Vəkillər haqqın ədalətin keşiyindədilər

 

27 dekabr 2025-ci ildə “Hiltonmehmanxanasında Vəkillər Kollegiyasının təşkilatçılığı ilə Vəkil Günü peşə bayramı münasibətilə təntənəli andiçmə və təltifetmə mərasimi keçirilib.

Versus.Az xəbər verir ki, tədbir başlamazdan əvvəl Kollegiya rəhbərliyi, onun orqanları və qurum rəhbərləri Fəxri xiyabanı ziyarət etmiş, Ümummilli Lider Heydər Əliyevin məzarı önünə tər gül dəstələri qoyulmuş, dahi şəxsiyyətin əbədiyaşar xatirəsi dərin ehtiramla yad edilib. Eyni zamanda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılmış, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Kollegiyanın rəhbərliyi, orqanları qurum rəhbərləri Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi, suverenliyi ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmət ehtiramla yad edərək məzarları üzərinə tər çiçəklər düzmüş xatirə şəkli çəkdiriblər.

 

Əvvəlcə onu qeyd edim ki, tədbirdə Vəkillər Kollegiyası rəhbərliyi ilə yanaşı, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Həsən Bağırov, vəkil qurumlarının rəhbərləri, hüquq müdafiəçiləri, eləcə kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Tədbir Qadın Vəkillər Alyansının üzvlərinin ifasında Azərbaycan Respublikasının Dövlət Himni Vəkil Marşının səsləndirilməsi ilə açıq elan olundu. Ulu Öndər Heydər Əliyevin Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra Vəkillər Kollegiyasının illik fəaliyyəti ilə bağlı videoçarx təqdim edildi. Videoçarxda Vəkillər Kollegiyasının üzvlərinin Asiya Avropa ölkələrində keçirilən beynəlxalq tədbirlərdə iştirakı, vəkillərin ilboyu səmərəli fəaliyyətlərinin statistik göstəriciləri, vəkillərin idman, incəsənət s. sahələrdə fəaliyyətlərinə yaradılan şərait iştirakçıların diqqətinə çatdırıldı. Bildirildi ki, Vəkillər Kollegiyasının üzvləri Milli Məclisə 50-dən çox qanun layihəsinin təklifi ilə bağlı təşəbbüs göstərmiş, eləcə öz hüquqi tövsiyələriylə Konstitusiya Məhkəməsi ilə faydalı əməkdaşlıq etmişdir.

Qeyd edək ki, Bakı şəhəri 4 saylı Vəkil Bürosunda çalışan vəkil Aqşin Məmmədovun aparıcılığı ilə keçən tədbirin sonrakı gedişatında söz açılış niqtlərinin çıxışçılarına verildi. İlk olaraq, Vəkillər Kollegiyasının üzvü kollegiyanın Ağsaqqallar Şurasının sədri, Respublikanın Bank Ombudsmanı, “Şöhrətordenli əməkdar hüquqşünas İkram Kərimov çıxış etdi. İkram Kərimov çıxışında kollegiyanın üzvlüyünə yeni qəbul olmuş namizədləri təbrik edərək onlara gələcək vəkillik fəaliyyətlərində uğurlar dilədi. Vəkilliklə bağlı maraqlı faktlar hadisələrlə çıxışını zənginləşdirərək bu peşənin hüquq sahəsində yerinin çox önəmli olduğunu, eyni zamanda böyük peşəkarlıq məsuliyyət tələb etdiyini vurğuladı. İkram Kərimov çıxışının sonunda gənc vəkillərə bu dəyərli peşə ilə bağlı öz tövsiyələrini verdi.

Mərasimdə iştirak edən Respublikanın Baş prokuroru Kamran Əliyev çıxışında vəkilliklə prokurorluq institutlarının səmərəli əməkdaşlığını yüksək dəyərləndirdi, bir çox qiymətli aforizmlər səsləndirərək vəkillərin fəaliyyətinə xüsusi qiymət verdiyini bildirdi. Vəkillərin bəzi hallarda bir çox məhkəmə orqanları işçilərindən daha mübariz qətiyyətli olduğunu vurğuladı. Anar Bağırovun sədrliyi ilə Vəkillər Kollegiyasının dinamik yorulmaz fəaliyyəti nəticəsində müasir dövrümüzdə vəkillik institutunun dəyərinin əvvəlki dövrlərə nisbətən inqilabi şəkildə artdığını, bir çox hüquqşünasların bu peşədə çalışmağa can atdığını söylədi. Cəmiyyətin inkişafı mövcudluğunda vəkillərin danılmaz xidmətləri olduğunu bildirdi onlara uğurlar arzuladı.

Ali Məhkəmənin Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov çıxışında peşəkar, məsuliyyətli prinsipial vəkilliyin ədalət mühakiməsinin düzgün həyata keçməsində böyük əhəmiyyət daşıdığını bildirdi. İnam Kərimov məhkəmə hakimiyyəti vəkillik institutu arasında olan faydalı əməkdaşlıqdan danışdı. Bu məqamda Məhkəmə-Hüquq Şurasında, Hakimlərin Seçki Komitəsində Ali Məhkəmə yanında Elmi-məsləhət Şurasında vəkillərin təmsil olunduğunu, Femida Dialoq Platforması çərçivəsində Vəkillər Kollegiyasının üzvləri ilə mütəmadi görüşlərin baş tutduğunu nümunə göstərdi. Vaxtilə məhkəmə orqanlarında hakim işləmiş hüquqşünasların fəaliyyətini vəkil olaraq davam etdirməsini yüksək qiymətləndirən cənab sədr hakimlik vəkillik institutları arasındakı əməkdaşlığın gələcəkdə daha səmərəli nəticələr verəcəyinə əminliyini ifadə etdi.

Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Həsən Bağırov çıxış edərək bildirdi ki, vəkil olmaq təkcə ixtisas sahibi olmaq deyil, məsuliyyət daşımaq, vicdan qarşısında cavabdeh olmaq hər zaman qanunun aliliyinə sadiq qalmaq deməkdir. O, həmçinin çıxışında qeyd etdi ki, vəkil cəmiyyətlə dövlət arasında fərdlə ədalət mühakiməsi sistemi arasında etimad körpüsüdür. Bu körpünün möhkəmliyi isə biliklə yanaşı, peşəkarlıq yüksək mənəvi keyfiyyətlərdən asılıdır.

Sektor müdiri çıxışında onu da bildirdi ki, Azərbaycanda vəkillik uzun zəngin inkişaf yolu keçib, dövlətçiliyimizin bərpasından sonra hüquqi dövlət quruculuğu prosesi vəkillik institutunun formalaşmasını möhkəmlənməsini zəruri etmişdir. Vəkilliyin müstəqil təsisat kimi yaradılması bilavasitə müasir Azərbaycan dövlətinin memarı qurucusu olan Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin hakimiyyəti dövründə qəbul edilmiş 1999-cu ilin 18 dekabr tarixliVəkillər vəkillik fəaliyyəti haqqındaQanunla Azərbaycan vəkilliyinin əsası qoyulub. Ölkəmizin tarixində ilk dəfə olaraq vəkillik hakimiyyətin heç bir qolundan asılı olmayan bir institut kimi formalaşmışdır.

Həsən Bağırov çıxışının davamı olaraq qeyd etdi ki, hazırkı dövrdə ölkəmizdə həyata keçirilən məhkəmə hüquq islahatları ilə yanaşı, vəkillik institutunun gücləndirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Son illər vəkillik sahəsində həyata keçirilən norma yaradıcı, institusional fəaliyyət nəticəsində vəkillərin sayı bir neçə dəfə artıb, onların peşə hazırlığı gücləndirilib, regionlarda hüquqi yardıma əlçatanlılıq genişləndirilib, gənc hüquqşünasların vəkilliyə qəbul olunması istiqamətində müvafiq tədbirlər görülüb.

Son olaraq açılış nitqini Vəkillər Kollegiyasının sədri cənab Anar Bağırov söylədi. Anar müəllim ilk olaraq bütün tədbir iştirakçılarını 28 dekabr Vəkil Günü peşə bayramı, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü Yeni il bayramı münasibətilə təbrik edərək ən səmimi arzularını çatdırdı. Tədbir gedişatında vəkillik andı içəcək olan vəkilliyə namizədlərə uğurlar arzuladı. Anar Bağırov bildirdi ki, cari il Konstitusiya Suverenlik ili olmaqla yanaşı, şanlı Vətən müharibəmizin 5-ci ildönümü kimi müstəsna əhəmiyyətə malikdir. Tədbirdə iştirak edən Vəkillər Kollegiyasının üzvləri arasında 11 nəfər Vətən müharibəsi iştirakçısı da var. Məhz bu kontekstdə hüququn aliliyinin ədalətin qorunmasında vəkillərin rolu daha aydın şəkildə ön plana çıxır. Anar müəllim onların vəkil həmkarlar üçün hər zaman əziz doğma olduğunu, onların Vətən uğrunda göstərdikləri qəhrəmanlığın heç zaman heç kəsin yadından çıxmayacağını söylədi. Tədbir iştirakçılarının diqqətinə çatdırıldı ki, Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanmış 28 dekabr 1999-cu il tarixliVəkillər vəkillik fəaliyyəti haqqındaQanun postsovet məkanında Azərbaycanı vəkilliyi müstəqil institut halına gətirən ilk dövlətlərdən biri etmişdir. Anar Bağırov Prezident İlham Əliyevin 22 fevral 2018-ci il tarixliAzərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqındaSərəncamının, eləcə Vəkillər vəkillik fəaliyyəti haqqındaQanuna edilmiş mütərəqqi sistemli dəyişikliklərin vəkillik sahəsində mühüm institusional islahatlara zəmin yaratdığını bildirmişdir. Ötən il ödənişsiz hüquqi yardıma dövlət büdcəsindən 6 milyon manat ayrılmışdır. Növbəti il üçün isə ayrılan məbləğ 9 milyon manat təşkil edir. Həmçinin, vəkillərin hüquqi yardımları müqabilində onlara edilən ödənişin saatda 6 manatdan 11 manata yüksəldilməsi son dövrlərdə həyata keçirilən islahatların parlaq nümunəsidir. Bu prosesdə Vəkillər Kollegiyasının Hüquqi Yardım Mərkəzinin rolu xüsusilə vurğulanmalıdır. Vəkillər Kollegiyası təkcə, hüquqi yardımın göstərilməsində yox, həm ədalət mühakiməsinin qanunlara uyğun şəkildə həyata keçirilməsində fəal rol oynayan tərəf kimi çıxış edir.

Anar Bağırov 2025-ci ilin Vəkillər Kollegiyası üçün çox fəal keçdiyini bildirdi. Belə ki, Vəkillər Kollegiyası rəhbərliyi üzvləri vəkillik institutunun dinamik inkişafı yolunda böyük təşəbbüslər göstərmişlər. Bu il Gəncə Regional Vəkil Bürosunun inzibati binasının istifadəyə verilməsi Bakıda Vəkillər Kollegiyasının yeni inzibati binasının artıq istifadəyə hazır olduğu diqqətə çatdırıldı. Anar müəllim tədbir iştirakçılarını həmin binanın gələcək günlərdə keçiriləcək açılış mərasiminə dəvət etdi. Ümumi olaraq onu qeyd etmək olar ki, Anar müəllim çıxışında Cənab Prezidentimiz İlham Əliyev Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın bilavasitə dəstəyi, Vəkillər Kollegiyasının yorulmaz fəaliyyəti nəticəsində son 8 ildə vəkillik institutunda baş vermiş inqilabi dəyişikliklər islahatlar barəsində detallı məlumat verdi. İlbəil vəkillərin sayında əhəmiyyətli artımın baş verdiyi vurğulandı. Anar müəllim çıxışını bu sözlərlə yekunlaşdırdı: “Yaşasın müstəqil Azərbaycan onun müstəqil vəkili!”

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarına əsasən Vəkillər Kollegiyası ilə səmərəli əməkdaşlığa görə Ali Məhkəmə 2025-ci ilinVəkilliyin dostumükafatı ilə, Respublikanın Baş Prokuroru Kamran Əliyev isə KollegiyanınFəxri vəkiliadı ilə təltif olundu. Eyni zamanda, Baş prokurora rəmzi vəkil mantiyası təqdim edildi. Fəxri qonaqları Vəkillər Kollegiyasının sədri Anar Bağırov təltif etdi.

Mərasim gedişatında vəkilliyə qəbul üzrə ixtisas imtahanlarını uğurla keçən, icbari təlim mərhələsini tamamlayan şifahi müsahibədən müsbət nəticə əldə edən namizədlərin təntənəli andiçmə mərasimi keçirildi. Namizədlər Azərbaycanın Dövlət Bayrağı önündə and içərək vəkil peşəsini şərəflə, vicdanla məsuliyyətlə icra edəcəklərinə dair öhdəlik götürdülər. Tədbir zamanı onlara cənab sədr Anar Bağırov tərəfindən vəkil vəsiqələri sertifikatlar təqdim edildi.

Çıxış edən yeni and içmiş vəkillər bu şərəfli peşəyə qəbul olunmağın onlar üçün böyük qürur mənbəyi olduğunu bildirərək, həyatlarında hər zaman bu sahəyə böyük dəyər qiymət verdiklərini vurğuladılar. Həmçinin, qəbul prosesinin şəffaf, ardıcıl sistemli şəkildə təşkilinə görə Vəkillər Kollegiyasının Rəyasət Heyətinə təşəkkürlərini ifadə etdilər.

Mərasimdə həmçinin 2025-ci il ərzində fəaliyyətində fərqlənən vəkillər vəkil qurumları mükafatlandırıldı. Kollegiyanın ictimai fəaliyyətinə verdiyi töhfəyə görə "Pro Bono" Vəkil Bürosuİlin vəkil qurumuelan edildi. İl ərzində sosial aksiyaların keçirilməsində fəallığına görə Qadın Vəkillər Alyansıİlin vəkil komitəsiadına layiq görüldü. Bu zaman xüsusilə bildirildi ki, yaxın keçmişdə əsası qoyulan Qadın Vəkillər Alyansı dünyada bir ilkdir Azərbaycandan sonra bizim təşəbbüsümüzlə qardaş ölkə Özbəkistanda yaradılmışdır. Sonra isə Vəkillər Kollegiyasının ictimai fəaliyyətinə verdiyi töhfəyə görə Deontologiya Komitəsi İlin vəkil komitəsi”, il ərzində ən çox bəraət əldə edən Lənkəran şəhər Vəkil Bürosunun vəkili İbarət Əhəd oğlu Həsənov ilə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Elşad Nəsrəddin oğlu İsayevİlin vəkili il ərzində keçirilən təlimlərdə fəal iştirakına görə “Universal” Vəkil Bürosunun vəkili Vəfadar Namiq oğlu Piriyev isəİlin təlimçi vəkilielan olundu.

Tədbirin sonu şəxsən mənim üçün xüsusilə çox önəmli unudulmaz keçdi. SondaQalib Azərbaycan” IV Vəkil bədii yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırıldı. Birinci yerə layiq görülən Abşeron rayon Vəkil Bürosunun vəkili Abil Bayramov, ikinci yerə layiq görülən fərdi vəkil Elşən Məcidli üçüncü yerə layiq görülən, Abşeron rayon Vəkil Bürosunun vəkili Nəsib Əliyevin oğlu bu sətirlərin müəllifi sertifikat hədiyyə ilə təltif edildi. Bizi şəxsən Anar müəllim Bağırov təltif etdi uğurlar dilədi. Mən Anar müəllimə müəllifi olduğumUlu Öndərin işığındaSuverenliyimizi təmin edənləradlı kitablarımı hədiyyə etdim. Anar müəllim səmimi təbrik təşəkkürlərini çatdırmaqla qalmayıb kitablarımın üz qabığını tədbir iştirakçılarına göstərdi mənim fəaliyyətimlə bağlı onlara qısa məlumat verdi. Sonda yenə uğurlar arzulayaraq təşəkkürünü bildirdi. Mən təşəkkürlərimi bildirdim. Qeyd edim ki, müsabiqədə Vətən müharibəsi şəhidi Şirxan İsmixan oğlu Quliyevə həsr etdiyimDünyasını dəyişdirən, arzusunu gerçəkləşdirən Şuşa fatehiadlı məqaləm üçüncü yerə layiq görülmüşdür.

Məqaləmin sonunda onu qeyd etmək istəyirəm ki, tədbir gələcəyini hüquq sahəsinə yönəltməyə çalışan biri kimi yaddaşımda çox önəmli bir iz buraxdı. Hansı sahədə çalışmasından asılı olmayaraq, hüquqi dövlət quruculuğu yolunda birgə addımlayaraq qarşılıqlı əməkdaşlıq içərisində olan peşəkar hüquqşünaslar, vəkillər həyat yolumun başlanğıcında öz dəyərli məsləhətləri, şirin söhbətləri, ən əsası, səmimilikləri mehribanlıqları ilə bu unudulmaz tədbiri mənim üçün daha da unudulmaz etdilər. Hüquq sahəsində çalışan hər kəs adından da bəlli olduğu kimi, hər zaman haqqın tərəfində olmalı, düz olan yolla gedərək cəmiyyəti o yola çəkməlidirlər. Bu gün fəxrlə qürurla deyə bilərik ki, Azərbaycan vəkili tam düz yoldadır o yolda yeriyərək haqqın ən güclü müdafiəçisinə çevrilmişdir! Vəkillər haqqın, ədalətin keşiyindədirlər!

 

 

SEVİNDİK NƏSİBOĞLU

Milli Aviasiya Akademiyasının İqtisadiyyat

Hüquq fakültəsinin hüquqşünaslıq ixtisasının 1-ci kurs tələbəsi,

AJB AYB üzvü, “Kredoqəzetinin ictimai müxbiri

 

Kredo .- 2026.- 1 yanvar (¹01).- S.12-13.