Mətbuatımızın inkişafında Qarabağ ziyalılarının rolu

 

Qarabağ XIX əsrdən etibarən Azərbaycan ədəbi-mədəni həyatının ən fəal bölgələrindən biri idi. Şuşa mədəni mühiti xüsusilə güclü idi burada yetişən şairlərin əsərləri XX əsrdə müxtəlif mətbuat orqanlarında dərc olunurdu. Qarabağın tanınmış şairləri milli mətbuatın formalaşdığı ilk illərdə sonrakı dövrlərdə Azərbaycanın qəzetlərində, ədəbi jurnallarında digər mətbuat orqanlarında öz yaradıcılıqları ilə təmsil olunublar. Milli mətbuatın yaranması (1875-ci ildə "Əkinçi" qəzeti ilə) formalaşması Qarabağlı şairlərin bu mühitdə fəaliyyət göstərməsinə imkan yaradıb

 

Hələ "Əkinçi" qəzetinin fəaliyyət göstərdiyi dövrdə sonrakı dövrlərdə ("Kəşkül", "İrşad", "Həyat" kimi qəzetlərdə) Qarabağdan olan şairlərin əsərləri öz əksini tapmışdırŞairlərin əsərləri dövrün qəzetlərində, o cümlədən "Əkinçi" kimi milli mətbuatın ilk nümunələrində dərc olunub.

 

Qarabağ ziyalılarından İbrahim Tahir Şuşalı, Məhəmmədəli bəy Məxfi, Haşım bəy Vəzirov b.  milli mətbuatın inkişafında da öz töhfələrini vermiş, Azərbaycan ədəbiyyatının mətbuatının zənginləşməsinə xidmət etmişlər

 

Məhəmmədəli bəy Məxfi

 

Məhəmmədəli bəy Məşədi Əsədulla bəy oğlu 1832-ci ildə Şuşada anadan olub. Atası Məşədi Əsədulla bəy Hacı Həsənəli bəy oğlu Vəliyev Şuşada tacir kimi tanınıb. İbtidai təhsilini atasından aldıqdan sonra təhsilini mədrəsədə davam etdirib. Şuşa qəza məktəbində isə rus dilini öyrənir. ŞamaxıTiflisİrəvan  Şuşada qəza idarələrində məmur kimi fəaliyyət göstərib. Mülki xidmətə tərcüməçiliklə başlayan o, öz xidmətində quberniya katibi çinindən titulyar müşavir çininə qədər yüksəlib.

 

Məhəmmədəli bəy həm şair olub. Məxfi təxəllüsü ilə şeirlər yazıb. Füzuli ədəbi məktəbinin nümayəndəsi olaraq eyni zamanda, Molla Pənah Vaqifin ədəbi irsindən təsirlənib. Mir Möhsün NəvvabMəhəmməd ağa Müctəhidzadə  digərləri öz əsərlərində ondan bəhs ediblər. XIX əsrin ikinci yarısında Xurşudbanu Natəvanın evində təşkil olunmuş "Məclisi-üns"-ün üzvü olub.

 

Harada işləməsindən asılı olmayaraq dövrün mütərəqqi ruhlu şairləri, xüsusilə Həsən bəy Zərdabi ilə yaxın dostluq əlaqəsində olmuş onun təsis etdiyiƏkinçi” qəzetində aktual mövzulu məqalələrlə çıxış etmişdir.

 

Haşım bəy Vəzirov - Haşım bəy Vəzirov 1867-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Öncə molla yanında, müddərrislərdən Molla Həmid Molla Əlidən dərs almışdır. Sonra şəhər məktəbini bitirmişdir. İrəvan Müəllimlər Seminariyasında oxumuşdur. Müəllimlər Seminariyasını tamamladıqdan sonra Böyük Vedi kəndində müəllimliyə başlamışdır. Sonra dəyişilərək Cavanşir qəzasının Alpout, Şəki qəzasının Kiçik Köynük, Cavanşir qəzasının Bərdə kəndlərində müəllimlik etmişdi. Bir müddət isə məktəb naziri (müdiri)işləmişdir.

İmperator Nikolay Aleksandroviçin tacgüzarlığı ilə bağlı Şuşada "müsəlman-rus" məktəbi yaradılır. Mir Haşım bəyi bu məktəbə nazir (direktor) vəzifəsinə dəvət edirlər.

Mir Haşım bəy təəssübkeş bir millətçi idi. 1905-1906-cı illərdə erməni quldurlarına qarşı mübarizə aparmışdı. 1906-cı ildə hökumət tərəfindən tutulub, sürgün edilməsinə qərar verilmişdi. Onun sürgün olunması barədə artıq hökm verilir. Lakin xəstə olduğundan Mir Haşım bəyin sürgünə göndərilməsi təxirə salınsa da, qubernatorun razılığı ilə sağalan kimi Şuşadan Stavropola sürülmüşdü. Onun sürgün həyatı uzun çəkmir, artıq 1906-cı ilin ortalarında sürgündən azad olunan Mir Haşım bəy Şuşaya, sonra Bakıya qayıdır ömrünün axırınadək Bakını özünə daimi məskən edir. Bakıya qayıtdıqdan sonra Əhməd Ağaoğlunun "İrşad" qəzetilə əməkdaşlıq edən Mir Haşım bəy sonra bir müddət qəzetin müvəqqəti redaktoru olmuşdu. "İrşad"ın on beş nömrəsi onun redaktorluğu ilə çıxmışdı. "İrşad"dakı fəaliyyəti ilə Mir Haşım bəyin professional jurnalistlik dövrü başlamışdır. Bundan sonra o özü müstəqil bir qəzet yaratmaq fıkrinə düşür 1907-ci il aprelin 1-də "Tazə həyat" qəzetini nəşr etdirir. Bu qəzet tərəqqipərəst mövqe tutduğundan uzun müddət yaşaya bilmir, 1908-ci ildə oktyabrın 7-də qapanır. Sonra Haşım bəy "İttifaq" qəzetini nəşr etdirir. "İttifaq" da 1909-cu ildə bağlanmışdır. Həmin ildə o, "Səda" qəzetini nəşrə başlamışdır. Bu qəzet Haşım bəyin nəşr etdiyi mətbuat içərisində ən çox yayılanlardandır.

1911-ci ildə Bakıdakı bir çox mühərrirlərlə bərabər Haşım bəy Vəzirov da həbs olunur. Sonra həbsdən çıxmağa müvəffəq olur. "Səda" qəzeti qapandıqdan sonra "Qafqazist" adlı bir rus qəzetini, "Sədayi-vətən", "Sədayi-həqq", nəhayət, "Sədayi-Qafqaz" qəzetlərini nəşr edir. Bu axırıncı qəzet 180 nömrə çıxdıqdan sonra hökümət tərəfindən rəsmən qapanmışdır. Haşım bəy məşhur məzhəkə jurnalı olan "Məzəli"nin mühərriri idi. Bu jurnal "Molla Nəsrəddin"dən sonra mətbuat tarixində ən görkəmli məzhəkə jurnalıdır. Burada günün siyasi həyatı kəskin bir qələm ilə əks olunur.

 

İbrahim Tahir Musayev (1869, Şuşa-1943, Bakı)- XIX əsrin sonu - XX əsrin birinci yarısında yaşamış, zəngin ədəbi irsə malik, yaradıcılığında klassik ədəbiyyatın ənənələrini yaşadan şairlərimizdən biridirQarabağ ədəbi mühitinin yetirməsi olaraq tanınıb. Gəncliyində ticarətlə məşğul olan İ.Tahir XX əsrin əvvəllərində Bakıda nəşr olunan əksər qəzet jurnallarla əməkdaşlıq əlaqəsi yaradıb, mətbuatda ardıcıl olaraq şeirləri, publisistik məqalələri ilə çıxış edib.

 

O, lirik şeirlər yazır, şeir məqalələrində geriliyi tənqid edir, həmvətənlərini tərəqqiyə, maarifə dəvət edir, milli istiqlal arzularını tərənnüm edirdi. Onun çoxsaylı yazılarıNofəl”, “Ağcaqanad”, “Şahdəyi”, “Şişeyi”, “Tərəqqiimzaları ilə "Şərqi-rus", "Molla Nəsrəddin", "İrşad", "Füyuzat", "Tərəqqi", "Sədayi-həqq", "Dəbistan", "Yeni kənd" başqa mətbuat orqanlarında dərc edilmişdir. Maraqlıdır ki, İ.Tahir bir sıra məsələlərə münasibətdə bir-biri ilə əks mövqedə dayanan Cəlil Məmmədquluzadənin "Molla Nəsrəddin" Əli bəy Hüseynzadənin "Füyuzat" jurnallarında yazıları ilə çıxış edir, hər iki redaksiya əməkdaşları ilə dostluq əlaqələri saxlayırdı. Onun C. Məmmədquluzadə ilə dostluğuna dair maraqlı faktlar mövcuddur. Xalqı milli birliyə, həmrəyliyə çağıran şair millətin ziyalılarını bir-birinə yaxınlaşdırmağı, mübahisə düşərkən onları barışdırmağı özünə borc bilmişdir.

 

Fərhad Ağazadə( 1880, Şuşa – 1931,Bakı) Şuşada şəhər məktəbini bitirdikdən sonra 1898-ci ildə Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasına qəbul olur 1900-cü ildə oranı bitirir. Həmin ildən – 1900–1905-ci illərdə əvvəlcə Xaldan (1900), Şuşa (1901–1902), Gorus (1902–1905) Gəncə (1905) məktəblərində müəllim işləmiş, 1905-ci ildə pedaqoji fəaliyyətini Bakıda davam etdirmiş, rus-Azərbaycan "Səadət" məktəblərində çalışmışdır.

 

F.Ağazadə Qafqaz müsəlman müəllimlərinin Bakıda keçirilən I (1906), II (1907) qurultaylarının iştirakçısı olmuş, hər iki qurultayın katibi seçilmiş, yeni dövrdə tədrisin aktual problemlərinə dair məruzələrlə çıxış etmişdir. F. Ağazadə "İkinci il" (1908); M.Mahmudbəyov, S.Əbdülrəhmanbəyov, S.Axundov, A.Talıbzadə A.Əfəndizadə ilə) dərsliyini tərtib etmişdir. O, 1910-cu illərdə Azərbaycan ədəbiyyatı dilinin inkişafı ilə maraqlanmağa başlamış bu sahədə xeyli görmüşdür. O, 1912-ci ildə "Ədəbiyyat məcmuəsi" adlı kitab tərtib edib çapdan buraxdırmışdır. F.Ağazadə ərəb əlifbasının yeni, latın əlifbası ilə əvəz edilməsində böyük xidmətləri olmuşdur. Çünki 1906-cı ildə yeni əlifba layihəsi tərtibi ilə bağlı bu sahədə xeyli çalışmışdır. Lakin Azərbaycandakı mövcud vəziyyət, çar Rusiyasının müstəmləkəsi Fərhad Ağazadənin arzularının reallaşmasına imkan vermir, necə deyərlər, uzun zaman çəkdiyi zəhmət işıq üzünə çıxarılmır.

 

Fərhad Ağazadə Azərbaycan Cümhuriyyətinin rəsmi orqanı olan "Azərbaycan" qəzetinin ən fəal yazarlarından biri olmuşdur. Qəzetin çox nadir səhifələrində onun imzasına rast gəlinmir. 1919–1920-ci illərdə isə, demək olar ki, "Azərbaycan"ın hər nömrəsində F.Ağazadənin müxtəlif mövzularda yazıları dərc edilmişdir. O, məqalələrində xalqının, millətinin nicatını elmdə, təhsildə gördüyünü yazmış, yetişən gəncliyi təhsil almağa çağırmışdır.

 

Milli mətbuatımızın inkişafında xüsusi xidmətləri olan ziyalılarımızdan biri dünya şöhrətli dahi sənətkar Üzeyir Hacıbəylidir. Azərbaycan mətbuatını Ü.Hacıbəylisiz təsəvvür etmək mümkünsüzdürÇünki burada onun özünəməxsus, müstəsna yeri vardır

 

 Dahi Üzeyir bəy, eyni zamanda Qarabağımızın başqa tanınmış şəxsiyyətlərinin mətbuat fəaliyyəti haqqında sonrakı yazımızda geniş məlumat verəcəyik.

 

Göründüyü kimi Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, mətbuatının inkişafında Qarabağ  ziyalılarının əvəzsiz xidmətləri olmuşdur. Hər bir ziyalımız mətbuatımızın  səhifələrində öz fikirlərini diqqətə çatdırmağa nail olmuşdur. Bugün XIX əsr dövrü mətbuatında öz əksini tapmış belə dəyərli ziyalılarımızın  yazılarının araşdırılması sahəsində görülən işlər təqdirəlayiqdir. Bu istiqamətdə əməyi keçən hərkəsə təşəkkürlərimizi bildiririk.

 

Yazımızı İbahim Tahir ŞuşalınınMolla NəsrəddinjurnalındaNofəlimzası ilə qələmə alıb çap etdirdiyiŞişəninadlı şerindən bir beyti  ilə bitirmək istəyirəm:

 

     “ Şişənin

 

Abü həvası pozulub Şişənin,

 

Sünbül, reyhanı solub Şişənin.

 

Sakini bivayə qalıb Şişənin,

 

Aqibəti gör olub Şişənin.

 

Dərya kimi hər atırsan batır,

 

Çox da, əgər az da atırsan batır,

 

Mömin əgər gəlsə, olur şarlatan,

 

Tülkü olur həmlədə şiri-jəyan.

 

Yox mana dəxli ki, filan, filan

 

Ad qazanıb, eylədilər kəsbşan.

 

Axmağa hey yatma, deyirsən yatır,

 

 

Zahiri hər bir görəni aldadır.

 

 

Tünzalə Əlizadəqızı

 

Filologiya üzrə fəlsəfə doktoru AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Qərbi Azərbaycan Qarabağ əlyazmalarının tədqiqi şöbəsinin aparıcı elmi işçisi

 

$t Kredo .- 2025.- 19 dekabr (¹37).- S.4;5.