Vaqif
Sultanlının “İnsan
dənizi” romanı yenidən yayınlandı
Bu günlərdə
Kritika Yayınlarında
yazıçı Vaqif
Sultanlının “İnsan
dənizi” romanı nəşr olunmuşdur.
Vaqif Sultanlının
“İnsan dənizi” romanı yenidən yayınlandı
Süjet hörüyündə
yer alan hadisə və əhvalatların iyirminci yüzilin səksəninci
illərində cərəyan
etdiyi əsərdə
ölüm cəzasından
qaçıb ucqar bir şəhərə sığınaraq gizli həyat sürən baş qəhrəmanın
taleyi fonunda imperiya ideologiyasının
cəmiyyətin mənəviyyatına
yoluxdurduğu sosial-əxlaqi
problemlərin bədii
çözümünə çalışılır. Romanda
real və şərti-meraforik üslubun
sintezi müəllifə
dönəmin qaranlıq,
açıq söylənilməsi
mümkün olmayan həqiqətlərini aşkarlamağa
imkan verir. Xüsusilə, romanda çağdaş dünyada
insanlığı mənəvi
tənəzzülə sürükləyən
özgələşmə probleminin fərqli tərzdə canlandırılması
əsərin ideya-estetik
çəkisini artırır.
İlk dəfə
1991-ci ildə “Gənclik”
nəşriyyatında Azərbaycan
oxuculara təqdim olunan “İnsan dənizi” romanı sonralar müxtəlif vaxtlarda yenidən nəşr edilmişdir. Həmçinin roman müxtəlif dillərə
çevrilərək İngiltərə,
Amerika Birləşmiş
Ştatları, Türkiyə,
Almaniya, Misir, İran və başqa ölkələrdə nəşr
olunmuş, haqqında
xeyli araşdırmalar
aparılmışdır.
Romanı Bakının kitab dükanlarından və Kritika Yayınlarından əldə etmək olar.
Ceyhun Zallı
Kredo
.- 2026.- 1 yanvar (¹01).- S.16.