiya sorğusu.

3.İnformasiya xidməti.

4.İnformasiya məhsulu.(5.)

Kitabxana xidməti müasir texnologiyaların verdiyi imkanları ümum ləşdirərək bir sıra alqoritmlərin kontekstində həyata keçirilir. Sorğu olunan informasiyanın ötürülməsi və daşınması imkanları müasir kitabxana xidmətində ənənəvi kitabxana olduğundan formaca xeyli fərqlənir. Lakin mahiyyət etibarılə az şey dəyişib. Hər hansı informasiya kitabxana prosesinə cəlb olunursa, o artıq kitabxana informasiya məhsuluna cevrilir.

Y.N.Stolyarov kitabxana xidmətini kitabxananın social təyinatının reallaşdırılması ilə əlaqələndirərək, Kitabxana xidmətlərinin standart spektrini müəyyənləşdirmişdir. Abonentin, kitabxana fondundan, soraq-biblioqrafiya aparatından, kitabxana binasından, avadanlıq və digər vasitələrdən istifadə etmək hüququ; sənədlər haqqında vacib məlumatların axtarışında abonentə kömək edilməsi; tələb olunan sənədlərin axtarışı və çatdırılması; oxucuların tələbatlarına müvafiq sənədlər və onlarla bağlı rəylər haqqında abonentlərin məlumatlandırılması; abonentlər arasında, həmçinin onların mütəxəssislərlə maraqlandıqları mənbələr haqqında ünsiyyət aparmalarının təmin edilməsi; oxuculara kitabxana-biblioqrafiya biliklərinin öyrədilməsi, onlarda oxucu mədəniyyətinin formalaşdırılması prosesləri bura daxildir.

- Konkret kitabxana fondunda konkret sənədin mövcudluğu haqqında informasiyanın əldə edilməsi;

- Kataloqlar sistemi və kitabxana məlumatının digər formaları vasitəsilə kitabxana fondlarının tərkibi haqqında tam informasiyanın əldə edilməsi;

- İnformasiya mənbələrinin axtarışı və seçimində məsləhətin alınması;

- Kitabxana fondlarından istənilən sənədin müvəqqəti istifadəsi məqsədilə əldə edilməsi;

- KAA vasitəsilə sənədlərin və onların surətlərinin əldə edilməsi.

Beləliklə, kitabxananın sənəd fondları və onların birliyi (kitabxana şəbəkələri və sistemləri) bazasında reallaşan xidmətlər ənənəvi kitabxana xidmətləri hesab oluna bilərlər. Xidmətlərin təqdim edilməsi isə öz növbəsində spesifik kitabxana (biblioqrafik) məhsullarının (kataloqlar, kartotekalar, verilənlər bazası, biblioqrafik siyahılar, ədəbiyyat göstəriciləri, informasiya bülletenləri və s.) yaradılmasını tələb edir. Bununla da kitabxana fondlarının effektli istismarı təmin edilir. Kitabxana məhsulları və xidmətlərinin təsnifatı problemi tədqiqatçıların və praktiklərin diqqətini cəlb etsə də, hələ ki, özünün yekun nəticəsindən çox uzaqdır. Ədəbiyyatda ən çox sitat gətirilmiş təsnifat variantlarına uyğun olaraq, aşağıdakı xidmətlər fərqləndirilir:

- sənəd xidmətləri abonentlərə ilkin və ikinci dərəcəli sənədlərin təqdim edilməsinin nəticəsi;

- kommunikativ xidmətlər kitabxana şəraitində insanların bilavasitə ünsiyyəti (söhbət, konfrans, müzakirə və s.) prosesində sənədsiz xidmətin nəticəsi.

Kitabxana servisi xidmətləri-sənəd və kommunikativ xidmətlərin növləri və formaları aşağıdakılardır

1. Fondlara açıq giriş.

2. Maraqlara görə klublar.

3.Lektoriyalar.

4.İxtisaslaşmış abonementlər.

5.Oxu zallarından istifadə.

6. Stasionardan kənar məntəqələr.

7. Səyyar kitabxanaların təşkili və s..(4)

İnformasiya məhsulları və xidmətlərində olduğu kimi istənilən mümkün xarakteristikalardan hər biri (informasiya tələbatlarının növü, forması, məzmunu, məqsədi, istifadəçilərin kateqoriyası, informasiyanın xarakteri, istehsal üsulu, maliyyə mənbəyi, təqdimedilmə yeri, vaxtı, şərti və s.) kitabxana məhsulları və xidmətləri təsnifatının müstəqil əsası ola bilər. Həm də kitabxana öz servisini xidmətlərin standart spektri ilə məhdudlaşdırmayaraq, informasiya, təhsil və sosial-mədəni texnologiyaların mənimsənilməsi hesabına onun sərhədlərini genişləndirir.

Kitabxana təcrübəsinə avtomatlaşdırılmış informasiya texnologiyalarının tətbiqi effekti ilk növbədə kitabxana məhsulları nomenklaturasının inkişafına və kitabxananın biblioqrafik xidmətlərinin informasiya bazasının genişlənməsinə təsir etmiş oldu. Beləliklə, ənənəvi kataloq və kartotekalar, ədəbiyyatın biblioqrafik göstəriciləri ilə bərabər, onların maşınla oxunan variantları da meydana gəlmiş oldu (kitabların, dövri nəşrlərin, yeni daxil olan ədəbiyyatların, nəşrlərin xüsusi növlərinin elektron kataloqları, ölkəşünaslıq və tematik biblioqrafik verilənlər bazası və s.). Kitabxanada biblioqrafik xidmət elektron erasından əvvəl lokal fondlarla məhdudlaşmış, region, ölkə, zərurət olduqda isə daha geniş hüdudlar miqyasında sənəd kütləsi və axınına istiqamətlənmişdir. Hazırda təkcə biblioqrafik çap nəşrləri deyil, həmçinin onların daim təzələnən elektron variantları, CD ROM-da geniş axtarış imkanlarına (biblioqrafik yazının istənilən elementi üzrə), informasiyanın çox rahat təqdimedilmə üsuluna (istifadəçinin fərdi kompyuterinə) və istənilən daxilolma rejimində (uzaq məsafə də daxil olmaqla) verilənlər bazası axtarış mənbəyi ola bilər. Məhz verilənlər bazasına uzaq məsafədən daxil olmaq imkanı həqiqətən də axtarışın potensial mənbələrinin beynəlxalq əhatəsini (əgər texniki və maliyyə xarakterli məhdudiyyətlər olmazsa) real edir. Virtual arayış yeni biblioqrafik xidmətə çevrilir. Buna görə də, müasir biblioqrafların paylanmış informasiya kütləsində axtarış strategiyasını mənimsəmələri lokal kitabxana fondlarında düzgün istiqamətlənmək bacarığı kimi əhəmiyyət kəsb edir.

Faktoqrafik məhsulların yaradılması və aktuallaşdırılması proseslərinin ağırlığına görə, bu məhsulların hazırlanması kitabxanada məhdud şəkildə yayılmışdır. Əvvəl bu, istifadəçilər üçün aktual olan tematik dosyelər (yerinə yetirilən faktoqrafik arayışların surətləri və ya ilkin sənədlərin toplusu), ölkəşünaslıq məzmunlu hadisələrin xronikası və salnamələr idi. Bu gün onların çeşidi tədris müəssisələrinin, məişət servislərinin və sosial xidmətlərin, turizm firmalarının, istirahət yerlərinin və s. ünvan-soraq verilənlər bazası ilə genişlənmişdir. Məşğulluq xidmətləri və sosial müdafiə müəssisələri ilə birlikdə kitabxanalar əmək vakansiyalarının, ünvanlı sosial yardımların və kütləvi tələbatın digər informasiyaları üzrə elan lövhələrini təşkil edirlər. Kitabxanalarda reklam, konyuktura, kommersiya informasiyasının verilənlər bazasının formalaşdırılması təcrübəsi o qədər də geniş yayılmamışdır. Bu iş, xüsusi bilik, müvafiq resurs təminatını, biznes-informasiya bazarının öyrənilməsi üzrə ciddi marketinq tədqiqatlarının aparılmasını tələb edir. Fərdi sorğular üzrə kitabxanalarda həyata keçirilən faktoqrafik xidmətlərin (faktoqrafik arayışların) yerinə yetirilməsi əsasən kütləvi tələbat sorğusunu və ya xidmət profilini əks etdirir.

Elmi informasiya tədqiqatları ilə yanaşı olan informasiyanın analitik işlənməsi, informasiya bazarının inkişafının perspektivli tendensiyası hesab edilməsinə baxmayaraq, kitabxanalar tərəfindən elmi-analitik məhsulların (analitik arayışlar və xülasələr, problem və yekun məruzələrin, referativ tərcümələrin, keçirilən elmi tədqiqatlar haqqında hesabatların və s.) çeşidinin və buraxılış həcminin kəskin şəkildə artacağını gözləməyə heç bir əsas yoxdur. Bu iş strukturunda ixtisaslaşmış analitik və tədqiqat altbölmələri olan federal, akademik kitabxanaları üçün mümkündür. Ancaq regional (universal elmi), iri bələdiyyə, ali məktəb kitabxanaları (və onların birlikləri) çap olunmayan və aztirajlı elmi informasiya məhsullarının (daycestlərin, kitabxanaların fəaliyyəti haqqında məruzələrin, metodiki və metodiki - biblioqrafik işlərin, elmi-praktiki konfrans materiallarının, elmi-tədqiqat işlərinin nəticələrinin, informasiya- analitik bülletenlərinin və ardı davam edən topluların) hazırlanmasında kifayət qədər fəaldırlar. Məhdud tətbiq (kitabxana) sferasına baxmayaraq, elmi toplulardakı və xüsusi mətbuatda çıxan nəşrlərlə bərabər, bu materiallar kitabxana fəaliyyətinin vəziyyəti və inkişaf perspektivləri, qazanılan təcrübə və onun metodiki anlayışı haqqında unikal mənbə hesab edilir.

Kitabxanalar inkişafın marketinq strategiyasını mənimsəyərək, öz fəaliyyətlərinin reklam olunması (reklam məhsullarının hazırlanması və reklam xidmətlərinin təqdim edilməsi ilə) məşğul olurlar. Onlar plakatlar, prospektlər, kataloqlar, vərəqələr, elanlar, informasiya məktubları, bələdçilər kimi çap və elektron (kitabxanaların saytlarında yerləşdirilən) reklam məhsullarını istehsal edirlər; firma blankları, bloknotlar, ofis ləvazimatları buraxır; reklam filmləri, nəşrləri, kompyuter təqdimatları və s. hazırlayırlar. Kitabxanalar reklam tədbirlərinin: təqdimatların, mətbuat-konfranslarının, açıq qapı günlərinin, ekskursiyaların, sərgilərin, yarmarkaların və s. keçirilməsini təşkil edirlər. Bir sıra kitabxanalar xarici təşkilatlara xidmət kimi reklam tədbirlərinin keçirilməsi, kitabxana binasında və onun nəşrlərində reklam məhsullarının yerləşdirilməsi ilə bağlı köməkliklərini təklif edirlər. Vahid təhsil məkanında öz yerini müəyyənləşdirərkən kitabxanalar istifadəçilərə maarifçi xidmətlərini təqdim edirlər. İnformasiya axtarışı metodikası, biblioqrafik qeydlərin, ədəbiyyat siyahılarının, tədris və elmi işlərin əlyazmalarının tərtibi, biblioqrafik informasiya mədəniyyətinin, ədəbiyyatla iş vərdişlərinin, sürətli oxu metodikasının formalaşması üzrə məşğələlərin keçirilməsi qaydaları ilə bağlı məsləhətlər kitabxanalar üçün ənənəvi hesab edilir. Kitabxanaların nəzdində xarici dillərin tədris kursları, estetik inkişaf məktəbləri, lektoriyalar, diskussiya klubları, yaradıcılıq qabiliyyətinin inkişafına, praktiki bacarıq və sənətə yiyələnməyə istiqamətlənmiş maraqlar üzrə kurslar fəaliyyət göstərir.

Kitabxanaların maarifləndirici fəaliyyətinin yeni və perspektivli istiqamətlərinə-kompyuter siniflərinin təşkili, kompyuter savadının əsaslarının tədrisi, distant təlim, fasiləsiz təhsil, kadrların ixtisasının artırılması layihələri və proqramlarında iştirakı və s. aid edilə bilər. Kitabxanaların nəzdində İnternet mərkəzlərinin yaradılması, müxtəlif istifadəçi kateqoriyaları üçün müasir informasiya texnologiyaları sahəsində konsaltinq və maarifləndirici xidmətlərin geniş spektrinin inkişafını stimullaşdırmış oldu (könüllülərin məsləhət xidməti, seminarlar, treninqlər, usta-siniflər, kurs hazırlığı). Bütün bunlar kitabxana heyətindən maarifləndirici fəaliyyətə həvəskar deyil, müasir texnologiyalara peşəkarcasına yiyələnməyi tələb edir.

Mədəni proqramlar və asudə vaxt fəaliyyətinin formaları (festivallar, müsabiqələr, oyun proqramları, şifahi jurnallar, ədəbi-musiqili kompozisiyalar, tematik gecələr, oyun-viktorinalar və s.) uzun illərdir ki, kitabxanaların iş təcrübəsində mükəmməlləşmişdir. Sosial-asudə vaxt fəaliyyəti texnologiyası, onun metodları, vasitələri, resurs və nəticələri haqqında xüsusi bilik; ssenari hazırlığında, rejissorluqda, işlərin təşkilində peşəkar bacarıq; yaradıcılığın psixoloji motivlərinin və tamaşaçı qavrayışı xüsusiyyətlərinin uçota alınmasını tələb edir. Asudə vaxt xidmətlərinin hazırlanması və təqdim edilməsi zamanı kitabxanaçılardan nəinki istedad, həmçinin xüsusi hazırlıq tələb olunur. Ümumiyyətlə, xidmət işinin təşkili kitabxana personalı tərəfindən informasiya mühəndisi xüsusiyyətlərinə malik olmasını tələb edir. Sorğunu öyrənmək (fərdi, qrup, social, psixoloji), onun təminatı məqsədilə məhsulu (informasiya məhsulunun hər hansı bir növünü) müəyyənləşdirmək və ya istehsal etmək, xidmət işinin forma və metodlarını modelləşdirmək informasiya menecmentinin vəzifələridir.

Kitabxana-informasiya fəaliyyətinə yeni texnologiyaların tətbiqi yeni tətbiqi istiqamətlərin meydana gəlməsinə səbəb oldu. Kitabxana təcrübəsində bu istiqamətlərdən biri də elektron-elm hesab edilir. Bibliometriya, informetriya, elmmetriya, vebmetriya kimi e-elmdə ilk mənbəyini kitabxana-informasiya fəaliyyətindən alır, zənginləşir və informasiya cəmiyyətində öz yerini tutur.Bu istiqamətdə Avropa və Amerika kitabxanalarinin təcrübəsi diqqətəlayiqdir. Eləcədə Türkiyə kitabxanaçılarinin bu mövzuda tədqiqatları son dövrlərdə sahəvi mətbuatda tez-tez çap olunur.

Qeyd olunan istiqamətlərdə preoritetlərin müəyyənləşdirilməsi, metodikanin öyrənilməsi və tətbiqi bir sira amillərdən asılıdır ki, onların ən mühüm olanlarını aşagıdakı kimi müəyyənləşdirmək olar.

1.Müasir texnologiyaların öyrənilməsi hesabına yeni informasiya məhsullarının əldə edilməsi.

2.İstehlak bazarının öyrönilməsi və yeni informasiya məhsullarının istehlakı bazarının yaradılmasını təmin etmək.

3.Yeni texnologiyalarla və yeni bazar münasibətləri şəraitində çalışan mütəxəssis heyətinin komplektləşdirilməsi və uzunmüddətli peşəkarlıgın təmin edilməsi.(6.)

Qeyd olunan üç istiqamətdə keyfiyyətli ugurların əldə edilməsi hesabına kitabxana -informasiya fəaliyyətində mütamadi innavativ tətbiqi nəticələr əldə etmək olar.

Müasir kitabxana-informasiya xidmətinə yeni imkanlar yaradan e-elmin tətbiqi məsələləri kitabxana mütəxəssislərindən yüksək peşəkarlıq tələb edir. Hal-hazırda kitabxana-informasiya fəaliyyəti göstərən mütəxəssis çoxfunksianal bir fəaliyyətin mərkəzində durur. Yüksək peşəkarləq anlayışı mütəxəssisdən bir neçə dildən istifadə edəbilmək, kompyuter başarıqlarına malik olmaq, kommunikasiya vasitələrindən istifadə edəbilməklə yanaşı məlumat axtarış sistemlərindən, elmi istiqamətlərdən xəbərdar olmaq və analitik qabiliyyətlərə malik olmaq tələb edir. Burada informasiya istehlakı bazarının, oxucu maragının, yeni informasiya məhsulunun modelləşdirilməsi,qlobal informasiya məkanında məzmunlu iştirakın təmin olunması, müxtəlif resurslara müxtəlif vasitələrlə əlçatarlıgın təmin olynması, informasiya əmtəəsinin qiymətləndirilməsi, əmtəənin tələbi törətməsi və bir çox digər məsələlər öz əksini tapa bilər.

İnformasiya menecmenti sahəsində mütəxəssislərin hazırlanması zamani iki istiqamət qarşıya çıxır.

1.Funksianal informasiya müəssisəsinin idarə olunması.

2.Yeni infirmasiya xidməti müəssisəsinin yaradılması və fəaliyyətinin təmin edilməsi.(4.s.41)

Birinci istiqamətdə menecer informasiya müəssisəsinin funksianal məqsədlərini, xidmət istiqamətlərini, informasiya təlabatçısının ehtiyaclarını, sifarişçinin (iş verənin) tələblərini, resus imkanlarını, mütəxəssis potensialını, işin təşkili və idarəetmə təlimatları ilə tanış olmalı və müvafiq olaraq idarəetməni həyata keçirməlidir.Bu istiqamətdə mütəxəssislərin hazırlanması təcrübəsi genişdir.Əslində sözü güdən menecment fəaliyyət ğöstərən formalaşmış bir strukturun idarəedilməsindən ğedir.

İkinci istiqamət fərqlidir. Diqqəti cəlb edən və çox sayda suallar ortaya çıxaran ikinci istiqamətdir. İnformasiya bazarına daxil olmaq məqsədi ilə informasiya xidməti göstərmək istəyəm menecer aşagıdakı ilkin hazırlıq mərhələsini keçməlidir.

1.İnformasiya resurs bazası yaratmalı və ya hər hansı resus bazasına əlçatarlıgı təmin etməlidir.

2.Xidmət göstəriləcək informasiya istehlakçılarının istiqaməti, xüsusiyyətləri və informasiya xidmətinin forması müəyyənləşdirilməlidir.

3.Xidmət bazarında alternativ xidmətlərin çeşidi ilə tanış olmalı və müvafiq qiymət siyasəti həyata keçirməlidir.

4.İstehlak bazarının imkanları proqnozlaşdırılmalı və rasional idarəetmə büdcəsi müəyyənləşdirilməlidir.(5.)

Bunlar əsas tələblərdir.Əlbətdə bunlardan əlavə informasiya xidmətinin texniki və texnolojı təminatı, göstərilən informasiya xidmətinin mötəbərliyi və təhlükəsizliyi, xidmət göstərən personalın yüksək peşəkarlıgı və bur çox diğər göstəricilər müasir informasiya menecmentində tələblər şəkilində qarşıya çıxır.

Bu səbəbdəndir ki hətda yüksə profesianal informasiya mütəxəssisi (informasiya mühəndisi) ikinci istiqamətdə öz ğücünü sınamaqda çox da maraqlı deyil. Dünya informasıya bazarının konyukturunun öyrənilməsi göstərir ki, nə qlabal, nə də lokal informasiya şəbəkələrinin yaradılmasında ğüclü maraqlı tərəflərin iştirakı olmadan ugur qazanmaq mümkün düyil.

Ğöründüyü kimi müasir tələbləri ödəyəbiləcək informasiya xidməti müassisəsini ğeniş mənada həyata keçirmək son dərəcə çətin və mürəkkəbdir. Bəlkə də elə bu səbəbdəndir ki dünyada sözün əsil mənasında geniş profilli informasiya xidməti göstərə biləcək müəssisə cəmi bir neçədir və onları hamı tanıyır.

Qlobal informasiya məkanına genış kütlənin əlçatarlıgı ilə paralel informasiya kütlələrinin "çirklənməsi" prosesi sürətlə baş verməkdədir. XX əsrin 60-70-ci illərində xüsusı informasiya xidməti zamanı mütəxəssisin məhsuldar zamanını informasiya axtarışına sərf etməməsi məqsədi ilə müxtəlif metodlar tətbiq edilməyə başlandı. Müasir informasiya xidməti müassisələrinin yaranmasından çox-çox qabaq dünya kitabxanaları ənənəvi kitabxana xidməti ilə yanaşı faktoqrafik və informasiya xidmətini həyata keçirmiş, ilk bibliometrik təhlillər, referativləşdirilmiş məlumat bazaları yaratmış, məlumatın seçilib paylanmasını həyata keçirmişdi. Məqsəd informasiya təminatını sürətli, keyfiyyətli və rasional həyata keçirmək idi. Xüsusilə mütəxəssislərə keyfiyyətli informasiya xidmətini həyata keçirmək cəmiyyətin ümumi inkişafını dəstəkləmək kimi qiymətləndirilir, elmi texniki inkişafı sürətləndirmək adlandırılırdı.

İnformasiya proseslərinin sürətlənməsi, informasiyanın gündəlik həyata və iqtisadiyyata artan təsiri informasiyanın kapitallaşmasını təmin etdikcə kitabxana-informasiya fəaliyyətinin qiymətləndirilməsi problemi daha da aktuallaşır.

Müasir dövrdə informasiya kütləsinin çoxalması və ğetdikcə dahada böyük sürətlə artma tendensiyaları informasiyanın idarə olunması məsələlərini göndəmə ğətirir və aktual edir.

Qlobal informasiya məkanında baş verən prosesləri liberal-demaktatik nailiyyətlərin ifadəsi kimi təqdim edənlər hər növ "informasiya kütləsinin"mövcudluq hüququnu müdafiə edir. Əğər əmtəənin alıcısı varsa deməlı onun özünü təqdim etmək hüququ da var.Bu zaman "əmtəə və ehtiyac" kateqoriyqları arasında manipulyasiya aparılır. Əmtəə ehtiyacı ödəyən olaraq çıxış etmir, ehtiycı törədan olaraq çıxış edir.

Bu baş verən proseslər informasıyanın əmtəələşməsi və bazar münasibətlərinin qanunlarına tabe olması kimi anlaşılır, İqtisadi amillər və maddi maraqlar sosiai və əxlaqi kateqoriyaları arxa plana çəkir. Bu zaman mədəni insan cəmiyyətinin keçmiş oldugu tarixi təcrübəni inkar etmiş oluruq.

Bizi əhatə edən dünyanın təbii informasiyası canlı aləmin yaranmasının ilkin səbəbi, onların inkişafının və təkmilləşməsinin şərti olmuşdu. İnformasiya insanlar və təbiət arasında münasibətin əsasıdır. O əlaqələrin və vahid dünya informasiya mobil birliyinin yaranmasının substansiyasıdır. informasıya özünə münasibətin, əksetdirmənin və münasibətlərin universal meydanı kimi bizim içimizdə, bizim aramızda və bizim kənarımızdadır. İnformasiya kainatın ümumi generativ əsasıdır.

Göründüyü kimi informasiya menecmentinin həyata keçirilməsi, proseslərin idarə olunması elə bir kimpozisiya tələb edir ki. sosial, əxlaqi və bəşəri normalardan kənara çıxmamaqla bazar münasibətlərinə öyrənərək informasiyanın əmtəə xassəsini düzğün qiymətləndirmək, konyukturu öyrənmək, müasir texnoloğiyararın ğeniş tətbiqini həyata keçirmək, ehtiyacı öürənmək və ehtiyacı törətmək və bir çox diğər əməliyyat və prosesləri həyata keçirmək deməkdir.

Bu gün Azərbaycanda yüksək texniki imkanlara malik bir neçə informasiya müəssisəsi fəaliyyət göstərir və onların fəaliyyəti ilə tanışıq. Lakin onların heçbiri müstəqil informasiya menecmenti ilə məşgul deyil beləki funksional müəssisədirlər və fəaliyyət istiqaməti öz funksionallıgı ilə məhdudlaşdırılır.

Müasir, qlobal informasiya məkanı indiyəqədər müvcud olan streotipləri dagıtdı. İnformasiyanın gücünü ğöstərdi, informasiyasızlıgın da acizlıyini. Bu şərtlər daxilində hər bir xalqın milli-mədəni identifikliyini təqdim və təmsil edən müvafit informasiya strateğiyası lşlənib hazırlanır və biz bu istiqamətdə bir qədər ğecikdiyimizi etiraf etməliyik.

Az bir müddətdə aşagıdakı istiqamətlərdə əməli işlərin görülməsi vacibdir.

-Azərbaycan alimlərinin kiber məkana təqdimi

-Azərbaycam elminin nailiyyətlərinin kiber məkana təqdimi.

-Azərbaycan reallıqlarının kiber məkanda təqdimi.

-Azərbaycan istehlakçıları üçün akademik informasiya məkanın yaradılması

-Azərbaycan preoritetlərinin kiber məkana təqdimi və s. sahələrdə təəssüf ki xeyli boşluqlar mövcuddur.

Bu istiqamətlərin hər birinin tənlili və tətbiqi haqqında ğeniş şərhlər vermək olar. Elece də qlobal informasiya məkanında reytinq texnologiyalarının öyrənilməsi və tətbiqi, informasiya hücumlarının öyrənilməsi və mühafizə tədbirləri, informasiya üstünlüyünün əldə edilməsi və bir çox istiqamətlərdə layihələr işləyib hazırlamaq olar.

Mərkəzin Strateji fəaliyyət planını əyər nəzəri təhlil etsək iki ana xət müəyyənləşdirilə bilər.

1.Azərbaycanı kiber məkanda təmsil edən resurs bazasının yaradılması;

2.Qlobal informasiya məkanında davamlılıgı təmin edən proqram-texniki təminatın yaradılması.

Bu iki istiqamət biri-birini tamamlamalı və dəstəkləməlidi.

Haqqında danışılan mark-21 informasiyanın təqdimatı üçün müəyyənləşdirilmiş ügurlu bir platformadı. Lakin bu platformanın umumrespublika platformasına çevrilməsi üçün məqsədli və sistemli fəaliyyət ğöstərmək tələb olunur.

Geniş diapazonlu məlumat prosesləri ilə məşgul olan mütəxəssislər informasiyanın nəzəriyyəsi, informasiyanın modelləşdirilməsi, informasiyanın psixolojı təsir mexanizmləri, informasiya məkanının , informasiya mühitinin təhlili, informasiya əmtəəsi və bir çox diğər nəzəri məsələlərdə hazırlıqlı olması tələb olunur.

Qeyd olundugu kimi Azərbaycan istehlakçısı üçün akademik informasiya məkanın formalaşdırılması əhəmiyyətlidir. Bunun üçün lazımlı informasiya resurslarının təmərgüzləşdirilməsi, müvafiq axtarış sistemlərinə uygunlaşdırma, məsafədən xidmət işinin təşkili kimi tədbirlər ilk növbədə həyata keçirilməlidi.

Dünya təcrübəsində bu istiqamətdə xeyli ugurlar əldə edilib.Əyər bu təcrübəni nəzəri təhlil etsək onları iki qrupda ümumiləşdirmək olar. Mühafizəkar sistemlər və inteqrasiya olunmuş sistemlər.Bu sistemlərin müsbət və mənfi cəhətləri barədə ğeniş danışmaq olar. lakın qeyd edək ki bütün ugurlar maliyələşmədən, sosial sifarışdən və düzgün menücmüntin təşkilindən asılıdır.

 

 

ƏDƏBİYYAT

1. Xələfov A.A. Kitabxana və cəmiyyət. Baki. Azərnəşr, 2012, 360 s.

2.Xələfov A.A.Qurbanov A.İ. Kitabxana proseslərinin kompüyerləşdirilməsi. Bakı, BDU-nun nəşri, 2010, 210 s.

3. Xələfov A.A. Qurbanov A.I. Kazımi P.F.kitabxana-informasiya fəaliyyətində informasiyanın qiymətləndirilməsi.bakı, BDU, dil və ədəbiyyat, 2012 3(83), s288-291.

4.Kazimi P.F. Informasiya mühəndisliyi. Baki, BDU,2011, 260 s.

5.Qurbanov A. , Kazimi P. Evaluation of information in library and information activities . Iceecat14. I n t e r n a t i o n a l c o n f e r e n c e on electronic, computer and automation technologies (may 9-11, 2014 selcuk university iltek - konya, turkey)proceedings book.9 - 11 may, 2014. Konya, urkiye. Ekotek.selcuk.edu.tr/ p. 47-49.

6.  . // : . . ()issn: 1817-3292. - 2013. - 6 (49). - . 112-117

7. A.. .. .. O - . , B H, 2013, 1(12), .58-60.

 

 

 

O.A

 

, , . , - .

 

 

 

O.Agamirzoyev

SOME PROBLEMS INFORMATION MANAGEMENT

 

SUMMARY

The article considers the state of the modern information space, the issues of information security, and advanced information management requirement. It is given to historical analysis of the forms and methods of information service.

 

 

Kitabxanaşünaslıq və biblioqrafiya: Elmi-nəzəri, metodik və təcrübi jurnal.- 2014.- 2.- S. 83-92.